BROMGEKSIN 4 MG N50 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Mukolitik vasitə |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BROMHEKSİN QRİNDEKS tabletlər BROMHEXINE GRINDEKS Beynəlxalq patentləşdirilməmiş adı: Bromhexine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq və ya 8 mq bromheksin hidroxlorid vardır. Köməkçi maddələr:saxaroza, laktoza monohidrat, kartof nişastası, maqnezium stearat.
Təsviri
Yastı silindrik formalı, dairəvi, ağ rəngli, iti kənarlı tabletlərdir.
Farmakoterapevtik qrupu
Mukolitik vasitə. ATC kodu: R05CB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat bəlğəmi durulaşdırır, onun miqdarını artırır və xaric olmasını asanlaşdırır. Bromheksinin bəlğəmgətirici təsiri əksər peroral istifadə edilən bəlğəmgətirici vasitələrdən (məsələn, ipekakuana köklərindən emetin alkaloidi, ammonium duzları) fərqli olaraq daha güclüdür. Bromheksin bronxların və burnun selikli qişalarının qədəhvari hüceyrələrinə təsir göstərərək, onlarda fermentativ prosesləri induksiya edir. Mukolitik təsiri mukoprotein və mukopolisaxarid liflərini depolimerləşdirməsi və durulaşdırması ilə bağlıdır. Bromheksin, eləcə də, zəif öskürəkəleyhinə təsir göstərir, kodeinin aktivliyilə müqayisədə. Çox yüksək dozalarda istifadəsi (terapevtik dozanı 40 dəfə aşan) zamanı eksperimental heyvanlarda bromheksin qusma yaradır. Farmakokinetikası Sorulması Daxilə qəbul zamanı 30 dəqiqə ərzində demək olar ki, tamamilə (99%) mədə-bağırsaq traktından sorulur. Paylanması Biomənimsənilməsi 20 %-dir (qaraciyərdən birincili “keçid” effekti). Bromheksin hidroxloridin qəbulundan sonra plazmada maksimal konsentrasiyaya 1 saatdan sonra çatır. Paylanma həcmi bədən çəkisinə görə 7 l/kq təşkil edir. Plazma proteinləri ilə birləşməsi 99% təşkil edir. Plasentar və hematoensefalik baryerdən keçir, ana südü ilə xaric olur. Metabolizmi Qaraciyərdə demetilləşmə və oksidləşmə yolu ilə farmakoloji aktiv ambroksol əmələ gətirməklə, intensiv metabolizmə uğrayır. Xaric olması Yarımxaricolma dövrü (Т ) 15 saatdır (toxumalardan ləng geriyə dönən diffuziya nəticəsində).1/2 Əsasən böyrəklər vasitəsilə xaric olur (90 %-ə qədər). Preparatın, yalnız az hissəsi dəyişilməmiş halda sidiklə xaric olur. Xronik böyrək çatışmazlığı zamanı metabolitlərin xaric olması pozulur. Ağır qaraciyər çatışmazlığı zamanı bromheksinin və onun metabolitinin klirensinin aşağı düşməsi baş verir, bu səbəbə görə dozanı azaltmaq vacibdir. Çoxsaylı istifadəsi zamanı toplanmır.
İstifadəsinə göstərişlər
Ağciyərlərin yüksək qatılıqlı bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan kəskin və xronik xəstəlikləri.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – mədənin xora xəstəliyi; – hamiləlik; – laktasiya dövrü; – 6 yaşa qədər uşaqlar; – qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bromheksini zəifləmiş xəstələrdə, bronxial astmalı xəstələrdə, eləcə də, bronxların mexaniki daralması olan pasiyentlərdə (bronxial sekretin evakuasiyası çətinləşir) ehtiyatla istifadə etmək lazımdır. Müalicə zamanı kifayət qədər su içmək lazımdır ki, bu da, bromheksinin bəlğəmgətirici təsirini artırır. Bromheksin mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, bu səbəbə görə mədə və onikibarmaq bağırsağın xorası zamanı istifadə edilməməlidir. Ağır qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə bromheksinin və onun metabolitlərinin xaric olması azalır. Bromheksinin istifadəsilə bağlı ağır dəri reaksiyaları barədə məlumatlar olmuşdur, məsələn, erythema multiforme, Stivens-Conson sindromu (SCS)/toksik epidermal nekroliz (TEN) və kəskin yayılmış ekzantematoz pustulyoz (KYEP). Dəridə proqressivləşən səpgi simptomları (bəzən suluq şəklində və ya selikli qişanın zədələnməsi) olduqda, bromheksinlə müalicəni yubatmadan dayandırmaq və tibbi məsləhət almaq lazımdır. Tabletlərin tərkibinə laktoza və saxaroza vardır, bu səbəbə görə nadir irsi qalaktozaya və fruktozaya qarşı dözümsülük, laktaza defisiti və saxaroza-izomaltaza və ya qlükoza-qalaktoza malabsorbsiyası zamanı bu dərman vasitəsindən istifadə etmək olmaz. Uşaqlar və yeniyetmələr Tabletlər 6 yaşdan başlayaraq istifadə edilir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bromheksini bronx-ağciyər xəstəlikləri zamanı istifadə olunan digər preparatlarla eyni zamanda təyin etmək olar. Bromheksini tərkibində kodein olan dərman vasitələri ilə təyin edilmir, belə ki, öskürək refleksinin zəifləməsi durulaşmış bəlğəmin xaric olmasını çətinləşdirir. Bromheksin antibiotiklərin ağciyər toxumasına nüfuz etməsinə kömək edir (eritromisin, sefaleksin, oksitetrasiklin). Bromheksinin bəzi qeyri-steroid iltihabəleyhinə vasitələrlə eyni vaxtda istifadəsi (məsələn, salisilatlar, fenilbutazon və ya butadion) mədənin selikli qişasını qıcıqlandıra bilər. Bromheksin qələvi məhlullarla uyuşmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilələrdə istifadəsinin təhlükəsizliyi öyrənilməyib, bu səbəbə görə hamiləlik zamanı isifadəsi əks göstərişdir. Müəyyən edilib ki, bromheksin az miqdarda ana südünə nüfuz edir, bu səbəbə görə preparatın istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bromheksinin nəqliyyat vasitələrini idarəetmə, yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər mexanizmlərlə işləmə qabiliyyətinə arzuolunmayan təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Bromheksin qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Müalicə prosesində kifayət qədər maye qəbul etmək məsləhət görülür ki, bu da, bromheksinin sekretolitik təsirini dəstəkləyir. Müalicə kursu 4-5 gündür. Uşaqlar 1-6 yaşlı uşaqlara bromheksin şərbət formasını qəbul etmək məsləhət görülür. 6-14 yaşlı uşaqlar gündə 3 dəfə 4-8 mq (4 mq-lıq 1-2 tablet). Böyüklərə gündə 3 dəfə 8-16 mq (8 mq-lıq 1-2 tablet) təyin edilir. Ağır böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə bromheksinin dozasını azaltmaq lazımdır. Terapevtik effekt müalicənin 2-5-ci günü başlayır. 5 gün bromheksinlə müalicə ərzində pasiyentin vəziyyəti yaxşılaşmadıqda, həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bromheksin adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Lakin aşağıda sadalanan əlavə təsirlər mümkündür. İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar (dəri səpgisi, üzdə ödem, rinit, bədən temperaturunun yüksəlməsi, tənəffüsün çətinləşməsi, anafilaktik şok). Sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, başağrı, yüksək tərləmə. Respirator sistemdə baş verən pozğunluqlar Zökəm, ağız boşluğu və tənəffüs yollarının selikli qişasının quruluğu. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, dispepsik təzahürlər, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşməsi, mədə-bağırsaq qanaxması, iştahanın azalması, qarın nahiyəsində diskomfort hissi, ağrı, qəbizlik, qıcqırma, ağız suyunun ifrazının artması. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda-səpgi, övrə; məlum deyil-ağır dəri reaksiyaları (multiformalı eritema, Stivens-Conson sindromu/toksik epidermal nekroliz və kəskin yayılmış ekzantematoz pustulyoz daxil olmaqla). Müayinələr: qan zərdabında transaminazaların səviyyəsinin artması. Ümumi Qızdırma (titrətmə, tərləmə). Bromheksinin qəbulunu dayandırdıqda əlavə təsirlər itir.
Doza həddinin aşılması
İnsanlarda bromheksinlə intoksikasiya hazırkı dövrə qədər müəyyən olunmayıb. Simptomları Eksperimental heyvanlarda preparatla kəskin zəhərlənmə tüpürcək ifrazının artmasına, ürəkbulanmaya, diareyaya, qusmaya və arterial təzyiqin enməsinə səbəb olur. Müalicəsi Bromheksinlə doza həddinin aşılması zamanı ilk növbədə mədəni yumaq, qan dövranının parametrlərini yoxlamaq və simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
10 tablet, blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Qrindeks” SC. Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Telefon: +371 67083205 Faks: +371 67083505 Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.