BIOESCIN 5ML N10 AMPUL
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Mirkrosirkulyasiya pozulması zamanı istifadə edilən preparat. Angioprotektor |
| İstehsal ölkəsi | Gürcüstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,01 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BİOESSİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: L-Lysine + Aescinum
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,12 mq L-lizin, 0,88 mq essin vardır. Köməkçi maddələr:etanol 96%, propilenqlikol, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz və ya azacıq sarımtıl mayedir.
Farmakoterapevtik qrupu
Mirkrosirkulyasiya pozulması zamanı istifadə edilən preparat. Angioprotektor. ATC kodu: C05CX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat iltihab əleyhinə, ödem əleyhinə və analgeziyaedici təsir göstərir. Essin lizosomal hidrolazların aktivliyini azaldır ki, bu da kapilyarların divarında və birləşdirici toxumada onları əhatə edən mukopolisaxaridlərin parçalanmasının qarşısını alır və beləliklə yüksəlmiş damar- toxuma keçiriciliyini normallaşdırır və antiekssudativ (ödem əleyhinə), iltihab əleyhinə və analgeziyaedici təsir göstərir. Preparat damarların tonusunu artırır, mülayim immunkorreksiyaedici və hipoqlikemik effekt göstərir. Farmakokinetikası Öyrənilməmişdir.
İstifadəsinə göstərişlər
– İstənilən lokalizasiyalı posttravmatik, intraoperasion və əməliyyatdan sonrakı ödem: baş beyin və onurğa beyninin ağır ödemi, o cümlədən, kəllədaxili qansızma, kəllədaxili təzyiqin yüksəlməsi və ödem-qabarma təzahürü ilə; – baş beyin qan dövranının xroniki pozuntusu və vegetativ damar distoniyası zamanı likvor-venoz pozuntu; – dayaq-hərəkət aparatı da daxil olmaqla yumşaq toxumaların qanla təchizatının lokal pozulması və ağrı sindromu ilə müşayiət edilən ödemi; – onurğanın, bədənin, ətrafların ödemli-ağrılı sindromu; – ödemli-iltihabi sindromla müşayiət edilən kəskin tromboflebit zamanı aşağı ətrafların venoz qan dövranının ağır pozuntusu.
Əks göstərişlər
– Böyrək funksiyasının ağır pozuntusu; – qaraciyər funksiyasının ağır pozuntusu; – qanaxma; – hamiləlik; – laktasiya dövrü; – 18 yaşa qədər uşaqlar; – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hepatoxolesistiti olan ayrı-ayrı pasiyentlərdə preparatın təyin edilməsi zamanı transaminazaların və bilirubinin (birbaşa fraksiyalı pasiyent üçün təhlükə törətməyən və preparatın ləğv edilməsini tələb etməyən) aktivliyinin qısamüddətli artması mümkündür. V/d yeridilən məhlul hazırlamaq üçün konsentratın tərkibində 23,8% həcmdə etanol vardır, bu o deməkdir ki, birdəfəlik dozada 2,4 ml etanol vardır və maksimal sutkalıq dozası 6,1 ml-ə qədərdir ki, bu da sutkada 122 ml pivəyə və ya 50,8 ml çaxıra müvafiqdir. Preparatı alkoqolizm zamanı, eləcə də qaraciyər xəstəliyi və epilepsiyası olan pasiyentlərdə ehtiyatla təyin etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
L-lizin və essinlə müalicə zamanı müvafiq göstərişlər üzrə digər dərman vasitələrinin (iltihab əleyhinə, analgetiklər, mikrob əleyhinə) təyin edilməsi mümkündür. Preparatı aminoqlikozidlərlə eyni vaxtda istifadə etmək olmaz, onların nefrotoksikliyinin yüksəlməsinə səbəb ola bilər. L-lizinin və essinin təyin edilməsindən əvvəl aparılan antikoaqulyantlarla uzun müddətli terapiya zamanı və ya L-lizin və essinlə ankoaqulyantları eyni vaxtda təyin edilməsi vacib olduqda sonuncunun dozasının korreksiyasını aparmaq (dozanı azaltmaq) və protrombin indeksinə nəzarət etmək lazımdır. Essinin plazma zülalları ilə birləşməsi sefalosporin qrupu antibiotiklərlə eyni vaxtda istifadəsi zamanı çətinləşir ki, bu da əlavə təsirlərin iknişafı riskilə qanda sərbəst essinin konsentrasiyasını artıra bilər. Uyuşmazlığı Müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi nəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər, lakin istifadəsi göstəriş olan zaman bu faktor, adətən, əhəmiyyət kəsb etmir.
İstifadə qaydası və dozası
Preparat v/d asta-asta (a/d yeridilməsinə yol verilmir) 5-10 ml sutkalıq dozada yeridilir. V/d damcı üsulu ilə yeridilməsi məsləhət görülür. Preparatın infuzion məhlulunu hazırlayan zaman onu 15-50 ml 0,9%-li natrium xlorid məhlulunda həll etmək lazımdır. Pasiyentin həyatına təhlükə olan hallarda (kəskin kəllə-beyin travması, baş və onurğa beyninin ödem – qabarma təzahürü ilə intraoperasion və əməliyyatdan sonrakı ödem, yumşaq toxumanın və dayaq-hərəkət aparatının iri miqyaslı travması nəticəsində böyük ölçülü ödem) sutkalıq doza 20 ml-ə qədər artırılır (sutkada 2 dəfə 10 ml). Böyüklər üçün maksimal sutkalıq doza 25 ml-dir. Preparatın istifadə müddəti terapiyanın effektivliyindən asılı olaraq 2-8 həftə təşkil edir. Uşaqlarda birdəfəlik doza yaşdan asılıdır və aşağıdakı qayda ilə yeridilir: 3-5 yaş – bədən çəkisinə görə 0,22 mq; 5-10 yaş – bədən çəkisinə görə 0,18 mq; 10 yaş və yuxarı – bədən çəkisinə görə 0,12 mq yeridilir. Preparat sutkada 2 dəfə yeridilir. Kursun müddəti pasiyentin vəziyyətindən və terapiyanın effektivliyindən asılı olaraq 2-8 gündür.
Əlavə təsirləri
Essinə qarşı fərdi yüksək həssaslığı olan ayrı-ayrı pasiyentlərdə aşağıdakı əlavə təsirlər mümkündür. Allaergik reaksiyalar: dəri səpgisi (papulyoz, petexial, eritematoz), qaşınma, üz dərisinin hiperemiyası, qızdırma, övrə, tək-tək hallarda – Kvinke ödemi, anafilaktik şok. Sinir sistemində başverən pozuntular: başağrı, başgicəllənmə, tremor, paresteziya, tək-tək hallarda – qərarsız yeriş, tarazlığı pozulması, huşun qısamüddətli itməsi. Həzm sistemində baş verən pozuntular: ürəkbulanma, transaminazaların və bilirubinin səviyyəsinin artması; tək-tək hallarda – qusma, diareya, qarın nahiyəsində ağrı. Ürək-damar sistemində baş verən pozuntular: arterial hipotenziya, arterial hipertenziya, taxikardiya, döş sümüyünün arxasında ağrı. Tənəffüs sistemində baş verən pozuntular: tək-tək hallarda – hava çatışmazlığı hissi, təngnəfəslik, bronxoobstruksiya, quru öskürək. Yerli reaksiyalar: yeridilmə zamanı vena boyu yanma hissi, yeridilmə nahiyəsində flebit, ağrı və ödem. Digər: ümumi zəiflik, titrətmə, istilik hissi, tərləmə.
Doza həddinin aşılması
Simptomları Qızdırma, taxikardiya, ürəkbulanma, qıcqırma, epiqastral nahiyədə ağrı. Müalicəsi Simptomatik terapiya.
Buraxılış forması
5 ml məhlul şüşə ampulda. 5 ampul konturlu qablaşdırmada. 2 konturlu qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.
Qeydiyyat vəsiqəsinin sahibi
OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.