Bronxomunal 3,5 mq N10 kapsul
| Təsiredici maddə | BACTERIAL LYSATE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Digər immunostmulyatorlar |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BRONXO-MUNAL 7 mq (böyüklər üçün) kapsullar BRONCHO-MUNAL BRONXO-MUNAL P 3,5 mq (uşaqlar üçün) kapsullar BRONXO-MUNAL P Beynəlxalq patentləşdirilməmiş adı: Liofilizə olunmuş bakterial lizat (Haemophilus influenzae, Streptococcus pneumoniae, Klebsiella pneumoniae spp. pneumoniae и ozaenae, Staphylococcus aureus, Streptococcus pyogenes и sanguinis, Moraxella (Branhamella) catarrhalis)
Tərkibi
Təsiredici maddə: 1 kapsulda bakteriyaların 7 mq və ya 3,5 mq liofilizəolunmuş lizatı vardır. Köməkçi maddələr: susuz propilqallat, susuz natrium qlutamat, mannitol, maqnezium stearat, jelatinləşdirilmiş nişasta. Jelatin kapsulların tərkibi: indiqotin (E132), titan dioksid (E171), jelatin.
Təsviri
BRONXO-MUNAL® 7 mq kapsullar Mavi rəngli qeyri-şəffaf qapağı və gövdəsi olan kapsullardır. Kapsulun möhtəviyyatı: zəif bej rəngə çalan tozdur. BRONXO-MUNAL® P 3,5 mq kapsullar Mavi rəngli qeyri-şəffaf qapağı, ağ rəngli qeyri-şəffaf gövdəsi olan kapsullardır. Kapsulun möhtəviyyatı: zəif bej rəngə çalan tozdur.
Farmakoterapevtik qrupu
Digər immunostmulyatorlar. ATC kodu: L03AX.
Farmakoloji xüsusiyyətləri
BRONXO-MUNAL® və BRONXO-MUNAL® P-nin tərkibində əsasən tənəffüs yollarının infeksiyalarını törədən bakteriyaların (Streptococcus pneumoniae, Haemophilus influenzae, Klebsiella pneumoniae, Klebsiella ozaenae, Staphylococcus aureus, Streptococcus viridans, Streptococcus pyogenes, Moraxella catarrhalis) liofilizəolunmuş lizatı vardır. Preparat orqanizmin immun cavab reaksiyalarını modullaşdırır, həm hüceyrə immunitetini, həm də humoral immuniteti stimullaşdırır. İnfeksiyaların tezliyini və ağırlıq dərəcəsini azaltmaqla antibiotiklərdən istifadə olunmanın zəruriliyini azaldır.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının bütün infeksion xəstəliklərində əlavə müalicə kimi. Profilaktika məqsədilə yuxarı və aşağı tənəffüs yollarının residivləşən infeksiyalarında (xroniki bronxit, tonzillit, faringit, laringit, rinit, sinusit, otit) təyin olunur.
Əks göstərişlər
− Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. − Hamiləlik − Laktasiya dövrü
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Peroral diri vaksinlərin qəbulu ilə BRONXO-MUNAL®-ın qəbulu arasında 4 həftəlik intervalın saxlanması tövsiyə olunur. Hiperhəssaslıq reaksiyalarının yaranmasına səbəb ola bilər. Əgər allergik reaksiyalar və ya dözümsüzlük əlamətləri yaranarsa müalicə dərhal dayandırılmalıdır. İlkin və ikincili immunodefisit vəziyyətlər, autoimmun, revmatik və atopik xəstəlikləri olan şəxslərdə klinik istifadə təcrübəsi olmadığı üçün bu kateqoriya şəxslərdə dərman vasitəsinin istifadəsi tövsiyə olunmur. Pediatrik populyasiya Bronxomunalın 6 aydan kiçik uşaqlarda istifadəsi haqqında klinik tədqiqatlardan olan məlumatlar məhdud olduğu və immun sisteminin formalaşmadığı üçün 6 aydan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur. Yaşlı, qaraciyər və böyrək çatışmazlığı ilə xəstələr: təhlükəsizliyi ilə bağlı problemlər gözlənilmir. Laborator tədqiqatlara və onların göstəricilərinə təsiri: məlumat yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Təsvir edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə dərman vasitəsi istifadə etməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur.
İstifadə qaydası və dozası
Səhər ac qarına daxilə qəbul edilir. 12 yaşdan böyük uşaqlar və böyüklərdə Tənəffüs traktının infeksiyalarının profilaktik müalicə kursu 1 bərk kapsul (7 mq böyüklər üçün) hər gün acqarına, ayda 10 ardıcıl gün ərzində davamlı olaraq 3 ay müddətində qəbul edilir. İmkan olduqda hər ayın eyni günü müalicəyə başlamaq və 20-günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal gündə 1 kapsul 10-30 ardıcıl gün müddətində qəbul edilir. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal antibiotik ilə birgə qəbul olunur. 6 aydan 12 yaşa qədər uşaqlarda Tənəffüs yollarının infeksiyalarının profilaktik müalicə kursu üçün: Ayda 10 ardıcıl gün ərzində gündə bir dəfə ac qarına bir bərk kapsul/saşe (3,5 mq uşaqlar üçün) davamlı olaraq 3 ay müddətində. İmkan olduqda hər ayın eyni günü müalicəyə başlamaq və 20- günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal P gündə 1 kapsul 10-30 ardıcıl gün müddətində qəbul edirlər. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal P antibiotik ilə birgə qəbul olunur. Kapsulu uda bilməyən uşaqlara (məs., 5 yaşına qədər uşaqlar), kapsulu açaraq, saşe qablaşmada olduğu kimi onun möhtəviyyatını adekvat miqdarda su, meyvə suyu, süd/uşaq qidasına əlavə etmək lazımdır. Məhlulu hazırladıqdan bir neçə dəqiqə sonra tam olaraq qədul etmək və qəbul etməmişdən əvvəl hər zaman qarışdırmaq lazımdır.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (˃1/10), tez-tez (˃1/100 və ˂1/10), bəzən (˃1/1000 və ˂1/100), nadir hallarda (1/1000 və ˂1/10000), çox nadir hallarda (˂1/10000), məlum deyil ( mövcud olan məlumatlara əsasən təyin etmək mümkün deyil). Mədə-bağırsaq pozğunluqları Tez-tez: diareya, qarında ağrı Məlum deyil: qusma, ürəkbulanma Tənəffüsün, döş qəfəsi və divar aralığı orqanlarına Tez-tez: öskürək. Bəzən: boğulma Dəri və dərialtı toxumalara Tez-tez: səpgi. Məlum deyil: övrə. İmmun sistemə Bəzən: yüksək həssaslıq reaksiyaları (eritematoz səpgi, generalizə olunmuş səpgi, eritema, ödem, göz qapaqlarının ödemi, üzün ödemi, periferik ödemlər, pastoz vəziyyət, qaşınma, generalizə olunmuş qaşınma, təngnəfəslik). Məlum deyil: angionevrotik ödem. Ümumi pozulmalar və yeridilmə yerində vəziyyət Məlum deyil: yüksək qızdırma, yorulma Sinir sisteminə Məlum deyil: baş ağrısı. Tənəffüs və mədə-bağırsaq sistemi tərəfindən davamlı əlavə təsirlər olduğu zaman preparatın qəbulu dayandırılmalıdır
Doza həddinin aşılması
Dərman vasitəsinin heyvanlar üzərində aparılmış toksiklik tədqiqatlarının nəticələri və bakterial lizatın təbiəti doza həddinin aşılması fəsadlarının az ehtimal olduğunu sübut edir.
Buraxılış forması
BRONXO-MUNAL® 7 mq kapsullar 10 və ya 30 kapsul, blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. BRONXO-MUNAL® P 3,5 mq kapsullar 10 və ya 30 kapsul, blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Lek Pharmaceuticals d.d., Slovenia. Verovškova 57, 1526 Ljubljana, Slovenia. OM Pharma, Switzerland. 22,rue du Bois-du-Lan,1217, Geneva Switzerland.
Qeydiyyat vəsiqəsinin sahibi
Lek d. d. Verovşkova 57, Lyublyana, Sloveniya. Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75 Winter Park Plaza business center, mərt.5. Tel.: +994 12 599-83-89 +994 12 599-83-90
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.