Damotu (Pustırnik) cövhəri 25 ml məhlul Belarusiya

Dərman formasıMəhlul
Farmakoloji təsirDigər yuxugətiricilər və sedativ vasitələr.
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,55 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Təsiredici maddə:damotundan 1:5-ə nisbətində alınan spirtli çıxarışdır. Köməkçi maddə: etil spirti 70%. Tərkibində 65%-dən az olmayaraq etil spirti vardır.

Təsviri

Şəffaf, yaşılımtıl-qəhvəyi rəngli, xarakterik qoxulu mayedir. Saxlanma müddətində çöküntünün yaranması mümkündür.

Farmakoterapevtik qrupu

Digər yuxugətiricilər və sedativ vasitələr. АТC Коdu: N05CM.

Farmakoloji xüsusiyyətləri

Dərman vasitəsi sedativ təsir göstərir. Yuxugətirici təsir göstərmir, lakin fizioloji yuxunun baş verməsini yüngülləşdirir və onu dərinləşdirir.

İstifadəsinə göstərişlər

Sinir sisteminin funksional pozulmaları (nevrasteniya və yuxunun pozulması); ürək fəaliyyətinin funksional pozulmaları olan pasiyentlərdə kompleks terapiya zamanı sakitləşdirici vasitə kimi istifadə edilir.

Əks göstərişlər

Hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü, 12 yaşa qədər uşaqlar, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, eroziv qastrit (kəskinləşmə fazası).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Dərman vasitəsinin qəbulu zamanı simptomlar aradan qalxmazsa və ya pasiyentin vəziyyətinin pisləşməsi baş verərsə, həkimə müraciət etmək vacibdir. Ehtiyatla Qaraciyər xəstəlikləri, alkoqolizm, epilepsiya, kəllə-beyin travması və qıcolmanın qıcıq qapısının aşağı düşməsi ilə baş beyinin digər xəstəlikləri, 12 yaşdan yuxarı uşaqlar. Əllərin irradiasiyası ilə ürək nahiyəsində, qarın nahiyəsinin yuxarı hissəsində, boyunda ağrının yaranması və ya tənəffüs çatışmazlığının (məsələn, təngnəfəslik) inkişafı zamanı təcili tibbi yardım vacibdir. Dərman vasitəsinin tərkibində 65%, daha doğrusu birdəfəlik dozada (20-30 damcı) 521 mq etanol vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yuxugətirici və sedativ vasitələrin təsirini gücləndirir. Tərkibində etil spirti olan digər dərman vasitələrilə eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. Tərkibində etil spirtinin olması ilə əlaqədar qarşılıqlı təsir: – disulfiramabənzər reaksiyaya (istilik hissi, dəri örtüyünün qızarması, qusma, taxikardiya) səbəb olan dərman vasitələrinin alkoqolla eyni vaxtda istifadəsi:disulfiram, sefamandol, sefoperazon, latamoksef, xloramfenikol, xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid və digər hipoqlikemik preparatlar, qrizeofulvin, metronidazol, ornidazol, tinidazol, ketokonazol, prokarbazin; – mərkəzi sinir sisteminin funksiyasını zəiflədən dərman vasitələri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsinin tərkibində etil spirti vardır, hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Damotu uşaqlığın tonusunu artırmaq və menstrual siklə təsir etmək qabiliyyətinə malikdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsinin tərkibində etil spirti vardır. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Yeməkdən 1 saat əvvəl daxilə qəbul edilir. Böyüklər üçün tinkturanın birdəfəlik dozası sutkada 3 dəfə ¼ stəkan suda həll edilməklə, 20-30 damcıdır. 12 yaşdan yuxarı uşaqlara yaşları qədər damcı təyin edilir. Müalicə kursunun müddəti xəstəliyin xüsusiyyətləri, dərman vasitəsinə qarşı dözümlülük və əldə edilən effekt nəzərə alınmaqla, həkim tərəfindən təyin edilir. Tərkibində etanol oldugu üçün tinkturanı uzun müddət qəbul etmək məsləhət görülmür. Müalicə müddətində tərkibində etanol olan digər dərman vasitələrinin qəbulundan çəkinmək lazımdır. Tərkibində etil spirti olduğu üçün qaraciyər xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.

Əlavə təsirləri

Allergik reaksiyalar, dispepsiya, yorğunluq hissi, yuxululuq, emosional reaksiyaların zəifləməsi, başgicəllənmə, iş qabiliyyətinin azalması. Əlavə təsirlərin təzahürü zamanı, o cümlədən, içlik vərəqədə qeyd edilməyən hallar baş verdikdə, dərman vasitəsinin qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Simptomları Arterial təzyiqin enməsi, yuxululuq, süstlük, əzginlik. Müalicəsi Doza həddinin aşılması simptomları təzahür etdikdə, preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək vacibdir. Doza həddinin kəskin aşılması zamanı qusmanı induksiya etmək, mədəni yumaq vacibdir. Simptomatik terapiya.

Buraxılış forması

25 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Oddan qoruyun.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Damotu (Pustırnik) cövhəri 25 ml məhlul Belarusiya” üçün ilk rəyi siz yazın.