D-colerol Forte 150000 IU 10 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Vitamin preparatı |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,48 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır. • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getməli olsanız, həkimə bu dərman preparatını qəbul etdiyinizi söyləyin. • Bu içlik vərəqədə yazılanlara dəqiqliklə əməl edin. Bu dərmanın Sizə təyin edilmiş dozasından artıq və ya əskik doza qəbul etməyin. D-KOLEROL FORT 150 000 BV/10 ml daxilə qəbul üçün damcı D-COLEROL FORT Beynəlxalq patentləşdirilməmiş adı: Cholecalciferol
Tərkibi
Təsiredici maddə: 10 ml məhlulun tərkibində 150 000 BV xolekalsiferol vardır. Köməkçi maddələr: zeytun yağı, vitamin E
Farmakoterapevtik qrupu
Vitamin preparatı.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vitamin D3 raxit əleyhinə aktiv faktordur. D vitamininin ən mühüm funksiyası kalsiumun və fosfatların metabolizmini tənzimləməkdən ibarətdir ki, bu da skeletin düzgün minerallaşmasını və inkişafını təmin edir. Vitamin D3 – D vitamininin təbii formasıdır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25 %-dən yüksək olması ilə fərqlənir. O, qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Bağırsağa, böyrəklərə və sümük sisteminə təsir göstərir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. Kalsium ionlarının konsentrasiyası skelet əzələlərinin tonusunun saxlanmasını, sinir impulsarının ötürülməsini, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir. Uşağın sürətli inkişaf dövründə qidada D vitamininin çatışmaması, onun sorulmasının zəifləməsi, kalsium çatışmazlığı, günəş şüaları qarşısında olmamaq raxitin yaranmasına səbəb olur; böyüklərdə bu, osteomalyasiyaya, hamilə qadınlarda tetanus simptomlarının meydana çıxmasına,yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına səbəb ola bilər.Hormonal pozğunluqlarla əlaqədar tez-tez osteoporozun inkişaf etməsi nəticəsində menopauza dövründə olan qadınlarda D vitamininə olan tələbat yüksəlir. Farmakokinetikası Vitamin D3-ün sulu məhlulu yağlı məhluluna nisbətən daha yaxşı sorulur.Vaxtındanəvvəl doğulmuşlarda ödün yaranması və onikibarmaq bağırsağa daxil olması kifayət qədər olmadığından yağlı məhlul şəklində olan vitaminlərin sorulması pozulur. Peroral qəbuldan sonra xolekalsiferol nazik bağırsaqda absorbsiya olunur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır.Xolekalsiferolun qandan yarımxaricolma dövrü bir neçə gün təşkil edir və böyrək çatışmazlığı zamanı bu müddət uzana bilər. Preparat plasentar baryerdən keçir və ana südünə nüfuz edir. Orqanizmdən sidik və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
• D vitamin defisitinin və ya çatışmazlığının müalicəsi üçün, mədə-bağırsaq traktında malabsorbsiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası və müalicəsi • Raxit (D vitamin çatışmazlığı nəticəsində əmələ gələn sümük xəstəliyi), • Sümüklərdə mineralların azalması ilə müşayiət olunan Osteomalyasiya, • Sümük toxumasının həcminin azalması ilə müşayiət olunan Osteoporoz, • Sümüklərin həcminin azalması nəticəsində daha çox sınma təhlükəsi olan hallarda dəstəkləyici müalicə kimi, • Hiperparatireozun (parathormonun (orqanizmdə kalsiumun metabolizmini tənzimləyən hormon) artması ilə bağlı yaranan xəstəlik, vəzi şişi) müalicəsi
Əks göstərişlər
D3 vitamininə və ya D-KOLEROL FORT-un digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, yüksək qan təzyiqi (Hipertoniya), ateroskleroz, ağciyər vərəmi, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda D-KOLEROL FORT-uehtiyyatla qəbul edin. • Aktiv hərəkət etmirsinizsə, • Benzotiadiazin törəmələri diuretik (sidik ifrazını artıran dərman preparatları) preparatlar qəbul edirsinizsə • Əgər Sizdə keçmişdə böyrək daşları olmuşdursa • Sizdə sarkoidoz varsa, • D vitamini və ya onun törəmələri olan digər dərman preparatı istifadə edirsinizsə. Uşaqlarda D vitamini müalicə məqsədilə istifadə edildikdə ciddi tibbi müşahidə aparmaq və periodik müayinələr zamanı, xüsusilə də ilk aylarda dozanın korreksiyası vacibdir. Preparatdan yüksək dozalarda və uzun müddətli istifadə D3 vitamininin xroniki hipervitaminozuna səbəb ola bilər. D-KOLEROL ilə eyni vaxtda yüksək dozada kalsium preparatları qəbul etmək olmaz. Preparatdan müalicə məqsədilə istifadə etdikdə qanda və sidikdə kalsiumin səviyyəsinə nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qıcolmaəleyhinə preparatlar, hidantoin, barbituratlar və ya pirimidon (epilepsiya zamanı istifadə olunan preparatlar, rifampisin (vərəmin müalicəsi üçün istifadə olunan antibiotik) və qlükokortikoidlər (hormonlara oxşar olan dərman preparatları) qaraciyərin mikrosomal fermentlərini induksiyalaşdırmaqla, Vitamin D-nin təsirini zəiflədə bilər. Hiperkalsiemiyanın (qanda kalsiumun səviyyəsinin yüksəlməsi) müalicəsi zamanı D vitamininin yanaşı istifadəsi kalsitoninə, etidronata, qallium nitrata, pamidronata və ya plikamisinə antaqonist təsirə səbəb ola bilər. Kalsiumtərkibli preparatların yüksək dozaları ilə və ya diuretiklərlə və tiazidlərlə (sidik ifrazını artıran dərman preparatları) eyni zamanda istifadə hiperkalsiemiya (qanda kalsiumun səviyyəsinin yüksəlməsi) riskini yüksəldir. Uzunmüddətli müalicə zamanı kalsiumun zərdab konsentrasiyasına ciddi nəzarət olunmalıdır. D vitamininin tərkibində D vitamini və ya onun törəmələri olan digər preparatlarla eyni zamanda istifadəsi tövsiyə olunmur, belə ki, bu, toksiklik potensialının yüksəlməsinə səbəb olur. İzoniazid (vərəmin müalicəsi üçün istifadə olunan dərman preparatı) vitamin D3-ün effektivliyini azalda bilər. Ürək qlikozidləri ilə müalicə alan pasiyentlərdə kalsiumun səviyyəsinin yüksək olması potensialı mövcuddur, ona görə də bu pasiyentlərdə EKQ parametrlərinə və kalsiumun səviyyəsinə ciddi nəzarət etmək lazımdır. Yağların malabsorbsiyasına səbəb olan preparatlar, məsələn orlistat (piylənmənin müalicəsi üçün istifadə olunan preparat) və kolestiramin (xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə olunur) vitamin D-nin mənimsənilməsini pisləşdirə bilər. Əgər resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hazırda hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. onların toksiki təsirini gücləndirə bilər (ürəyin ritmik fəaliyyətinin pozulması riski yüksəlir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik D-KOLEROL FORTU –u istifadə etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşin. Aşkar zərurət olmazsa, hamiləlik dövründə D-KOLEROL FORT istifadə edilməməlidir. Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya (döşlə qidalandırma) dövrü D vitamini plasentar baryeri aşır və ana südünə keçir. Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyə-tinə təsiri Təsir göstərmir.
İstifadə qaydası və dozası
D-KOLEROL FORT –u həkimin tövsiyəsinə uyğun qəbul edin. Şübhəli hallar olarsa, məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. 1ml D-KOLEROL FORT 25 damcıdır. Aşağıdakı cədvəldə tövsiyə edilən dozalar göstərilmişdir. Göstərişlər Damcı sayı Ekvivalent Ekvivalent μq Həftəlik doza BV BV D3/gün xolekalsiferol / gün vitamin D3 D vitamin defisitinin Gündə 1-6 damcı 600-3600 B.V. 15-90 μq 4200-25200 BV və ya çatışmazlığın (7 damcı 1.68 ml müalicəsi üçün –yə qədər) Malabsorbiya ilə bağlı Gündə 1-3 damcı 600-1800 BV 15-45 μq 4200-12600 BV D vitamini (Həftədə 7-21 çatışmazlığının damcı) profilaktikası Malabsorbiya ilə bağlı Gündə 1-16 damcı 600-9600 BV 15-240 μq 4200-67200 BV D vitamini (7 damcı 4,48 ml çatışmazlığının –yə qədər) müalicəsi 1 yaşdan aşağı: 1 yaşdan aşağı: 1 yaşdan aşağı: 1 yaşdan aşağı: Gündə 5 damcı 3000 BV 75 μq 21000 BV (1,4 ml) Körpə və uşaqlarda 1 yaşdan yuxarı: 1 yaşdan yuxarı: 1 yaşdan yuxarı: 1 yaşdan yuxarı: Raxit xəstəliyinin Gündə 10 damcı 6000 BV 150 μq 42000 BV (2,8 müalicəsi ml) Dəstəkləyici doza Dəstəkləyici doza Dəstəkləyici doza Dəstəkləyici doza Gündə 1 damcı 600 BV 15 μq 4200 BV (0,28 ml) 67200 BV (7 D vitamin defisiti Gündə 16 damcı 9600 BV 240 μq damcı 4,48 ml – səbəbilə əmələ gələn yə qədər) Osteomalyasiyanın Dəstəkləyici doza Dəstəkləyici doza Dəstəkləyici doza Dəstəkləyici doza müalicəsi Gündə 2-3 damcı 1200-1800 BV 30-45 μq 8400-12600 BV (həftədə 14-21 damcı) Osteoporozun 4200 BV kompleks Gündə 1 damcı 600 BV 15 μq (Həftədə 7damcı) müalicəsində (0,28 ml) Osteoporotik sınıqlar təhlükəsi olan yaşlı və 4200 BV qlükokortikoid Gündə 1 damcı 600 BV 15 μq (Həftədə 7damcı) müalicə alan (0,28 ml) pasientlərdə kalsium ilə birlikdə profilaktikası İkincili 8400-21000 BV hiperparatireoz Gündə 2-5 damcı 1200-3000 BV 30-75 μq (həftədə 14 damcıdan 1,4ml yə qədər) Hamiləlik və laktasiya dövründə mümkün gündəlik doza 400-800 BV təşkil edir. Zərurət yarandıqda nəzarət altında gündəlik dozanı 4000 BV/gün qədər artırmaq olar. İstifadə qaydası D-KOLEROL FORT gündə bir dəfə daxilə qəbul edilir. Uşaqlarda istifadəsi Preparat uşaqlarda “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi kimi istifadə olunur. Yaşlılarda istifadəsi Dozaya düzəliş edilməsi tələb olunmur. Böyrək/qaraciyər çatışmazlığı zamanı istifadəsi Dozaya düzəliş edilməsi tələb olunmur. D3-ün uzunmüddətli istifadəsi tələb olunan hallarda böyrək funksiyasının monitorinqi aparılmalıdır. Ağır böyrək çatışmazlığı zamanı o, kalsiumla kombinasiyada istifadə olunmamalıdır. Preparatın qəbulu unudulduqda Preparatın qəbulu unudulduqda buraxılmış dozanın əvəzinə ikiqat doza qəbul etməyin! Əgər Siz D-KOLEROL FORT -un təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu düşünürsünüzsə, bunu həkiminizə və ya əczaçıya bildirin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, D-KOLEROL FORT da onun komponentlərinə həssas pasiyentlərdə əlavə təsirlər törədə bilər. Əlavə təsirlərin başvermə tezliyi məlum deyil, belə ki, geniş klinik sınaq aparılmamışdır. Normal dozada və müddət ərzində istifadə olunduğu zaman D-KOLEROL FORT -un əlavə təsir törətmə ehtimalı aşağıdır. D3 vitamininin yüksək dozalarda və nəzarət olunmayan müddət ərzində istifadəsi aşağıdakı arzuolunmaz təsirlərin meydana çıxmasına səbəb ola bilər. Əlavə təsirlərin rast gəlmə tezliyi aşağıdakıkimidir: Tez-tez: 10 xəstədən ən az birində Bəzən: 10 xəstədən birindən az lakin 100 xəstədən birindən çox Nadir: 100 xəstədən birindən az, lakin 1000 xəstənin birindən çox Çox nadir: 1000 xəstədən birindən az, lakin 10 000 xəstənin birindən çox Aşağıda qeyd edilmiş hallardan hər hansıı birini müşahidı etsəniz həkimə müraciət edin. Sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi (hiperkalsiuriya), qanda kalsiumun səviyyəsinin yüksəlməsi (hiperkalsiemiya): bunlar qan və sidik analizlərində qeyd edilmişdir. Psixi simptomlar, şüurun pozulması. Qeyri-müntəzəm ürəkdöyünmə (aritmiya). Ürəkbulanma, iştahanın itməsi, bədən kütləsinin azalması. Sidiyin miqdarının artması (poliuriya), sidiyəgetmənin olmaması (anuriya), həddindən artıq susuzluq (polidipsiya), böyrəkdaşlarının formalaşması, qanda kalsiumun səviyyəsinin yüksək olması nəticəsində böyrəkdə kalsiumlaşma (nefrokalsinoz). Qaşınma, səpgi, övrə kimi yüksək həssaslıq reaksiyaları. Əlavə təsirlər barədə məlumatın verilməsi Bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh.,Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər barədə məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması, hiperkalsiemiyanın yaranmasına səbəb ola bilər. Əlamətləri: yorğunluq, psixikanın pozulması (eyforiya hissi, şüur qarışıqlığı), iştahanın azalması, ürəkbulanma, qusma, bədən çəkisinin sürətlə azalması,susuzluq, poliuriya, ishal, böyrəklərdə daşların əmələ gəlməsi, nefrokalsinoz (böyrəklərdə duz yığılması), böyrək funksiyasının pozulması. Ürək ritminin pozulması və pankreatit. Malicəsi: preparatdan istifadəni dayandırmalı, gün işığından qorunmalı, həkimə müraciət olunmalıdır.Çoxlu miqdarda maye qəbul etmək lazımdır. Zərurət yaranarsa, müalicə xəstəxana şəraitində aparıla bilər.
Buraxılış forması
10 ml, polietilen qapağı və polietilen tıxac-damcıladıcısı olan tünd şüşə flakonlarda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuxarı olamayan otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti., Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.