BEFFA 2 ML № 10 (AMPULI) (REYOUNG PHARMACEUTICAL CO. LTD.) (KITAY)
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Vitamin B kompleksi, digər kombinasiyalar |
| İstehsal ölkəsi | Çin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BEFFA inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ampulda (2 ml) 20 mq tiamin hidroxlorid (Vitamin B1), 2 mq riboflavin natrium fosfat (Vitamin B2 natrium), 2 mq piridoksin hidroxlorid (Vitamin B6), 1 mq natrium D-pantotenat (Vitamin B5), 50 mq nikotinamid (Vitamin PP) vardır. Köməkçi maddələr:dinatrium edetat, tvin-80, inyeksiya üçün su.
Təsviri
Yaşıl flüoressensiyalı, şəffaf sarı rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Vitamin B kompleksi, digər kombinasiyalar. ATC kodu: A11EX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tiamin hidroxlorid (Vitamin B1) suda həll olunan vitamindir. Karbohidrat mübadiləsinin kofermentidir. Riboflavin natrium fosfat (Vitamin B2) suda həll olunan vitamindir, orqanizmdə flavinmononukleotid və flavinadenindinukleotidə çevrilir və sonra oksidləşmə və reduksiya metabolik proseslərində koenzim kimi iştirak edir. Piridoksin hidroxlorid (Vitamin B6) suda həll olunan vitamindir. Karbohidrat və yağların metabolizmində iştirak edir, həmçinin hemoqlobininin yaranmasında vacib rol oynayır. Farmakokinetikası Bütün təsiredici maddələr suda həll olunan vitaminlərdir. Bu vitaminlərin orqanizmin ehtiyaclarından artıq olan miqdarları dəyişilməmiş və ya metabolitlər şəklində, əsasən sidiklə, daha az miqdarda isə nəcislə xaric olur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Mövcud deyil.
İstifadəsinə göstərişlər
˗ İltihablı və degenerativ revmatik xəstəliklərin ilkin müalicəsi. ˗ Qeyri-revmatik mənşəli iltihab və podaqra xəstəliyinin kəskin tutmaları səbəbindən yaranan ağrılı vəziyyətlər.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı maddəyə qarşı hiperhəssaslıq. Hamiləlik dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Beffa preparatının istifadəsi adətən pasiyentlər tərəfindən yaxşı mənimsənilir. İnyeksiya yavaş yeridilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Piridoksin hidroxlorid levodopanın effektivliyini azalda bilər. Uyğunsuzluqlar Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə əks göstərişdir. Laktasiya dövründə ehtiyatla istifadə edilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklər üçün gündəlik 2 ml dozada və ya həkimin göstərişi ilə təyin edilir. Preparat əzələdaxili inyeksiya vasitəsi ilə yeridilməlidir.
Əlavə təsirləri
Nadir hallarda hiperhəssaslıq reaksiyaları və ya allergiya və yüksək dozada uzunmüddətli istifadəsi ilə əlaqəli digər əlavə təsirlər yarana bilər.
Doza həddinin aşılması
Preparat təyin edilən dozada istifadə edildikdə təhlükəsiz hesab olunur.
Buraxılış forması
2 ml məhlul ampulda. 10 ampul, konturlu-yuvalı qablaşmada. 10 konturlu-yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qoruman və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Reyoung Pharmaceutical Co., Ltd. No. 1, Ruiyang Road, Yiyuan County, Shandong Province, China.
Qeydiyyat vəsiqəsinin sahibi
Nelson Worldwide AG., Switzerland. Birkenstrasse 49, 6343 Rotkreuz, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.