Bromgeksin 8 mq N50 tablet
| Təsiredici maddə | BROMHEXINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Öskürək və soyuqdəymə xəstəlikləri zamanı istifadə olunan preparatlar. Öskürəkkəsici preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici maddələr. Mukolitiklər |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu dərman preparatını bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya provizorun (əczaçının) və ya tibb bacısının göstərişlərinə ciddi riayət edərək, qəbul etmək lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya provizora (əczaçıya) və ya tibb bacısına müraciət etmək lazımdır. Hər hansı arzuolunmayan reaksiyalar meydana çıxdıqda, həkimə və ya provizora (əczaçıya) və ya tibb bacısına müraciət etmək lazımdır. Bu tövsiyə, istənilən arzuolunmayan reaksiyalara, o cümlədən bu içlik vərəqənin “Əlavə təsirlər” bölməsində təsvir olunmayan reaksiyalara aiddir. BROMHEKSİN 8 mq tabletlər BROMHEXINE Beynəlxalq patentləşdirilməmiş adı: Bromhexine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 8 mq bromheksin hidroxlorid vardır. Köməkçi maddələr: saxaroza, laktoza monohidrat, kartof nişastası, stearin turşusu 95, mikrokristallik sellüloza tip 101.
Təsviri
Yastı-silindrik, iti qıraqlı, ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə xəstəlikləri zamanı istifadə olunan preparatlar. Öskürəkkəsici preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici maddələr. Mukolitiklər. ATC kodu: R05CB02.
İstifadəsinə göstərişlər
Bəlğəmin əmələ gəlməsi və nəqlolunması pozğunluqları ilə müşayiət olunan kəskin və xroniki bronx-ağciyər xəstəliklərinin sekretolitik müalicəsi.
Əks göstərişlər
Bromheksinə və/və ya dərman preparatının tərkibində olan hər hansı köməkçi komponentə, o cümlədən, laktozaya və saxarozaya qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsaq xora xəstəliyinin kəskinləşmə mərhələsi, hamiləlik dövrü (I trimestr), laktasiya dövrü, uşaqlar (3 yaşa qədər).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Zəifləmiş xəstələrə və həmçinin, bronxial sekretin həddindən artıq toplanması ilə müşayiət olunan bronxların mexaniki daralmasından (bronxial sekretinin xaricolmasının çətinləşməsi) və ya bronx xəstəliklərindən əziyyət çəkən pasiyentlərə və həmçinin, böyrək və/və ya qaraciyər çatışmazlığı müşahidə olunduqda və anamnezdə mədə qanaxması olduqda, bromheksini ehtiyatla istifadə etmək lazımdır. Bromheksinin istifadəsi zamanı multiform eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, kəskin generalizəolunmuş ekzantematoz pustullyoz kimi, ağır dərəcəli dəri reaksiyalarının inkişaf etmə ehtimalı barədə məlumatlar mövcuddur. Proqressivləşən dəri reaksiyasının əlamətləri (o cümlədən, suluqların əmələ gələməsi və selikli qişaların zədələnməsinin inkişaf etməsi ilə əlaqəli) meydana çıxdıqda, dərman preparatının istifadəsini dərhal dayandırmaq lazımdır. Bromheksinin bəlğəmgətirici təsirini gücləndirmək məqsədi ilə, müalicə müddətində kifayət qədər maye qəbul etmək lazımdır. Uşaqların müalicəsini, bronxlardan sekretin xaricolmasını asanlaşdıran postural drenajla və ya döş qəfəsinin vibrasion masajı ilə birlikdə aparmaq lazımdır. Mədə xorası xəstəliyindən əziyyət çəkən pasiyentlərə və həmçinin, pasiyentin anamnezində mədə qanaxması barədə göstəriş olduqda, dərman preparatını həkim nəzarəti altında istifadə etmək lazımdır. Böyrək və qaraciyər funksiyaları pozulduqda, dərman preparatını ehtiyatla, qəbul zamanı dozanı aşağı salmaqla və ya dozalanmalar arasında intervalları uzatmaqla, ehtiyatla istifadə etmək lazımdır. Uzunmüddətli müalicə aparıldıqda, qaraciyər funksiyalarına nəzarət etmək tövsiyə olunur. Dərman preparatının tərkibində laktoza və saxaroza vardır. Bu səbəbdən, qalaktozaya və fruktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası və həmçinin, saxaraza-izomaltaza çatışmazlığı müşahidə olunan pasiyentlərə bu dərman preparatını istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bromheksini, öskürək mərkəzini tormozlayan dərman preparatları ilə (o cümlədən, kodeinlə) eyni zamanda təyin etmək olmaz; çünki bu, durulaşdırılmış bəlğəmin xaricolmasını çətinləşdirir (bronxial sekretin tənəffüs yollarında toplanması baş verir). Bromheksin, mikrobəleyhinə müalicəninn ilk 4-5 günü ərzində antibiotiklərin (amoksisillin, eritromisin, sefaleksin, oksitetrasiklin), sulfanilamid dərman preparatlarının ağciyər toxumasına nüfuz etməsinə kömək edir. Bromheksinin bəzi qeyri-steroid iltihabəleyhinə preparatlarla (məsələn, salisilatlarla, fenilbutazonla və ya butadionla) birlikdə istifadəsi, mədənin selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Bromheksin DP, qələvi məhlullarla uyuşmazdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bromheksin plasentar baryerdən keçmə qabiliyyətinə malikdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın fertilliyə, hamiləliyin gedişinə, dölün/embrionun inkişafına birbaşa və ya dolayı neqativ təsiri müəyyən edilməmişdir. Lakin, hamilə qadınlarda bromheksinin istifadə təcrübəsinin məhdud olduğunu nəzərə alaraq, dərman preparatını hamiləliyin birinci trimestri müddətində istifadə etmək tövsiyə edilmir; hamiləliyin ikinci-üçüncü trimestrlərində preparatın istifadəsi, fayda və ehtimal edilən riskləri hərtərəfli qiymətləndirdikdən sonra mümkündür. Bromheksinin ana südü ilə xaricolmasını nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur. Bromheksinin fertilliyə təsirinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmayıb. Mövcud preklinik tədqiqatlar, bromheksindən istifadə etdikdə, doğum faizinin dəyişməməsini göstərir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bromheksinin, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə neqativ təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Tabletləri daxilə, yeməkdən sonra, çox miqdar maye ilə birlikdə qəbul etmək lazımdır. Bromheksin preparatının növbəti dozasının qəbulu ötürüldüyü halda, onu mümkün qədər tez, lakin, növbəti dozanın qəbuluna 2 saat qalmışdan gec olmamaqla, qəbul etmək lazımdır. Daha sonra, Bromheksin preparatının növbəti dozasını təyin olunan cədvələ uyğun, preparatın adətən qəbul edilən vaxtını və dozasını dəyişməyərək, qəbul etmək lazımdır. Böyüklərə və 14 yaşdan yuxarı yeniyetmələrə sutkada 3 dəfə 1-2 tablet (8-16 mq) təyin olunur. 6 yaşdan 14 yaşa qədər uşaqlara və yeniyetmələrə və həmçinin, bədən kütləsi 50 kq-dan aşağı olan şəxslərə preparat, sutkada 3 dəfə 1 tablet (8 mq) təyin olunur. 6 yaşa qədər uşaqlar üçün, preparatın daha aşağı dozalı dərman formalarını istifadə etmək lazımdır. 6 yaşa qədər uşaqlara bromheksini, yalnız həkim məsləhətindən sonra və daha aşağı dozalı dərman formaları şəklində istifadə etmək olar. Preparatın terapevtik təsiri, müalicənin 4-6-cı günlərində meydana çıxa bilər. Müalicə kursu 4 gündən 28 günə qədərdir (göstərişlərdən və xəstəliyin gedişindən asılı olaraq, fərdi müəyyən olunur). Həkim təyinatı olmadıqda, dərman preparatını 4-5 gündən artıq olmamaqla, istifadə etmək olar. Bromheksin preparatı ilə 6 gün ərzində aparılan müalicə müddətində pasiyentin vəziyyəti yaxşılaşmadığı halda, həkimə müraciət etmək lazımdır. Böyrək çatışmazlığından və ya qaraciyər finksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərə preparatı aşağı dozalarda təyin etmək və ya preparatın qəbulu arasında vaxt intervalını uzatmaq lazımdır.
Əlavə təsirləri
Əlavə təsirləri təsvir etmək üçün onların istifadə hallarının ümumi sayından asılı olaraq, baş vermə tezliyi aşağıda göstərilmişdir: çox tez-tez (≥ 1/10), tez-tez (≥1/100-dən < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil). İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – hiperhəssaslıq reaksiyaları (səpgilər, Kvinke ödemi, təngnəfəslik, qaşınma, övrə), bronxospazm; məlum deyil – angiodistrofiya və qaşınma, anafilaktik reaksiyalar, o cümlədən, anafilaktik şok. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: nadir hallarda – dəri üzərində səpgilər, övrə; məlum deyil – ağır dərəcəli dəri reaksiyaları (multiform eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, kəskin generalizəolunmuş ekzantematoz pustillyoz daxil olmaqla). Stivens-Conson sindromunun meydana çıxmasının erkən mərhələlərində qızdırma, bədəndə ağrılar, zökəm, öskürək və boğaz ağrıları kimi, qeyri-spesifik qripəbənzər simptomların inkişaf etməsi müşahidə oluna bilər. Bu səbəbdən, əsas xəstəliyin gedişi ilə izah edilməyən bu simptomatika meydana çıxdıqda, Bromheksin DP-in istifadəsini dayandırmaq lazımdır. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: nadir hallarda – bronxospazm; məlum deyil – təngnəfəslik (hiperhəssaslıq reaksiyasının əlaməti kimi). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: bəzən – uzun müddət ərzində istifadə etdikdə, ürəkbulanma, qusma, dispepsiya, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin kəskinləşməsi, diareya. Ümumi pozğunluqlar: bəzən – qızdırma. Ehtimal edilən əlavə reaksiyalar barədə məlumatın verilməsi Bu içlik vərəqədə təsvir olunan və ya təsvir olunmayan simptomlar meydana çıxdığı halda, mütləq həkimə məlumat vermək lazımdır!
Doza həddinin aşılması
Simptomları: dispeptik pozğunluqlar, o cümlədən, ürəkbulanma, qusma, diareya. Bromheksini 60-80 mq-dan artıq və ya 6 mq/kq-a dozada (7-10 tabletə müvafiqdir) qəbul etdikdə, 2 yaşdan yuxarı uşaqlarda doza həddinin aşılması müşahidə edilmişdir. Bromheksini 40 mq-a qədər dozada qəbul edən erkən yaşlı uşaqlarda doza həddinin aşılması simptomları qeyd olunmamışdır. Şüurun pozulmasının inkişaf etməsi, ataksiya, diplopiya, metabolik asidoz və taxipnoenin inkişaf etməsi ilə müşayiət olunan zəhərlənmə halları təsvir olunmuşdur. Müalicəsi: süni qusma, mədənin yuyulması (preparatın istifadəsindən sonra 1-2 saat müddətində), simptomatik terapiya.
Buraxılış forması
10 tablet, polivinilxlorid və alüminium folqa örtüklü konturlu-yuvalı qablaşdırmada. 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (№10х5).
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan vərütubət qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.