Ateroks 20 mq N30 tablet
| Təsiredici maddə | ATORVASTATIN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Ürək xəstəliklərinin müalicəsi üçün preparatlar. Hipolipidemik vasitələr. HMQ-KoA-reduktazanın inhibitorları. Atorvastatin |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ATEROKSТМ örtüklü tabletlər ATEROKSТМ Beynəlxalq patentləşdirilməmiş adı: Atorvastatin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 20 mq və ya 40 mq atorvastatin (müvafiq olaraq 10,85 mq, 21,70 mq və 43,40 mq atorvastatin kalsium şəklində) vardır. Köməkçi maddələr: laktoza monohidrat, kalsium karbonat, Avicel PH 101, natrium kroskarmelloza, H.P.C., tvin 80, maqnezium stearat. Örtük: ağ opadri 31K 28462 (laktoza monohidrat, hipromelloza, titan dioksid, triasetin).
Təsviri
Ateroks 10 mq
Ağ rəngli, yumru, bir tərəfində “10” basma yazılı örtüklü tabletlərdir.
Ateroks 20 mq
Ağ rəngli, yumru, bir tərəfində “20” basma yazılı, digər tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
Ateroks 40 mq
Ağ rəngli, yumru, bir tərəfində “40” basma yazılı örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürək xəstəliklərinin müalicəsi üçün preparatlar. Hipolipidemik vasitələr. HMQ-KoA-reduktazanın inhibitorları. Atorvastatin. ATC kodu: С10АА05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Atorvastatin – 3-hidroksi-3-metilqlutaril-koenzim A-nı sterolların (xolesterin daxil olmaqla) sələfi olan mevalonata çevirən HMQ-KoA-reduktazanın selektiv, rəqabətli inhibitorudur. Triqliseridlər və xolesterin qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlərin – ÇASLP-nın tərkibinə daxil olur və periferik toxumalara çatdırılması üçün qan plazmasına keçir. Atorvastatin HMQ-KoAreduktazanı və xolesterinin qaraciyərdə sintezini inhibə etməklə və ASLP-nın tutulmasını və katabolizmini gücləndirmək üçün hüceyrə səthində qaraciyər ASLP reseptorlarının sayını artırmaqla, plazmada xolesterinin və lipoproteinlərin səviyyəsini aşağı salır. Atorvastatin hipolipidemik dərman vasitələrinə adətən rezistentlik göstərən populyasiyada – homoziqot ailəvi hiperxolesterinemiyası olan xəstələrdə – ASLPX-in azalmasında effektivdir. Atorvastatin ümumi xolesterin, ASLPX, apolipoprotein B və triqliseridlərin konsentrasiyalarını aşağı salmaqla YSLPX və apolipoprotein A1 səviyyələrinin dəyişkən artımına səbəb olur. Bu nəticələr heteroziqot ailəvi hiperxolesterinemiya, qeyri-ailəvi hiperxolesterinemiya və qarışıq hiperlipidemiya olan xəstələrdə, o cümlədən insulindən asılı olmayan şəkərli diabet olan xəstələrdə qeyd olunmuşdur. Ümumi xolesterin, LDLX və apolipoprotein B səviyyələrinin azalması ÜDX yaranma ehtimalını və ÜDX səbəbindən olan ölüm hallarını azaldır.
Farmakokinetikası
Sorulması
Atorvastatin daxilə qəbuldan sonra MBT-dan sürətlə sorulur; 1-2 saat ərzində maksimal plazma konsentrasiyasına (Cmax) çatır. Atorvastatinin sorulma dərəcəsi və plazmadakı konsentrasiyası dozaya proporsional olaraq artır. Atorvastatinin mütləq biomənimsənilməsi təqribən 12%, HMQ-KoAreduktazaya qarşı inhibə etməsinin aktivliyinin sistem biomənimsənilməsi təqribən 30% təşkil edir. Sistem biomənimsənilməsinin aşağı olması MBT-nın selikli qişasında baş verən presistem klirens və/və ya qaraciyərdən “birinci keçid” zamanı baş verən metabolizm ilə izah olunur.
Paylanması
Atorvastatinin orta paylanma həcmi təqribən 381 l təşkil edir. Atorvastatinin 98%-dən çox plazma zülalları ilə birləşir.
Metabolizmi
Atorvastatin sitoxrom P4503A4 fermenti vasitəsi ilə orto- və parahidroksilləşmiş törəmələr və beta oksidləşmə nəticəsində alınan müxtəlif maddələr əmələ gətirərək metabolizmə uğrayır. In vitro ortovə parahidroksilləşmiş törəmələrinin HMQ-KoA-reduktazaya qarşı inhibəedici təsiri atorvastatinlə müqayisə ediləndir.
Xaric olması
Atorvastatin və onun metabolitləri qaraciyər və/ və ya qaraciyərdən xaric metabolizmdən sonra əsasən öd vasitəsi ilə xaric olur; bununla yanaşı, atorvastatin əhəmiyyətli bağırsaq-qaraciyər resirkulyasiyasına uğramır. Orta yarımxaricolma dövrü (T½) təqribən 14 saatdır.
İstifadəsinə göstərişlər
AteroksТМ preparatı aşağıdakı hallarda göstərişdir:
• Hiperxolesterinemiya. Birincili hiperxolesterinemiya, heteroziqot ailəvi hiperxolesterinemiya və ya kombinəolunmuş (qarışıq) hiperlipidemiya olan böyüklərdə, 10 yaş və ondan yuxarı yaşda olan uşaqlarda və yeniyetmələrdə ümumi xolesterinin, ASLP-xolesterinin, apolipoprotein B-nin və triqliseridlərin yüksəlmiş səviyyəsinin azaldılması üçün – dietoterapiya və digər qeyri-farmakoloji üsullar adekvat effekt vermədikdə pəhrizə əlavə olaraq. Homoziqot ailəvi hiperxolesterinemiya olan böyüklərdə ümumi xolesterin, ASLP- xolesterinin və apolipoprotein B-nin yüksəlmiş səviyyəsinin azaldılması üçün – dietoterapiya və digər hipolipidemik müalicələr adekvat effekt vermədikdə pəhrizə əlavə olaraq.
• Ürək-damar xəstəliklərinin profilaktikası. Ürək-damar xəstəliklərinin yaranma riski yüksək olan xəstələrdə ciddi ürək-damar xəstəliklərinin yaranmasının qarşısının alınması – digər risk amillərinin korreksiyasına əlavə olaraq.
Əks göstərişləri
Atorvastatinə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Qaraciyər xəstəliklərinin aktiv dövründə, zərdab transaminazalarının naməlum səbəblərə görə davamlı artması (normanın yüksək həddindən 3 dəfə artıq). Hamiləlik, laktasiya dövrü. Uyğun kontrasepsiya metodlarından istifadə etməyən, lakin potensial doğuş qabiliyyəti olan qadınlar. Virus əleyhinə olan qlekaprevir/pibrentasvir tərkibli preparatla C hepatitin müalicəsi. 10 yaşdan kiçik uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyərə təsiri
Müalicəyə başlamazdan əvvəl və müalicə zamanı qaraciyər funksiyasının göstəricilərinin təyin olunması tövsiyə olunur. Qaraciyərin zədələnməsini düşündürən hər hansı bir əlamətləri və simptomları olan xəstələrdə qaraciyər funksiyasının göstəriciləri yoxlanılmalıdır. Transaminazaların yüksək səviyyələri olan xəstələr bu göstəricilər bərpa olunana qədər nəzarət altında saxlanılmalıdır. Transaminazalar səviyyəsinin artması normanın yüksək həddindən 3 dəfə artıq olduqda dozanın azaldılması və ya preparatın qəbulunun dayandırılması tövsiyə olunur.
Xolesterin səviyyəsinin aqressiv azaldılması yolu ilə insultun qarşısının alınması (SPARCL)
Bu yaxınlarda insult və ya tranzitor işemik həmlə (TİH) keçirdən (ürək işemik xəstəliyi olmayan) və atorvastatini 80 mq dozada qəbul edilən xəstələrdə plasebo ilə müqayisədə hemorragik insultun yaranma ehtimalı daha yüksək olmuşdur. Bu risk xüsusilə anamnezdə hemorragik insult və ya beyin lakunar infarktı olan xəstələrdə qeyd olunmuşdur. Anamnezdə hemorragik insult və ya beyin lakunar infarktı olan xəstələrdə atorvastatinin 80 mq dozada qəbulunun risk/fayda nisbəti məlum deyil və buna görə müalicəyə başlamazdan əvvəl hemorragik insultun yaranma ehtimalı mütləq qiymətləndirilməlidir.
Skelet əzələlərinə təsiri
Digər HMQ-KoA-reduktazanın inhibitorları kimi, atorvastatinin qəbulu nadir hallarda skelet əzələlərinə təsir göstərə bilər və rabdomiolizə qədər proqressivləşən mialgiya, miozit və miopatiyaya səbəb ola bilər. Rabdomioliz KFK aktivliyinin əhəmiyyətli dərəcədə artması (normanın yüksək həddindən 10 dəfədən çox), mioqlobinemiya və mioqlobinuriya ilə səciyyələnir və böyrək çatışmazlığına səbəb ola bilər. Bəzi statinlərlə müalicə zamanı və ya sonra çox nadir hallarda immunitetlə bağlı nekrozlaşdırıcı miopatiya (İBNM) haqqında bildirilmişdir. İBNM klinik olaraq statin qəbulunun dayandırılmasına baxmayaraq davam edən daimi proksimal əzələ zəifliyi və plazmada kreatinkinazanın (KK) səviyyəsinin artması ilə səciyyələnir.
Rabdomioliz riski olan xəstələrdə müalicədən əvvəl
Atorvastatin rabdomiolizin yaranmasına meylləndirici amilləri olan xəstələrdə ehtiyatla təyin edilməlidir. KK səviyyəsi statinlərlə müalicəyə başlamazdan əvvəl aşağıdakı hallarda təyin edilməlidir: – böyrək çatışmazlığı; – hipotireoz; – irsi əzələ zədələnmələrinin şəxsi və ya ailəvi anamnezi; – anamnezdə statin və ya fibrat istifadəsi ilə bağlı əzələyə toksik təsiri; – anamnezdə qaraciyər xəstəliyi və/və ya həddindən artıq alkoqol qəbulu; – yaşlılarda (70 yaşdan yuxarı) rabdomiolizin digər meylləndirici amillərinin olmasından asılı olaraq belə analizinin zəruriliyini nəzərə almaq lazımdır; – plazmada KK səviyyəsinin artması dərman vasitələrinin qarşılıqlı təsirində və genetik subpopulyasiyalar da daxil olmaqla, xüsusi populyasiyalarda müşahidə olunmuşdur. Belə hallarda müalicənin risk/fayda nisbətini qiymətləndirmək və klinik monitorinq keçirmək tövsiyə olunur. KK səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldikdə (normanın yüksək həddindən 5 dəfədən çox), müalicəyə başlanılmamalıdır.
Kreatinkinazanın (KK) təyin olunması
Kreatinkinaza (KK) gərgin məşqlərdən sonra və ya KK mümkün artmasınının hər hansı bir alternativ səbəbi olduqda ölçülməməlidir. Əvvəldən KK səviyyələri yüksək olduqda (normanın yüksək həddindən 5 dəfədən çox), nəticələri təsdiqləmək üçün səviyyələr 5-7 gün ərzində yenidən ölçülməlidir.
Müalicə zamanı
– Xəstələrdən əzələ ağrısı, qıcolmalar və ya zəiflik halları haqqında, xüsusilə halsızlıq və ya qızdırma ilə müşayiət olunduqda, operativ məlumat verilməsini istəməlidir. – Atorvastatin qəbulu zamanı belə simptomlar baş verərsə, KK səviyyəsini təyin etmək lazımdır. Bu səviyyələr əhəmiyyətli dərəcədə yüksək olunduqda (normanın yüksək həddindən 5 dəfədən çox), müalicə dayandırılmalıdır. – Əzələ simptomları ciddi olduqda və hər gün narahatlıq yaratdıqda, KK səviyyələri normanın yüksək həddindən 5 dəfədən az artsa belə, müalicənin dayandırılması düşünülməlidir. – Simptomlar azaldıqda və KK səviyyəsi normaya qədər bərpa olunduqda, nəzarət altında, ən aşağı dozada atorvastatinlə müalicəyə yenidən başlaması və ya alternativ statinin tətbiqi tövsiyə edilə bilər. – KK səviyyəsində klinik əhəmiyyətli artım varsa (normanın yüksək həddindən 10 dəfədən çox), rabdomioliz diaqnozu təsdiq olunduqda və ya şübhə altında olunduqda, atorvastatinin qəbulu dayandırılmalıdır.
Digər dərman vasitələri ilə eyni zamanda müalicəsi
Atorvastatin plazma konsentrasiyasını artıra bilən dərman vasitələri (CYP3A4 güclü inhibitorları və ya daşıyıcı zülalları: siklosporin, telitromisin, klaritromisin, delavirdin, stiripentol, ketokonazol, vorikonazol, itrakonazol, pozakonazol, letermovir, İİV proteaza inhibitorları – ritonavir, lopinavir, atazanavir, indinavir, darunavir, tipranavir/ritonavir və s.) ilə birgə istifadə edildikdə rabdomioliz riski yüksəlir. Miopatiya riski gemfibrozil və fibroy turşusu törəmələri, hepatit C (HCV) müalicəsində istifadə edilən virus əleyhinə preparatları (boseprevir, telaprevir, elbasvir/qrazoprevir), eritromisin, niasin və ya ezetimib ilə eyni zamanda istifadə edildikdə də arta bilər. Mümkünsə bu dərman vasitələrinin əvəzinə alternativ (qarşılıqlı təsiri olmayan) müalicəni düşünmək lazımdır. Göstərilən dərman vasitələrinin atorvastatinlə birgə istifadəsinə ehtiyac olduqda bu cür müalicənin fayda/ risk nisbəti qiymətləndirilməlidir. Xəstələrə atorvastatinin plazma konsentrasiyasını artıran dərman vasitələri qəbul olunduğu zaman atorvastatinin daha aşağı başlanğıc və maksimum dozaların istifadəsi tövsiyə olunur. Bundan əlavə, CYP3A4 güclü inhibitorları ilə birgə istifadə edildikdə atorvastatin ən aşağı başlanğıc dozada qəbul edilməli və xəstələr müvafiq klinik nəzarət altında saxlanılmalıdır. Atorvastatin fuzid turşusunun sistem istifadəsi üçün preparatları ilə birgə və ya fuzid turşusu ilə müalicəsi dayandırıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir. Sistemli fuzid turşusundan istifadəsinə ehtiyac olduqda statinlərin qəbulu fuzid turşusu ilə müalicə müddətində dayandırılmalıdır. Kombinasiyada fuzid turşusu və statinlər alan xəstələrdə rabdomioliz (bəzi ölüm halları da daxil olmaqla) haqqında bildirilmişdir. Əzələ ağrısı və zəifliyi hiss etdikdə xəstə dərhal həkimə müraciət etməlidir. Statinlərlə müalicəyə fuzid turşusunun son dozasından 7 gün sonra yenidən başlanıla bilər. Müstəsna hallarda, fuzid turşusunun uzun müddətli sistem istifadəsinə ehtiyac olduqda, məsələn, ağır infeksiyaların müalicəsində, Ateroks ТМ və fuzid turşusunun birgə istifadəsi tibbi müşahidə altında həyata keçirilməlidir.
Pediatrik xəstələr
Ümumi yetişkənliyin və inkişafın qiymətləndirilməsinə, Tanner mərhələsinin qiymətləndirilməsinə, boy və çəkinin ölçülməsinə əsaslanan 3 illik tədqiqatda böyüməyə və cinsi yetişməyə klinik əhəmiyyətli təsir müşahidə edilməmişdir.
İnterstisial ağciyər xəstəliyi
Bəzi statinlərdən istifadə zamanı, xüsusilə də uzun müddətli müalicədə, interstisial ağciyər xəstəliyinin yaranmasının istisna halları haqqında məlumat verilmişdir. Belə hallarda dispnoe, qeyriproduktiv öskürək və ümumi vəziyyətin kəskinləşməsi (yorğunluq, bədən çəkisinin azalması və qızdırma) kimi əlamətlər müşahidə oluna bilər. İnterstisial ağciyər xəstəliyi diaqnozu şübhə altında olduqda statinlərlə müalicə dayandırılmalıdır.
Şəkərli diabet
Digər HMQ-KoA-reduktazanın inhibitorlarda olduğu kimi qan zərdabındada HbA1c və qlükoza səviyyələrinin artması atorvastatin qəbul edilən xəstələrdə müşahidə olunmuşdur. Şəkərli diabetin yaranmasının risk amilləri olan xəstələrdə atorvastatinlə bağlı diabetin yaranma tezliyinin artması haqqında bildirilmişdir. Risk qrupunda olan xəstələr (acqarına qlükozanın səviyyəsi 100,9- 124,3 mq/dl, BÇİ >30 kq/m2 , trigliseridlərin artması, hipertoniya) milli tövsiyələrə uyğun olaraq həm klinik, həm də laborator müayinə (biokimyəvi analiz) cəhətdən nəzarət altında saxlanılmalıdır. AteroksТМ örtüklü tabletlərinin tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Birgə tətbiq olunan dərman vasitələrinin atorvastatinə təsiri
Atorvastatin – P4503A4 (CYP3A4) sitoxrom ilə metabolizə edilən, qaraciyər daşıyıcıların, üzvi anionları daşıyan polipeptidlər 1B1 (OATP1B1) və 1B3 (OATP1B3) daşıyıcıların substratıdır. Atorvastatin metabolitləri OATP1B1 substratlarıdır. CYP3A4 və ya daşıyıcı zülallarının inhibitoru olan dərman vasitələrinin istifadəsi plazmada atorvastatin konsentrasiyasının artmasına və miopatiya riskinin artmasına səbəb ola bilər. Fibrin turşusunun törəmələri və ezetimib kimi miopatiyaya səbəb ola biləcək digər dərman vasitələri ilə birgə atorvastatin istifadə edildikdə də bu risk artırıla bilər.
Sitoxrom CYP3A4 inhibitorları
Sitoxrom CYP3A4 güclü inhibitorları atorvastatinin konsentrasiyasının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur. CYP3A4 güclü inhibitorların (siklosporin, telitromisin, klaritromisin, delavirdin, stripentol, ketokonazol, vorikonazol, itrakonazol, pozakonazol, HCV müalicəsində istifadə edilən bəzi virus əleyhinə preparatlar (elbasvir/qrazoprevir) və İİV proteaza inhibitorların (ritonavir, lopinavir, atazanavir, indinavir, darunavir və s.) birgə istifadəsindən mümkün qədər çəkinmək lazımdır. Bu dərman vasitələrinin atorvastatinlə birgə istifadəsinə ehtiyac olduqda atorvastatinin daha aşağı başlanğıc və maksimum dozaların istifadəsi və xəstələrin müvafiq klinik monitorinqi tövsiyə olunur. CYP3A4 mülayim inhibitorları (eritromisin, diltiazem, verapamil və flukonazol) plazmada atorvastatin konsentrasiyasını artıra bilər (1-ci cədvələ baxın). Miopatiyanın yüksəlmiş riski statinlərlə birlikdə eritromisin istifadəsi zamanı müşahidə edilmişdir. Amiodaron və ya verapamilin atorvastatinə təsirini qiymətləndirən tədqiqatları aparılmamışdır. Məlumdur ki, həm amiodaron, həm də verapamil CYP3A4 aktivliyini və atorvastatinlə birgə istifadəsini inhibə edir. Buna görə də CYP3A4 mülayim inhibitorlarla birgə istifadə edildikdə atorvastatinin daha aşağı maksimum dozasının istifadəsi və xəstənin müvafiq klinik monitorinqi tövsiyə olunur. Müvafiq klinik müşahidə inhibitorun istifadəsinin başlanmasından və ya doza tənzimlənməsindən sonra tövsiyə olunur.
Sitoxrom CYP3A4 induktorları
Atorvastatinin sitoxrom CYP3A4 induktorları (məs. efavirinez, rifampin, dazotu) ilə birgə istifadəsi atorvastatinin plazma konsentrasiyasının dəyişkən azalmasına səbəb ola bilər. Rifampinin ikili qarşılıqlı təsir mexanizminə görə (CYP3A4 induksiyası və hepatositlərin tutulmasının OATP1B1 daşıyıcının inhibə etməsi) rifampinlə atorvastatinin eyni zamanda istifadəsi tövsiyə olunur, belə ki, rifampindən bir müddət sonra atorvastatinin qəbulu plazmada atorvastatinin konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır. Rifampinin hepatositlərdə atorvastatinin konsentrasiyasına təsiri məlum deyil; göstərilən dərman vasitələrinin birgə istifadəsinə ehtiyac olduqda, xəstələrə müalicənin effektivliyi baxımından nəzarət edilməlidir.
Daşıyıcıların inhibitorları
Daşıyıcı zülalların inhibitorları (məs., siklosporin, letermovir) atorvastatinin sistem təsirini artıra bilər (1-ci cədvələ baxın). Qaraciyər hüceyrələrində tutulmanın daşıyıcılarının inhibə edilməsinin hepatositlərdə atorvastatin konsentrasiyasına təsiri məlum deyildir. Göstərilən dərman vasitələrinin birgə istifadəsinə ehtiyac olduqda, xəstələrə dozanın azaldılması və müalicənin effektivliyinin klinik monitorinqi tövsiyə olunur. Atorvastatin siklosporinlə birgə letermovir qəbul edən xəstələrə tövsiyə olunmur.
Gemfibrozil/ Fibrin turşusunun törəmələri
Tək fibratlardan istifadə bəzən rabdomioliz də daxil olmaqla, skelet əzələlərinə arzuolunmaz təsir ilə əlaqədardır. Belə halların yaranma ehtimalı fibrin turşusu törəmələrindən və atorvastatindən birgə istifadə etdikdə artırıla bilər. Göstərilən dərman vasitələrinin birgə istifadəsinə ehtiyac olduqda, atorvastatinin ən aşağı effektiv dozada istifadəsi və xəstələrin klinik monitorinqi tövsiyə edilir.
Ezetimib
Tək ezetimibdən istifadə rabdomioliz də daxil olmaqla skelet əzələlərinə arzuolunmaz təsir ilə əlaqədardır. Belə halların yaranma ehtimalı ezetimibin və atorvastatinin birgə istifadə etdikdə artırıla bilər. Xəstələrin müvafiq klinik monitorinqi tövsiyə olunur.
Kolestipol
Kolestipol ilə birgə istifadə zamanı plazmada atorvastatinin və onun aktiv metabolitlərinin konsentrasiyaları aşağı olmuşdur. Lakin atorvastatinin və kolestipolun hipolipidemik effektləri kombinasiyada istifadə edildikdə daha yüksək idi.
Fuzid turşusu
Rabdomioliz də daxil olmaqla, miopatiya riski statinlərlə birlikdə fuzid turşusunun sistem formasında tətbiqi ilə artırıla bilər. Bu qarşılıqlı təsirin mexanizmi (ya farmakodinamik, ya farmakokinetik, ya da hər ikisi) hələ məlum deyil. Bu kombinasiyanı istifadə edilən xəstələrdə rabdomioliz (bəzi ölüm halları də daxil olmaqla) yaranma halları haqqında məlumat verilmişdir. Fuzid turşusunun sistem formasında müalicəyə ehtiyac olduqda atorvastatinin qəbulu fuzid turşusu ilə müalicə müddətində dayandırılmalıdır.
Kolxisin
Atorvastatinin kolxisinlə qarşılıqlı təsirinə dair tədqiqat aparılmamasına baxmayaraq, onların birgə istifadə zamanı miopatiyanın yaranma halları haqqında məlumat verilmişdir; həmin dərman vasitələr eyni zamanda ehtiyatla təyin edilməlidir.
Diqoksin
Diqoksin təkrar dozalarda və atorvastatin 10 mq dozada birgə istifadə edildikdə diqoksinin sabit konsentrasiyası bir qədər artmışdır. Diqoksin və atorvastatin eyni zamanda istifadə edildikdə xəstələr nəzarət altında saxlanılmalıdır.
Peroral kontraseptivlər
Atorvastatinlə birgə istifadə edildikdə noretindron və etinilestradiolun plazma konsentrasiyaları artmışdır.
Varfarin
Varfarinlə uzun müddətli müalicə alan xəstələrdə atorvastatinin protrombin vaxtına klinik əhəmiyyətli təsiri müşahidə olunmamışdır. Buna baxmayaraq atorvastatinlə birgə istifadə zamanı xəstələr ciddi nəzarət altında saxlanılmalıdır. Klinik əhəmiyyətli antikoaqulyant təsirlərin çox nadir halları qeydə alınsa da, kumarin antikoaqulyantlarını qəbul edən xəstələrdə atorvastatinin qəbuluna başlamazdan əvvəl və erkən terapiya zamanı protrotombinin vaxtı yoxlanılmalıdır. Sabit protrombin vaxtı müəyyən edildikdən sonra, protrombinin vaxtını kumarin antikoaqulyantlarında tövsiyə olunan aralıqlarla nəzarət etmək olar. Atorvastatinin dozası dəyişdirildikdə və ya qəbulu dayandırıldıqda, eyni proseduru təkrarlamaq lazımdır. Cədvəl 1: Birgə istifadə edilən dərman vasitələrinin atorvastatinin farmakokinetikasına təsiri Dərman vasitəsi, dozalanma Atorvastatin Doza (mq) AUC1 dəyişikliyi Klinik tövsiyələr Qlekaprevir gündə 400 mq/ Pibrentasvir gündə 120 mq, 7 gün gündə 10 mq 7 gün 8,3 Qlekaprevir və ya pibrentasvir tərkibli preparatlarla birgə istifadəsi əks göstərişdir. Tipranavir 500 mq gündə 2 dəfə/ Ritonavir 200 mq gündə 2 dəfə, 8 gün (14-21 gün) gündə 40 mq 1 gün, 10 mq 20 gün 9,4 Atorvastatinlə birgə istifadəsinə ehtiyac olduqda onun gündəlik dozası 10 mq-dan çox olmamalıdır. Belə xəstələrin klinik monitorinqi tövsiyə olunur. Telaprevir 750 mq hər 8 saatdan bir, 10 gün 20 mq, birdəfəlik doza 7,9 Siklosporin gündə 5,2 mq/kq, sabit doza gündə 10 mq 4 gün 8,7 Lopinavir 400 mq gündə 2 dəfə/ Ritonavir 100 mq gündə 2 dəfə, 14 gün gündə 20 mq 4 gün 5,9 Atorvastatinlə birgə istifadəsinə ehtiyac olduqda atorvastatinin daha aşağı dəstəkləyici dozası tövsiyə olunur. Atorvastatinin dozaları 20 mq-dan çox olduqda bu xəstələrin klinik monitorinqi tövsiyə olunur. Klaritromisin 500 mq gündə 2 dəfə, 9 gün gündə 80 mq 8 gün 4,5 Sakvinavir 400 mq gündə 2 dəfə/ Ritonavir 100 mq (300 mq gündə 2 dəfə 5-7 gün, sonra 400 mq gündə 2 dəfə 8 gün), 4-18 gün, atorvastatinin qəbulundan 30 dəq sonra gündə 40 mq 4 gün 3,9 Atorvastatinlə birgə istifadəsinə ehtiyac olduqda atorvastatinin daha aşağı dəstəkləyici dozası tövsiyə olunur. Atorvastatinin dozaları 40 mq-dan çox olduqda bu xəstələrin klinik Darunavir 300 mq gündə 10 mq 4 gün 3,4 monitorinqi tövsiyə günd ə 2 d ə fə/ Ritonavir 100 mq günd ə 2 d ə fə, 9 gün olunur. İtrakonazol günd ə 200 mq 4 gün 40 mq bird ə fəlik doza 3,3 Fosamprenavir 700 mq günd ə 2 d ə fə / Ritonavir 100 mq günd ə 2 d ə fə, 14 gün günd ə 10 mq 4 gün 2,5 Fosamprenavir 1400 mq günd ə 2 d ə fə, 14 gün günd ə 10 mq 4 gün 2,3 Elbasvir günd ə 50 mq/ Qrazoprevir günd ə 200 mq, 13 gün 10 mq bird ə fəlik doza 1,95 Atorvastatinin dozası elbasvir və ya qrazoprevir tərkibli preparatlarla birgə istifadə edildikdə 20 mq -dan çox olmamalıdır. Letermovir günd ə 480 mq, 10 gün 20 mq bird ə fəlik doza 3,29 Atorvastatinin dozası letermovir tərkibli preparatlarla birgə istifadə edildikdə 20 mq -dan çox olmamalıdır. Nelfinavir 1250 mq günd ə 2 d ə fə, 14 gün günd ə 10 mq 28 gün 1,74 Spesifik tövsiy ə yoxdur. Qreypfrut şir əsi, günd ə 240 ml * 40 mq, bird ə fəlik doza 1,37 Atorvastatinlə birgə çox miqdarda qreypfrut şirəsinin qəbulu tövsiyə olunmur. Diltiazem günd ə 240 mq, 28 gün 40 mq, bird ə fəlik doza 1,51 Diltiazeml ə müalic ə başlamazdan sonra v ə ya doza tənzimləndikd ən sonra x əst ə l ərin müvafiq klinik monitorinqi tövsiy ə olunur. Eritromisin 500 mq günd ə 4 d ə fə, 7 gün 10 mq, bird ə fəlik doza 1,33 Bu x əst ə l ərin daha aşağı maksimum dozası v ə klinik monitorinqi tövsiy ə olunur. Amlodipin 10 mq, bird ə fəlik doza 80 mq, bird ə fəlik doza 1,18 Spesifik tövsiy ə yoxdur. Simetidin 300 mq günd ə 4 d ə fə, 2 h əft ə günd ə 10 mq 2 h əft ə 1.00 Spesifik tövsiy ə yoxdur. Kolestipol 10 q günd ə 2 d ə fə, 24 h əft ə günd ə 40 mq 8 h əft ə 0.74** Spesifik tövsiy ə yoxdur. Maqnezium v ə alüminium hidroksidl ərinin antasid suspenziyası, 30 ml günd ə 4d ə fə, 17 gün 10 mq 15 gün 0.66 Spesifik tövsiy ə yoxdur. Efavirenz günd ə 600 mq, 14 gün 10 mq 3 gün 0.59 Spesifik tövsiy ə yoxdur. Rifampin günd ə 600 mq, 7 gün (eyni zamanda istifad əsi) 40 mq, bird ə fəlik doza 1,12 Birgə istifadəsinə ehtiyac olduqda, rifampinl ə atorvastatinin eyni zamanda istifad əsi v ə klinik monitorinqli Rifampin 600 mq günd ə, 5 gün (ayrı -ayrı 40 mq, bird ə fəlik doza 0,20 istifadəsi) tövsiyə olunur. Gemfibrozil 600 mq gündə 2 dəfə, 7 gün 40 mq birdəfəlik doza 1,35 Bu xəstələrdə daha aşağı başlanğıc dozası və klinik monitorinqi tövsiyə olunur. Fenofibrat gündə 160 mq, 7 gün 40 mq birdəfəlik doza 1,03 Bu xəstələrdə daha aşağı başlanğıc dozası və klinik monitorinqi tövsiyə olunur. Boseprevir 800 mq gündə 3 dəfə, 7 gün 40 mq birdəfəlik doza 2,3 Bu xəstələrdə daha aşağı başlanğıc dozası və klinik monitorinqi tövsiyə olunur. Atorvastatinin dozası boseprevirlə birgə istifadə etdikdə 20 mqdan çox olmamalıdır. 1Müalicə növlərinin nisbəti (tək atorvastatinlə müqayisədə atorvastatinlə birgə istifadə olunan preparat). *CYP3A4 inhibə edən və CYP3A4 ilə metabolizə olunan dərman vasitələrinin plazmada konsentrasiyaları artıra bilən bir və ya bir neçə komponentdən ibarətdir. 240 ml həcmli bir stəkan qreypfrut şirəsinin qəbulu aktiv ortohidroksimetabolitinin AUC-u 20,4% azalmasına səbəb olur. Çox miqdarda qreypfrut şirəsi (5 gün ərzində gündə 1,2 litrdən çox) atorvastatinin AUC-u 2,5 dəfə və HMQ-KoA reduktazanın aktiv inhibitorların (atorvastatin və metabolitlərin) AUC-u 1,3 dəfə artır. **Nümunə preparatın qəbulundan 8-16 saat sonra bir dəfə alınmışdır. Cədvəl 2: Atorvastatinin birgə istifadə edilən dərman vasitələrinin farmakokinetikasına təsiri Atorvastatin, dozalanma Atorvastatinlə birgə istifadə edilən dərman vasitələri Dərman vasitəsi/ doza (mq) AUC1 dəyişikliyi Klinik tövsiyələr gündə 80 mq 10 gün diqoksin gündə 0,25 mq, 20 gün 1,15 Diqoksin qəbul edən xəstələr müvafiq nəzarət altında saxlanılmalıdır. gündə 40 mq 22 gün peroral kontraseptivlər hər gün, 2 ay – noretindron 1 mq – etinil estradiol 35 mkq 1,28 1,19 Spesifik tövsiyə yoxdur. gündə 80 mq 15 gün *fenazon, 600 mq birdəfəlik doza 1,03 Spesifik tövsiyə yoxdur. 10 mq, birdəfəlik doza tipranavir 500 mq gündə 2 dəfə/ ritonavir 200 mq gündə 2 dəfə, 7 gün 1,08 Spesifik tövsiyə yoxdur. gündə 10 mq, 4 gün fosamprenavir 1,4 mq gündə 2 dəfə, 14 gün 0,73 Spesifik tövsiyə yoxdur. gündə 10 mq 4 gün fosamprenavir 700 mq gündə 2 dəfə/ ritonavir 100 mq gündə 2 dəfə, 14 gün 0,99 Spesifik tövsiyə yoxdur. 1 Müalicə növlərinin nisbəti (tək atorvastatinlə müqayisədə atorvastatinlə birgə istifadə olunan preparat). * Atorvastatin və fenazonun təkrar dozalarının birgə istifadəsi fenazonun klirensinə cüzi və ya aşkar edilməmiş təsir göstərmişdir.
Miopatiya/rabdomioliz riskinin artması ilə əlaqəlı dərman vasitələri ilə qarşılıqlı təsiri
Atorvastatinlə birgə istifadə edilən dərman vasitələri İstifadəsinə dair tövsiyələr Siklosporin, İIV proteaza inhibitorları (ritonavir ilə tipranavir), hepatit C proteaza inhibitoru (telaprevir). Atorvastatin istifadəsindən çəkinmək lazımdır İIV proteaza inhibitorları (lopinavir ilə riyonavir) Aşağı dozalarda ehtiyatla istifadə etmək lazımdır Klaritromisin, itrakonazol, İIV proteaza inhibitorları (ritonavir ilə sakvinavir *, Atorvastatinin gündəlik dozası 20 mq-dan çox olmamalıdır. ritonavir ilə darunavir, fosamprenavir, ritonavir ilə fosamprenavir). İIV proteaza inhibitoru (nelfinavir) hepatit C proteaza inhibitoru (boseprevir). Atorvastatinin gündəlik dozası 40 mq-dan çox olmamalıdır. *Aşağı dozalarda ehtiyatla istifadə etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Atorvastatin hamiləlik və laktasiya dövründə əks göstərişdir. Reproduktiv yaşlı qadınların müalicəsi zamanı adekvat kontraseptiv üsullar tövsiyə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Atorvastatin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə əhəmiyyətsiz təsir göstərir.
İstifadə qaydası və dozası
AteroksТМ tabletləri daxilə, gündə bir dəfə qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında qəbul edilə bilər. AteroksТМ preparatı ilə müalicəyə başlamazdan əvvəl xəstəyə standart hipolipidemik pəhriz tövsiyə edilməlidir və bu pəhriz müalicə müddətində davam edilməlidir. Preparatın dozası gündə 1 dəfə 10- 80 mq təşkil edir. AteroksТМ preparatının başlanğıc və dəstəkləyici dozası qanda ASLPX-nın ilkin səviyyəsinə, müalicənin məqsədinə və xəstənin müalicəyə cavabına görə fərdi olaraq seçilir. Müalicənin başlanmasından və/və ya doza artmasından sonra hər 2-4 həftə lipidlərin səviyyəsi təyin olunmalıdır və doza müvafiq olaraq tənzimlənməlidir.
Birincili hiperxolesterinemiya və kombinəolunmuş (qarışıq) hiperlipidemiya
Belə xəstələrin əksəriyyətində atorvastatini gündə 1 dəfə 10 mq dozada qəbul etməklə lipidlərin səviyyəsini nəzarət altında saxlamaq olar. Terapevtik təsir 2 həftə ərzində aşkar olunur və adətən 4 həftə ərzində maksimal terapevtik effekt əldə olunur. Uzunmüddətli müalicə zamanı təsir saxlanılır.
Heteroziqot ailəvi hiperxolesterinemiya
Tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza fərdi olaraq seçilməlidir və ehtiyac olduqda hər 4 həftədə 1 dəfə 40 mq/gün-ə qədər tənzimlənməlidir. Sonra ya gündəlik dozanı maksimum 80 mq-a qədər artırmaq olar, ya da öd turşularının sekvestrantları atorvastatinin 40 mq 1 dəfə/gün doza ilə kombinəolunmuş şəkildə istifadə etmək olar.
Homoziqot ailəvi hiperxolesterinemiya
Məhdud məlumat mövcuddur. Homoziqot ailəvi hiperxolesterinemiya olan xəstələrdə atorvastatinin dozası gündə bir dəfə 10-80 mq təşkil edir. Bu xəstələrdə AteroksТМ preparatı digər hipolipidemik müalicələrə (məs. ASLP-aferezi) əlavə olaraq və ya bu müalicəni aparmaq mümkün olmadıqda təyin edilməlidir.
Ürək-damar xəstəliklərinin profilaktikası
Birincili profilaktika zamanı doza gündə 1 dəfə 10 mq təşkil edir. Klinik tövsiyələrdə göstərilən ASLPX-nın hədəf səviyyəsinə nail olmaq üçün daha yüksək dozalara ehtiyac ola bilər.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək çatışmazlığı olan xəstələr
Böyrək çatışmazlığı atorvastatinin nə plazma konsentrasiyasına, nə də hipolipidemik effektinə təsir göstərmir və beləliklə doza korreksiyası tələb olunmur.
Qaraciyər çatışmazlığı olan xəstələr
Qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Aktiv qaraciyər xəstəliyi olan xəstələrə əks göstərişdir.
10-17 yaşda olan pediatrik xəstələrdə heteroziqot ailəvi hiperxolesterinemiya
Tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 10 mq-dır; maksimum tövsiyə olunan doza 20 mq/gün təşkil edir (20 mq-dan çox dozalarda və kombinəolunmuş şəkildə istifadəsi həmin populyasiyada öyrənilməmişdir). Doza xəstənin müalicəyə cavabına görə uyğun olaraq gündə 80 mq-a qədər artırıla bilər. Doza müalicənin məqsədinə görə fərdi olaraq seçilməlidir. Dozanı ən azı 4 həftəlik interval ilə tənzimlənmək lazımdır. Gündə 80 mq-a qədər dozanın tənzimlənməsi böyüklərdə aparılan tədqiqatın məlumatları və heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda aparılan məhdud klinik tədqiqat məlumatları ilə təsdiqlənir. 6-10 yaş arası heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda təhlükəsizlik və effektivliliyə dair məhdud məlumatlar mövcuddur. Atorvastatin 10 yaşınadək xəstələrin müalicəsində təyin edilmir. Dərman vasitəsinin digər formaları/dozalanmaları bu populyasiya üçün daha uyğun ola bilər.
Yaşlı xəstələrdə istifadəsi
Yaşlılarda tövsiyə edilən dozalarda istifadəsinin təsiri və təhlükəsizliyi ümumi populyasiyada kimi olmuşdur.
Hipolipidemik dərman vasitələri ilə birgə istifadəsi
Additiv təsirə nail olmaq üçün AteroksТМ preparatı öd turşularının sekvestrantları (hipolipidemik vasitələri) ilə birgə istifadə etmək olar. HMQ-KoA-reduktazanın inhibitorlarının və fibratların (gemfibrozil və fenofibrat kimi) kombinəolunmuş şəkildə istifadəsindən çəkinmək lazımdır.
Siklosporin, klaritromisin, itrakonazol, proteazanın inhibitorları qəbul edilən xəstələrdə dozalanması
Siklosporin, İİV proteazanın inhibitorları (tipranavir/ritonavir) və ya hepatit C proteazanın inhibitorları (telaprevir) qəbul edən xəstələr AteroksТМ preparatının istifadəsindən çəkinməlidirlər. Klaritromisin, itrakonazol qəbul edən xəstələrdə və ya İİV olan və saqvinavir+ritonavir, darunavir+ritonavir, fosamprenavir və ya fosamprenavir+ritonavir qəbul edən xəstələrdə AteroksТМ preparatının dozası 20 mq-dan çox olmamalıdır. İİV proteazanın inhibitoru nelfinavir və ya ya hepatit C proteazanın inhibitoru boseprevir qəbul edən xəstələrdə AteroksТМ preparatının dozası 40 mq-dan çox olmamalıdır.
Əlavə təsirləri
Atorvastatin ümumiyyətlə yaxşı mənimsənilir. Əlavə təsirlər əsasən zəif və keçicidir. Rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100- dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
İnfeksiyalar və invaziyalar
Tez-tez: nazofaringit.
Qanyaradıcı və limfa sisteminə
Nadir: trombositopeniya.
İmmun sisteminə
Tez-tez: allergik reaksiyalar; Çox nadir: anafilaksiya.
Maddələr mübadiləsinə və qidalanmaya
Tez-tez: hiperqlikemiya; Bəzən: hipoqlikemiya, bədən kütləsinin artması, anoreksiya.
Psixi pozulmalar
Bəzən: qarabasmalar, yuxusuzluq.
Sinir sisteminə
Tez-tez: başağrısı; Bəzən: başgicəllənmə, paresteziya, hipesteziya, disgevziya, amneziya; Nadir: periferik neyropatiya.
Görmə orqanına
Bəzən: bulanıq görmə; Nadir: görmə qabiliyyətinin pozulması.
Eşitmə orqanına və labirint sisteminə
Bəzən: qulaqlarda küy; Çox nadir: eşitmə qabiliyyətinin itirilməsi.
Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
Tez-tez: boğaz ağrısı, burun qanaxması.
Həzm sisteminə
Tez-tez: qəbizlik, meteorizm, dispepsiya, ürəkbulanma, diareya; Bəzən: qusma, qarın nahiyəsində ağrılar, qıcqırma, pankreatit.
Hepatobiliar sistemə
Bəzən: hepatit; Nadir: xolestaz; Çox nadir: qaraciyər funksiyasının pozulması.
Dəri və dərialtı piy toxumasına
Bəzən: övrə, səpgi, qaşınma, alopesiya; Nadir: angionevrotik ödem, bullyoz dermatit (çoxformalı eritema, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla).
Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
Tez-tez: mialgiya, artralgiya, ətraflarda ağrılar, əzələ spazmları, oynaqlarda şişkinlik, beldə ağrılar; Bəzən: boyun ağrıları, əzələ zəifliyi; Nadir: miopatiya, miozit, rabdomioliz, bəzən vətər qırılması ilə ağırlaşan tendinopatiya. Çox nadir: qırmızı qurdeşənəyinə bənzər sindrom; Məlum deyil: immunitetlə bağlı nekrozlaşdırıcı miopatiya.
Reproduktiv sisteminə və süd vəzilərinə
Çox nadir: ginekomastiya.
Ümumi pozulmalar və yerli reaksiyalar
Bəzən: yorğunluq, asteniya, sinə ağrısı, periferik ödem, əzginlik, qızdırma.
Laborator müayinələr
Tez-tez: qaraciyər fermentlərinin qeyri-normal göstəriciləri, qanda kreatinkinaza səviyyəsinin artması; Bəzən: sidikdə leykositlər.
Şübhəli əlavə reaksiyalar haqqında məlumat
Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Ateroks™ preparatı ilə doza həddinin aşılması zamanı spesifik müalicəsi yoxdur; simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Qaraciyər funksiyasının göstəriciləri və KK səviyyəsi təyin olunmalıdır. Atorvastatin plazma zülalları ilə sıx birləşdiyinə görə, hemodializ preparatın klirensini əhəmiyyətli dərəcədə artırmır.
Buraxılış forması
10 mq, 20 mq və ya 40 mq, örtüklü tabletlər. 10 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ali Raif İlaç San. A.Ş. İkitelli OSB Mahallesi 10. Cadde №3/1А Başakşehir/İstanbul/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Ali Raif İlaç San. A.Ş. Yeşlice Mahallesi, Doğa Sokak №4, 34418 Kağıthane, İstanbul, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.