Berodual 20 ml məhlul

Təsiredici maddə: IPRATROPIUM BROMIDE + FENOTEROL HYDROBROMIDE
Təsiredici maddəIPRATROPIUM BROMIDE + FENOTEROL HYDROBROMIDE
Dərman formasıMəhlul
Farmakoloji təsirTənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsi üçün dərman vasitələri, antixolinergik vasitələrlə kombinə edilmiş simpatomimetiklər.
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,43 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BERODUAL inhalyasiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Fenoterol hydrobromide + Ipratropium bromide

Tərkibi

Təsiredici maddə: 1 ml inhalyasiya üçün məhlulun tərkibində 500 mkq (0,5 mq) fenoterol hidrobromid, 250 mkq (0,25 mq) susuz ipratropium bromidə ekvivalent olan 261 mkq (0,261 mq) ipratropium bromid monohidrat vardır. Köməkçi maddələr: benzalkonium xlorid (100 mkq/ml, hər püskürmədə 10 mkq müvafiq olaraq), natrium edetat dihidrat, natrium xlorid, xlorid turşusu, təmizlənmiş su.

Təsviri

Şəffaf rəngsiz və ya demək olar ki, rəngsiz, mexaniki hissəciklərdən azad, hiss olunmayacaq qədər qoxusu olan mayedir.

Farmakoterapevtik qrupu

Tənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsi üçün dərman vasitələri, antixolinergik vasitələrlə kombinə edilmiş simpatomimetiklər. АТC kodu: R03AL01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası BERODUAL – bronxolitik aktivliyə malik iki komponentdən ibarət kombinəolunmuş preparatdır: ipratropium bromid (antixolinergik təsir göstərən) və fenoterol hidrobromid (β аdrenergik təsir).- İpratropium bromid – antixolinergik (parasimpatolitik) xassələrə malik dördlü ammonium birləşməsidir. İpratropium azan sinirdən azad olan neyromediator – asetilxolinin effektinə əks təsir göstərərək azan sinir vasitəsilə yaranan refleksləri tormozlayır. Аntixolinergik vasitələr bronxların 2+ saya əzələsində asetilxolinin muskarin reseptorları ilə qarşılıqlı təsiri zamanı Са -un hüceyrədaxili konsentrasiyasının yüksəlməsinin qarşısını alır. Kalsiumun sərbəst buraxılmasına IP (inositol trifosfat) və DAG (diasilgliserol) daxil olan ikinci messencer sistemi vasitəçilik edir.3 İpratropium bromidin inhalyasiyasından sonra baş verən bronxodilatasiya sistemli təsirin deyil, ilkin olaraq yerli təsirin nəticəsidir. Fenoterol hidrobromid müalicəvi dozalarda seçici olaraq β-reseptorları stimullaşdırmaqla birbaşa simpatomimetik təsir göstərir. Daha yüksək dozalarda o, β -reseptorlarını stimullaşdırmaq1 qabiliyyətinə malikdir. β -Reseptorlarla birləşmə stimullaşdırıcı G -zülalın iştirakı zamanı2 s adenilatsiklaza sistemini aktivləşdirir. Siklik AMF-in yüksək səviyyəsi proteinkinaza A-nı aktivləşdirir, hansı ki, sonra saya-əzələ hüceyrələrində zülal-hədəfləri fosforlaşdırır. Bu, öz növbəsində miozinkinazanın yüngül zəncirinin fosforlaşmasına, fosfoinozitidin hidrolizinin inhibə olunmasına və kalsium tərəfindən aktivləşdirilən kalium kanallarının açılmasına gətirib çıxarır. Fenoterol hidrobromid bronxların və damarların saya əzələlərini boşaldır və histaminin, metaxolinin, soyuq havanın və allergenlərin təsiri nəticəsində yaranan bronxospastik reaksiyaların (erkən cavab) inkişafının qarşısını alır. İstifadə edildikdən dərhal sonra tosqun hüceyrələrdən bronxdaraldıcı və iltihabtörədici mediatorların azad olması ləngidilir. Fenoterolun daha yüksək dozalarda istifadəsi (0,6 mq) mukosiliar klirensi artırır. Qan plazmasında fenoterolun daha yüksək konsentrasiyaları zamanı – hansı ki, ən çox peroral istifadə zamanı əldə edilir – və ya daha çox venadaxili istifadə zamanı – uşaqlıq əzələsinin yığılması ləngiyir. Daha yüksək dozaların istifadəsi zamanı, həmçinin metabolik effektlər müşahidə edilir: lipoliz, qlikogenoliz, hiperqlikemiya və hipokaliemiya, hansı ki, skelet əzələsi + tərəfindən К ionlarına olan tələbatın yüksəlməsi ilə əlaqədardır. Ürəyə ürək yığılmalarının tezliyinin və gücünün artması kimi β-adrenergik təsir fenoterolun damarlara təsirinin, ürəyin β- reseptorlarını stimullaşdırmasının və β -reseptorların müalicəvi dozalardan yüksək dozalarda1 istifadə edilməsinin nəticəsidir. Digər β-adrenergik preparatların istifadəsi zamanı olduğu kimi, yüksək dozalardan istifadə zamanı QT intervalının uzanması qeyd edilmişdir. Fenoterol MDI-lər (metered-dose inhaler, dozalayıcı inhalyatoru) üçün bu göstəricilər diskret olmuşdur və tövsiyə olunan dozalardan yüksək olduqda müşahidə olunmuşdur. Bununla belə, nebulayzerlərlə (inhalyasiya üçün məhlul) tətbiq edildikdən sonra sistem təsir tövsiyə olunan MDI dozaları ilə müqayisədə daha yüksək ola bilər. Klinik əhəmiyyəti müəyyən edilməmişdir. β-Aqonistlərin təsirinin ən çox müşahidə olunan əlavə effekti tremordur. Bronxların saya əzələsinə təsirindən fərqli olaraq, β-aqonistlərin sistemli təsiri öyrəşmənin inkişafına gətirib çıxara bilər. İpratropium bromid və fenoterolun birlikdə istifadəsi zamanı bronxgenişləndirici effekt müxtəlif farmakoloji hədəflərə təsir yolu ilə əldə edilir. İki aktiv maddə bir-birini tamamlayır, nəticədə bronx əzələlərinə münasibətdə spazmolitik effekt güclənir və tənəffüs/nəfəs yollarının daralması ilə müşayiət olunan bronx-ağciyər xəstəlikləri zamanı böyük müalicəvi genişlik təmin olunur. Вir- birini tamamlayan təsir belədir ki, arzuolunan effekti əldə etmək üçün β-adrenergik komponentin çox aşağı dozası tələb olunur ki, bu da preparatın fərdi dozalanmasını asanlaşdırır və arzuolunmaz reaksiyaların azalmasına səbəb olur. Farmakokinetikası İpratropium bromidin və fenoterol bromidin kombinə olunması zamanı müalicəvi effekt tənəffüs yollarında yerli təsir nəticəsində əldə edilir. Bronxların genişlənməsinin farmakodinamikası preparatın aktiv komponentlərinin farmakokinetikası ilə bağlı deyildir. İnhalyasiyadan sonra dozanın 10%-dən 39%-ə qədəri tənəffüs yollarında toplanır, bu da preparatın dərman formasından, inhalyasiya texnikasından və aparatdan asılıdır, belə ki, verilən dozanın bir hissəsi ağız müştükdə, ağızda və tənəffüs yollarının yuxarı hissəsində (orafarinqsdə) qalır. Dozanın təqribən bir o qədəri dərəcələnmiş aerozol ilə inhalyasiya aparıldıqda tənəffüs yollarında qalır. Xüsusilə, RESPIMAT® inhalyatoru vasitəsilə sulu məhlulu inhalyasiya etdikdən sonra dozalanmış aerozol inhalyatorları ilə müqayisədə preparatın ağciyərlərdə iki dəfədən çox toplanması təcrübi olaraq müşahidə olunub. Orofarinqeal toplanma müvafiq olaraq az və dozalanmış aerozol inhalyatorları ilə müqayisədə RESPIMAT® inhalyatoru istifadə olunduqda nəzərəçarpan dərəcədə az olmuşdur. Ağciyərlərdə toplanan doza hissəsi sirkulyasiyaya tez keçir (bir neçə dəqiqə ərzində). Aktiv tərkib hissəsinin orofarinqeal nahiyədə toplanan hissəsi yavaş- yavaş udulur və mədə-bağırsaq traktına ötürülür. Ona görə sistemli təsir həm oral, həm də ağciyərlərin biomənimsənilməsinin nəticəsidir. Hər iki komponentin birlikdə və ya ayrı-ayrılıqda farmakokinetikasının fərqli olması haqda dəlillər yoxdur. Fenoterol hidrobromid Preparatın daxilə düşən hissəsi əsasən sulfat konyuqatlarının əmələ gəlməsi ilə metabolizə olunur. Oral istifadədən sonra mütləq biomənimsənilməsi – aşağıdır (1,5%-ə yaxın). Venadaxili təyinindən sonra sərbəst Fenoterol və konyuqasiya olunmuş Fenoterol 24 saatlıq toplanmış sidikdə təyin edilmiş dozanın təxminən 15% və 27% təşkil edir. Dozalanmış BERODUAL® ilə inhalyasiya edildikdən sonra dozanın təxminən 1%-i 24 saatlıq toplanmış sidikdə sərbəst Fenoterol kimi ekskresiya olunur. Bu məlumatlara əsaslanaraq, Fenoterol hidrobromidin inhalyasiya olunmuş dozasının total sistem biomənimsənilməsi 7% kimi qiymətləndirilir. Venadaxili təyinindən sonra Fenoterolun yerdəyişməsini təsvir edən kinetik parametrləri plazma konsentrasiyalarından hesablanıb. Venadaxili təyinindən sonra plazma konsentrasiya-zaman profilləri 3-bölməli model tərəfindən təsvir oluna bilər ki, burada terminal yarımparçalanma dövrü təxminən 3 saatdır. Bu 3-bölməli modeldə Fenoterolun aşkar paylanma həcmi dayanıqlı halda təxminən (Vdss) 189 l-dir (≈ 2,7 l/kq). Dərmanın təxminən 40%-i plazma proteinləri ilə birləşir. Siçovulların üzərində aparılan preklinik tədqiqatlar Fenoterolun və onun metabolitlərinin hematoensefalik baryerdən keçmədiyini aşkarladı. Fenoterolun total klirensi 1,8 l/dəqiqə və renal klirensi 0,27 l/dəqiqədir. Ekskresiya balansı tədqiqatında dərmanla əlaqəli radioaktivliyin kumulyativ renal ekskresiyası (2 gün) (o cümlədən başlanğıc maddə və bütün metabolitlər) venadaxili təyindən sonra 65% və nəcisdə total radioaktivliyin 14,8% olması hesablanıb. Oral təyinindən sonra 48 saat ərzində sidiklə ekskresiya olunan total radioaktivlik dozanın təxminən 39% və nəcislə ekskresiya olunan total radioaktivlik 40,2% olub. İpratropium bromid İpratropiumun (ilkin birləşmə) böyrəklə xaric edilən ümumi miqdarı (0-24 saat) vena daxilinə yeridilmiş dozanın təxminən 46%-ni, daxilə qəbul edilmiş dozanın 1%-dən az hissəsini və Berodual dozalayıcı inhalyatoru vasitəsilə inhalyasiya olunmuş dozanın təxminən 3-13%-ni təşkil edir. Bu məlumatlara əsasən hesablanmışdır ki, ipratropium bromidin daxilə qəbul edilən və inhalyasiya olunan dozalarının ümumi sistem biomənimsənilməsi müvafiq olaraq 2% və 7-28% təşkil edir. Bunu nəzərə alaraq demək mümkündür ki, ipratropium bromidin udulan hissələri onun sistem ekspozisiyasına əhəmiyyətli dərəcədə təsir göstərmir. İpratropiumun paylanmasını təsvir edən kinetik parametrlər onun vena daxilinə yeridilməsindən sonra plazmadakı konsentrasiyaları əsasında hesablanmışdır. Plazma konsentrasiyalarında sürətli ikifazalı azalma müşahidə olunur. Tarazlıq vəziyyətində görünən paylanma həcmi (V ) təxminəndss 176 litr (təxminən 2,4 l/kq) təşkil edir. Preparat plazma zülalları ilə minimum dərəcədə (20%-dən az) birləşir. Siçovullar və dovşanlar üzərində aparılmış klinikaya qədər tədqiqatlar göstərmişdir ki, dördlü amin olan ipratropium hematoensefalik baryerdən keçmir. Son fazada yarımxaricolma müddəti təxminən 1,6 saat təşkil edir. İpratropiumun ümumi klirensi 2,3 l/dəq və böyrək klirensi 0,9 l/dəq təşkil edir. Vena daxilinə yeridildikdən sonra dozanın 60%-i başlıca olaraq qaraciyərdə, oksidləşmə yolu ilə metabolizə olunur. Ekskresiya balansına dair tədqiqatda preparatla əlaqəli radioaktivliyin (ilkin birləşmə və bütün metabolitlər daxil olmaqla) kumulyativ böyrək ekskresiyası (6 gün) venadaxili yeridilmədən sonra 72,1%, daxilə qəbuldan sonra 9,3% və inhalyasiyadan sonra 3,2% təşkil etmişdir. Nəcis vasitəsilə xaric olunan ümumi radioaktivlik venadaxili yeridilmədən sonra 6,3%, daxilə qəbuldan sonra 88,5% və inhalyasiyadan sonra 69,4% təşkil etmişdir. Venadaxili yeridilmədən sonra preparatla əlaqəli radioaktivliyin xaric olunmasına gəldikdə, əsas xaricolma böyrəklər vasitəsilə baş verir. Preparatla əlaqəli radioaktivliyin (ilkin birləşmə və metabolitlər) yarımxaricolma müddəti 3,6 saat təşkil edir. Sidiklə xaric olunan əsas metabolitlər muskarin reseptorları ilə zəif birləşirlər və metabolitlər qeyri-fəal hesab edilməlidirlər. Klinikaya qədər təhlükəsizlik məlumatları Siçanlarda və siçovullarda ipratropium bromidin və fenoterol hidrobromidin 1: 2,5 nisbətində (ipratropium bromid/fenoterol hidrobromid) kombinasiyasının birdəfəlik dozasının peroral, venadaxili və inhalyasiya yolu ilə istifadəsi ilə aparılan toksiklik üzrə tədqiqatda kəskin toksiklik səviyyəsinin aşağı olduğu aşkar edilmişdir. Ayrı-ayrı komponentlərlə müqayisədə hər iki komponentin kombinasiyasının LD göstəricisi heç bir gücləndirmə əlamətləri olmadan, fenoterol50 hidrobromidə nisbətən daha çox ipratropium bromid ilə müəyyənləşdirilir. İpratropium bromid və fenoterol hidrobromidin kombinasiyasının təkrar dozalarının toksikliyi üzrə tədqiqatlar siçovullar (peroral, inhalyasiya) və itlər (venadaxili, inhalyasiya) üzərində 13 həftəyədək müddətdə aparılmışdır. İnsanlar üçün tövsiyə olunan dozalardan bir neçə yüz dəfə yüksək olan konsentrasiyalarda yalnız cüzi toksik təsirlər müşahidə edilmişdir. Preparatın venadaxili istifadəsi ilə itlər üzərində aparılan 4 həftəlik tədqiqatda ən yüksək doza (84 mkq/kq/gün) ilə müalicə qrupunda yalnız bir heyvanda sol mədəciyin miokardında çapıqlar aşkar edilmişdir. Preparatın peroral istifadə edildiyi siçovullar üzərində aparılan 13 həftəlik tədqiqatda və preparatın inhalyasiya üsulu ilə istifadə edildiyi itlər üzərində aparılan 13 həftəlik tədqiqatda ayrı-ayrı komponentlərə uyğun dəyişikliklər istisna olmaqla, hər hansı toksikoloji dəyişikliklər aşkar edilməmişdir. Ayrı-ayrı komponentlərlə müqayisədə onların kombinasiyasının toksikliyinin güclənməsinə dair hər hansı sübutlar aşkar edilməmişdir. Müşahidə edilən bütün əlavə təsirlər fenoterol hidrobromid və ipratropium bromid üçün yaxşı məlum olan əlavə təsirlərdir. Siçovullarda və dovşanlarda ipratropium bromidin və fenoterol hidrobromidin kombinasiyasının inhalyasiya üsulu ilə istifadəsindən sonra hər hansı teratogen təsir müşahidə edilməmişdir. Həmçinin ipratropium bromidin və fenoterol hidrobromidin ayrı-ayrılıqda inhalyasiya üsulu ilə istifadəsi zamanı da teratogen təsirlər müşahidə olunmamışdır. Fenoterol hidrobromidin dovşanlara gündə 25 mq/kq-dan yüksək və siçanlara gündə 38,5 mq/kq-dan yüksək dozalarda peroral üsulla verilməsi zamanı inkişaf anomaliyalarının tezliyinin artması qeydə alınmışdır. Müşahidə edilən inkişaf qüsurları (malformasiyalar) β-aqonistlərin sinfi üçün səciyyəvi təsir hesab edilir. Siçovullarda ipratropium bromidin gündə 90 mq/kq-dək və fenoterol hidrobromidin gündə 40 mq/kq-dək peroral dozalarının istifadəsi zamanı fertilliyə təsiri qeydə alınmamışdır. Hər iki komponentin kombinasiyası üçün genotoksiklik tədqiqatları aparılmamışdır. In vitro və in vivo şəraitində aparılmış tədqiqatlar həm fenoterol hidrobromidin, həm də ipratropium bromidin mutagen potensiala malik olmadığını göstərmişdir. Hər iki komponentin kombinasiyası üçün kanserogenliyə dair tədqiqatlar aparılmamışdır. Siçanlar və siçovullar üzərində ipratropium bromidin istifadəsi ilə aparılmış uzunmüddətli tədqiqatlarda onkogen və ya kanserogen təsirlər aşkar edilməmişdir. Fenoterol hidrobromid üçün kanserogenlik üzrə tədqiqatlar onun peroral (siçan, 18 ay, siçovul, 24 ay) və inhalyasiya üsulu ilə (siçovul, 24 ay) istifadəsindən sonra aparılmışdır. Gündə 25 mq/kq dozada peroral istifadədən sonra siçanlarda uşaqlığın müxtəlif mitotik aktivliyə malik olan leyomiomaları, siçovullarda isə mezovarial leyomiomalar müşahidə olunmuşdur. Bu nəticələr siçanlarda və siçovullarda β-adrenergik preparatların uşaqlığın saya əzələsinə yerli təsiri səbəbindən yaranan məlum təsirlərdir. Tədqiqatların müasir səviyyəsi nəzərə alınmaqla, bu nəticələr insanlara şamil edilmir. Aşkar edilmiş bütün digər neoplaziyalar üzərində tədqiqatların aparıldığı heyvan növlərində spontan olaraq inkişaf edən adi növ neoplaziyalar hesab edilmişdir və fenoterol hidrobromidlə müalicə nəticəsində xəstələnmə səviyyəsinin bioloji cəhətdən əhəmiyyətli artmasını göstərməmişdir.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının xroniki obstruktiv xəstəlikləri zamanı təngnəfəsliyin qarşısının alınması və müalicəsi üçün: allergik və qeyri-allergik (endogen) mənşəli bronxial astma, fiziki yüklənmə səbəbindən yaranan bronxial astma və emfizema ilə müşayiət olunan və olunmayan xroniki obstruktiv bronxit. Qeyd Uzunmüddətli müalicə tələb olunduğu halda, hər zaman yanaşı olaraq iltihab əleyhinə müalicə aparılmalıdır.

Əks göstərişlər

Fenoterol hidrobromidə və/və ya ipratropium bromidə, atropinəbənzər maddələrə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq hipertrofik obstruktiv kardiomiopatiya taxiaritmiya

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Təngnəfəsliyin qəfil və sürətlə güclənməsi baş verdikdə, pasiyentlər dərhal həkimlə məsləhətləşməlidirlər. Digər inhalyasiya preparatları kimi, Berodual da həyat üçün təhlükəli ola bilən paradoksal bronxospazma səbəb ola bilər. Paradoksal bronxospazm baş verdikdə, Berodual preparatının istifadəsi dərhal dayandırılmalı və alternativ müalicə ilə əvəz olunmalıdır. Aşağıdakı hallarda, xüsusilə də tövsiyə edilən dozalardan yüksək dozalar istifadə edildikdə, Berodual preparatı yalnız risk/fayda nisbəti diqqətlə qiymətləndirildikdən sonra istifadə edilməlidir: − Kifayət qədər nəzarət edilməyən şəkərli diabet, − Yaxın zamanlarda keçirilmiş miokard infarktı, − Miokardit, − Ağır dərəcəli üzvi ürək və ya damar xəstəlikləri (xüsusilə də, taxikardiya mövcud olduqda), − Hipertireoidizm, − Feoxromositoma. Ürək-damar sisteminə təsirlər simpatomimetiklərin, o cümlədən Berodual preparatının istifadəsi zamanı müşahidə oluna bilər. Postmarketinq dövründə aparılan tədqiqatlarda və dərc edilmiş ədəbiyyatda β-aqonistlərin istifadəsi ilə əlaqəli olaraq, nadir hallarda miokard işemiyası barədə məlumatlar verilmişdir. Ağır dərəcəli yanaşı ürək xəstəlikləri (məsələn, ürəyin işemik xəstəliyi, aritmiya və ya ağır dərəcəli ürək çatışmazlığı) olan və Berodual preparatını istifadə edən pasiyentlər sinədə ağrı və ya ürək xəstəliyinin şiddətlənməsinin digər simptomlarını hiss etdikləri halda həkimə müraciət etməli olduqları barədə xəbərdar edilməlidirlər. Təngnəfəslik və sinədə ağrı kimi simptomların qiymətləndirilməsinə diqqət yetirilməlidir, çünki onlar həm respirator, həm də ürək mənşəli ola bilərlər. Digər antixolinergik preparatlar kimi, Berodual preparatı da aşağıdakı pasiyentlərdə yalnız ehtiyatla istifadə edilməlidir: Qapalı bucaqlı qlaukomaya meyilli olan pasiyentlər, Sidikçıxarıcı yolların mövcud obstruksiyası (məsələn, prostat vəzinin hiperplaziyası və ya sidik kisəsi boynunun obstruksiyası), Böyrək çatışmazlığı. Qaraciyər çatışmazlığı. İpratropium bromid ayrılıqda və ya β -adrenoreseptorların aqonistləri ilə birlikdə nebulayzer2 vasitəsilə istifadə zamanı gözlərə düşdükdə, ayrı-ayrı hallarda görmə orqanlarında fəsadlar (məsələn, midriaz, gözdaxili təzyiqin yüksəlməsi, qapalı bucaqlı qlaukoma və gözlərdə ağrı) barədə məlumatlar verilmişdir. Diqqət Pasiyentlər Berodual preparatının düzgün istifadəsi barədə təlimatlandırılmalıdırlar. Preparatın gözlərə düşməməsi üçün ehtiyatlı olmaq lazımdır. Qapalı bucaqlı qlaukomanın əlamətləri aşağıdakılar ola bilər. Gözlərdə ağrı və ya narahatlıq hissi. Bulanıq görmə. Əşyaların ətrafında halələrin görünməsi. Rəngli təsvirlərin görünməsi. − Konyunktivanın hiperemiyası və buynuz qişanın ödemi nəticəsində gözlərin qızarması. Bu simptomların hər hansı biri inkişaf etdikdə, dərhal mütəxəssisə müraciət etmək və miotik göz damcıları ilə müalicəyə başlamaq lazımdır. Mukovissidozlu pasiyentlər inhalyasiya üçün antixolinergik preparatlarla müalicə olunduqları zaman mədə-bağırsaq motorikasının pozulmalarına daha çox meyilli ola bilərlər. Müalicə dayandırıldıqdan sonra bu vəziyyət keçib-gedir. Uzunmüddətli müalicə Astmalı pasiyentlərdə Berodual preparatı yalnız zərurət olduqda istifadə edilməlidir. Yüngül dərəcəli AXOX olan pasiyentlərdə, vəziyyət imkan verdiyi halda, tələbat üzrə (simptomlara uyğun) müalicə müntəzəm istifadəyə nisbətən daha faydalı ola bilər. Astmalı və steroidlərə qarşı həssas AXOX-lu pasiyentlərdə tənəffüs yollarının iltihabına nəzarət etmək və simptomların şiddətlənməsinin qarşısını almaq üçün iltihab əleyhinə müalicənin əlavə edilməsi və ya gücləndirilməsi nəzərdən keçirilməlidir. Astmalı pasiyentlərdə bronxların obstruksiyasının simptomlarına nəzarət məqsədi ilə tərkibində β -aqonistlər olan preparatların, məsələn, Berodual preparatının artan dozalarının istifadəsi2 xəstəliyə nəzarətin pisləşməsinə səbəb ola bilər. Bronxların obstruksiyası şiddətləndikdə, uzunmüddətli müalicə dövründə tərkibində β -aqonistlərin olduğu preparatların dozasının tövsiyə olunan dozaya nisbətən artırılması2 məqsədəuyğun deyildir və ola bilsin ki, təhlükəlidir. Bu halda pasiyentin müalicə planını, xüsusilə də, inhalyasiya üçün kortikosteroidlərlə iltihabəleyhinə müalicənin uyğunluğunu yenidən nəzərdən keçirmək və ya mövcud iltihabəleyhinə müalicənin dozasını tənzimləmək və ya xəstəliyə nəzarətin həyat üçün təhlükəli olan pisləşməsinin qarşısını almaq üçün əlavə preparatlar təyin etmək lazımdır. Əsas xəstəliyin ciddi fəsadlarının, eləcə də kifayət qədər iltihabəleyhinə müalicə aparılmadan bronxial astmanın inhalyasiya üçün β -simpatomimetiklərin yüksək və həddən artıq yüksək2 dozaları ilə uzunmüddətli müalicəsi zamanı letal nəticələrin inkişaf etmə riskinin yüksək olduğu bir neçə hal barədə məlumatlar verilmişdir. Səbəb-nəticə əlaqəsi hələlik tam aydınlaşdırılmamışdır. Buna baxmayaraq, qeyri-adekvat iltihabəleyhinə müalicənin həyati vacib rol oynadığı hesab edilir. Digər simpatomimetik bronxgenəldicilər yalnız tibbi müşahidə altında Berodual preparatı ilə eyni zamanda istifadə edilə bilərlər. Β -aqonistlərin yüksək dozaları ilə müalicə nəticəsində potensial ciddi hipokaliemiya inkişaf edə2 bilər. Kaliumun ilkin səviyyəsi aşağı olduqda, onun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Qanda şəkərin səviyyəsi yüksələ bilər. Buna görə də, şəkərli diabeti olan pasiyentlərdə qanda şəkərin səviyyəsinə nəzarət edilməlidir. Berodual preparatının istifadəsindən sonra ani tipli yüksək həssaslıq reaksiyaları inkişaf edə bilər, nadir hallarda baş verən övrə, angioödem, səpgilər, bronxospazm, ağız-udlağın ödemi və allergik reaksiyalar bunu sübut edir. Bu dərman vasitəsinin tərkibində benzalkonium xlorid mövcuddur. Benzalkonium xlorid (100 mkq/ml) bronxospazma səbəb ola bilər, xüsusən astma xəstəliyi olan xəstələrdə. Dopinqə dair xəbərdarlıq BERODUAL preparatının istifadəsi fenoterolа münasibətdə dopinq testlərinin müsbət nəticə verməsinə gətirib çıxara bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Berodual preparatının digər antixolinergik dərman vasitələri ilə uzunmüddətli yanaşı istifadəsi tədqiq edilməmişdir və bu səbəbdən də tövsiyə edilmir. Aşağıdakı dərmanların/dərman siniflərinin Berodual ilə eyni zamanda istifadəsi Berodual preparatının təsirini dəyişə bilər. Təsirin güclənməsi və/və ya əlavə təsirlərin inkişaf etmə riskinin artması − Digər β-adrenergik preparatlar (bütün yeridilmə növləri), − Digər antixolinergik preparatlar (bütün yeridilmə növləri), − Ksantin törəmələri (məsələn, teofillin), − İltihab əleyhinə vasitələr (kortikosteroidlər), − Monoaminoksidazanın inhibitorları, − Trisiklik antidepressantlar, − Halogenləşdirilmiş karbohidrogen anestetiklər (məsələn, halotan, trixloretilen və enfluran). Xüsusilə də, onlar ürək-damar sisteminə təsirləri gücləndirə bilərlər. Təsirin zəifləməsi – β-reseptorların blokatorlarının yanaşı istifadəsi. Digər mümkün qarşılıqlı əlaqə reaksiyaları β -Adrenoreseptorların aqonistlərinin qəbulu ilə bağlı hipokaliemiya ksantin törəmələrinin,2 qlükokortikosteroidlərin və diuretiklərin eyni zamanda istifadəsi ilə güclənə bilər. Tənəffüs yollarının obstruktiv xəstəliklərinin ağır formaları olan pasiyentlərin müalicəsi zamanı buna xüsusi diqqət yetirmək lazımdır. Hipokaliemiya diqoksin alan pasiyentlərdə aritmiyanın inkişaf riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bundan başqa, hipoksiya hipokaliemiyanın ürək ritminə mənfi təsirini gücləndirə bilər. Belə hallarda qan zərdabında kaliumun konsentrasiyasına nəzarət etmək tövsiyə olunur. Kəskin qlaukoma tutması riski nebulayzerlə istifadə olunmuş ipratropium bromid tək başına və ya β -aqonistləri ilə birlikdə gözlərlə birbaşa təmasda olarsa artır.2

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Klinikayaqədərki tədqiqatların nəticələri və insanda istifadə təcrübəsi göstərir ki, fenoterol və ya ipratropium hamiləlik zamanı, xüsusilə birinci trimestrdə əlavə reaksiyaların inkişafına səbəb olmur. Buna baxmayaraq, hamiləlik zamanı dərmanların istifadəsi ilə bağlı adi ehtiyat tədbirləri həyata keçirilməlidir. Fenoterolun uşaqlığın yığılma qabiliyyətinə təsiri nəzərə alınmalıdır. Β -simpatomimetiklərin2 hamiləliyin son mərhələsində və ya yüksək dozalarda istifadəsi yenidoğulmuş körpədə mənfi təsirlərə (tremor, taxikardiya, qanda şəkərin səviyyəsinin qalxıb-enməsi, hipokaliemiya) səbəb ola bilər. Laktasiya dövrü Fenoterolа hidrobromid ana südünə nüfuz edə bilər, ipratropium bromidə münasibətdə belə məlumatlar alınmamışdır. İpratropiumun südəmər uşağa əhəmiyyətli təsiri, xüsusilə preparatın aerozol şəklində istifadəsi zamanı az ehtimal olunur. Bununla belə, südəmər uşağı olan analara Berodual preparatı ehtiyatla təyin edilməlidir. Fertillik İpratropium bromid və fenoterol hidrоbromidin kombinəolunmuş istifadəsi və həmçinin iki komponentdən hər birinin ayrılıqda istifadəsi zamanı fertilliyə təsir barədə klinik məlumatlar yoxdur. Lakin, klinikayaqədərki məlumatlar göstərir ki, fenoterol hidrоbromidin və ipratropium bromidin ayrı-ayrılıqda insan fertilliyinə mənfi təsiri yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Bununla belə, pasiyentləri Berodual-dan istifadə zamanı başgicəllənmə, tremor, akkomodasiyanın pozulması, göz bəbəklərinin genişlənməsi və görmə itiliyinin pozulması kimi əlavə təsirlərin meydana çıxması barədə xəbərdar etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq tövsiyə edilir. Pasiyentlərdə yuxarıda göstərilən əlavə təsirlər meydana çıxarsa, onlar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək kimi yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli əməliyyatlardan qaçınmalıdır.

İstifadə qaydası və dozası

Yalnız nebulayzer vasitəsilə inhalyasiya üçün nəzərdə tutulmuşdur. Müalicə tibbi müşahidə altında, məsələn, xəstəxana şəraitində başlanmalı və aparılmalıdır. Tez təsir edən β-aqonist bronxgenəldicilər, məsələn, təzyiq altında olan Berodual inhalyasiya məhlulu yüngülləşməni təmin etmədiyi halda, təcrübəli həkimlə məsləhətləşdikdən sonra pasiyentlərə ev şəraitində müalicə tövsiyə edilə bilər. Preparat, həmçinin digər səbəblərdən nebulayzerlə müalicə qəbul edə bilməyən (təzyiq altında olan inhalyasiya məhlullarının istifadəsi ilə bağlı problemlər və s.) pasiyentlərə və ya yüksək dozalarla müalicənin tələb olunduğu təcrübəli pasiyentlərə tövsiyə edilə bilər. Nebulayzer məhlulu ilə müalicə tövsiyə olunan ən aşağı doza ilə başlanılmalıdır. Doza pasiyentin fərdi tələbatlarına uyğunlaşdırılmalı və kəskin epizodun ağırlıq dərəcəsinə uyğun olaraq seçilməlidir. Preparatın istifadəsi simptomların kifayət qədər yüngülləşməsi əldə edildikdən sonra dayandırılmalıdır. Nebulayzer məhlulu müvafiq nebulayzer vasitələrilə yalnız inhalyasiya üçün nəzərdə tutulub və peroral istifadə olunmamalıdır. Tövsiyə olunan Berodual dozanı 3-4 ml təşkil edən son həcmə qədər fizioloji məhlulla (0,9%) durulaşdırmaq və nebulayzerin köməyi ilə istifadə etmək lazımdır. Durulaşdırılmış istifadə üçün hazır məhlulu simptomların kifayət qədər keçməsinə qədər istifadə etmək lazımdır. Durulaşdırılmış istifadə üçün hazır məhlulu hər istifadədən əvvəl hazırlamaq lazımdır. Durulaşdırılmış məhlulla inhalyasiyanı məhlulun hazırlanmasından dərhal sonra həyata keçirmək lazımdır, durulaşdırılmış məhlulun qalığını məhv etmək lazımdır. İnhalyasiya vasitəsinin istifadəsinə aid rəhbərliyə müraciət etmək lazımdır. Məhlulun ağız boşluğu üçün vasitə ilə yeridilməsi tövsiyə olunur. Əgər ağız boşluğu vasitəsi yoxdursa və əvəzinə nebulayzer maskası istifadə olunursa, maska uyğun şəkildə oturmalıdır. Qlaukoma hücumlarına meyilli xəstələrə gözlərini xüsusilə qorumaq üçün xəbərdarlıq edilməlidir. İnhalyasiya üçün məhlul satışda mövcud olan bir sıra nebulayzer cihazlarından istifadə etməklə tətbiq oluna bilər. Ağciyərlərə və dərmanın sistemli təsiri istifadə olunan nebulayzerdən və cihazın effektivliyindən asılı olaraq Berodual dozalı aerozol ilə müqayisədə daha yüksək ola bilər. İstifadə qaydası Aşağıdakı dozalar tövsiyə edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr Qəfil bronxospazm tutmalarının təxirəsalınmaz müalicəsi üçün, kəskin epizodun ağırlıq dərəcəsindən asılı olaraq, fizioloji məhlul 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 10-25 püskürtməsi (1,0-2,5 ml) inhalyasiya edilməlidir. Müstəsna ağır hallarda, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 40-dək püskürtməsi (4 ml) inhalyasiya edilə bilər. Fiziki gərginlik səbəbindən yaranan astmanın və ya gözlənilən allergik təmasın məqsədyönlü profilaktikası üçün 2-3 ml fizioloji məhlulla durulaşdırılmış Berodual preparatının 1-2 püskürtməsi (0,1-0,2 ml) mümkünsə, hadisədən 10-15 dəqiqə əvvəl inhalyasiya edilməlidir. 6-12 yaş arası uşaqlar Kəskin astma epizodlarının təxirəsalınmaz müalicəsi üçün kəskin epizodun ağırlıq dərəcəsindən və pasiyentin yaşından asılı olaraq, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 5-20 püskürtməsi (0,5-2,0 ml) inhalyasiya edilməlidir. Fiziki gərginlik səbəbindən yaranan astmanın və ya gözlənilən allergik təmasın məqsədyönlü profilaktikası üçün 2-3 ml fizioloji məhlulla durulaşdırılmış Berodual preparatının 1-2 püskürtməsi (0,1-0,2 ml) mümkünsə, hadisədən 10-15 dəqiqə əvvəl inhalyasiya edilməlidir. 6 yaşdan kiçik uşaqlar Bu yaş qrupunda istifadə haqqında məlumatlar məhdud həcmdə olduğundan, aşağıdakı dozanın və yalnız tibbi müşahidə altında verilməsi tövsiyə olunur: Bədən çəkisinin hər kiloqramına 1 püskürtmə (0,1 ml) maksimum 5 püskürtməyə (0,5 ml) qədər, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra. İstifadəsi üzrə xüsusi göstərişlər və ehtiyat tədbirləri İstifadə üçün, Berodual preparatının inhalyasiya məhlulu fizioloji məhlul (0,9%) ilə 3-4 ml həcmədək durulaşdırılmalıdır. İstifadəyə hazır olan inhalyasiya məhlulu hazırlandıqdan dərhal sonra inhalyasiya edilməlidir. Mümkünsə, inhalyasiyanı oturaq vəziyyətdə və ya ayaq üstə yerinə yetirin. İnhalyasiya cihazının istifadəsi üzrə təlimatlara əməl edilməlidir. Məhlulu istifadə etmək üçün, flakonu bucaq altında tutun və şəhadət barmağınızla dozalayıcı başlığı tam sıxın (Şəkil 1). Cihazı ilk dəfə istifadə etdiyiniz zaman sistemdə havanın qalmadığından əmin olmaq üçün nasosu bir neçə dəfə sıxın. İlk çıxan mayeni atın. Flakondakı maye azaldıqda, daxili borucuğun məhlula çatdığından əmin olun (Şəkil 2-yə baxın). Bu, texniki məhdudiyyətlər səbəbindən dozalayıcıda qalan qalıq miqdar istisna olmaqla, bütün məhlulun istifadə edilə biləcəyinə zəmanət verir. Hava bu qalıq miqdarla birlikdə inhalyasiya edilməyə başladıqdan sonra dəqiq dozalanma mümkün olmur; bu səbəbdən də, qalan məhlul atılmalıdır. İnhalyasiya müddəti durulaşdırılma həcmi ilə tənzimlənə bilər. Berodual məhlulunun düzgün istifadə qaydası pasiyentlərə nümayiş etdirilməlidir. Məhlulun/inhalyasiya dumanının gözlərlə təmas etməməsi üçün ehtiyatlı olmaq lazımdır. Püskürdülən məhlul müştük vasitəsilə inhalyasiya edilməlidir. Əgər müştük yoxdursa və nebulayzerin maskasından istifadə edilirsə, maskanın üzdə düzgün oturmasına diqqət edilməlidir. Qlaukomaya meyilli olan pasiyentlər gözlərini qorumalarının zəruriliyi barədə dəqiq təlimatlandırılmalıdırlar. ® ® Berodual məhlulu Bisolvon və Mucosolvan inhalyasiya məhlulları ilə eyni vaxtda istifadə üçün uyğundur. İstifadə edilməmiş istənilən preparat və ya tullantı materialları yerli tələblərə uyğun olaraq atılmalıdır.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, Berodual preparatının da əlavə təsirləri ola bilər. a) Ümumi təsviri Sadalanan əlavə təsirlərin bir çoxu Berodual preparatının antixolinergik və β-adrenergik xüsusiyyətləri ilə əlaqələndirilə bilər. b) Əlavə təsirlərin cədvəli Sadalanan əlavə təsirlər aparılmış klinik tədqiqatlarda və preparatın qeydiyyatdan sonrakı istifadəsi dövründə farmakoloji nəzarət zamanı əldə edilmiş məlumatlara əsaslanır. Əlavə təsirlərin qiymətləndirilməsi üçün aşağıdakı tezliklər əsas götürülür: Çox tez-tez (≥ 1/10); Tez-tez (≥ 1/100 – < 1/10); Bəzən (≥ 1/1,000 – < 1/100); Nadir hallarda (≥ 1/10,000 – < 1/1,000); Çox nadir hallarda (< 1/10.000); Naməlum tezlikdə (mövcud məlumatlara əsasən tezliyi müəyyən etmək mümkün deyil). İmmun sistemdə baş verən pozuntular Nadir hallarda: anafilaktik reaksiyalar*, yüksək həssaslıq * Metabolik və qidalanma pozuntuları Nadir hallarda: hipokaliemiya * Çox nadir hallarda: qanda qlükozanın səviyyəsinin yüksəlməsi Psixi pozuntular Bəzən: əsəbilik Nadir hallarda: həyəcan, psixi dəyişikliklər Sinir sistemində baş verən pozuntular Bəzən: baş ağrısı, tremor, başgicəllənmə Naməlum tezlikdə: hiperaktivlik Gözlərdə baş verən pozuntular Nadir hallarda: qlaukoma*, gözdaxili təzyiqin yüksəlməsi*, akkomodasiyanın pozulması*, midriaz*, bulanıq görmə*, gözlərdə ağrı*, buynuz qişanın ödemi*, konyunktivanın hiperemiyası*, əşyaların ətrafında həlqələrin görünməsi* Ürəkdə pozuntular Bəzən: taxikardiya, ürəkdöyünmənin hiss olunması Nadir hallarda: aritmiya, qulaqcıqların fibrillyasiyası, mədəciküstü taxikardiya*, miokardın işemiyası* Tənəffüs, döş qəfəsi və divararalığı orqanlarında pozuntular Tez-tez: öskürək Bəzən: faringit, disfoniya Nadir hallarda: bronxospazm, boğazın qıcıqlanması, udlağın ödemi, larinqospazm*, paradoksal bronxospazm (inhalyasiya səbəbindən) *, boğazda quruluq* Mədə-bağırsaq pozuntuları Bəzən: qusma, ürəkbulanma, ağızda quruluq Nadir hallarda: stomatit, qlossit, mədə-bağırsaq motorikasının pozulması**, ishal*, qəbizlik, ağız boşluğunun ödemi*, qıcqırma Dəri və dərialtı toxumalarda baş verən pozuntular Nadir hallarda: övrə, dəridə səpgilər, qaşınma, angioödem*, petexiyalar, hiperhidroz* Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular Nadir hallarda: əzələ zəifliyi, əzələ spazmları, mialgiya Böyrəklərdə və sidikçıxarıcı yollarda pozuntular Nadir hallarda: sidiyin ləngiməsi Müayinələr Bəzən: arterial təzyiqin (sistolik) yüksəlməsi Nadir hallarda: arterial təzyiqin (diastolik) azalması, trombositopeniya * Bu əlavə təsirlər seçilmiş klinik tədqiqatların heç birində müşahidə olunmamışdır. Qiymətləndirmə AB- nin SmPC Əlavə tövsiyələrinə uyğun olaraq, müalicə olunan pasiyentlər populyasiyası üzrə hesablanmış 95% etibarlılıq intervalının yuxarı həddinə əsaslanır (3/4968 = 0,0006, bu da “nadir” hallara aiddir). ** Xüsusilə mukovissidozlu pasiyentlər inhalyasiya formasında olan antixolinergik vasitələrlə (Berodual preparatının tərkibində mövcuddur) müalicə müddətində mədə-bağırsaq motorikasının pozulmalarına meyilli ola bilərlər. c) Ümumi əlavə təsirlərə dair qeydlər Hər hansı inhalyasiya preparatı ilə müalicədə olduğu kimi, Berodual preparatı ilə müalicə zamanı da yerli qıcıqlanmalar baş verə bilər. Klinik tədqiqatlarda barəsində ən çox məlumat verilən əlavə təsirlər öskürək, ağızda quruluq, baş ağrısı, tremor, faringit, ürəkbulanma, başgicəllənmə, disfoniya, taxikardiya, ürəkdöyünmənin hiss olunması, qusma, sistolik arterial təzyiqin yüksəlməsi və əsəbilik olmuşdur. Əlavə təsirlər haqqında məlumat verilməlidir. Federal Institute for Drugs and Medical Devices (BfArM), Dept. of Pharmacovigilance, Kurt-Georg-Kiesinger-Allee 3, D-53175 Bonn, Website: www.bfarm.de

Doza həddinin aşılması

İntoksikasiya simptomları Doza həddinin aşılmasından asılı olaraq, β -adrenergik vasitələrə tipik olan əlavə təsirlər yarana2 bilər. Qandolmaların, yüngül başgicəllənmə, baş ağrısı, taxikardiyanın, aritmiya, ürəkdöyünmənin, tremorun, arterial hipertenziyanın və ya arterial hipotenziyanın, şokun, narahatlıq, sinədə ağrı, həyəcan, barmaqlarda və həmçinin bütün bədəndə güclü tremor və mümkün ekstrasistoliya baş verməsi ehtimalı daha çoxdur. Mədə-bağırsaq sistemi tərəfindən şikayətlər, ürəkbulanma və qusma yarana bilər, xüsusən peroral dozalarda istifadə zamanı. Metabolik asidoz və hipokaliemiya fenoterolun tövsiyə olunduğundan daha yüksək dozalarda Berodualın təsdiq olunmuş istifadəsi zamanı müşahidə edilə bilər. İpratropium bromidin doza həddi aşılmasının mümkün simptomları (ağızda quruluq, gözlərin akkomodasiyasının pozulması) zəif ifadə olunmuşdur ki, bu da inhalyasion ipratropiumun sistem sorulmasının çox aşağı olması ilə izah edilir. İntoksikasiyanın müalicəsi BERODUAL preparatı ilə müalicəni dayandırmaq lazımdır. Turşu-qələvi və elektrolit monitorinqi keçirmək lazımdır. Sedativ vasitələrin, trankvilizatorların istifadəsi, ağır hallarda – hospitalizasiya tövsiyə edilir. Fenoterola spesifik antidot kimi, β-blokatorların (bu zaman selektiv β -blokatorlara üstünlük1 verilir) istifadəsi mümkündür. Lakin, β-adrenoblokatorların təsiri altında bronxial obstruksiyanın güclənə biləcəyini nəzərə almaq və ölümə səbəb ola biləcək ağır bronxospazmın inkişaf təhlükəsi ilə əlaqədar olaraq, bronxial astmadan və ya AXOX-dan əziyyət çəkən xəstələr üçün dozanı dəqiq seçmək lazımdır.

Buraxılış forması

Inhalyasiya üçün məhlul. 20 ml məhlul, tünd rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra 6 ay müddətində istifadə etmək lazımdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Istituto de Angeli S.R.L., Italy. Localita Prulli n 103/c, 50066 Reggello, Firenzo, Italy.

Qeydiyyat vəsiqəsinin sahibi

Boehringеr Ingеlhеim International GmbH, Germany. Binger Strasse 173 55216 İngelheim am Rhein.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Berodual 20 ml məhlul” üçün ilk rəyi siz yazın.