CEFTRIAKSON AKOS 1 GR № 1 (AMPULI)
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Antibiotik – seftriakson |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,84 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEFTRİAKSON 1 q vena daxilinə və əzələ daxilinə yeritmək üçün məhlul hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone
Tərkibi
Təsiredici maddə: 1 flakonda 1 q seftriakson natrium (seftriakson hesabı ilə) vardır.
Təsviri
Ağ və ya sarımtıl çalarlı ağ rəngli tozdur.
Farmakoterapevtik qrupu
Antibiotik – seftriakson. ATC kodu: J01DD04.
İstifadəsinə göstərişlər
Seftriaksona qarşı həssas mikroorqanizmlərin törətdikləri bakterial infeksiyalar: – qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, mədə-bağırsaq traktının, ödçıxarıcı yolların iltihabi xəstəlikləri, o cümlədən, xolangit, öd kisəsinin empieması); – yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri (o cümlədən, pnevmoniya, ağciyərlərin abssesi, plevranın empieması); – sümük, oynaq, dəri və yumşaq toxumaların infeksiyaları; – urogenital nahiyənin infeksiyaları (o cümlədən, qonoreya, pielonefrit); – bakterial meningit və endokardit, sepsis; – infeksiyalaşmış yaralar və yanıqlar; – yumşaq şankr və sifilis; – Laym xəstəliyi (borrelioz); – qarın yatalağı; – salmonellyoz və salmonellyoz daşıyıcılığı; – əməliyyatdan sonrakı infeksiyaların profilaktikası; – immuniteti zəifləmiş şəxslərdə infeksion xəstəliklər.
Əks göstərişlər
Hiperhəssaslıq (o cümlədən, digər sefalosporinlərə, penisillinlərə, karbapenemlərə qarşı). Yenidoğulmuşlarda (28 günə qədər) hiperbilirubinemiya, vaxtından əvvəl doğulmuş uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: böyrək və/və ya qaraciyər çatışmazlığı, qeyri-spesifik xoralı kolit, antibakterial dərman preparatlarının istifadəsi ilə əlaqəli enterit və ya kolit, hamiləlik və laktasiya dövrü. Digər sefalosporin antibiotiklərin istifadəsi üçün də bir qayda olan ətraflı anamnezin toplanmasına baxmayaraq, təxirəsalınmayan müalicə tələb edən anafilaktik şokun inkişaf etmə ehtimalını istisna etmək olmaz; bu zaman dərhal vena daxilinə əvvəlcə epinefrin, daha sonra isə qlükokortikoidlər yeritmək lazımdır. İn vitro şəraitdə aparılan tədqiqatlar onu göstərir ki, digər sefalosporin antibiotiklər kimi seftriakson da, qan zərdabının albumini ilə birləşmiş bilirubini sıxışdırıb çıxara bilər. Bu səbəbdən, hiperbilirubinemiyalı yenidoğulmuşlarda, xüsusilə vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda, seftriaksonu son dərəcədə ehtiyatla istifadə etmək tələb olunur. Eyni zamanda ağır dərəcəli böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkən, hemodializ proseduraları aparılan pasiyentlərdə, qan plazmasında preparatın konsentrasiyasını müntəzəm müəyyən etmək lazımdır. Uzunmüddətli müalicə aparıldıqda, periferik qanın mənzərəsinə, qaraciyərin və böyrəklərin funksional vəziyyətinin göstəricilərinə müntəzəm nəzarət etmək lazımdır. Nadir hallarda, öd kisəsinin USM aparıldıqda, müalicə dayandırıldıqdan sonra aradan qalxan qaralmalar qeyd olunur. Bu vəziyyət hətta, sağ qabırğaaltı nahiyədə ağrılarla müşayiət olunduqda, antibiotikin təyin olunmasının davam etdirilməsi və simptomatik müalicənin aparılması tövsiyə olunur. Müalicə müddətində etanolun istifadəsi əks göstərişdir – disulfiramabənzər effektlər (üz nahiyəsinin hiperemiyası, qarın və mədə nahiyələrində spazmlar, ürəkbulanma, qusma, AT-in aşağı düşməsi, taxikardiya, təngnəfəslik). Seftriaksonun təzə hazırlanmış məhlulları, otaq temperaturunda 6 saat müddətində fiziki və kimyəvi olaraq stabildirlər. Yaşlı və zəifləmiş pasiyentlərə K vitaminin təyin olunması tələb oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Seftriakson və aminoqlikozidlər bir çox qrammənfi bakteriyalara qarşı sinergizmə malikdirlər. Etanolla birlikdə istifadəsi uyğun deyil. QSİƏP və trombositlərin aqreqasiyasının digər inhibitorları qanaxma ehtimalını yüksəldirlər. “İlgək” diuretikləri ilə və digər nefrotoksik preparatlarla eyni zamanda istifadə edilməsi, nefrotoksik təsirin inkişaf etmə riskini yüksəldir. Tərkibində digər antibiotiklər olan məhlullarla birlikdə istifadəsi farmasevtik cəhətdən uyğun deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə seftriaksonu, yalnız preparatın ana üçün ehtimal edilən faydası, döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə etmək olar. Laktasiya dövründə preparatın istifadəsi tələb olunduqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
İstifadə qaydası və dozası
Vena daxilinə və əzələ daxilinə yeritmək üçün istifadə olunur. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – sutkada 1 dəfə 1-2 q və ya hər 12 saatdan bir 0,5-1 q, sutkalıq doza 4 q-dan artıq olmamalıdır. Yenidoğulmuşlara (2 həftəyə qədər) – 20-50 mq/kq/sutkada. Südəmər körpələrə və 12 yaşa qədər uşaqlara – sutkalıq doza 20-80 mq/kq-dır. Bədən kütləsi 50 kq və daha artıq olan uşaqlara böyüklər üçün olan dozalardan istifadə etmək lazımdır. Bədən kütləsinin hər kq-na 50 mq-dan artıq dozanı, 30 dəqiqə müddətində v/d (venadaxili) infuziya şəklində təyin etmək lazımdır. Müalicə kursunun müddəti xəstəliyin xüsusiyyətindən və ağırlıq dərəcəsindən asılıdır. Qonoreya zamanı – ə/d (əzələ daxilinə), bir dəfə 250 mq. Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası üçün – əməliyyata başlamazdan 30-90 dəqiqə əvvəl, bir dəfə 1-2 q (yoluxma təhlükəsinin dərəcəsindənj asılı olaraq). Yoğun və düz bağırsaqda aparılan əməliyyatlar zamanı əlavə olaraq, 5-nitroimidazol qrupundan olan preparatların yeridilməsi tövsiyə olunur. Südəmər körpələrdə və kiçik yaşlı uşaqlarda bakterial meningit zamanı – sutkada 1 dəfə 100 mq/kq-a (4 q-dan artıq olmamaq şərti ilə). Müalicəni davametmə müddəti törədicidən asılıdır və Neisseria meningitides üçün 4 gündən başlayaraq, Enterobacteriaceae mikroorqanizmlərinin həssas ştammları üçün 10-14 günə qədər təşkil edə bilər. Dərinin və yumşaq toxumaların infeksiyalarından əziyyət çəkən uşaqlar üçün sutkalıq doza sutkada 1 dəfə 50/75 mq/kq-a və ya hər 12 saatdan bir 25-37,5 mq/kq-a təşkil edir, lakin doza sutkada 2 q-dan artıq olmamalıdır. Digər lokalizasiyalı ağır dərəcəli infeksiyalar zamanı – 12 saatdan bir 25-37,5 mq/kq-a, sutkada 2 q-dan artıq olmamaq şərti ilə. Orta otitin müalicəsində – ə/d, bir dəfə, 50 mq/kq-a, 1 q-dan artıq olmamaq şərti ilə. Xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən pasiyentlərdə, yalnız kreatinin klirensi (KK) 10 ml/dəqiqədən aşağı olduqda dozanın korreksiyası tələb olunur. Bu halda, sutkalıq doza 2 q-dan artıq olmamalıdır. Məhlulların hazırlanma və yeridilmə qaydaları Yalnız təzə hazırlanmış məhlullardan istifadə etmək lazımdır! Ə/d-nə yeritmək üçün 0,25 və ya 0,5 q preparatı 2 ml, 1 q preparatı isə 3,5 ml 1 %-li lidokain məhlulunda həll etmək lazımdır. Bir sağrı nahiyəsinə 1 q-dan artıq preparat yeritməmək tövsiyə olunur. V/d inyeksiya üçün 0,25 və ya 0,5 q preparatı 5 ml, 1 q preparatı isə 10 ml inyeksiya üçün suda həll etmək lazımdır. Məhlulu v/d-nə tədricən (2-4 dəqiqə) yeritmək lazımdır. 2+ V/d infuziyalar üçün 2 q preparatı, tərkibində Ca olmayan 40 ml məhlulda (0,9 %-li NaCl məhlulu, 5-10 %-li dekstroza məhlulu, 5 %-li levuloza məhlulu) həll etmək lazımdır. Bədən kütləsinin hər kq-na 50 mq-dan artıq dozaları, v/d-nə damcı üsulu ilə, 30 dəqiqə müddətində yeritmək lazımdır.
Əlavə təsirləri
Allergik reaksiyalar: qızdırma, eozinofiliya, dəri üzərində səpgilər, övrə, dəridə qaşınma, multiform eksudativ eritema, ödemlər, anafilaktik şok, zərdab xəstəliyi, üşütmə. Yerli reaksiyalar: v/d yeritdikdə – flebitlər, vena boyu ağrı hissi; ə/d yeridildikdə – yeridilmə nahiyəsində ağrı hissi. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: oliquriya, böyrək funksiyalarının pozulması. Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, dadbilmə qabiliyyətinin pozulması, meteorizm, stomatit, qlossit, diareya, qəbizlik, psevdomembranoz enterokolit, qarın nahiyəsində ağrı; öd kisəsinin psevdoxolelitiazı (“sludge”-sindrom), kandidamikoz və digər superinfeksiyalar. Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: anemiya, leykopeniya, leykositoz, limfopeniya, neytropeniya, qranulositopeniya, trombositopeniya, trombositoz, bazofiliya; burun qanaxmaları, hemolitik anemiya. Laborator göstəricilər: protrombin müddətinin uzanması (qısalması), “qaraciyər” transaminazalarının və qələvi fosfatazanın (QF) aktivliyinin yüksəlməsi, hiperbilirubinemiya, hiperkreatininemiya, sidik cövhərinin konsentrasiyasının yüksəlməsi, hematuriya, qlükozuriya.
Doza həddinin aşılması
Qan plazmasında seftriaksonun yüksək konsentrasiyaları hemodializ vasitəsi ilə aşağı salına bilər. Doza həddinin aşılması hallarını müalicə etmək üçün simptomatik tədbirlərin aparılması tövsiyə olunur.
Buraxılış forması
Vena daxilinə və əzələ daxilinə yeritmək üçün məhlul hazırlamaq üçün 1 q toz. 1 q təsiredici maddə rezin tıxaclarla germetik tıxanmış, alüminium qapaqlarla və ya kombinəolunmuş alüminium və plastmass qapaqlarla sıxılmış, 10 ml həcmli flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Stasionarlara çatdırılma üçün, 50 flakon eyni sayda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Sintez” Tibbi preparatlarının və ləvazimatların Kurqan Açıq Səhmdar Cəmiyyəti” Açıq Səhmdar Cəmiyyəti (“Sintez” ASC). Ünvan Rusiya Federasiyası, 640008, Kurqan ş., Konstitusiya pr., 7. Tel.:/Faks: (3522) 48-16-89. e-mail: [email protected] İnternet-sayt: www.kurgansintez.ru
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.