Biomeksin 2 ml N10 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAntioksidant vasitə
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,03 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BİOMEKSİN 5% inyeksiya inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ethylmethylhydroxypyridine succinate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddələr:inyeksiya üçün su.

Təsviri

Rəngsiz və ya azacıq rəngli şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Antioksidant vasitə. ATC kodu: N07XX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Etilmetilhidroksipiridin suksinat antihipoksik, antistressor, nootrop, qıcolma əleyhinə və anksiolitik təsir göstərir. Preparat müxtəlif zədələyici faktorlara (şok, hipoksiya və işemiya, baş beynin qan dövranının zədələnməsi, alkoqolla və antipsixotik vasitələrlə (neyroleptiklərlə) intoksikasiya) qarşı orqanizmin rezistentliyini artırır. Etilmetilhidroksipiridin suksinatın təsir mexanizmi onun antioksidant, antihipoksik və membranprotektor təsirilə əlaqədardır. Etilmetilhidroksipiridin suksinat baş beynin metabolizmini və qanla təchizatını, mikrosikrulyasiyanı və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, trombositlərin aqreqasiyasını azaldır. Hemodializ zamanı qan hüceyrələrinin (eritrositlərin və trombositlərin) membran strukturunu stabilləşdirir. Hipolipidemik təsirə malikdir, ümumi xolesterinin və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır. Antistress təsiri poststress davranışın, somato-vegetativ pozuntuların normallaşması; yuxu-ayıqlıq siklinin bərpası, təlim və yaddaş proseslərinin pozulması; baş beynin müxtəlif strukturunda distrofik və morfoloji dəyişikliklərin azalmsı ilə təzahür edir. Etilmetilhidroksipiridin suksinat abstinent sindrom zamanı ifadəolunmuş antitoksik təsirə malikdir. Kəskin alkoqol intiksikasiyasının nevroloji və neyrotoksik təzahürlərini aradan qaldırır, davranış pozuntusunu, vegetativ funksiyanı bərpa edir, eləcə də etanolun uzun müddət qəbulu və onun ləğv edilməsilə törədilən koqnitiv pozuntuları aradan qaldırır. Etilmetilhidroksipiridin suksinatın təsiri altında trankvilizatorların, neyroleptik, antidepressant, yuxugətirici və qıcolma əleyhinə vasitələrin təsiri güclənir ki, bu da onların dozasının və müvafiq olaraq əlavə təsirlərinin azalmasına imkan verir. Kəskin pankreatit zamanı fermentativ toksemiyanı və endogen intoksikasiyanı azaldır. Farmakokinetikası Etilmetilhidroksipiridin suksinat 0,08-0,1 saat yarımdövr absorbsiya (T1/2) ilə mədə-bağırsaq sistemindən sürətlə sorulur. Etilmetilhidroksipiridin suksinatın 400-500 mq dozada qəbulu zamanı C plazmada 0,45-0,5max saat ərzində çatır və 3,5-4,0 mkq/ml təşkil edir. Orqan və toxumalarda sürətlə paylanır. Ə/d yeridilməsindən sonra preparat qan plazmasında 4 saatdan sonra aşkar edilir. Preparatın orqanizmdə saxlanma dövrü 0,7-1,3 saat təşkil edir. Orqanizmdən əsasən qlükuronlaşma-konyuqasiya formasında sidiklə və əhəmiyyətsiz dərəcədə dəyişilməmiş miqdarda xaric olur.

İstifadəsinə göstərişlər

• Beyin qan dövranının kəskin pozulması; • dissirkulyator ensefalopatiya; • vegetativ-damar distoniyası; • aterosklerotik genezli yüngül koqnitiv pozuntular; • həyəcan, nevrotik və nevrozabənzər vəziyyət; • kəskin və xroniki ÜİX (kombinəolunmuş terapiyanın tərkibində); • nevrozabənzər və vegetativ-damar pozuntuları ilə alkoqolizm zamanı abstinent sindromun tormozlanması; • antipsixotik vasitələrlə kəskin intoksikasiya; • kompleks terapiya zamanı qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin pankreatit, peritonit); • kəllə-beyin travması və onun nəticələri.

Əks göstərişlər

Qaraciyər və böyrək funksiyasının kəskin pozuntusu, hamiləlik, laktasiya dövrü, preparatın uşaqlarda istifadəsi, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır. Bəzi hallarda sulfitlərə yüksək həssaslığı olan bronxial astmalı xəstələrdə ağır hiperhəssaslıq reaksiyaları, bronxospazm inkişaf edə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat benzodiazepin törəməli anksiolitiklərlə, parkinson əleyhinə (levodopa) və qıcolma əleyhinə (karbamazepin) vasitələrlə eyni vaxtda istifadə edildikdə bu preparatların təsirini gücləndirir. Etil spirtinin toksik təsirini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

İnyeksiya üçün məhlul ə/d və ya v/d (şırnaq və ya damcı üsulu ilə) yeridilir. İnfuziya üçün məhlulun hazırlanması üçün preparat natrium xloridin izotonik məhlulunda həll edilir. Doza patologiyadan və pasiyentin vəziyyətinin ağırlığından asılı olaraq fərdi seçilir. Başlanğıc doza sonradan terapevtik effekt əldə edilənə qədər tədricən artırılmaqla sutkada 3 dəfə 50-100 mq təşkil edir. Maksimal sutkalıq doza 800 mq təşkil edir. Biomeksin şırnaq üsulu ilə 5-7 dəqiqə ərzində asta-asta, damcı yolu ilə dəqiqədə 40-60 damcı sürətlə yeridilir. Beyin qan dövranının kəskin pozuntusu zamanı Biomeksin kompleks terapiyada ilk 2-4 gün v/d damcı üsulu ilə sutkada 1 dəfə 200-300 mq yeridilir. Sonra sutkada 3 dəfə 100 mq ə/d yeridilir. Müalicə kursunun müddəti 10-14 gün təşkil edir. Dekompensasiya fazasında dissirkulyator ensefalopatiya zamanı Biomeksin 14 gün ərzində v/d şırnaq və ya damcı yolu ilə sutkada 2-3 dəfə 100 mq, sonra növbəti 14 gün ərzində ə/d sutkada 100 mq yeridilir. Dissirkulyator ensefalopatiyanın kurs profilaktikasının aparılması üçün preparat 10-14 gün ərzində sutkada 2 dəfə 100 mq dozada ə/d təyin edilir. Yaşlı pasiyentlərdə yüngül koqnitiv pozuntu zamanı Biomeksin 14-30 gün ərzində sutkada 100- 300 mq dozada ə/d təyin edilir. Ənənəvi terapiya fonunda miokard infarktının müalicəsi zamanı preparat sutkada 3 dəfə bədən çəkisinə 2-3 mq/kq ə/d və ya v/d yeridilir. Sutkalıq doza bədən çəkisinə 6-9 mq/kq təşkil edir. Preparat 14 sutka ərzində yeridilir. İlk 5 sutka ərzində maksimal effekt əldə etmək üçün preparat venadaxili, sonrakı 9 sutka əzələdaxili təyin edilir. Preparatın parenteral yeridilməsi bitdikdən sonra əldə edilən effekti dəstəkləmək üçün etilmetilhidroksipiridin suksinatın 2 ay ərzində sutkada 2-3 dəfə 0,100 q və ya 0,125 q kapsul və ya tabletini istifadə etmək məsləhət görülür. Onkoloji pasiyentlər arasında (məsələn, süd vəzisinin xərçəngi, limfoqranulomatoz, uşaqlıq yolu boynunun xərçəngi) birinci kimyəvi terapiya bitdikdən sonra etilmetilhidroksipiridin suksinat 10 gün ərzində sutkada 400 mq ə/d təyin edilir, sonradan 3 həftə ərzində 300-375 mq/sutka dozada (3 kapsul/tablet) kapsul və ya tablet formasına keçməklə. Aşağı ətrafların angiopatiyası olan II tip şəkərli diabetli pasiyentlər arasında etilmetilhidroksipiridin suksinat ə/d və/və ya peroral təyin edilir. Preparatın dozası xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Ümumilikdə etilmetilhidroksipiridin suksinat ə/d 10 gün 100 mq ərzində sutkada 1 dəfə yeridilir, sonra 1 ay müddətində sutkada 2-3 dəfə 1 kapsul/tablet (100-125 mq) peroral qəbula keçilir. Abstinent alkoqol sindrom zamanı Biomeksin 5-7 gün ərzində v/d sutkada 1-2 dəfə damcı yolu ilə və ya sutkada 2-3 dəfə ə/d yeridilir. Antipsixotik vasitələrlə kəskin intoksikasiya zamanı Biomeksin 7-14 gün ərzində sutkada 50-300 mq dozada v/d yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı Biomeksin ilk sutkada əməliyyatdan əvvəl və sonrakı dövrdə təyin edilir. Preparatın dozası xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, klinik gedişatın variantından asılıdır. Kəskin ödemli pankreatit (interstisial) zamanı Biomeksin sutkada 3 dəfə 100 mq v/d damcı üsulu ilə və ya ə/d təyin edilir. Yüngül formalı nekrotik pankreatit zamanı Biomeksin sutkada 3 dəfə 100-200 mq v/d damcı yolu ilə və ya ə/d təyin edilir. Orta ağırlıq formalı nekrotik pankreatit zamanı sutkada 3 dəfə 200 mq v/d damcı üsulu ilə yeridilir. Ağır formalı nekrotik pankreatit zamanı ikiqat yeridilmə rejimi zamanı ilk sutka 800 mq dozada, sonra sutkalıq dozanı tədricən azaltmaqla sutkada 2 dəfə 300 mq təyin edilir. Nekrotik pankreatitin həddindən artıq ağır forması zamanı pankreatogen şokun təzhürü tam aradan qalxana qədər ilkin doza 800-mq/sutka təşkil edir, vəziyyət stabilləşdikdən sonra sutkalıq dozanın tədricən azaldılması ilə 300-400 mq sutkada 2 dəfə v/d damcı üsulu ilə təyin edilir. Preparatın kurs terapiyası, yalnız davamlı klinik-laborator effektdən sonra tədricən başa çatdırılır.

Əlavə təsirləri

Çox nadir hallarda – allergik reaksiyalar, hiperemiya, qaşınma, övrə, angionevrotik ödem, anafilaktik şok, ürəkbulanma, ağızda quruluq, metal dadı, xoşagəlməz qoxu hissiyyatı, yuxululuq, arterial təzyiqin yüksəlməsi və ya enməsi, quru öskürək, boğazda qıcıqlanma, döş qəfəsində narahatlıq, tənəffüsün çətinləşməsi, istilik hissiyyatı.

Doza həddinin aşılması

Simptomları Əlavə təsirlərin güclənməsi. Müalicəsi Preparatın istifadəsi müvəqqəti dayandırılır, adətən, əlamətlər bir sutka ərzində aradan qalxır. Müalicə simptomatikdir.

Buraxılış forması

2 ml və ya 5 ml məhlul ampulda. 5 (5 ml) və ya 10 (2 ml) ampul PVX örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 (5 ml) və ya 2 (2 ml) konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.

Qeydiyyat vəsiqəsinin sahibi

OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Biomeksin 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.