Kantab plus 16 mq / 12,5 mq N28 tablet

Təsiredici maddə: CANDESARTAN + HYDROCHLOROTHIAZIDE
Təsiredici maddəCANDESARTAN + HYDROCHLOROTHIAZIDE
Dərman formasıTablet
Farmakoloji təsirKombinəolunmuş hipotenziv dərman vasitəsi. Angiotenzin II reseptorlarının antaqonisti və diuretik
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,45 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KANTAB PLYUS 16 mq/12,5 mq; 32/12,5 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Candesartan cilexetil/Hydrochlorothiazide

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 16 və ya 32 mq kandesartan sileksetil və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, polietilenqlikol 8000 P (Makroqol), aşağı əvəzlənmiş hidroksipropilsellüloza (L-HPC) (hidroksipropilsellüloza), kalsium karboksimetilsellüloza (kalsium karmelloza), maqnezium stearat, sarı dəmir oksidi (E172).

Təsviri

Uzunsov, açıq-sarı rəngli, bir tərəfdən bölünən tabletlərdir.

Farmakoterapevtik qrupu

Kombinəolunmuş hipotenziv dərman vasitəsi. Angiotenzin II reseptorlarının antaqonisti və diuretik. ATC kodu: C09DA06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Angiotenzin II renin-angiotenzin-aldosteron sisteminin ilkin vazoaktiv hormonudur və hipertenziyanın, ürək çatışmazlığının və digər ürək-damar xəstəliklərinin patofiziologiyasında vacib rol oynayır. Onun həmçinin orqanların hipertrofiyasının və zədələrin son mərhələsinin patogenezində rolu var. Damarların daralması, aldosteronun stimullaşdırılması, su-duz homeostazının tənzimlənməsi və hüceyrələrin böyüməsinin stimullaşdırılması kimi angiotenzin II-nin əsas fizioloji təsirləri I tip (AT1) reseptor hesabına baş verir. Kandesartan sileksetil peroral istifadə üçün nəzərdə tutulan prodərmandır. O, mədə-bağırsaq traktında efir hidrolizi zamanı absorbsiya olunaraq, sürətli şəkildə aktiv maddə olan kandesartana çevrilir. Kandesartan AIIRA olub, AT -reseptorlarına selektiv sıx bağlanılır və yavaş1 dissosiasiya olunur. Onun aqonist aktivliyi yoxdur. Kandesartan sileksetili AÇF inhibitorları ilə müqayisə edən nəzarətli klinik tədqiqatlarda kandesartan sileksetili qəbul edən xəstələrdə öskürək hallarına daha nadirən rast gəlinir. Kandesartan digər hormon reseptorlarını və ya ürək-damar sisteminin tənzimlənməsində rolu olan ion kanallarını bağlamır və onları blokada etmir. Angiotenzin II (AT ) reseptorlarının1 antaqonizmi plazmada renin səviyyəsinin, angiotenzin I və angiotenzin II səviyyələrinin dozadan asılı artması və plazmada aldosteronun konsentrasiyasının azalması ilə nəticələnir. Hidroxlorotiazid plazma və hüceyrədənkənar mayenin həcmini azaldır və ürək döyüntülərini və qan təzyiqini aşağı salır. Uzunmüddətli müalicə zamanı periferik müqavimətin aşağı düşməsinə qan təzyiqinin enməsinə gətirib çıxarır. Geniş miqyaslı klinik tədqiqatlar hidroxlorotiazidlə uzunmüddətli müalicənin ürək-damar xəstəliklərini və ölüm riskini azaltdığını göstərmişdir. Kandesartan və hidroxlorotiazidin birlikdə daha üstün antihipertenziv təsirləri vardır. Kandesartan sileksetil/hidroxlorotiazidin effekti pasiyentin yaşından və cinsindən asılı olmayaraq eyni qalır. Farmakokinetikası Kandesartan sileksetil və hidroxlorotiazidin kombinasiya şəklində istifadəsi hər iki dərman vasitəsinin farmakokinetikasına heç bir klinik əhəmiyyətli təsir göstərmir. Absorbsiyası və paylanması Kandesartan sileksetil Peroral qəbul edildikdən sonra kandesartan sileksetil aktiv maddə olan kandesartana çevrilir. Kandesartan sileksetilin oral məhlulunu qəbul etdikdə mütləq biomənimsənilməsi təxminən 40 % təşkil edir. Oral məhlul ilə müqayisədə tablet formasının nisbi biomənimsənilməsi çox az dəyişiklik ilə təxminən 34 % təşkil edir. Qan plazmasının ortalama pik konsentrasiyası (C )max tablet qəbul edildikdən 3-4 saat sonra baş verir. Kandesartan plazma zülallarına sıx birləşir (99 %-dan artıq). Kandesartanın paylanmasının aşkar həcmi 0,1 l/kq-dır. Kandesartanın biomənimsənilməsinə qidanın təsiri yoxdur . Hidroxlorotiazid Hidroxlorotiazid mədə-bağırsaq traktından sürətlə sorulur və biomənimsənilməsi təxminən 70 %-dir. Qida ilə birgə qəbulu absorbsiyanı təxminən 15 % artırır. Ürək çatışmazlığı və nəzərə çarpan ödemi olan xəstələrdə biomənimsənilmə azala bilər. Hidroxlorotiazidin plazma zülalları ilə birləşməsi təxminən 60 %-dir. Paylanmanın aşkar həcmi təqribən 0,8 l/kq-dır. Biotransformasiyası və eliminasiyası Kandesartan sileksetil Kandesartan əsasən dəyişilməmiş şəkildə sidik və öd vasitəsilə və yalnız az miqdarda qaraciyər metabolizmi (CYP2C9) ilə xaric edilir. Kandesartanın terminal yarımparçalanma dövrü (T )½ təxminən 9 saatdır. Dozanın təkrar qəbulu akkumulyasiyaya səbəb olmur. Kandesartanın ümumi plazma klirensi təxminən 0,37 ml/dəq/kq təşkil edir, böyrək klirensi ilə 0,19 ml/dəq/kq. C-nişanlanmış kandesartan sileksetilin peroral dozasının qəbulundan sonra təxminən dozanın 26 %-i kandesartan şəklində sidik və 7 %-i isə qeyri-aktiv metabolit qismində xaric olunur, kandesartan dozasının 56 %-i nəcislə və 10 %-i qeyri-aktiv metabolit kimi xaric olunur. Hidroxlorotiazid Hidroxlorotiazid metabolizə olunmur və dəyişməz halda demək olar ki, tamamilə qlomerulyar filtrasiya və aktiv boru sekresiyası ilə xaric olunur. Hidroxlorotiazidin yarımparçalanma dövrü təxminən 8 saatdır. Peroral dozanın təxminən 70 %-i 48 saat ərzində sidiklə xaric olunur. Xüsusi əhali qruplarında farmakokinetikası Kandesartan sileksetil Gənc xəstələrlə müqayisədə yaşlı insanlarda (65 yaşdan yuxarı) C və kandesartanınmax AUC-göstəricisi müvafiq olaraq təxminən 50 % və 80 % yüksəlir. Lakin, kandesartan sileksetil/hidroxlorotiazidin qan təzyiqinə təsiri və əlavə təsirlərin rast gəlmə tezliyi gənc və yaşlı xəstələrdə eynidir. Hidroxlorotiazid Hidroxlorotiazidin terminal yarımparçalanma dövrü T böyrək çatışmazlığı olan xəstələrdə½ uzanır.

İstifadəsinə göstərişlər

– Qan təzyiqi kandesartan sileksetil və ya hidroxlorotiazidin monoterapiyası ilə optimal nəzarət olunmayan xəstələrdə hipertoniyanın müalicəsi üçün Kantab Plyus göstərişdir.

Əks göstərişlər

– Aktiv maddəyə və ya hər hansı köməkçi vasitələrə və ya sulfonamid törəmələri olan aktiv maddələrə qarşı yüksək həssaslıq. Hidroxlorotiazid sulfonamid törəməsindən olan aktiv maddədir. – Hamiləliyin ikinci və üçüncü trimestri. 2 – Ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq/1,73 m BSS). – Ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz. – Refrakter hipokaliemiya və hiperkalsiemiya. – Podaqra xəstəliyi. Xüsusi göstərişlər/ehtiyyat tədbirləri Böyrək arteriyası stenozu Renin-angiotenzin-aldosteron sisteminə təsir göstərən dərmanlar, o cümlədən, angiotenzin II reseptorlarının antaqonistləri (AIIRA), böyrək arteriyalarının iki tərəfli stenozu yaxud tək böyrək arteriya stenozu olan xəstələrdə qanda sidiyin miqdarını və zərdab kreatinini artıra bilər. Anesteziya və cərrahiyyə Angiotenzin II reseptorlarının antaqonistləri ilə müalicə alan xəstələrdə anesteziya və cərrahiyyə zamanı renin-angiotenzin sisteminin blokadası səbəbindən hipotenziya baş verə bilər. Çox nadir hallarda, ağır hipotenziya səbəbindən venadaxili mayelərin və/və ya vazopressorların istifadəsinə ehtiyac yarana bilər. Aorta və mitral qapağın stenozu (obstruktiv hipertrofik kardiomiopatiya) Digər vazodilatatorlarla olduğu kimi, hemodinamik aorta və ya mitral qapağın stenozu səbəbindən, və ya obstruktiv hipertrofik kardiomiopatiyadan əziyyət çəkən xəstələrdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Birincili hiperaldosteronizm Bu qrup əhalidə Kantab Plyus-un istifadəsi tövsiyə edilmir. Elektrolit disbalansı Zərdab elektrolitlərinin dövri olaraq müəyyən edilməsi müvafiq intervallarla həyata keçirilməlidir. Tiazidlər, o cümlədən hidroxlorotiazid daxil olmaqla, maye və ya elektrolit disbalansına (hiperkalsiemiya, hipokaliemiya, hiponatriemiya, hipomagnezemiya və hipoxlorik alkaloz) səbəb ola bilər. Tiazid diuretiklər sidiklə kalsiumunun ifrazını azalda bilər və qan zərdabında kalsiumun konsentrasiyasının periodik və yüngül artımına səbəb ola bilər. Nəzərəçarpan hiperkalsiemiya gizli hiperparatiroidizm əlaməti ola bilər. Paratiroid funksiya testi edilmədən əvvəl tiazidlər dayandırılmalıdırlar. Hidroxlorotiazid hipokaliemiya ilə nəticələnə bilən, dozadan asılı sidik kaliumunun ifrazını artırır. Hidroxlorotiazidin bu təsiri görünür ki, kandesartan sileksetil ilə birlikdə kombinasiya olduqda daha az nəzərə çarpır. Hipokaliemiya riski qaraciyər sirrozu, kəskin diurezi olan, elektrolitləri peroral şəkildə nizamsız qəbul edən və kortikosteroid və ya adrenokortikotrop hormonlarla (AKTH) yanaşı müalicə alan xəstələrdə arta bilər. Kandesartan sileksetil ilə müalicə, xüsusilə də ürək çatışmazlığı və/və ya böyrək çatışmazlığı olan xəstələrdə, hiperkaliemiyaya səbəb ola bilər. Kantab Plyus-la qan plazmasında kaliumun səviyyəsinin artmasına səbəb ola bilən kalium qoruyucu diuretiklərin, kalium əlavələrinin və ya duz əvəzedicilərinin və ya digər dərman vasitələrinin (məsələn, heparin natrium) eyni vaxtda qəbul edilməsi zərdabda kaliumun artmasına səbəb ola bilər. Kalium monitorinqi diqqətli şəkildə həyata keçirilməlidir. Tiazidlərin qəbulu sidiklə maqneziumun ifrazının artmasına gətirib çıxarır, bu isə hipomaqneziyemiya ilə nəticələnə bilər. Metabolik və endokrin təsirlər Tiazid diuretiklərlə müalicə qlükozaya müqaviməti zəiflədə bilər. Antidiabetik dərmanların, o cümlədən insulinin, dozasının tənzimlənilməsi tələb oluna bilər. Tiazidlərlə müalicə zamanı gizli şəkərli diabet aşkar oluna bilər. Xolesterin və triqliseridlərin səviyyəsini artması tiazid diuretiklərlə müalicə ilə bağlı olur. Kantab Plyus-da olan dozalarda yalnız minimal təsirlər müşahidə edilmişdir. Tiazid diuretiklər qan plazmasında sidik turşusunun konsentrasiyasını artırır və həssas xəstələrdə podaqra xəstəliyinin yaranmasına səbəb ola bilər. Fotosensibilizasiya Tiazid diuretiklərin istifadəsi zamanı fotosensibilizasiya reaksiyaları halları qeydə alınmışdır. Fotosensibilizasiya reaksiyası baş verdiyi halda müalicəni dayandırmaq tövsiyə olunur. Müalicənin yenidən başlanması vacib olduqda günəş işığından və ya ultra bənövşəyi şüalanma radiasiyasından qorumaq tövsiyə olunur. Ümumi Damar tonusu və böyrək funksiyası əsasən renin-angiotenzin-aldosteron sisteminin (məsələn, ağır durğun ürək çatışmazlığı və ya böyrək xəstəliyi, o cümlədən böyrək arteriyasının stenozu olan xəstələr) fəaliyyətindən asılı olan xəstələrin AIIRA-ləri də daxil olmaqla bu sistemə təsir göstərən dərman vasitələri ilə müalicəsi kəskin hipotenziya, azotemiya, oliquriya və ya nadir hallarda kəskin böyrək çatışmazlığına səbəb olur. İstənilən antihipertenziv vasitə kimi, ürəyin işemik xəstəliyi və ya aterosklerotik serebro-vaskulyar xəstəliyi olan xəstələrdə arterial təzyiqin həddindən artıq azalması miokard infarktına və ya insulta gətirib çıxara bilər. Hidroxlorotiazidə qarşı yüksək həssaslıq reaksiyaları anamnezində allergiya və bronxial astması olan və ya olmayan, xəstələrdə rast gəlinə bilər, amma daha çox anamnezində belə xəstəliklər olan xəstələrdə rast gəlinir. Tiazid diuretiklərin istifadəsi sistem qırmızı qurdeşənəyinin kəskinləşməsi və ya aktivləşməsinə səbəb ola bilər. Kantab Plyus-un antihipertenziv təsiri digər antihipertenziv preparatlarla istifadə zamanı arta bilər. Bu dərman vasitəsinin tərkibində köməkçi maddə kimi laktoza olduğundan, qalaktoza dözümsüzlüyü, Lapp laktazasının çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozuntusu kimi nadir irsi problemləri olan xəstələrə bu dərmanı qəbul etmək məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Klinik farmakokinetik tədqiqatlarda öyrənilmiş vasitələrə hidroxlorotiazid, varfarin, diqoksin, peroral kontraseptivlər (etinilestradiol/levonorqestrel), qlibenklamid, nifedipin və enalapril daxildirlər. Bu dərman vasitələri ilə klinik cəhətdən əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir müəyyən edilməmişdir. Hidroxlorotiazidin kalium qovucu təsirini kaliumun itirilməsi və hipokaliemiya ilə bağlı digər dərman vasitələri (məsələn, digər kaliuretik diuretiklərin, laksativlər, amfoterisin, karbenoksolon, pensilin G natrium, salisil turşusu törəmələri, steroid, AKTH) ilə gücləndirilməsi gözlənilə bilər. Kantab Plyus-un kaliumqoruyucu diuretiklər, kalium əlavələri, duz əvəzediciləri və ya kaliumun səviyyəsini artıra bilən (məsələn, heparin natrium) digər dərman vasitələri ilə eyni vaxtda istifadəsi zərdabda kaliumun miqdarının artmasına gətirib çıxara bilər. Sidikqovucu vasitələrlə törədilmiş hipokaliemiya və hipomaqneziemiya üskükotu qlikozidləri və antiaritmik dərman vasitələrinin potensial kardiotoksik effektləri səbəbindən yaranır. Kantab Plyus belə dərman vasitələri və aşağıda qeyd olunan “torsades de pointes” aritmiyası yarada bilən dərman vasitələri ilə birgə istifadə olunduqda qan zərdabında kaliumun dövrü monitorinqi tövsiyə edilir: – Ia sinif antiaritmik vasitələr (məsələn, xinidin, hidroxinidin, dizopiramid); – III sinif antiaritmik vasitələr (məsələn, amiodaron, sotalol, dofetilid, ibutilid); – bəzi antipsixotiklər (məsələn, tioridazin, xlorpromazin, levomepromazin, trifluoperazin, siamemazin, sulpirid, sultoprid, amisulprid, tiaprid, pimozid, haloperidol, droperiodol); – digər dərman vasitələri (məsələn, bepridil, sizaprid, difemanil, eritromisin v/d, halofantrin, ketanserin, mizolastin, pentamidin, sparfloksasin, terfenadin, vinkamin v/d). Litiumun Angiotenzini Çevirən Fermentinin (AÇF) inhibitorları və ya hidroxlorotiazidlə eyni vaxtda istifadəsi zamanı qan zərdabında litiumun konsentrasiyasının geriyə dönən artımı və toksiklik qeydə alınmışdır. Eyni təsir həmçinin AIIRA-lər ilə qeyd olunmuşdur. Kandesartanın və hidroxlorotiazidin litiumla birgə istifadəsi tövsiyə edilmir. Lakin kombinativ istifadə zərurət yarandıqda qan zərdabında litiumun səviyyəsinin monitorinqi tövsiyə olunur. AIIRA-i qeyri-steroid iltiha əleyhinə dərman preparatları (QSİƏP) (yəni selektiv SOQ-2 inhibitorları, asetilsalisil turşusu (> 3 q/gün) və QSİƏP) ilə eyni zamanda istifadə olunduqda antihipertenziv təsirin azalması baş verə bilər. AÇF inhibitorları ilə olduğu kimi, AIIRA-nın və QSİƏP ilə eyni vaxtda istifadə edilməsi xüsusilə artıq mövcud zəif böyrək funksiyası olan xəstələrdə kəskin böyrək çatışmazlığı və zərdabda kaliumun artması daxil olmaqla böyrək funksiyasının pisləşməsi riskinin artmasına gətirib çıxara bilər. Bu kombinasiya, xüsusilə də yaşlı insanlarda, ehtiyatla qəbul edilməlidir. Xəstələr düzgün qaydada hidratasiya olmalı və müşayiətedici müalicə başlandıqdan sonra və bundan sonra da vaxtaşırı böyrək funksiyasının monitorinqi həyata keçirilməlidir. Hidroxlorotiazidin sidikqovucu, natriumuretik və antihipertenziv təsiri QSİƏP tərəfindən azaldılır. Hidroxlorotiazidin absorbsiyası kolestipol və ya xolestiramin tərəfindən azaldılır. Depolyarizasiya olunmayan skelet əzələ relaksantlarının (məsələn, tubokurarin) effekti hidroxlorotiazid tərəfindən güclənə bilər. Tiazid diuretiklər ekskresiyanın azalması səbəbindən zərdabda kalsiumun səviyyəsini artıra bilər. Əgər kalsium əlavəsi və ya D vitamini təyin olunmalıdırsa, qanda kalsiumun səviyyəsi nəzarətdə saxlanılmalı və dozaya müvafiq qaydada düzəlişlər edilməlidir. Beta-blokatorların və diazoksidin hiperqlikemik təsiri tiazidlərlə birgə istifadə zamanı arta bilər. Antixolinergik vasitələr (məsələn, atropin, biperiden) mədə-bağırsaq motorikası və mədənin boşalma sürətinin azaldılması hesabına tiazid tipli diuretiklərin biomənimsənilməsini artıra bilər. Tiazidlər amantadin istifadəsi səbəbindən yaranmış əlavə təsirlər riskini artıra bilər. Tiazidlər sitotoksik dərman vasitələrinin (məsələn, siklofosfamid, metotreksat) böyrəkdən xaric olmasını azalda bilər və onların miyelosupressiv təsirini gücləndirə bilər. Postural hipotoniya alkoqol, barbituratlar və anestetiklərin eyni vaxtda qəbulu zamanı kəskinləşə bilər. Tiazid diuretiklərlə müalicə qlükoza tolerantlığını zəiflədə bilər. İnsulin daxil olmaqla antidiabetik dərmanların dozalarının korreksiyasına ehtiyac ola bilər. Hidroxlorotiazidlə birgə istifadə zamanı funksional böyrək pozulmasının yarana bilmə səbəbindən laktik asidoz riski olduğundan metformin ehtiyatla istifadə olunmalıdır. Hidroxlorotiazid ilə birgə istifadə zamanı pressor aminlər (məs, adrenalin) arterial cavabın azalmasına səbəb ola bilər, lakin bu pressor effektin tamamilə itməsinə kifayət etmir. Hidroxlorotiazidin xüsusilə də yod konsentrasiyası yüksək olan maddələrin yüksək dozaları ilə birgə istifadəsi böyrək çatışmazlığı riskini artıra bilər. Siklosporinlə birgə müalicə hiperurikemiya riskini və podaqra tipli ağırlaşmaları artıra bilər. Baklofen, amifostin, trisiklik antidepressantlar və ya neyroleptiklərlə birgə müalicə antihipertenziv təsirin güclənməsinə gətirə və hipotenziyanın əmələ gəlməsinə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Angiotenzin II reseptorlarının antaqonistləri (AIIRA) AIIRA (Angiotenzin II Reseptorlarının Antaqonistləri) istifadəsi hamiləliyin ilk trimestri ərzində məsləhət görülmür. Hamiləliyin ikinci və üçüncü trimestri ərzində AIIRA-in istifadəsi əks göstərişdir. Hidroxlorotiazid Hamiləlik dövründə, xüsusilə birinci trimestr ərzində hidroxlorotiazidin istifadəsi ilə bağlı məlumatlar məhduddur. Heyvanlar üzərində tədqiqatlar kifayət qədər deyil. Hidroxlorotiazid plasentar baryerdən keçir. Hidroxlorotiazidin farmakoloji təsir mexanizminə əsaslanaraq onun ikinci və üçüncü trimestr ərzində istifadəsi fetoplasentar perfuziya təhlükəsi yarada bilər və sarılıq, elektrolit balansın pozulması və trombositopeniya kimi fetal və neonatal təsirlərə səbəb ola bilər. Plazma həcminin və plasentar perfuziyanın azalması riski və xəstəliyin gedişatına müsbət təsiri olmadığından hidroxlorotiazid hestasiya ödemi, hestasion hipertenziya və ya preeklampsiya zamanı istifadə edilməməlidir. Başqa heç bir dərman istifadə edilə bilmədiyi nadir hallar istisna olmaqla, hidroxlorotiazid hamilə qadınlarda hipertoniya zamanı istifadə edilməməlidir. Laktasiya Angiotenzin II reseptorlarının antaqonistləri (AIIRA) Laktasiya dövründə Kantab Plyus-un istifadə ilə bağlı heç bir məlumat mövcud olmadığından, Kantab Plyus tövsiyə edilmir və laktasiya dövründə daha yaxşı təhlükəsizlik profili müəyyən edilmiş alternativ müalicə üsulları, xüsusilə də yeni və ya erkən doğulmuş körpələrin ana südü ilə qidalandırılması zamanı daha üstün hesab edilirlər. Hidroxlorotiazid Hidroxlorotiazid kiçik miqdarda ana südünə keçir. Tiazidlər yüksək dozalarda diurezin intensivləşməsinə səbəb olaraq süd ifrazını inhibə edə bilər. Kantab Plyus-un laktasiya dövründə istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər mexanizmlərdən idarə etmək qabiliyyətinə təsiri barədə tədqiqatlar keçirilməmişdir. Nəqliyyat vasitələrinin idarəsi və ya mexanizmlərin istifadə edilməsi zamanı nəzərə almaq lazımdır ki, Kantab Plyus ilə müalicə zamanı bəzən başgicəllənmə və ya yorğunluq hissi yarana bilər.

İstifadə qaydası və dozası

İstifadə qaydası Peroral istifadə. Kantab Plyus qida ilə və ya qidasız qəbul edilə bilər. Dozalanma Kantab Plyus-un tövsiyə olunan dozası gündə bir dəfə bir tablet təşkil edir. Ayrı-ayrı komponentlər (kandesartan sileksetil və hidroxlorotiazid) ilə dozanın titrasiyası tövsiyə olunur. Klinik cəhətdən məqsədə uyğundursa monoterapiyadan Kantab Plyus ilə müalicəyə keçmə nəzərdə tutula bilər. Hidroxlorotiazidlə monoterapiyadan kandesartan sileksetilə keçid zamanı dozasının titrasiyası tövsiyə olunur. Kandesartan sileksetil və ya hidroxlorotiazidlə monoterapiya zamanı qan təzyiqinə optimal nəzarət əldə olunmayan xəstələrə Kantab Plyus təyin oluna bilər. Antihipertenziv təsirin böyük hissəsi adətən müalicənin başlanmasından 4 həftə ərzində əldə olunur. Xüsusi qrup xəstələr Yaşlı əhali Yaşlı xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur. Damardaxili həcmin azalması olan xəstələr Mümkün damardaxili həcmin azalması olan xəstələrdə olduğu kimi, hipotenziya riski (belə xəstələrdə kandesartan sileksetil ilkin doza kimi 4 mq baxıla bilər) olan xəstələrdə kandesartan sileksetilin dozasının titrasiyası tövsiyə olunur. Böyrək çatışmazlığı olan xəstələr Bu qrup əhalidə ilgək diuretiklərin istifadəsi tiazidlərlə müqayisədə daha üstündürlər. Kantab Plyus ilə müalicəyə başlamamışdan əvvəl (kandesartan sileksetil başlanğıc tövsiyə olunan dozası bu xəstələrdə 4 mq-dır) kandesartan sileksetilin dozasının titrasiyası yüngül və orta böyrək çatışmazlığı olan xəstələrdə tövsiyə olunur (kreatinin klirensi ≥ 30 ml/dəq/1,73 m bədənin səthinin sahəsi (BSS)). ® 2 Kantab Plyus ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq/1,73 m BSS) olan xəstələrə əks göstərişdir. Qaraciyər çatışmazlığı olan xəstələr Kandesartan sileksetilin dozasının titrasiyası Kantab Plyus-la müalicədən əvvəl yüngül və orta qaraciyər çatışmazlığı olan xəstələr də tövsiyə edilir (bu xəstələrdə kandesartan sileksetilin tövsiyə edilən başlanğıc dozası 4 mq təşkil edir). Uşaqlarda istifadə Kantab Plyus-un 18 yaşa qədər olan uşaqlarda isifadəsi zamanı təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumatlar mövcud deyil.

Əlavə təsirləri

Aşağıda kandesartan sileksetil ilə klinik tədqiqatlar və post-marketinq araşdırmalar zamanı qeyd olunmuş əlavə təsirlər göstərilmişdir. Əlavə təsirləri göstərmək üçün istifadə olunan tezliklər: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100- dən < 1/10-dək); bəzən (≥ 1/1000-dən < 1/100-dək); nadir (≥ 1/10000-dən < 1/1000-dək); çox nadir (< 1/10000). İnfeksiyalar və invaziyalar Tez-tez: tənəffüs infeksiyaları. İmmun sistemdə baş verən pozğunluqlar Nadir: anafilaktik reaksiyalar. Qan və limfa sistemində baş verən pozğunluqlar Nadir: trombositopeniya, aplastik anemiya, sümük iliyinin depressiyası, hemolitik anemiya. Çox nadir: leykopeniya, neytropeniya və aqranulositoz. Ürəkdə baş verən pozğunluqlar Nadir: ürək aritmiyası. Damarda baş verən pozğunluqlar Bəzən: ortostatik hipotenziya. Nadir: nekrotik angiit (vaskulit, dəri vaskuliti). Maddələr mübadiləsi və qidalanmada baş verən pozğunluqlar Tez-tez: hiperqlikemiya, hiperurikemiya. Çox nadir: hiperkaliemiya, hiponatriemiya. Sinir sistemi baş verən pozğunluqlar Tez-tez: başgicəllənmə/vertigo, baş ağrısı. Nadir: paresteziya. Tənəffüs, döş və divararalığı orqanlarında baş verən pozğunluqlar Nadir: tənəffüs çətinliyi (pnevmoniya və ağciyər ödemi daxil olmaqla). Çox nadir: öskürək. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Bəzən: anoreksiya, iştahasızlıq, mədə qıcıqlanması, diareya, qəbizlik. Nadir: pankreatit. Çox nadir: ürəkbulanma. Hepato-biliar pozğunluqlar Nadir: sarılıq (intrahepatik xolestatik sarılıq). Çox nadir: qaraciyər fermentləri səviyyəsinin artması, qaraciyər funksiyasının pozulması və ya hepatit. Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Bəzən: fotosensibilizasiya reaksiyaları. Nadir: toksik epidermal nekroliz, qırmızı qurdeşənəyinə bənzər reaksiyalar, qurdeşənəyi xəstəliyinin reaktivasiyası. Çox nadir: angioödem, səpgi, övrə, qaşınma. Əzələ-skelet və birləşdirici toxumada baş verən pozğunluqlar Nadir: əzələ spazmı. Çox nadir: beldə ağrı, artralgiya, mialgiya. Böyrək və sidik çıxarıcı yollarda baş verən pozulmalar Tez-tez: qlükozuriya. Nadir: böyrək disfunksiyası və interstisial nefrit. Çox nadir: böyrək çatışmazlığı, o cümlədən böyrək çatışmazlığına həssas olan xəstələrdə. Psixi pozulmalar Nadir: yuxu pozuntuları, depressiya, narahatlıq. Görmədə baş verən pozğunluqlar Nadir: bulanıq görmə. Ümumi pozğunluqlar və yeridilmə zamanı yaranan pozğunluqlar Tez-tez: ümumi zəiflik. Nadir: qızdırma. Laborator göstəricilər Tez-tez: xolesterinin və triqliseridlərin artması. Nadir: qanda sidik cövhəri azotunun və zərdab kreatininin artması. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Simptomları Farmakoloji mülahizələr əsasında kandesartan sileksetil ilə doza həddinin aşılmasının əsas təzahürü çox güman ki, simptomatik hipotenziya və başgicəllənmə olur. Hidroxlorotiazidin doza həddinin aşılmasınında başgicəllənmə, hipotoniya, susuzluq hissi, taxikardiya, mədəcik aritmiyası, sedativ/şüurun pozulması və əzələ spazmı kimi simptomlar müşahidə edilə bilər. Müalicəsi Kantab Plyus-la doza həddi aşıldıqda hər hansı spesifik müalicə mövcud deyil. Lakin doza həddi aşıldıqda aşağıdakı tədbirlər məsləhət görülür. Göstəriş olduğu halda, qusmanın stimulyasiyası və ya mədənin yuyulması həyata keçirilməlidir. Pasiyent beli üstə qoyulmalı və ayaqları qaldırılmalıdır. Bu kifayət olmadığı halda, plazmanın həcmi natrium xloridin izotonik məhluları ilə infuziya yolu ilə artırılmalıdır. Ehtiyac olduqda zərdab elektrolitləri və turşu balansı yoxlanılmalı və düzəlişlər edilməlidir. Yuxarıda qeyd olunan tədbirlər effektiv olmadıqda, simpatomimetik dərmanlar yeridilə bilər. Kandesartan hemodializ ilə xaric oluna bilməz. Hidroxlorotiazidin nə dərəcədə hemodializ ilə çıxarılması məlum deyil.

Buraxılış forması

Kantab Plyus 16 mq/12,5 mq 14 tablet, şəffaf PVX/PE/PVDX-Al blisterdə, 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır. Kantab Plyus 32 mq/12,5 mq 14 tablet, şəffaf PVX/PE/PVDX-Al blisterdə, 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti

25 ºC-dən aşağı temperaturda orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kantab plus 16 mq / 12,5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.