Belunat 20 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroidlər |
| İstehsal ölkəsi | Misir |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BELUNAT 0,5 mq/q yerli istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone dipropionate
Tərkibi
Təsiredici maddə: 1 qram kremin tərkibində 0,64 mq betametazon dipropionat (0,5 mq betametazona ekvivalent) vardır. Köməkçi maddələr: propilparaben, kremofor A6, kremofor A25, metilparaben, setil spriti, maye parafin, propilenqlikol, qliseril monostearat, təmizlənmiş su.
Təsviri
Ağ, homogen, yumşaq yağ/su əsaslı emulsiyadır.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroidlər. ATC kodu: D07AC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kortikosteroidlər farmakoloji dozada ilk növbədə onların iltihab əleyhinə və/və ya immunosupressiv təsirlərinə əsasən istifadə olunur. Betametazon dipropionat kimi yerli kortikosteroidlər iltihabəleyhinə, qaşınmaəleyhinə və damardaraldıcı təsirləri hesabına bir sıra dermatozların müalicəsində effektivdir. Kortikosteroidlərin fizioloji, farmakoloji və klinik təsirlərinin yaxşı məlum olmasına baxmayaraq, hər bir xəstəlik zamanı onların dəqiq təsir mexanizmləri müəyyən edilməmişdir. Farmakokinetikası Yerli kortikosteroidlərin dəridən sorulma dərəcəsi bir çox amillərlə təyin edilir (epidermisin keçiriciliyi, epidermal baryerin tamlığı və okkluzion sarğıların istifadəsi daxil olmaqla). Yerli kortikosteroidlər zədələnməmiş normal dəridən sorulur. Dəridə olan iltihab və digər proseslər dəridən sorulmanı artıra bilər. Okkluzion sarğılar yerli kortikosteroidlərin dəridən sorulmasını nəzərəçarpacaq dərəcədə artırır. Dəridən sorulduqdan sonra yerli kortikosteroidlər sistem yeridilən kortikosteroidlərlə analoji olan farmakokinetik yola daxil olur. Kortikosteroidlər müxtəlif dərəcədə plazma zülalları ilə birləşir, əsasən qaraciyərdə metabolizmə uğrayır və böyrəklər vasitəsilə ekskresiya olunur. Bəzi yerli kortikosteroidlər və onların metabolitləri öd vasitəsilə də xaric olur.
İstifadəsinə göstərişlər
Betametazon dipropionat sintetik flüorlu kortikosteroiddir. Yerli olaraq aktiv təsir göstərir, ekzema və dermatitin bütün növlərində, yerli ekzema, fotodermatit, yastı dəmrov, sadə dəmrov, düyünlü qoturluq, diskşəkilli qırmızı qurdeşənəyi, lipoidli nekrobioz, pretibial miksedema və eritroderma daxil olmaqla, tez və davamlı cavab reaksiyasına malikdir. Betametazon dipropionat eləcə də baş dərisinin psoriazı, əllərin və ayaqların xroniki psoriazı kimi (geniş yayılmış psoriaz istisna olmaqla) daha az cavab reaksiyası verən xəstəliklərdə belə effektivdir. Lokallaşmış neyrodermit (sadə xroniki dəmrov).
Əks göstərişlər
Betametazona və tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq reaksiyası olduqda əks göstərişdir. Çəhrayı sızanaqlar (Rosacea), akne, perioral dermatitlər, perianal və genital qaşınmalar, sifilis. Dərinin vərəm və daha çox virus mənşəli zədələnməsində (əsasən sadə herpes, postvaksinal dəri reaksiyaları, suçiçəyi). Betametazon uşaq bezlərindən yaranan dəri səpgilərində, göbələk və ya bakterial mənşəli dəri infeksiyalarında müvafiq yanaşı antibakterial terapiya aparılmadan istifadəsi əks göstərişdir. Belunat kremin oftalmologiyada (gözün selikli qişası, gözətrafı nahiyə) istifadəsi nəzərdə tutulmamışdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uzun müddət ərzində fasiləsiz olaraq dərinin zədələnmiş geniş sahələrinə, dəri büküşlərində və polietilen okkluzion sarğılarda istifadə etdikdə, yerli və sistem toksik təsirlər daha çox yayılmışdır. Uşaqlarda və ya üz dərisinə istifadə etdikdə müalicə müddəti 5 gündən çox olmamalıdır. Bütün yaş dövründə olan pasiyentlərdə uzunmüddətli fasiləsiz müalicəsindən qaçmaq lazımdır. Okklüzion sarğılarda istifadə olunmamalıdır. Yerli kortikosteroidlər bir sıra səbəblərdən psoriaz zamanı təhlükəli ola bilər (xəstəliyin residivləşməsi ilə tolerantlığın inkişafı, pustulalı psoriazın yayılması riski və dərinin baryer funksiyasının pozulması nəticəsində yerli sistem toksik təsir daxil olmaqla). Pasiyentin diqqətlə nəzarət olunması vacibdir. Ümumi Yerli kortikosteroidlərin sistem absorbsiyası hipotalamo-hipofizar-adrenal sistemin geridönən supressiyasına səbəb ola bilər, müalicə dayandırıldıqdan sonra bu proses bərpa olunur. Bəzi pasiyentlərdə yerli kortikosteroidlərlə müalicə zamanı sistem absorbsiya nəticəsində, həmçinin Kuşinq sindromu müşahidə olunmuşdur. Yüksək dozalarda bədənin geniş sahələrinə güclü yerli steroid istifadə etdikdə hipotalamo-hipofizar-adrenal sistemin vəziyyəti vaxtaşırı qiymətləndirilməlidir, supressiya qeyd olunduqda preparatın istifadəsi dayandırılmalı, kremin çəkilmə tezliyi azaldılmalı və ya daha zəif təsirli kortikosteroidlə əvəz edilməlidir. Hipotalamo-hipofizar-adrenal sistemin funksiyası adətən tez və preparatın verilməsi dayandırıldıqdan sonra tam bərpa olunur. Nadir hallarda steroidin istifadəsinin dayandırılması zamanı kəsilmə sindromunun əlamətləri yarana bilər, bu zaman sistem kortikosteroidlərin əlavə olunması tələb olunur. Uşaqlar sistem təsirə daha çox həssasdırlar, bu da onların geniş dəri səthlərinin bədən çəkisinə olan nisbətindən irəli gəlir. Əgər qıcıqlanma inkişaf edərsə, müalicə dayandırılmalı və müvafiq müalicə tətbiq olunmalıdır. Belunat kremin oftalmologiyada istifadəsi nəzərdə tutulmamışdır. Uşaqlarda istifadəsi: Uşaqlar yerli kortikosteroidlərin hipotalamo-hipofizar-adrenal sitemin zəifləməsinə daha çox həssaslıq nümayiş etdirmişlər, ekzogen kortikosteroid hipotalamo-hipofizar-adrenal sitemin supressiyasını yaradan və ekzogen kortikosteroid təsirlər böyüklərlə müqayisədə uşaqlarda daha çoxdur, bu da onlarda geniş dəri səthlərinin bədən çəkisinə olan nisbəti ilə əlaqədardır. Yerli kortikosteroidlər istifadə olunan uşaqlarda hipotalamo-hipofizar-adrenal sitemin supressiyası, Kuşinq sindromu və kəllədaxili təzyiqin olması halları haqda məlumatlar verilmişdir. Uşaqlarda adrenal supressiyanın simptomlarına boy artımının xətti azalması, çəki artımının zəifləməsi, plazmada kortizolun səviyyəsinin aşağı olması və AKTH (adenokortikotrop hormon) stimulyasiyasına cavabın olmaması daxildir. Kəllədaxili təzyiqin əlamətləri: əmgəyin qabarıq olması, başağrıları və görmə siniri diskinin bilateral şişməsi (papilla ödemi).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda yerli kortikosteroidlərin teratogen təsiri haqda adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Yerli steroidlər hamiləlik dövründə hamilə qadına olan faydanın dölə olan potensial riskdən üstün olduğu hallarda təyin oluna bilər. Kortikosteroidlərin yerli istifadəsi zamanı sistem absorbsiya nəticəsində ana südünə keçməsi haqda məlumat yoxdur. Sistem yeridilən kortikosteroidlər körpələrə mənfi təsir etməyən miqdarda süd vəzilərinə keçir. Buna baxmayaraq, dərman vasitəsinin istifadəsini dayandırmaq haqda qərar qəbul etdikdə, ana üçün təyin olunan preparatın əhəmiyyətini nəzərə almaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklər və uşaqlar Gündə 1- 2 dəfə istifadə olunur. Əksər hallarda Belunat krem zədələnmiş nahiyəyə nazik qatla gündə 2 dəfə çəkilir (səhər və axşam). Bəzi pasiyentlərdə daha az tezlikdə istifadə etməklə adekvat dəstəkləyici terapiyaya nail olmaq olar. Betametazon krem və məlhəm quru dəriyə çəkilir.
Əlavə təsirləri
Betametazon dipropionat tərkibli dəri üçün nəzərdə tutulmuş preparatlar adətən pasiyentlər tərəfindən yaxşı mənimsənilir və nadir hallarda əlavə təsirlər yaranır. Əgər bədənin geniş sahələri və dəri büküşlərini uzun müddət ərzində və kifayət qədər miqdarda steroidlərlə müalicə etdikdə, betametazon dipropionatın sistem absorbsiyası arta bilər. Bu hallar yarandıqda xüsusi ehtiyat tədbirlərini həyata keçirmək lazımdır, xüsusən də körpələr və uşaqlar üçün. Betametazon dipropionat kremin istifadəsi zamanı məlumat verilən yerli əlavə təsirlərə aiddir: yanma hissi, qaşınma, qıcıqlanma, quruluq, follikulit, hipertrixoz, civzə səpgiləri (akne), hipopiqmentasiya, perioral dermatit, allergik kontakt dermatiti, dərinin maserasiyası, ikincili infeksiya, striyalar və miliariya. Fasiləsiz olaraq davamlı istifadə etdikdə, dərinin yerli atrofiyası, striyalar və damarların səthi genişlənməsi (əsasən də üzdə) ilə nəticələnə bilər.
Doza həddinin aşılması
Yerli kortikosteroidləri həddindən artıq uzun müddət ərzində istifadə etdikdə, hipofiz-adrenal funksiyalar zəifləyir, adətən geri dönən ikincili adrenal çatışmazlığa gətirib çıxarır. Bu zaman müvafiq simptomatik müalicə aparılır. Əgər hipotalamo-hipofizar-adrenal oxunun (HPA oxunun) aşağı düşməsi qeydə alınarsa, preparatın istifadəsini aradan qaldırmağa cəhd etmək lazımdır, istifadə tezliyini azaltmaq və ya daha zəif steroidlə əvəz etmək lazımdır. Hər bir tubda olan steroidin miqdarı o qədər azdır ki, az ehtimal olunan hallarda təsadüfi peroral qəbul zamanı az və ya ümumiyyətlə toksik təsir etmir.
Buraxılış forması
20 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Kilo 25 Alexandria-Cairo Desert Road, Alexandria, Misir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.