Bagoblok N6 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDiklofenak, kombinasiyaları
İstehsal ölkəsiArgentina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

52,38 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BAQOBLOK inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 1 ampulda 2 mq betametazon (betametazon natrium fosfat şəklində), 75 mq natrium diklofenak, 10 mq hidroksokobalamin (hidroksokobalamin sulfat şəklində) vardır. Köməkçi maddələr: benzil spirti, propilenqlikol, natrium bisulfat/bisulfat, inyeksiya üçün su.

Təsviri

Tünd qırmızı rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Diklofenak, kombinasiyaları. ATC kodu: M01AB55.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Baqoblokun aktiv komponentlərindən biri Diklofenakdır. Onun kimyəvi adı 2-6 dixloranilin-fenilasetil turşusunun natrium duzudur, fenilasetil turşusunun törəməsi olub iltihabəleyhinə və analgetik təsirə malik qeyri-steroid iltihabəleyhinə maddədir. Onun farmakoloji təsir mexanizmi iltihabi proseslərdə prostaqlandinlərin sintezini və sekresiyasını tormozlaması ilə əlaqədardır. Nəticədə Diklofenak hazırda məlum olan hər iki siklooksigenaza izoenzimlərini (SOG 1 və SOG 2) inhibə edir. Müəyyən olunmuşdur ki, Diklofenakın yüksək konsentrasiyaları leykotrienlər və 5-hidroksieykozatetraen turşusu da daxil olmaqla araxidon turşusunun metabolitlərinin formalaşmasını tormozlayır. Əlavə olaraq, polimorfonuklear leykositlər də daxil olmaqla leykositlərin iltihab zonasına miqrasiyasını, ADF və kollagenlə induksiya olunan trombositlərin aqqreqasiyasını ləngidir. Diklofenak polimorfnüvəli leykositlərdən lizosomal fermentlərin ifrazını çətinləşdirir, superoksid hasilatını və leykosit xemotaksisini tormozlayır. Onun analgetik təsiri nosiseptiv mexanizmə aid mediatorların azalması və periferik impulsların əmələ gəlməsinin blokadaya alınması ilə əlaqədardır. Bundan əlavə, hipotalamus səviyyəsində mərkəzi, qeyri-opioid təsirinin olması da güman edilir. Antipiretik təsir də hipotalamus səviyyəsində prostaqlandin aktivliyinin azalması ilə əlaqədardır. Betametazon- steroid iltihabəleyhinə vasitədir. Fizioloji qlükokortikoidlər (kortizon və hidrokortizon) ümumi metabolik hormonlardır. Betametazon kimi sintetik kortikosteroidlər xüsusən yüksək iltihabəleyhinə təsirə malik olduqlarına görə işlədirlir. Yüksək dozalarda onlar immun cavab reaksiyasını azaldır. Onların metabolik və natriumu orqanizmdə ləngitmə təsiri hidrokortizona nisbətən aşağıdır. Hidroksokobalamin (B12 vitamini) yağların və karbohidratların metabolizmi, zülalların sintezi kimi proseslərdə koenzim şəklində iştirak edir. O, böyümə, hüceyrənin replikasiyası, hematopo-ez, nukleoprotein və mielinin sintezi üçün vacibdir. Yüksək dozalarda aparılan klinik tədqiqatlarda onun əhəmiyyətli antidiuretik effektə malik olduğu nümayiş etdirilmişdir. Farmakokinetikası Diklofenakın plazmada maksimal konsentrasiyası o, əzələ daxilinə yeridildikdən təxminən 20 dəq sonra əldə olunur. Diklofenakın plazma zülalları ilə birləşməsi 99%-dən artıqdır və onun paylanması həcmi isə 0,12 – 0,17 l/kq-dır. Plazmada maksimal konsentrasiya əldə olunduqdan 2 saat sonra, sinovial mayedə onun konsentrasiyası plazmadakı konsentrasiyadan da yüksək olur və bu vəziyyət qəbul edildikdən 12 saat keçənə qədər saxlanır. Sinovial mayedən yarımxaricolma dövrü 3 saatdan 6 saata qədərdir. Diklofenakın plazmadan total ümumi klirensi 263±56 ml/dəq-dir. Yarımparçalanma dövrü 1-2 saatdır. Diklofenak qaraciyərdə metabolizmə uğrayır, əsasən metabolitlər halında (qlükuronatlar və sulfatlar şəklində) ödlə və sidiklə xaric olur. Yalnız 1%-ə qədəri sərbəst Diklofenak şəklində sidiklə xaric olur. Dozanın 5-10%-ni sidikdə diklofenakın konyuqatları təşkil edir. Dozanın 5%-dən azı ödlə xaric olur. İnsanlarda əsas metaboliti 4-hidroksidiklofenakdır və total ekskresiya olunan dozanın təxminən 40%- ni o təşkil edir. Sidiklə xaric olan dozanın 10-20%-ni diklofenakın digər 3 metaboliti (3-hidroksi-, 5- hidroksi-, 4,5-dihidroksi-diklofenak) təşkil edir. Diklofenak və onun metabolitlərinin eliminasiyası sürətli gedir; qəbul olunmuş dozanın təxminən 40%-i ilk 12 saat ərzində xaric olur. Sağlam insanlarda Diklofenakın farmakokinetik parametrləri təkrar yeridilmələrdən sonra sabit qalır, lakin böyrək çatışmazlığı olan xəstələrdə dərman və / və ya onun metabolitlərinin konsentrasiyası arta bilər. Qaraciyərin funksional pozğunluqları olan xəstələrdə (xroniki hepatit, qaraciyərin sirrozu) dərmanın kinetikası və metabolizə uğraması sağlam insanlardakına oxşardır. Əzələ daxilinə yeridildikdən sonra hidroksokobalamin tam sorulur və plazmada maksimal konsentrasiya 1 saatdan sonra əldə olunur. Lakin, qan dövranında hidroksokobalamin xüsusi daşıyıcı proteinlərlə – transkobalaminlərlə birləşir. Üç transkobalamin müəyyən edilmişdir (transkobalamin I, II və III). Transkobalaminlə birləşmiş hidroksokobalamin plazmadan sürətlə qaraciyərin parenximal hüceyrələrinə keçir. Böyüklərdə hidroksokobalaminin 90%-i qaraciyərdə toplanmış olur. Hidroksokobalaminin ekskresiyasının əsas yolu öd vasitəsilədir. Hidroksokobalaminin 2/3 hissəsi ödlə xaric olur və qalça bağırsağın selikli qişası tərəfindən reabsorbsiya olunur və bununla da enterohepatik sirkulyasiya baş verir. Yerdə qalan hissəsi isə nəcislə xaric olur. Normal şəraitdə hidroksokobalaminin sidiklə ekskresiyası çox cüzidir. Qəbul edilən doza tədricən artırıldıqda yumaqcıq filtrasiyası daha çox əhəmiyyət kəsb etməyə başlayır. Betametazon natrium-fosfatın əzələ daxilinə yeridilməsindən sonra plazmada maksimal konsentrasiya təxminən 60 dəq-dən sonra yaranır. Məsləhət görülən terapevtik doza diapazonunda onun 60-70%-i plazma proteinləri, xüsusən də albuminlərlə birləşir. Betametazon üçün paylanma həcmi 1,4±0,3 l/kq təşkil edir. Betametazon Natrium Fosfatın oral və ya parenteral qəbulundan sonra onun plazmadakı yarımparçalanma dövrü ≥5, bioloji yarımparçalanma dövrü isə 36-54 saatdır. Böyrək klirensi 2,9±0,9 ml/dəq/kq. İnyeksiya yerində Betametazon efirləri toxuma səviyyəsində hidrolizə məruz qalır. Betametazon digər qlükokortikoidlər kimi qaraciyərdə metabolizə uğrayır və əsas etibarilə qlükuronidlərlə konyuqasiya olunmuş halda ödlə xaric olur. Xüsusi klinik vəziyyətlər Kəskin qaraciyər xəstəlikləri və hipotireoidizm zamanı qlükokortikoidlərin metabolizmi əhəmiyyətli dərəcədə zəifləyir və buna görə də Betametazonun farmakoloji təsiri arta bilər. Hamiləlik dövründə qlükokortikoidlərin yarımxaricolma dövrü uzanır, südəmər uşaqlar və böyüklərlə müqayisədə yenidoğulmuşlarda plazma klirensi daha aşağıdır. Karsinogenliyi, mutagenliyi, fertilliyə təsiri Siçovullar üzərində karsinogenliyin öyrənilməsinə yönəlmiş uzunmüddətli tədqiqatlarda şiş hadisələrinin artması müşahidə olunmamışdır. Diklofenakın in vitro və in vivo tədqiqatlarda mutagen aktivliyə malik olmadığı müəyyən edilmişdir.

İstifadəsinə göstərişlər

İntensiv iltihabi və xüsusilə nevrit komponentli ağrılı proseslər. Revmatik mənşəli oynaq və qeyri-oynaq xəstəlikləri. Fibrozit. Mialgiya. Bel ağrısı. İşiaz. Travmalar. Bağların dartılması.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı allergik reaksiyanın olması. Aktiv qastroduodenal xora. Kəskin qaraciyər xəstəlikləri və / və ya kəskin böyrək çatışmazlığı. Dekompensəolunmuş ürək çatışmazlığı. Kəskin hipertenziya. Anamnezində asetilsalisil turşusu və ya digər QSİƏP qəbulu ilə bağlı kəskin astma tutmaları, rinit və ya övrə qeyd olan astmatik xəstələr, aktiv vərəm, sistem mikoz. Virus xəstəlikləri. Kəskin qlomerulonefrti. Kəskin psixoz. Osteoporoz, qaraciyər porfiriyası. Hamiləlik, döşlə qidalandırma, yaşı 12-dən az olan uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kortikosteroidlərin qəbulu infeksiyanın inkişafına, su və natriumun orqanizmdə ləngiməsinə, qastroduodenal və peptik xoraların kəskinmləşməsinə səbəb ola bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlarla və / və ya kortikosteroidlərlə əlaəqdar olan mədə-bağırsaq təsirləri Anamnezində peptik xora və mədə-bağırsaq qanaxması olan pasiyentlərdə yaxından tibbi müşahidənin aparılması məsləhət görülür. Diklofenakla uzunmüddətli müalicə aparılan xəstələrdə peptik xora xəstəliyinin, mədə-bağırsaq qanaxmasının inkişafının mümkünlüyünü nəzərə almaq lazımdır. Qaraciyər təsirləri Bir və ya daha çox qaraciyər sınaqlarının nəticələrində dəyişiklik meydana çıxa bilər. Bu laborator pozğunluqlar arta, dəyişilməmiş qala və ya müvəqqəti xarakter daşıya bilər. Qaraciyərin funksional pozğunluğunu dinamik izləmək üçün plazmada qlutamat – piruvat transaminazanın (PQPT) səviyyəsini yoxlamaq məsləhətdir. Revmatoid artritli xəstələrlə müqayisədə, osteoartritli xəstələrdə transaminazaların səviyyəsinin yüksəlməsinə daha çox rast gəlinir. Klinik tədqiqatlara əsasən Diklofenakla uzunmüddətli və davamlı müalicənin 4-cü və 8-ci həftələri arasındakı dövrdə yoxlanılmalıdır.Digər QSİƏP-də olduğu kimi, qeyri-normal qaraciyər profili davam edirsə və ya pisləşirsə, yaxud da qaraciyər xəstəliklərinə xas olan klinik əlamətlər və ya simptomlar (ürəkbulanma, qusma, halsızlıq, sarılıq, səpgilər, eozinofiliya və s.) meydana çıxırsa, onda müalicə dayandırılmalıdır. Anafilaktik reaksiyalar Digər QSİƏP-lərdə olduğu kimi, preparatın komponentlərindən hər hansına qarşı anafilaktik reaksiya meydana çıxa bilər. Ona görə də preparatı aspirin və digər QSİƏP – ə qarşı allergik reaksiyası olan xəstələrə təyin etmək məsləhət görülmür. Aspirin və ya QSİƏP qəbulundan sonra rinit əlaməti ilə, kəskin bronxospazmla təzahür edən asmatik xəstələrdə tipik allergik reaksiya meydana çıxır. Belə xəstələrdə həddən artıq ciddi reaksiyalar qeyd olunmuşdur. Böyrəklərin ifadəolunmuş xəstəliklərində Böyrəklərin ifadəolunmuş xəstəlikləri olan hallarda bütün QSİƏP-lə müalicəyə böyrəklərin funksiyası ətraflı yoxlanıldıqdan sonra başlanıla bilər. Hamiləlik Xüsusən hamiləliyin son mərhələsində döldə arterial axacağın vaxtından əvvəl bağlanma riski olduğundan QSİƏP-in qəbulundan çəkinmək məsləhətdir. Xüsusi xəbərdarlıq Ümumi Baqoblok oxşar aktiv inqredientlərə malik digər preparatlarla və ya digər QSİƏP -lə eyni vaxtda qəbul edilməməlidir. Preparat təyin edilməzdən əvvəl xəstədə hiperhəssaslıq reaksiyasının ola biləcəyini nəzərə alaraq xüsusi ehtiyat tədbirləri görülməlidir. Su və natriumun ləngiməsi və ödemlər İltihabəleyhi vasitələrin istifadəsi zamanı müxtəlif dərəcəli su və natriumun orqanizmdə ləngiməsi baş verə bilər ki, bu da özünü ödemlə göstərir. Buna görə də xüsusən anamnezində ürək çatmamazlığı, hipertenziya və suyun, natriumun orqanizmdə ləngiməsinə səbəb olan digər patologiyalarda təhlükəsizlik tədbirləri görülməlidir. Böyrəyə təsiri Əlavə təsirlərin təzahür etmə riski yüksək olan xəstələrə birincili böyrək pozğunluqları, ürək çatışmazlığı, qaraciyərin disfunksiyası, diuretiklərlə müalicə alanlar və yaşlı xəstələr aiddir. Diklofenakla müalicə alan xəstələrdə nadir hallarda interstisial nefrit və böyrəklərin papillyar nekrozu hallarına rast gəlinmişdir. Renal perfuziyanın saxlanmasını təmin edən renal prostaqlandinlərin mühüm rol oynadığı böyrəklərin plazma sirkulyasiyasının və ya qanın həcminin azalması QSİƏP-lərin istifadəsi ilə əlaqədar olan ikincili böyrək pozğunluqlarına səbəb olur. Belə xəstələrdə QSİƏP-lərin qəbulu prostoqlandinlərin sintezini azaldaraq böyrəklərdə plazma dövranını aşağı salır, böyrək çatışmazlığına təkan verir ki, bu zaman da çatışmazlığın aradan qaldırılması üçün müalicənin dayandırılması lazım gələ bilər. Porfiriya Qaraciyər porfiriyası olan xəstələrdə digər QSİƏP-lər kimi, diklofenakın istifadəsindən də çəkinmək lazımdır. Aseptik meningit Digər QSİƏP-lərlə müalicə alan xəstələrdə olduğu kimi, Diklofenak təyin olunmuş xəstələrdə yüksək hərarət və koma təzahürü ilə aseptik meningit müşahidə olunmuşdur. Xəstələrin Diklofenakla müalicəsi meningit əlamətlrinin təzahürü ilə gedirsə, bu preparatın qəbulunun dayandırılması nəzərə alınmalıdır. Əvvəllərdən mövcud olan astma Astmalı xəstələrin təxminən 10%-i aspirinlə stimulə olunmuş astmatik krizisdən əziyyət çəkə bilər. Aspirinə həssas astması olan xəstələrdə aspirindən istifadə bronxospazm epizodları ilə müşayiət oluna bilər ki, bu da bəzən həddən artıq təhlükəli olur. Aspirinə qarşı həssaslığı olan xəstələr diklofenak qəbulundan çəkinməlidirlər. Digər xəbərdarlıqlar Diklofenakın farmakoloji aktivliyi hərarət və iltihabı azaldır və bununla da patologiyanın təyin edilməsinin diaqnostik əlamətinin faydalılığını azaldır. Görmədə zəiflik, skotoma, rəngli görmədə pozğunluq kimi hallar qeyd olunmuşdur. QSİƏP-lərlə müalicə alan xəstələr anemiya və onu müşayiət edən digər dəyişiklikləri vaxtında təyin etmək məqsədilə dövri olaraq hematoloji parametrlərə görə yoxlanmalıdır. Xoralı kolit, yaxın vaxtlarda bağırsaq anastomozu icra edilmiş xəstələr, böyrək çatışmazlığı, hipertenziya, osteoporoz, miastenia gravis, şəkərli diabet olan xəstələrdə kortikoidlər ehtiyatla istifadə olunmalıdırlar. Bəzi xəstələrdə, xüsusən yaşlılarda onun qəbulu yüngül yuxululuq verə bilər və buna görə də xüsusi diqqət tələb edən işlərdə onlardan daha çox ehtiyatlı olmaq tələb olunur. Digər dərmanlarla qarşılıqlı təsiri Diklofenak • Oral antikoaqulyantlar və heparinlə: diklofenak onların təsirini artıra bilər. • Metotreksat: metotreksatın hematoloji toksikliyini artıra bilər. • Diuretiklər: diuretiklərin aktivliyini azalda bilər. • Sulfonil-sidik cövhəri: sulfonil-sidik cövhərinin hipoqlikemik təsirini artıra bilər. • Diqoksin və / və ya litium preparatları: diqoksinin və litiumun qan plazmasındakı konsentrasiyasını artıra bilər. • Siklosporin: siklosporinin nefrotoksikliyini artıra bilər. • Asetilsalisil turşusu: Diklofenak və asetilsalisil turşusunun eyni vaxtda istifadəsi çarpaz olaraq biomənimsənilməni azaldır. Hidroksokobalamin (B12 vitamini) • Alkohol (2 həftədən artıq müddətdə həddən artıq qəbul), aminosalisilatlar, kolxisin: onlar həzm traktında B12 vitamininin absorbsiyasını azalda bilər. • Antibiotiklər: mikroorqanizmlərin təyini metodları qanda və eritrositlərdə B12 vitamininin səviyyəsinin dəqiq öyrənilməsinə mənfi təsir göstərə bilər. • Fol turşusu: yüksək dozada qəbulunun davam etdirilməsi B12 vitamininin qanda konsentrasiyasını azalda bilər. Betametazon • Aspirin: salisilemiyanın azalması. • Oral antikoaqulyantlar və heparin: antikoaqulyant təsiri azaldır. • Oral kontraseptivlər: kortikosteroidin toksikliyi artır. • Trisiklik antidepressantlar: psixopatiya riski. • Hormonlar (estrogenlər/androgenlər): ödem, bədən çəkisinin artması. • İmmunodepressantlar: oportunistik infeksiyaların (məsələn, vərəm) yaranma riski. • Oral antidiabetik dərmanlar və insulin: karbohidratlara tolerantlığın azalması ilə əlaqədar olaraq hiperqlikemiya. • Antihipertenziv preparatlar: su və natriumun orqanizmdə ləngiməsi ilə əlaqədar olaraq antihipertenziv təsirin azalması. • Zəiflədilmiş virus vaksinləri: ciddi yayılmış xəstəlik riski. • Alfa-interferon: onun təsirinin tormozlanma riski. • Enzim induktorları (məsələn, rifampisin, karbamazepin, fenobarbital, fenitoin, primidon kimi antikonvulsantlar): kortikoidlərin aktivliyinin azalması. • “Torsade de points” induksiya edən preparatlar (amiodaron tipli antiaritmik vasitələr, bretilium, disopiramid, quinidine, sotalol, astemizol, terfenadin, vinkamin, pentamidin): kortikoidlər tərəfindən törəyən hipokaliemik vəziyyət mümkündür. • Üskükotu preparatları: mümkün hipokaliemiya üskükotunun toksik təsirini artıra bilər. • Digər hipokaliemiya törədən vasitələr (bəzi diuretiklər, müəyyən işlədicilər): additiv təsir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Diklofenakdan istifadə etməklə siçanlar üzərində aparılan tədqiqatlarda onun anaya, dölə toksiki təsiri, eləcə də teratogen təsiri aşkar olunmamışdır. Diklofenakın siçan və siçovullarda plasentar baryerdən keçməsi müəyyən edilmişdir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatların nəticələri heç də həmişə insanlarda eyni olmur. Preparatın hamilələrdə istifadəsi əks göstərişdir. Doğuş Diklofenakın hamilə qadınların doğuş aktına təsiri məlum deyildir. Digər QSİƏP-in təsirini əsas tutaraq onu demək mümkündür ki, Diklofenak uşaqlıq əzələlərinin yığılmasını tormozlaya və bununlada doğuşu ləngidə bilər. Laktasiya dövrü Südəmər uşaqlarda yanaşı təsirlər törədə biləcəyini nəzərə alaraq ana bu preparatın qəbulunu dayandırmalıdır. Pediatriyada istifadəsi Bu preparat uşaqlar üçün məqsədəuyğun hesab edilmir.

İstifadə qaydası və dozası

Doza xəstənin klinik vəziyyətindən asılı olaraq fərdi qaydada seçilir. Məsləhət görülən orta doza aşağıdakı kimidir: Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda Gündə 1 ampul, əzələ daxilinə. 2 gündən artıq istifadə edilməməlidir. Maksimal doza: hər 12 saatdan bir 1 flakon dərinə əzələdaxili inyeksiya, maksimum 2 gün. Yeridilmə metodikası İnyeksiya yerində diskomfort riskini minimuma endirmək və ya əlavə təsirləri azaltmaq üçün inyeksiya ehtiyatla aşağıdakı qaydalara əməl etməklə həyata keçirilməlidir: • İnyeksiya yerini diqqətlə təmizləmək; • Dərmandan istifadə müddətində təmizliyi saxlamaq; • Mümkün qədər dərinə yeritmək; • Yavaş-yavaş yeritmək; • Məhlulun sorulmasını artırmaq məqsədilə inyeksiya yerini yüngülcə masaj etmək. Steril maddədir. Tibbi mütəxəssis tərəfindən inyeksiya olunmalıdır.

Əlavə təsirləri

Terapevtik dozalarda preparata adətən tolerantlıq yaxşıdır. Aşağıdakı əlavə təsirlər qeyd olunmuşdur: Bəzi (1-10%) hallarda rast gəlinən Ümumi: qarın ağrıları, baş ağrısı, su və natriumun ləngiməsi, qarında köp. Mədə-bağırsaq sisteminə: ishal, dispepsiya, ürəkbulanma, qəbizlik, meteorizm, qaraciyər sınaqlarında dəyişiklik. 3%-dən az hallarda perforasiya, qanaxma və ya onlarsız gedən peptik xora, Su-elektrolit mübadiləsinə: hipokaliemiya, natriumun ləngiməsi, bəzi hallarda hipertenziya və ürək çatışmazlığı. Endokrin/metabolik sistemə: qeyri-müntəzəm menstruasiya. Sinir sisteminə: vertiqo. Dəridə: səpgilər, qaşınma. Hissiyyat pozğunluğu: tinnit. Nadir (1%-dən az) hallarda rast gəlinən Ümumi: diskomfort, dil və dodaqlarda ödem, işığa həssaslıq, anafilaktoid reaksiya, anafilaksiya, qırtlağın ödemi, inyeksiya nahiyəsində ağrı, bərkimə, nekroz. Ürək-damar sisteminə: hipertenziya, ürək çatmamazlığı. Mədə-bağırsaq sisteminə: qusma, sarılıq, melena, stomatit, selikli qişaların quruması, hepatit, pankreatit, qida borusunun zədələnməsi, qaraciyərin nekrozu, sirroz, hepatorenal sindrom, kolit. Hematoloji təsirlər: hemoqlobinin səviyyəsinin azalması, leykopeniya, trombositopeniya, izoləolunmuş purpura, eozinofiliya, anemiya, neytropeniya, aqranulositoz, pansitopeniya. Endokrin/metabolik sistemə: latent diabetlə təzahür edən qlükozaya tolerantlığın azalması, tək-tək hallarda Kuşinq sindromu, AKTH-ın hiposekresiyası, adrenokortikal atrofiya, uşaqlarda boyatmanın dayanması. Sinir sisteminə: insomnia / yuxululuq, depressiya, iştahsızlıq, diplopiya, oyanıcılıq. Tənəffüs sisteminə: epistaksis, astma, qırtlaq ödemi. Dəriyə və dırnaqlara: alopesiya, övrə, qaşınma, dermatit, angioödem, tək-tək hallarda – Stivens- Conson sindromu, multiformalı eritrma, dermatit. Hiss orqanlarına: görmənin bulanıq olması, skotoma, eşitmənin pozulması, disgevziya. Urogenital orqanlara: proteinuriya,tək-tək hallarda – nefrotik sindrom, oliquriya, böyrəklərin papillyar nekrozu, kəskin böyrək çatışmazlığı, interstisial nefrit. Sümük-əzələ sisteminə: tək-tək hallarda: əzələ zəifliyi ilə müşayiət olunan əzələ atrofiyası, osteoporoz, sümük sınıqları, bud sümüyü başının aseptik nekrozu.

Doza həddinin aşılması

Doza həddi aşılan hallarda yaxındakı xəstəxana və ya toksikoloji mərkəzlə əlaqə saxlayın.

Buraxılış forması

3 ml məhlul, ampulda. 3 və ya 6 ampul, blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə bilrlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

«Laboratorios Baqo S.A.», Argentina. Calle 4 No. 1429, La Plata, Buenos Aires, Argentina.

Qeydiyyat vəsiqəsinin sahibi

«Laboratorios Baqo S.A.», Argentina Bernardo de İriqoyen, 248 (1072) 1072, Buaynes-Ayres, Argentina. Tel.: (5411) 4344-2000/19.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bagoblok N6 inyeksiya” üçün ilk rəyi siz yazın.