Cardioton 10 q 100 ml flakon
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Ürək-damar preparatları |
| İstehsal ölkəsi | Çin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
29,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KARDİOTON 5 q və ya 10 q venadaxili infuziya/inyeksiya məhlulu hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: FDP (Fructose 1,6 diphosphate or sodium fructosediphosphate)
Tərkibi
Təsiredici maddə: 1 flakonda steril toz şəklində 5 q FDP (Fructose 1,6 diphosphate/natrium fruktoza difosfat) və ya 10 q FDP (Fructose 1,6 diphosphate/natrium fruktoza difosfat) vardir. Həlledici: inykesiya üçün su.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli kristallik tozdur.
Farmakoterapevtik qrupu
Ürək-damar preparatları. ATC kodu: C01EB07.
Farmakoloji xüsusiyyətləri
Çoxsaylı nümunələr göstərmişdir ki, Kardioton normada hüceyrə membranından keçmir, yalnız hüceyrələr zədələnərkən onlara daxil olur. Preparatın əsas təsir mexanizmi hüceyrə divarı ilə qarşılıqlı təsirdə olaraq, fosfofruktokinazanın aktivliyini stimulə etməkdən və son nəticədə hüceyrədaxili yüksək energetik fosfatları artırmaqdan ibarətdir. Hüceyrə səthi ilə qarşılıqlı təsirin ilkin nəticəsi kalium ionlarının hüceyrə daxilinə diffuziyasının artması şəklində meydana çıxır. Müəyyən edilmişdir ki, Kardioton eritrositləri hemolizdən qoruyur və toksik oksigen radikallarının əmələ gəlməsinin qarşısını alır. Kardioton ürək əzələsində ATF-in azalmasına imkan vermir, hipokaliemiyanın mənfi təsirlərinin qarşısını alır və ürək fəaliyyətini təmin edir. Kardioton ürəyin işemik xəstəliklərində miokardın enerji ehtiyatını təmin edir, qaraciyər və böyrəkləri işemiyadan qoruyur, hemorragik və travmatik şoklar zamanı qan dövranının bərpa edilməsində əhəmiyyətli rol oynayır. Klinik sınaqlar göstərir ki, dəfələrlə qanköçürmə zamanı Kardioton eritrositdaxili enerji ehtiyatını artıtır, köçürülən plazmada kaliumun konsentrasiyasını azaldır, hüceyrə daxilində normal natrium- kalium nisbətini bərpa edir, eritrositlərin elastikliyini və hemolitik rezistentliyini yüksəldir, parenteral qidanlanma zamanı azot mübadiləsini normallaşdırır, kəskin miokard infarktlı və periferik qan damarlarının xəstəlikləri olan xəstələrdə hemodinamikanı yaxşılaşdırır. Farmakokinetikası Kardioton hər kiloqram bədən kütləsinə 250 mq (250 mq/kq) dozada vena daxilinə yeridildikdə, 5 dəqiqədən sonra plazmada orta konsentrasiyası 770 mq-a çatır və tədricən azalır. Yarımparçalanma dövrü 10-15 dəqiqədir. Kardiotonun plazmada tükənməsi, onun damarxarici sahəyə yayılması, habelə hüceyrə və eritrosit fosfatazasının fəallaşması nəticəsində ATF əmələ gətirməklə fosfot və fruktozaya hidrolizi ilə əlaqədardır.
İstifadəsinə göstərişlər
Köməkçi terapiya qismində − Şoklar. − Ürəyin işemik xəstəliyi (qeyri-stabil stenokardiya, miokard infarktı və onların ağırlaşmaları). − Kəskin sol mədəcik çatışmazlığı (ağciyərin ödemi). − Aritmiyalar. − Müxtəlif lokalizasiyası işemiyalar, o cümlədən aşağı ətrafların ağır işemiyaları. − Metabolik pozğunluqlar ilə əlaqədər hipofosfatemiyalar. − Massiv transfuziyalar və ürək üzərində əməliyyatlar nəticəsində difosfoqliserat ehtiyatının tükənməsi.
Əks göstərişlər
− Preparata qarşı yüksək həssaslıq. − Hiperfosfatemiya. − Böyrək çatışmazlığı. Xüsusi göstərişlər və ehtiyar tərdbirləri Kreatininin klirensi 50 ml/dəq-dən aşağı olan xəstələrin qanında fosfotların səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır. Yeridilərkən Kardioton dərialtı toxumaya düşərsə, ağrı və qıcıqlanma törədir. Kardiotonu pH-ı 5,5 olan mühitdə həll olmayan preparatlara və kalsium duzlarının qələvi məhlulları ilə qarışdırmaq olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kardiotonun digər dərmanlarla qarşılıqlı təsiri qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin 3 ayında preparatdan istifadə edən qadınlarda hər hansı arzuolunmaz təsir qeydə alınmamışdır.
İstifadə qaydası və dozası
Kardioton yalnız vena daxilinə damcı üsulu ilə yeridilir (1q/dəq-yə yaxın sürətlə). 5 q Kardioton 50 ml həlledicidə və ya 10 q Kardioton 100ml həlledicidə həll olunaraq 10%-li məhlul alınır. Qəbul olunan rejimə əsasən sutkalıq doza 70-150 mq/kq, maksimal doza 250 mq/kq təşkil edir.
Əlavə təsirləri
Əlavə təsirləri müəyyənləşdirilməyib. Kardioton orqanizm tərəfindən əsasən yaxşı qəbul edilir.
Doza həddinin aşılması
Kardiotonun doza həddi aşılmasının simptomları müəyyən edilməmişdir.
Buraxılış forması
5 q steril toz şəklində natrium fruktoza difosfat və ya 10 q natrium fruktoza difosfat flakonda. 50 ml və ya 100 ml həlledici (inyeksiya üçün su), flakonda. 1 flakon toz və 1 flakon həlledici, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Həll olunmuş məhlul otaq temperaturunda 24 saat ərzində yararlıdır. Kardioton məhlulu tam istifadə olunmazsa, təkrar istifadə edilməsi qadağandır. Yararlıq müddəti 3 il. Yararlıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadəsi etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Cisen Pharmaceutical Co.Ltd., China. Hai chuan Road, Jining High&New Tecnology Industries devolepment Zone, Jining, Shandong Province, China.
Qeydiyyat vəsiqəsinin sahibi
Kratos Pharma İlaç Sanaye ve Ticeret A.Ş., Turkey. Atakent Mah.221Sk.Rota Office A blok3/1 kapi17 Kucukcekmece İstanbul., Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.