Ayferon göz üçün 5 ml damcı

Təsiredici maddə: INTERFERON ALFA-2B
Təsiredici maddəINTERFERON ALFA-2B
Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə edilən vasitələr
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,47 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AYFERON göz damcısı hazırlamaq üçün liofilizəedilmiş toz EYEFERON Beynəlxalq patentləşdirilməmiş adı: interferon alfa-2b

Tərkibi

Təsiredici maddə: 1 flakonun içərisində 1 000 000 BV insan rekombinant alfa-2b interferonu vardır. Köməkçi maddələr: natrium hidrofosfat dodekahidrat, natrium dihidrofosfat dihidrat, dekstran-70, natrium xlorid. Həlledici: metilparahidroksibenzoat (nipagin) (E-218), inyeksiya üçün su.

Təsviri

Toz: ağ rəngli liofizəedilmiş məsaməli kütlə və həlledici: şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə edilən vasitələr. ATC kodu: S01ХА.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Preparat immunmodullaşdırıcı və virusəleyhinə təsirlərə malikdir. İnterferon alfa-2b hüceyrələrin səthində olan müvafiq reseptorlarla qarşılıqlı təsirə girir. Beləliklə, virusların hüceyrədaxili replikasiyasına mane olan və hüceyrələrin proliferasiyasını ləngidən proseslər aktivləşir. İnterferon alfa-2b-nin immunmodullaşdırıcı təsiri makrofaqların faqositar aktivliyini, həmçinin T-hüceyrələrin və təbii killer-hüceyrələrin sitotoksik aktivliyini stimullaşdır.

Farmakokinetikası

Öyrənilməmişdir.

İstifadəsinə göstərişlər

Virus mənşəli göz xəstəlikləri (herpes infeksiyası).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Həlledicinn tərkibindəki metilparahidroksibenzoat allergik reaksiyalara (o cümlədən ləng allergik reaksiyalara), müstəsna hallarda isə bronxospazma səbəb ola bilər. Müalicəyə gözün virus mənşəli xəstəliklərinə dair ilk simptomlar yarandıqda başlanılmalıdır. Preparat sistem təsirə malik deyil. Virus infeksiyalarında Ayferon-u sistem istifadə üçün olan (inyeksiyalar, suppozitoriyalar) insan rekombinant alfa-2b interferonu preparatları ilə kompleks şəklində istifadə etmək məqsədəuyğundur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər oftalmoloji vasitələrlə fiziki-kimyəvi qarşılıqlı təsirə yol verməmək üçün Ayferon-u digər göz damcılarının istifadəsindən 30 dəqiqə əvvəl və ya 30 dəqiqə sonra istifadə etmək lazımdır.

Hamiləlik və ya laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə istifadəsinə dair məlumat yoxdur.

Uşaqlarda istifadəsi

Uşaqlarda istifadəsinə dair məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nadir hallarda preparatın istifadəsindən sonra yerli reaksiyaların yaranması ehtimalı olduğuna görə dərman vasitəsinin təyinindən dərhal sonra nəqliyyat və ya digər mexanizmlərdən istifadə etmək olmaz.

İstifadə qaydası və dozası

İstifadə etməzdən öncə flakondakı 1 000 000 BV tozu 5 ml həlledicidə (0,1% nipagin məhlulu) həll etmək lazımdır. 1 ml hazır məhlulun tərkibində 200 000 BV insan rekombinant alfa-2b interferonu vardır. Preparatı hər 2 saatdan bir 2 damcı (sutkada 6 dəfəfən az olmayaraq) zədələnmiş gözün konyunktiva kisəsinə damızdırmaq lazımdır. Xəstəliyin simptomları azaldıqca dozanı 1 damcıya qədər azaltmaq olar. Müalicə kursu 7-10 gün təşkil edir.

Əlavə təsirləri

Nadir hallarda müxtəlif yerli reaksiyalar, o cümlədən allergik reaksiyalar, şişkinlik, qaşınma, göz qapaqlarının hiperemiyası, üzün hiperemiyası kimi əlavə təsirlər meydana çıxa bilər. Bu simptomlar müalicəni dayandırdıqdan sonra aradan qalxır.

Doza həddinin aşılması

Müşahidə edilməyib.

Buraxılış forması

1 000 000 BV liofilizəolunmuş toz, şüşə flakonda. 5 ml həlledici, şüşə ampulda.1 flakon və 1 ampul, polietilen damızdırıcı qapaq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanılma şəraiti

2-8°C temperaturda,işıqdan qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakonu açdıqdan sonra yararlılıq müddəti – 28 gün təşkil edir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

MMC «ƏZ «BİOFARMА», Ukrayna. 09100, Kiyev vilayəti, Belaya Serkov şəhəri, Kiyevskaya küçəsi, 37.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ayferon göz üçün 5 ml damcı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar