CITOKON 4 ML N5 AMPUL

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDigər psixostimulyatorlar və nootrop preparatlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SİTOKON inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində sitikolin hesabı ilə 125 mq və ya 250 mq sitikolin natrium vardır. 1 ampulda (4 ml) 500 mq və ya 1000 mq sitikolin vardır. Köməkçi maddələr: inyeksiya üçün su, durulaşdırılmış xlorid turşusu, natrium hidroksid.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Digər psixostimulyatorlar və nootrop preparatlar. ATC kodu: N06ВХ06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sitikolin neyron membranlarında struktur fosfolipidlərin biosintezini stimullaşdırır ki, bu da ion- mübadiləsi pompalarının və neyroreseptorların fəaliyyəti daxil olmaqla, membran funksiyalarının yaxşılaşmasına səbəb olur. Membranlara göstərdiyi stabilləşdirici təsir sayəsində sitikolin ödeməleyhinə təsir nümayiş etdirir və bu səbəbdən, beyin ödeminin aşağı düşməsinə səbəb olur. Tədqiqatların nəticələrində göstərilmişdir ki, sitikolin bəzi fosfolipazaların fəaliyyətini tormozlayır, sərbəst radikalların qalığının meydana çıxmasına mane olur, membran sistemlərinin zədələnməsinin qarşısını alır və qoruyucu antioksidant sistemin qorunub saxlanılmasını təmin edir. Sitikolin zədələnmiş toxumanın həcmini azaldır, hüceyrələrin məhv olmasının qarşısını alır, apoptoz mexanizmlərinə təsir gösərir və xolinergik keçiriciliyi yaxşılaşdırır. Həmçinin, ocaqlı beyin insultları qeyd olunduqda, sitikolin profilaktik neyroprotektor təsir göstərir. Beyin qan dövranının kəskin pozğunluqları qeyd olunduğu hallarda sitikolin, beyin toxumalarının işemik zədələnməsini aşağı salaraq, pasiyentlərin sürətli funksional reabilitasiyasına səbəb olur ki, bu da rentgenoloji tədqiqatların nəticələri ilə təsdiq edilir. Kəllə-beyin travmaları zamanı sitikolin bərpa dövrünün qısalmasına səbəb olur və posttravmatik sindromun intensivliyini zəiflədir. Sitikolin beyin fəaliyyəti səviyyəsinin yüksəlməsinə səbəb olur, amneziya səviyyəsini aşağı salır, beyin işemiyası zamanı müşahidə olunan koqnitiv, sensitiv və motor pozğunluqları qeyd olunduğu hallarda, pasiyentin vəziyyətini yaxşılaşdırır. Farmakokinetikası Peroral yolla istifadə edildikdə, əzələ daxilinə və vena daxilinə yeridildikdə, sitikolin yaxşı sorulur. Preparat orqanizmə yeridildikdən sonra, qan plazmasında xolin səviyyəsinin əhəmiyyətli yüksəlməsi müşahidə olunur. Peroral yolla istifadə edildikdə, preparat demək olar ki, tamamilə sorulur. Tədqiqatlarda göstərilmişdir ki, peroral və parenteral yollarla istifadə edildikdə, preparatın biomənimsənilməsi demək olar ki, eyni olmuşdur. Preparat bağırsaqda və qaraciyərdə metabolizmə məruz qalır və nəticədə, xolin və sitidin əmələ gəlir. Orqanizmə yeridildikdən sonra sitikolin beyin toxumaları tərəfindən mənimsənilir və bu zaman, xolinlər – fosfolipidlərə, sitidin – sitidin nukleotidlərinə və nuklein turşularına təsir göstərir. Sitikolin beyin toxumalarına sürətlə çatır və hüceyrə membranlarına, sitoplazmaya və mitoxondrilərə aktiv daxil olaraq, fosfolipidlərin fəaliyyətini aktivləşdirir. Orqanizmə yeridilən dozanın yalnız əhəmiyyət kəsb etməyən miqdarı (3%-dən az) sidiklə və nəcislə xaric olunur. İstifadə edilən dozanın təxminən 12%-i tənəffüs yolları vasitəsi ilə xaric olunur. Preparatın orqanizmdən sidiklə və tənəffüs yolları vasitəsi ilə xaric olunması 2 mərhələdən ibarətdir: birinci mərhələ – sürətli xaricolma (ilk 36 saat müddətində – sidiklə, ilk 15 saat müddətində – tənəffüs yolları vasitəsi ilə), ikinci mərhələ – ləng xaricolmadır. Preparatın dozasının əsas hissəsi metabolizm proseslərində iştirak edir.

İstifadəsinə göstərişlər

İnsult, beyin qan dövranı pozğunluqlarının kəskin mərhələsi və beyin qan dövranı pozğunluqlarının ağırlaşmalarının və nəticələrinin müalicəsi. Kəllə-beyin travması və onun nevroloji nəticələri. Xroniki damar və degenerativ serebral pozğunluqlar nəticəsində meydana çıxan koqnitiv pozğunluqlar və davranış pozğunluqları.

Əks göstərişlər

Sitikolinə və ya preparatın tərkibinə daxil olan hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq. Parasimpatik sinir sisteminin tonusunun yüksəlməsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Vena daxilinə istifadə edildikdə, preparatı tədricən (yeridilən dozadan asılı olaraq, 3-5 dəqiqə müddətində) yeritmək lazımdır. Vena daxilinə damcı üsulu ilə istifadə edildikdə, preparatın yeridilmə sürəti dəqiqədə 40-60 damcı təşkil etməlidir. Davamlı kəllədaxili qanaxma qeyd olunduğu halda, preparatın sutkalıq 1000 mq dozasını və yeridilmə sürətini (dəqiqədə 30 damcı) aşmaq olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sitikolin levodopanın effektlərini gücləndirir. Preparatı meklofenoksat tərkibli dərman preparatları ilə eyni zamanda təyin etmək olmaz. Uyuşmazlığı “İstifadə qaydası və dozası” bölməsində qeyd olunmayan həlledicilərdən istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Sitikolinin hamilə qadınlar tərəfindən istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Sitikolinin ana südünə ekskresiyası və preparatın dölə təsiri barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, hamiləlik və ya laktasiya dövründə preparatı yalnız, onun ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda təyin etmək olar. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bəzi hallarda mərkəzi sinir sistemində qeyd olunan bəzi əlavə reaksiyalar, preparatın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilərlər.

İstifadə qaydası və dozası

Preparatın böyüklər üçün tövsiyə olunan dozası, simptomların ağırlıq dərəcəsindən asılı olaraq, sutkada 500 mq-dan 2000 mq-a qədər təşkil edir. Preparat əzələ daxilinə və ya vena daxilinə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatı vena daxilinə inyeksiya vasitəsi ilə tədricən (yeridilən dozadan asılı olaraq, 3-5 dəqiqə müddətində) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı sürətlə) yeritmək lazımdır. Preparatın maksimal sutkalıq dozası 2000 mq təşkil edir. Müalicə müddəti xəstəliyin gedişindən asılıdır və həkim tərəfindən müəyyən edilir. Yaşlı pasiyentlər Dozanın korreksiyası tələb olunmur. İnyeksiya üçün məhlul yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Ampul açıldıqdan sonra, preparatı dərhal istifadə etmək lazımdır. Preparatın qalıqları ləğv edilməlidir. Preparatı vena daxilinə istifadə üçün nəzərdə tutulmuş bütün izotonik məhlullarla və eləcədə, qlükozanın hipertonik məhlulu ilə qarışdırmaq olar. Zərurət yarandığı halda müalicəni, preparatın peroral istifadə üçün məhlul dərman forması ilə davam etdirmək lazımdır. Uşaqlar Preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur.

Əlavə təsirləri

Preparatın istifadəsi ilə əlaqəli əlavə reaksiyalar, ayrı-ayrı məlumatlar daxil olmaqla, çox nadir hallarda (˂ 1/10000) meydana çıxır. Mərkəzi və periferik sinir sistemlərində baş verən pozğunluqlar: şiddətli baş ağrısı, vertiqo, hallüsinasiyalar. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipertenziya, arterial hipotenziya, taxikardiya. Tənəffüs sistemində baş verən pozğunluqlar: təngnəfəslik. Həzm traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, diareya. İmmun sistemdə baş verən pozğunluqlar: səpgilər, hiperemiya, ekzantema, övrə, purpura, qaşınma, angionevrotik ödem, anafilaktik şok daxil olmaqla, allergik reaksiyalar. Ümumi reaksiyalar: titrəmə, yeridilmə nahiyəsində dəyişikliklər.

Doza həddinin aşılması

Preparatın istifadəsi ilə əlaqəli doza həddinin aşılması halları barədə heç bir məlumat yoxdur.

Buraxılış forması

4 ml, ampulda. 5 ampul konturlu-yuvalı qablaşmada. 1 konturlu-yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108. Tel.: +38 (044) 281-01-01.

Qeydiyyat vəsiqəsinin sahibi

“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“CITOKON 4 ML N5 AMPUL” üçün ilk rəyi siz yazın.