Avia-more N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHomeopatik dərman vasitəsi

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,30 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AVİA-MORE homeopatik tabletlər AVIA-MORE Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində laktoza monohidrat üzərində 0,0024 q homeopatik triturasiya şəklində Veratrum album C200, Anamirta cocculus (Cocculus) C200, natrium tetraborat (Boraks) C200 (komponentlərin nisbəti 1:1:1) vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.

Təsviri

Yastı silindrik formalı, üzərində xətti olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Vestibulyar analizatorun kinetik təsirlərə (sürət dəyişməsi və sürət istiqaməti), eləcə də, nəqliyyatda hərəkət üçün xarakterik olan digər sensor təsirlərə qarşı davamlılığını artırır. Qeyd edilən təsirlərə qarşı orqanizmin vegetativ reaksiyasını azaldır, kinetik təsirlərdən, eləcə də, operator fəaliyyətinin bir sıra göstəricilərindən (xüsusilə diqqətin həcmi və davamlılığı) sonra funksional vəziyyətin bərpa vaxtını qısaldır. Preparat həssas şəxslərdə nəqliyyatla gediş ilə bağlı vestibulyar və vegetativ pozuntuları (başgicəllənmə, ürəkbulanma, qusma, zəiflik, tərlənmə) azaldır. Farmakokinetikası Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksək effektivli maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) bioloji mayelərdə, orqan və toxumalarda Avia-More preparatının aktiv komponentlərinin miqdarını qiymətləndirməyə ikman vermir ki, bu da, farmakokinetikanın öyrənilməsini texniki cəhətdən mümkünsüz edir.

İstifadəsinə göstərişlər

Preparat “Dəniz xəstəliyi”, avia- və avtonəqliyyatda, eləcə də, operator funksiyalarını yerinə yetirən şəxslərdə ürəkbulanmaya qarşı aşağı davamlılığın profilaktikası və müalicəsi üçün istifadə edilir.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 6 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü, laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, preparatın 1 tabletinin tərkibində 0,2136 q laktoza vardır ki, bu da, 0,018 çörək vahidinə (ŞV) müvafiqdir. Preparatın maksimal sutkalıq dozası 5 tabletdir ki, bu da, 0,09 ÇV-ə müvafiqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə uyuşmazlıq halları qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Avia-More preparatının qadınlarda hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Avia-More preparatı 6 yaşdan yuxarı uşaqlarda göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi yüksək diqqət və sürətli psiximotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərilə (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək, dispetçer, operator işi) məşğul olmaq qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara qəbula 1 tablet təyin edilir (tam sorulana qədər ağızda saxlamaq lazımdır-yemək vaxtı deyil). Preparatın ilk qəbulu nəqliyyat vasitəsinə oturmamışdan 1 saat əvvəl həyata keçirilir. Sonra nəqliyyat vasitəsində olan müddət ərzində hər 30 dəqiqədən bir qəbul edilir, lakin gündə 5 qəbuldan artıq olmamaq şərtilə.

Əlavə təsirləri

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür. Əlavə təsirlərin təzahürü zamanı preparatın qəbulunu dayandırmaq və bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar olan dispeptik hallar mümkündür. Müalicəsi Simptomatikdir.

Buraxılış forması

Homeopatik tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25˚C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın istifadə müddətində istehsalçı tərəfindən nəzərdə tutulmuş qablaşdırmada saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Materia Medika Holdinq” EİŞ” MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samotyoçnıy dalanı, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. “Qaynar xəttin” telefonları: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. e-mail: [email protected] Ünvan Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54. Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC. Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai rayonu, Nobel prosp. ev 15, kvartal 1212. Tel.: + 994 124886892. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Avia-more N20 tablet” üçün ilk rəyi siz yazın.