Betablok SDK 50 mq N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Selektiv beta -adrenoblokatorlar.1 |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,93 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmanı istifadə edərkən, həkimə və ya xəstəxanaya müraciət zamanı bu dərmanı qəbul etdiyinizi söyləyin. • Bu içlik vərəqədəki təlimatları dəqiq yerinə yetirin. Tövsiyə edilən dozadan daha yüksək və ya aşağı doza qəbul etməyin. BETABLOK SDK 50 mq təsiredici maddəsi tədricən azad olan örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metoprolol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq metoprolol tartrata ekvivalent 47,5 mq metoprolol suksinat vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, saxaroza, etilsellüloza N50, talk, maqnezium stearat, mikrokristallik sellüloza 102, mikrokristallik sellüloza 200, lubritab, polivinipirrolidon K30, kolloidal silisium dioksid, natrium stearil fumarat, makroqol, hipromelloza, titan dioksid.
Təsviri
Oval, ağ rəngli, iki tərəfi qabarıq, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Selektiv beta -adrenoblokatorlar.1 ATC kodu: С07АВ02.
Farmakoloji xüsusiyyətləri
Metoprolol fiziki və zehni iş nəticəsində yaranan stres hormonlarının ürəyə təsirini azaldır. Bunun nəticəsində ürək döyüntülərinin tezliyi (nəbz) azalır.
İstifadəsinə göstərişlər
Betablok SDK aşğıdakı hallarda istifadə olunur: − yüksək qan təzyiqini azaltmaq və stenokardiya səbəbiylə yaranan sinə ağrısının qarşısını almaq məqsədi ilə, − ürək çatışmazlığı, − palpitasiyalar, − qeyri-müntəzəm ürək ritmi. Keçmişdə ürək tutmaları keçirən xəstələrdə Betablok SDK, ürək tutmalarının və ölüm riskini azaldır. Betablok SDK orta və ağır qan təzyiqi olan kişilərdə ürək-damar xəstəlikləri nəticəsində yüksəlmiş ölüm riskini azaldır. Preparat ürəyə təzyiqi azaldaraq, sinə ağrılarının riskini azaldır (stenokardiya). Betablok SDK, miqrenin profilaktik müalicəsi üçün istifadə edilə bilər.
Əks göstərişlər
− Metoprolola və ya preparatın tərkibindəki digər maddələrə və ya digər beta- adrenoblokatorlara qarşı yüksək həssaslıq. − ürək problemləri, − yavaş ürək ritmi (sinus bradikardiyası), − aşağı qan təzyiqi, − qan dövranının problemləri, − ağciyər xəstəlikləri, − işlənməmiş hormon səviyyəsinin artması (feoxromositoma) səbəbiylə qan təzyiqinin yüksəlməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparat ehtiyatla istifadə edilməlidir: − “növbələşən” axsaqlıq ilə qan dövranının pozulması, − ağır böyrək çatışmazlığı, − spontan ürək spazmından yaranan, sinədə ağrı ilə müşayiət olunan prinsmental stenokar- diyası adlanan stenokardiya, − nəfəs yollarının daralması səbəbindən astma və ya narahatlıq hissi, − bədəndə turşuluğun yüksək olması (metabolik asidoz), − stomatoloq ümumi anesteziya preparatını istifadə etdikdə və ya cərrahiyyə əməliyyatından əvvəl mütləq Betalok SDK qəbul etdiyiniz barədə məlumat verin. − resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin. Betablok SDK-nın qida və içkilərlə birlikdə istifadəsi Betablok SDK yeməklə və ya onsuz qəbul edilə bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Betablok SDK preparatının tərkibində saxaroza vardır, bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Bu dərman vasitəsinin hər tabletində 1 mmol natrium vardır (3,9 mq), bu miqdarda natrium heç bir əlavə təsir yarada bilməz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Betablok SDK bəzi digər dərmanların effektinə və bəzi dərmanlar metoprololun effektinə təsir edə bilər. − propafenon, amiodaron, xinidin, verapamil, diltiazem, klonidin, dizopiramid və hidralazin, Üskükotu preparatları və diqoksin (ürək və qan damar xəstəlikləri müalicəsində istifadə olunan dərman vasitələri). − Betablok SDK klonidin ilə eyni vaxtda istifadə edilməməlidir, və Betablok SDK ilə müalicə başladıqda, klonidinin qəbulu bir neçə gün əvvəl kəsilməlidir. Betablok SDK ilə müalicə dayandırıldıqda bəzi simptomlar yarana bilər (“İstifadə qaydası və dozası”bölməsinə baxın), − barbitur turşusunun törəmələri (epilepsiya müalicəsində istifadə olunurlar), − iltihabəleyhinə preparatlar (məsələn, indometasin və selekoksib), − epinefrin (kəskin şok və ağır allergik reaksiyalarda istifadə olunan preparat), − fenilpropanolamin (burun selikli qişasının şişkinliyində istifadə olunan preparat), − difenhidramin (allergiya üçün istifadə olunan preparat), − terbinafin (dərinin göbələk infeksiyalarında istifadə olunan preparat), − rifampisin (müxtəlif xəstəliklərdə, xüsusən vərəmdə istifadə olunan antibiotik), − digər beta-blokatorlar (məsələn, göz damcıları), − MAO inhibitorları (depressiya və Parkinson xəstəliyi zamanı istifadə olunur), − inhalyasion (inhalyasiya kimi isifadə olunan) anestetiklər (anesteziya üçün istifadə olunur), − antidepressantlar (paroksetin, fluoksetin və sertralin), − qan təzyiqini azaldan preparatlar, − ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan kalsium kanallarının blokatorları (dihidropiridin törəmələri), − əhvalı tənzimləyən dərmanlar (trisiklik antidepressantlar), − psixiatrik pozulmalarin müalicəsi üçün istifadə olunan preparatlar (fenotiazinlər), − simetidin (mədə turşusunun ifrazıını azaldan preparat), − oral antidiabetik preparatlar qəbulu zamanı, onların dozalarının korreksiyası tələb oluna bilər. Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əzacınızla məsləhətləşin. Əgər siz hamilə ola biləcəyinizi ehtimal edirsinizsə, bu dərman preparatını qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Həkim məsləhəti olmadan preparat hamiləlik dövründə istifadə edilməməlidir. Metoprolol körpədə ürək ritminin artmasına səbəb ola bilər. Müalicə zamanı hamilə olduğunuzu bilsəniz dərhal həkimlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əzacınızla məsləhətləşin. Betablok SDK preparatla müalicə yalnız zəruri hesab edildikdə, laktasiya dövründə istifadə edilə bilər. Metoprolol insan ana südündə, ana plazmasında tapılan miqdardan təxminən üç dəfə artıq miqdarda yığılır. Dərmanın terapevtik dozalarında ana südü ilə qidalanan körpəyə mənfi reaksiyalarının riski azdır. Buna baxmayaraq ana südü ilə qidalanan körpə, betablokatorların əlamətlərinə müşahidə edilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə və ya halsızlıq kimi əlavə təsirlər yarandıqda, nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin. Betablok SDK tədricən azad olunan örtüklü tabletlər, təsirini gün ərzində təmin edən preparatdır və gündə bir dəfə qəbul edilməlidir. Preparatın qəbulu Betablok SDK peroral qəbul olunur. Tabletlər bölünə bilər. Tabletləri çeynəmək və ya əzmək olmaz. Tabletlər ən azı yarım stəkan maye ilə udulmalıdır. Müxtəlif yaş qrupları Uşaqlar: Betablok SDK uşaqlarda istifadə üçün tövsiyə olunmur. Yaşlılar: müalicənin əvvəlində mümkün olan ən az doza istifadə edilməlidir. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlər üçün heç bir doza tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı olan pasiyentlər Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb oluna bilər. Betablok SDK preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə və ya əczacınıza bu barədə məlumat verin. Betablok SDK preparatının istifadəsi unudularsa Bir doza qəbul etməyi unutduqda, növbəti doza öz vaxtında qəbul edilməlidir. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Betablok SDK ilə müalicə dayandırılarsa Həkiminizlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Preparatın qəbulu dayandırıldıqda, xəstəliyin bəzi simptomları (məsələn, palpitasiya, sinə ağrısı) pisləşə bilər.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da preparata həssas insanlarda əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Tez-tez: baş ağrısı, yuxululuq, başgicəllənmə, ürək ritminin azalması, palpitasiya, əllər və ayaqlarda soyuqluq, abdominal ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, yorğunluq. Bəzən: depressiya, konsentrasiyanın pozulması, yuxululuq və yuxusuzluq, qarabasmalar, paresteziya və uyuşma, ürək çatışmazlığının əlamətlərinin pisləşməsi, ürək tutmaları zamanı qan təzyiqinin əhəmiyyətli dərəcədə azalması (kardiogen şok), sinə ağrısı, ürəyin blokadası, təngnəfəslik, bədən kütləsinin artması. Nadir hallarda: qanın laxtalanmasının pozulması (trombositopeniya), qıcıqlanma, narahatlıq, cinsi problemlər, impotensiya, yaddaş pozulmaları , konfuziya, halüsinasiyalar, görmə pozulmaları, gözdə quruluq, qızartı və ya qıcıqlanma, tinnitus, EKQ və ürək keçiriciliyinin pozulmaları, aritmiya, şişkinlik (ödem), huşun itirilməsi, dadın pozulması, qaraciyər problemləri ( qaraciyərin funksiyasının testlərinin pozuntuları ), dərinin həssaslığı (allergik) reaksiyalar, psoriazın simptomlarının kəskinləşməsi, fotohəssaslıq reaksiyaları, libidonun azalması, həddindən artıq tərləmə, saç tökülməsi. Çox nadir hallarda: yaddaşın pozulması və ya itməsi. Məlum deyil: göz iltihabına bənzər simptomlar, qan dövranının pozulması və ya qanqrena olan xəstələrdə qan axınının kəsilməsi nəticəsində toxumanın çürüməsi, qızdırma, ağızda quruluq, qaraciyərin iltihabı (hepatit), oynaq ağrısı, əzələ spazmı. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması nəticəsində aşağıdakı simptomlar baş verə bilər: ürək ritminin pozulmaları, nəfəs darlığı, ayaqlarda şişkinlik, taxikardiya, başgicəllənmə, yorğunluq, sinədə ağrı, dəridə soyuqluq hissi, aşağı nəbz, psixiki pozulmalar, narahatlıq, ürək çatışmazlığı, nəfəs yollarının daralması, huşsuzluq, koma, ürəkbulanma, qusma və qanaxmalar. Preparatı həmişə həkiminizin tövsiyə etdiyi dozada istifadə etmək və yüksək doza qəbul etməmək çox vacibdir. Metoprolol ilə xinidin, yuxu dərmanlarını (barbituratlar), digər qan təzyiqini aşağı salan preparatlar və ya alkoqol qəbul etdikdə yuxarıdakı simptomlar daha da pisləşə bilər. Doza həddinin aşılmasının əlamətləri 2 saatdan sonra görünür. Simptomlar baş verdikdə dərhal həkimə və ya xəstəxanaya müraciət edin. Dozadan artıq preparat qəbul etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək tövsiyyə olunur.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Tabletlərin görünüşündə dəyişiklik olan və ya hər hansı bir zədəsi olan qablaşdırmada olan preparatı istifadə etməyin.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
İlko İlaç Sanayi ve Ticaret A.Ş. Organize Sanayi Bölgesi Kuddusi Cad. 23. Sok. No:1 Selçuklu / Konya – Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani Mah. Çolakoğlu Sok. No:10 34885 Sancaktepe /İstanbul – Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.