CILOZAMED 100 MG N30 TABLET
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antitrombotik maddələr. Trombositlərin aqreqasiyasını inhibitorları, heparin istisna olmaqla |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,63 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
▼ Bu dərmanın əlavə monitorinqinin aparılmasına ehtiyac vardır . Bu, onun təhlükəsizliyinə dair yeni məlumatların tez müəyyən edilməsinə imkan verər. Aldığınız müalicə zamanı meydana çıxan hər hansı əlavə təsir barədə məlumat verməklə, Siz buna kömək edə bilərsiniz. Əlavə təsirlər barədə necə məlumat vermək lazım olduğunu bilmək üçün “Əlavə təsirlər haqqında məlumatın verilməsi” bölməsinə baxın. Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin, belə ki, onların xəstəlik əlamətləri Sizinki ilə eyni olsa belə, bu dərman preparatı onlar üçün zərərli ola bilər • Əgər bu dərmandan istifadə müddətində bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin (bax: “Əlavə təsirləri”). SİLOZAMED 100 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Cilostazol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq silostazol vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza, karmelloza kalsium, hipromelloza E5, maqnezium stearat.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli, hamar səthə malik, yumru, bir tərəfində “100” yazılmış tabletlərdir.
Farmakoterapevtik qrupu
Antitrombotik maddələr. Trombositlərin aqreqasiyasını inhibitorları, heparin istisna olmaqla. ATC kodu: B01AC23.
Farmakoloji xüsusiyyətləri
Silozamed fosfodiesteraza 3-ün inhibitorudur. Preparat damar genişləndirici və antiaqreqant təsirə malikdir.
İstifadəsinə göstərişlər
Fasiləli axsaqlığın müalicəsi. Fasiləli axsaqlıq – yerimə zamanı aşağı ətrafların qanla təchizatının pozulması nəticəsində ayaqlarda yaranmış spastik ağrılardır. Silozamed ayaqlarda qan dövranını yaxşılaşdırdığından ağrısız gedilə bilən məsafəni artıra bilər. Silostazol yalnız həyat tərzinin dəyişdirilməsindən (siqaretin dayandırılması və fiziki məşqlərin artırılması kimi) və digər uyğun müdaxilələrdən sonra simptomları kifayət qədər yaxşılaşmayan xəstələr üçün tövsiyə olunur. Silostazol qəbul edərkən həyat tərzinə edilən dəyişiklikləri davam etdirmək vacibdir.
Əks göstərişlər
• Silostazola və ya Silozamedin digər komponentlərindən hər hansı birinə qarşı (bax: “Tərkibi”) allergiya (yüksək həssaslıq). • Ürək çatışmazlığı. • Sakitlik vəziyyətində sinədə daimi ağrılar və ya son altı ay müddətində “ürək tutması” (miokard infarktı) və ya ürəkdə hər hansı əməliyyatın aparılması. • Əgər ürək xəstəliyi (ventrikulyar taxikardiya, kifayət qədər müalicə edilməyən fibrilyasiya və multifokal ventrikulyar ektopiya, QT intervalı uzanan pasiyentlər) və ya ürək döyüntüsünün hər hansı bir ciddi pozğunluğu ilə əlaqədar olaraq, hazırda və ya əvvəllər şüurun itməsi halları baş vermişdirsə. • Qanaxma və ya qanaxma riskini artıran aşağıdakı vəziyyətlərdən hər hansı birinin olması məlumdursa: − aktiv mədə xora(ları)sı, − son altı ayda keçirilmiş insult, − diabet mövcud olduğu halda, − gözlərdə problemlərin olması, − qan təzyiqinə yaxşı nəzarət edilmirsə. • Əgər həm asetilsalisil turşusu, həm də klopidoqrel, heparin, varfarin, asenokumarol, dabiqatran, rivaroksadan və ya apiksoban qəbul edilirsə və ya qanaxma riskini artıra bilən iki və ya daha çox dərmanın kombinasiyası istifadə olunursa [əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun], • Ağır böyrək xəstəliyi (KK ≤25 ml/dəqiqə) və ya orta və ya ağır qaraciyər xəstəliyinin olması. • Hamiləlik dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Silozamed qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Həkiminizin aşağıdakıları bildiyinə əmin olun: • əgər ağır ürək probleminiz və ya ürəyinizin döyünməsi ilə bağlı hər hansı bir probleminiz varsa, • qan təzyiqinizlə bağlı probleminiz varsa. Silozamed ilə müalicə zamanı: • dişlərinin çıxarılması da daxil olmaqla Sizdə əməliyyat keçirilməsi lazımdırsa, həkiminizə və ya diş həkiminizə Silozamed qəbul etdiyiniz barədə məlumat verin • əgər Sizdə asanlıqla göyərmə və ya qanaxma baş verirsə, Silozamedin qəbulunu dayandırın və həkiminizə bu barədə məlumat verin. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Əgər hazırda digər dərman istifadə edirsinizsə, yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Əgər adətən əzələ və ya oynaqların ağrılı və/və ya iltihabi vəziyyətlərinin müalicəsi üçün istifadə olunan dərman və ya qanın laxtalanma qabiliyyətini azaltmaq üçün istifadə olunan dərman qəbul edirsinizsə, xüsusilə bu barədə həkiminizə məlumat verməlisiniz. Bu dərmanlara aşağıdakılar daxildir: − asetilsalisil turşusu, − klopidoqrel, − antikoaqulyantlar (məsələn, varfarin, dabiqatran, rivaroksaban, apiksaban və ya aşağımolekullu heparinlər). Əgər Silozamedlə birlikdə bu cür dərmanlar qəbul edirsinizsə, həkiminiz müntəzəm olaraq standart qan analizləri apara bilər. Bəzi dərmanlar, birlikdə istifadə zamanı Silozamedin effektivliyinə mənfi təsir göstərə bilər. Onlar Silozamedin əlavə təsirlərini gücləndirə və ya Silozamedi daha az effektiv edə bilər. Silozamed də digər dərmanlara eyni cür təsir göstərə bilər. Əgər aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, Silozamed qəbul etməyə başlamazdan əvvəl, bu preparatları istifadə etdiyiniz barədə həkiminizə məlumat verin: • eritromisin, klaritromisin və ya rifampisin (antibiotiklər) • ketokonazol (göbələkəleyhinə maddə) • omeprazol (mədədə turşu artıqlığını aradan qaldırmaq üçün) • diltiazem (yüksək qan təzyiqini və ya sinə ağrısını müalicə etmək üçün) • sizaprid (mədə pozğunluğunu müalicə etmək üçün) • lovastatin, simvastatin, atorvastatin (qanda xolesterinin yüksək səviyyəsini müalicə etmək üçün) • halofantrin (malyariyanın müalicəsi üçün) • pimozid (ruhi xəstəlikləri müalicə etmək üçün) • çovdar mahmızının alkaloidləri (miqreni müalicə etmək üçün, məsələn, erqotamin, dihidroerqotamin) • karbamazepin, fenitoin (epileptik qıcolmaların müalicəsi üçün) • Dazıotu (dərman bitkisi). Əgər bunların Sizin dərmana aid olub-olmadığına əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Yüksək təzyiqə görə dərman qəbul edirsinizsə, Silozamed qəbul etməyə başlamazdan əvvəl, bu barədə həkiminizə məlumat verin, çünki Silozamed qan təzyiqinizi əlavə olaraq aşağı sala bilər. Qan təzyiqiniz çox aşağı düşərsə, bu, ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər. Bu dərmanlara aşağıdakılar daxildir: • diuretiklər (məsələn, hidroxlorotiazid, furosemid), • kalsium kanallarının blokatorları (məsələn, verapamil, amlodipin), • AÇF inhibitorları (məsələn, kaptopril, lizinopril), • angiotenzin II reseptorların blokatorları (məsələn, valsartan, kandesartan), • β-adrenoblokatorlar (məsələn, labetalol, karvedilol). Mümkündür ki, yuxarıda göstərilən dərmanları və Silozamedi birlikdə qəbul etməyiniz yaxşı nəticə verməsin və həkiminiz Sizə nəyin uyğun olduğu barədə qərar verə biləcəkdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Silozamed hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya dövründə silozamedin istifadəsi tövsiyə olunmur. Əgər hamiləsinizsə və ya uşağınızı ana südü ilə qidalandırırsınızsa, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, hər hansı dərman qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Silozamed başgicəllənmə törədə bilər. Əgər Silozamed tabletlərinin qəbulundan sonra başgicəllənmə hiss etsəniz, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin və bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
İstifadə qaydası və dozası
• Silozamedi həmişə həkiminizin dediyi kimi qəbul edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. • Tövsiyə olunan doza gündə iki dəfə (səhər və axşam)100 mq-dır (1 tablet). Yaşlı insanlar üçün bu dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Lakin, Silozamedə təsir edə biləcək digər dərmanlar qəbul edirsinizsə, həkiminiz daha aşağı doza təyin edə bilər. Həkiminiz Sizin vəziyyətinizdə irəliləyişin olmasını 3 aylıq müalicədən sonra qiymətləndirəcək və əgər müalicə kifayət qədər effektiv olmazsa, Sizə silostazolla müalicəni dayandırmağınızı tövsiyə edə bilər. Bəzi makrolidlər, azol törəmələri olan antifunqal preparatlar, proteaza inhibitorları kimi CYP3A4- ü güclü inhibə edən dərmanlarla və omeprazol kimi CYP2C19-u inhibə edən dərmanlarla müalicə alan pasiyentlərdə silozamedin dozası azaldılaraq, gündə 2 dəfə 50 mq təyin etmək məsləhət görülür. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Silozamed preparatının uşaqlarda effektivliyi və təhlükəsizliyi öyrənilməyib. Silozamedin qida və içkilərlə birlikdə istifadəsi Silozamed tabletləri səhər və axşam yeməklərindən 30 dəqiqə əvvəl qəbul edilməlidir. Həmişə tabletləri su ilə qəbul edin. Əgər Silozamedin qəbulunu unutmusunuzsa Əgər bir dozanın qəbulunu unutsanız, narahat olmayın; növbəti tabletinizi qəbul etmək üçün növbəti dozanın qəbul vaxtını gözləyin və sonra adi qaydada dərmanın qəbulunu davam etdirin. Unudulmuş tabletin yerini doldurmaq üçün ikiqat doza qəbul etməyin. Əgər Silozamedin qəbulunu dayandırırsınızsa Əgər Silozamed qəbul etməyi dayandırsanız, ayaqlarınızdakı ağrı geri dönə və ya daha da güclənə bilər. Ona görə, yalnız təcili tibbi yardım tələb edən əlavə təsirlər meydana çıxdığı halda (bax: “Əlavə təsirləri”) və ya həkiminizin dediyi halda Silozamed qəbul etməyi dayandırmalısınız. Bu dərmanın istifadəsi ilə əlaqədar suallarınız varsa, həkiminizdən və ya əczaçınızdan soruşun.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Silozamed də əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, baxmayaraq ki, bu hamıda baş vermir. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri baş verərsə, təcili tibbi yardıma ehtiyacınız ola bilər. Silozamed qəbul etməyi dayandırın və həkimə müraciət edin və ya dərhal yaxınlıqdakı xəstəxanaya gedin: • insult • ürək tutması • təngnəfəsliyə və ya topuqlarda şişkinliyin yaranmasına səbəb ola biləcək ürək problemləri • qeyri-müntəzəm ürək döyüntüsü (yeni və ya pisləşən) • nəzərəçarpan qanaxma • asanlıqla göyərmənin baş verməsi • dəridə, ağızda, gözlərdə və cinsiyyət orqanlarında qabarların əmələ gəlməsi ilə müşayiət olunan ciddi xəstəlik • qaraciyər və ya qan problemləri ilə bağlı dərinin və ya gözün saralması (sarılıq). Əgər Sizdə qızdırma və ya boğazınızda ağrı varsa, dərhal həkiminizə məlumat verməlisiniz. Bəzi qan testlərindən keçməyiniz lazım gələ bilər və həkiminiz sonrakı müalicəniz barədə qərar verəcəkdir. Silozameddən istifadə zamanı aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir. Aşağıdakı əlavə təsirlər meydana çıxarsa, ən qısa müddətdə həkiminizə məlumat verməlisiniz: Çox tez-tez meydana çıxan əlavə təsirlər (10 nəfərdən 1-dən çoxunda meydana çıxa bilər) • baş ağrıları • qeyri-normal nəcis • diareya Tez-tez baş verən əlavə təsirlər (10 nəfərdən 1-ə qədərində meydana çıxa bilər) • taxikardiya, aritmiya, palpitasiya • ürək döyüntüsü (çırpıntı) • sinə ağrısı (angina pectoris), ventrikulyar ekstrasistoliya • başgicəllənmə • boğaz ağrısı, faringit • burun axması (rinit) • qarın ağrısı • abdominal narahatlıq (həzmin pozulması) • özünü xəstə hiss etmək və ya xəstələnmək (ürəkbulanma və ya qusma) • iştahanın itməsi (anoreksiya) • həddindən artıq gəyirmə və ya qaz toplanması (meteorizm) • topuqlarda, pəncədə və üzdə şişkinlik, ödem • dəridə səpgi və dərinin xarici görünüşündə dəyişiklik • dərinin qaşınması • dəridə ləkəli qanaxma • ümumi zəiflik. Bəzən meydana çıxan əlavə təsirlər (100 nəfərdən 1-ə qədərində meydana çıxa bilər) • ürək tutması • qeyri-müntəzəm ürək döyüntüsü (yeni və ya pisləşən) • təngnəfəslik və ya topuğun şişməsinə səbəb ola bilən ürək problemləri • pnevmoniya • öskürək • titrətmə • gözlənilməz qanaxma • qanaxmaya meyllilik (məsələn, mədə qanaxması, gözə və ya əzələlərə qanaxma, burun qanaxması və ya ağız suyunda və ya sidikdə qan) • qanda eritrositlərin miqdarının azalması • ayağa durarkən başgicəllənmə • bayılma • narahatlıq • yuxuyagetmənin çətinləşməsi • qeyri-adi yuxular • allergik reaksiya • ağrılar • diabet və qanda şəkərin səviyyəsinin yüksəlməsi • mədə ağrısı (qastrit) • nasazlıq. Diabetli insanlarda gözə qansızma riski daha yüksək ola bilər. Nadir hallarda meydana çıxan əlavə təsirlə (1000 nəfərdən 1-ə qədərində meydana çıxa bilər) • adi halda olduğundan daha uzunmüddətli qanaxmaya meyllilik • qanda trombositlərin miqdarının artması • böyrəklərdə problemlər. Aşağıdakı əlavə təsirlər barədə məlumatlar Silozamedin istifadəsi zamanı verilmişdir, lakin onların başvermə tezliyi məlum deyil: • qan təzyiqində dəyişikliklər • qanda eritrositlərin, leykositlərin və trombositlərin səviyyəsinin azalması • tənəffüsün çətinləşməsi • hərəkətin çətinləşməsi • qızdırma • istilikbasma • ekzema və digər dəri səpgiləri • dərinin həssaslığının azalması • gözlərdə sulanma və yapışqanlıq (konyunktivit) • qulaqlarda cingilti (tinnit) • hepatit daxil olmaqla, qaraciyər problemləri • sidikdə dəyişikliklərin baş verməsi
Doza həddinin aşılması
Hər hansı bir səbəbdən lazım olduğundan daha çox Silozamed tableti qəbul etmisinizsə, güclü baş ağrısı, ishal, qan təzyiqinin düşməsi və qeyri-müntəzəm ürək döyüntüsü kimi əlamətlər və simptomlar meydana çıxa bilər bilər. Əgər təyin olunmuş dozadan çox tablet qəbul etmisinizsə dərhal həkiminizə və ya yerli xəstəxanaya müraciət edin. Həkimə hansı dərman qəbul etməyiniz aydın olmağı üçün qablaşdırmanı özünüzlə götürməyi unutmayın.
Buraxılış forması
10 tablet, PVX/PVDX/alüminium blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər hansı dərman preparatını çirkab sularının və məişət tullantılarının içərisinə atmayın. Uzun müddət istifadə etmədiyiniz dərman preparatını necə atmaq lazım olduğunu əczaçınızdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayının son gününə şamil edilir. Dərman preparatında görünən pisləşmə əlamətləri meydana çıxarsa, bu dərmanı istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Adamed Pharma S.A. 5, Marszalka Jozefa Pilsudskiego St. 95-200 Pabianice, Polşa.
Qeydiyyat vəsiqəsinin sahibi
Adamed Pharma S.A. 6, Pienkow, Mariana Adamkiewicza St. 05-152 Czosnow, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.