COMIN B12 N 30 TAB

Dərman formasıTablet
Farmakoloji təsirАntianemik maddələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,40 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KOMİN B12 1 mq örtüklü tabletlər COMIN B12 Beynəlxalq patentləşdirilməmiş adı: Mecobalamin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq mekobalamin vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza (102 Tip), mannitol, prejelatinləşdirilmiş nişasta, krospovidon, maqnezium stearat. Örtük: çəhrayi opadri 02H14005 (hidroksipropil metilsellüloza, titan dioksid, propilenqlikol, qırmızı dəmir oksidi, dinatrium EDTA).

Təsviri

Çəhrayı, yuvarlaq örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Аntianemik maddələr. ATC kodu: B03BA05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mekobalamin bir növ endogen B vitaminin koenzimi olub, metionin sintetaza koenzimi olaraq,12 mekobalamin homosisteindən metioninin sintezində transmetilasiyada mühüm rol oynayır. Mekobalamin sinir hüceyrələrində nuklein turşusu və zülal sintezinə təsir edir. Təcrübələr göstərir ki, mekobalamin sianokobalamindən fərqli olaraq daha yaxşı sinir hüceyrə orqanoidlərinə daşınır. Baş və onurğa beyni sinir hüceyrələri ilə aparılan təcrübələr göstərir ki, mekobalamin deoksiuridindən timidinin sintezində, depolanmış fol turşusu və nuklein turşusunun metabolizmində iştirak edir. Mekobalamin mielinləşməni (fosfolipid sintezini) və medulyar qabıq lipidinin əsas tərkib hissəsi olan lesitinin sintezini sürətləndirir. Mekobalamin gecikmiş sinaptik ötürülməni və azalmış neyrotransmitterləri normal vəziyyətə qaytarır. Vitamin B çatışmazlığı spesifik meqaloblast anemiyaya səbəb ola bilər. Mekobalamin sümük iliyində12 nuklein turşularının sintezini, eritroblastların yetişməsini və bölünməsini sürətləndirir ki, bununla da eritrositlərin əmələ gəlməsini artırır. Mekobalamin qəbulu qırmızı qan hüceyrəsi, hemoqlobin və hematokritin bərpasına səbəb olur. Farmakokinetikası Metilkobalamin oral, parenteral və intranazal tətbiq oluna bilər. Metilkobalamin daxili amillə bağlanır və distal ileumda sorulan kompleks əmələ gətirir. Yarımparçalanma müddəti 6 gündür. Kobalamin və kobalamin analoqları qaraciyər tərəfindən ödlə ifraz olunur. Yalnız kobalamin onikibarmaq bağırsaqda mövcud olan daxili faktora (İF) seçici şəkildə bağlandığından, sekresiya olunan kobalaminin təxminən 90%-i reabsorbsiya olunur. Bu enterohepatik dövriyyədə iştirak edən kobalaminin ümumi miqdarı kobalaminin normal gündəlik qəbulundan təxminən 2-5 dəfə çoxdur. Kobalamin analoqları isə orqanizmdən nəcislə xaric olunur.

İstifadəsinə göstərişlər

KOMİN B12, B vitamin çatışmazlığı nəticəsində yaranan hematoloji, nevroloji və digər simptomlar12 üçün göstərilir, o cümlədən: • B vitamin çatışmazlığı12 • B vitaminin malabsorbsiyası, məsələn, daxili faktorun olmaması (pernisioz anemiya), mədə rezeksiyası12 və ya nazik bağırsaq xəstəliyi. O, həmçinin B vitaminin rezorbsiyasının pozulmasına səbəb ola biləcək para-aminosalisil turşusu ilə12 müalicə zamanı göstərilir.

Əks göstərişlər

Mekobalamin və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Mövcud deyil. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Preparatın təsiri xloramfenikol və oral kontraseptivlərin birgə istifadəsi zamanı azala bilər. Bu qarşılıqlı təsirlərin çoxunun klinik əhəmiyyətli olma ehtimalı azdır, lakin qan konsentrasiyası üçün analizlər aparılarkən nəzərə alınmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı istifadə olunmamalıdır. Laktasiya zamanı qadınlarda mekobalamin istifadəsinə dair heç bir məlumat yoxdur. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.

İstifadə qaydası və dozası

Remissiya müalicəsi: Ümumiyyətlə, tam remissiyaya qədər gündə iki dəfə 2 tablet. Bundan sonra dəstəkləyici dozaya keçmək lazımdır. Dəstəkləyici müalicə/profilaktika: Profilaktik məqsədlə gündə 1 tablet. Neyropatiya şübhəsi varsa, parenteral müalicədən təyin edilməlidir. Qəbul qaydası: KOMİN B12 yeməklər arasında qəbul edilməlidir.

Əlavə təsirləri

Əlavə təsirlərin rast gəlmə tezliyi aşağıdakı kimi təsnif edilmişdir (MedDRA təsnifatı): çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1 000), çox nadir hallarda (<1/10 000), rast gəlmə tezliyi məlum deyil (mövcud məlumatlar əsasında əlavə təsirləri müəyyən etmək mümkün deyil). İmmun sisteminin pozğunluqları: anafilaksiya, yüksək hərarət. Dəri və dərialtı toxuma xəstəlikləri: övrə, ekzantema, ekzantematoz səpgi, allergik reaksiyalar, o cümlədən dəri reaksiyaları. Əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra preparatın “fayda-risk” nisbətinin fasiləsiz monitorinqini təmin etmək məqsədilə əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinə verilməlidir. Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Cəfər Cabbarlı k., 34. Faks: (99412) 596-07-16. Tel.: (99412) 596-05-20. e-mail: [email protected]; Website: www.pharma.az

Doza həddinin aşılması

Ədəbiyyatda mekobalaminin doza həddinin aşılmasına dair heç bir məlumat verilməmişdir.

Buraxılış forması

10 tablet qeyri-şəffaf Pvc/Pvdc və alüminium folqa blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o 25 C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Vefa İlaç San. ve Tic. A.Ş. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikdüzü/İstanbul. Telefon: (0212) 438 70 85. Faks: (0212) 438 70 87.

Qeydiyyat vəsiqəsinin sahibi

Vefa İlaç San. ve Tic. A.Ş. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikdüzü/İstanbul. Telefon: (0212) 438 70 85. Faks: (0212) 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“COMIN B12 N 30 TAB” üçün ilk rəyi siz yazın.