Asiklovir 5% 10 q məlhəm Tatximfarm

Dərman formasıMəlhəm
Farmakoloji təsirVirusəleyhinə dərman vasitələri
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,97 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ASİKLOVİR xaricə istifadə üçün məlhəm ACYCLOVIR Beynəlxalq patentləşdirilməmiş adı: Acyclovir

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 50 mq asiklovir vardır. Köməkçi maddələr: makroqol 400, makroqol 1500, emulsion mum.

Təsviri

Ağ rəngli, praktik olaraq qoxusuz məlhəmdir.

Farmakoterapevtik qrupu

Virusəleyhinə dərman vasitələri. ATC kodu: D06BB03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Asiklovir virusəleyhinə dərman vasitəsidir. I və II tip Herpes simplex (HSV) virusuna qarşı in vitro güclü aktivliyə malikdir. Herpes virusu ilə yoluxmuş hüceyrəyə düşdükdən sonra asiklovir aktiv birləşmə olan asiklovir trifosfota qədər fosforlaşır. Bu prosesin ilk mərhələsi HSV- timidinkinazanın kodlaşdırılmış fermentinin iştirakından asılıdır. Asiklovir trifosfat virus DNT- nin növbəti sintezinə mane olaraq, herpes spesifik DNT polimerazasına inhibitoru və substrat təsir göstərir, bu zaman normal hüceyrə proseslərinə təsir etmir. Farmakokinetikası Farmakoloji tədqiqatlar asiklovir məlhəminin təkrar istifadəsi zamanı minimal sistem absorbsiyasını göstərmişdir.

İstifadəsinə göstərişlər

Herpes simplex virusu ilə törədilən dodaq və üz dərisinin (dodaqların residivləşən herpesi) viruslu infeksiyalarının müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə, valasiklovirə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Hamiləlik, laktasiya dövrü. Xaricə istifadə üçün Asiklovir məlhəmi, yalnız dodaq və üz dərisinin herpesi zamanı istifadə edilməlidir. Ağız boşluğunun, gözlərin və uşaqlıq yolunun selikli qişasında istifadə etmək məsləhət görülmür. Genital herpesin müalicəsi məqsədilə istifadə edilməməlidir. Məlhəmin gözlərə düşməsindən çəkinmək lazımdır. Residivləşən herpesin ifadəolunmuş təzahürü zaman həkimlə məsləhətləşmək məsləhət görülür. Dodaq herpesi olan pasiyentlər virus ötürülməsindən çəkinməlidirlər, xüsusilə aktiv zədələnmə olduqda. İmmundefisit vəziyyətində olan pasiyentlərdə xaricə istifadə üçün Asiklovir məlhəmindən istifadə etmək məsləhət görülmür. Belə pasiyentlər istənilən infeksion xəstəliyin müalicəsi zaman həkim məsləhətinə riayət etməlidirlər. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlər Baxmayaraq ki, asiklovir əsasən böyrəklər vasitəsilə xaric olur, xaricə istifadəsindən sonra onun sistem absorbsiyası əhəmiyyətsiz dərəcədədir. Müvafiq olaraq, böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın dəyişdirilməsinə ehtiyac yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xaricə istifadəsi zaman digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İstifadəsi, yalnız o zaman mümkündür ki, ehtimal edilən fayda potensial və naməlum riskdən üstün olsun, lakin məlhəmin yerli istifadəsi zamanı sistem ekspozisiyası çox kiçikdir. Asiklovirin qeydiyyatından sonrakı istifadəsinin təcrübəsi nəticəsində Asiklovir preparatının istənilən dərman formasını qəbul edən qadınlarda hamiləliyin nəticəsi üzrə məlumat alınmışdır. Məlumatlar, ümumi populyasiya ilə müqayisədə asiklovirlə müalicə alan pasiyentlər arasında anadangəlmə qüsurların inkişafının sayının artdığını nümayiş etdirməmişdir və ümumi səbəbə işarə edən unikal və ya daimi əlamətlər ilə xarakterizə olunan anadangəlmə qüsurlar qeyd edilməmişdir. Qadın hamilə olduqda və ya hamilə olduğunu ehtimal etdikdə və ya planlaşdırdıqda, laktasiya dövründə istifadədən əvvəl həkimlə məsləhətləşməsi vacibdir. Laktasiya dövrü Məhdud məlumatlar göstərir ki, preparat müntəzəm istifadəsi zamanı ana südünə nüfuz edir. Lakin ana südündə körpənin aldığı doza əhəmiyyətsiz dərəcədədir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Yalnız xaricə istifadə edilir. Preparatı, yalnız təlimatda qeyd edilən göstərişə və istifadə qaydasına müvafiq tətbiq edilməlidir. Böyüklər və uşaqlar Preparatı gündə 5 dəfə, gecə vaxtı istisna olmaqla, təqribən hər 4 saatdan bir, zədələnmiş və onun əhatəsində olan dəri nahiyyəsinə sürtmək məsləhət görülür. Müalicəni mümkün qədər tez, yaxşı olar ki, ilk simptomlar təzahür etdikdə (prodromal dövrdə və ya qızartı zamanı), başlamaq vacibdir. Müalicə, eləcə də, daha gecikmiş mərhələdə başlana bilər (papula və ya qabarcıqlar). Müalicə müddəti 4 gündən az olmamalıdır. Sağalma müşahidə edilmədikdə, müalicə 10 günə qədər davam etdirilə bilər. Xəstəliyin simptomlarının 10 gündən artıq saxlanması zamanı həkimə müraciət etmək lazımdır. Vəziyyətin pisləşməsinə yol verməmək və infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə preparatı istifadə etməzdən əvvəl və sonra əlləri yumaq vacibdir, dərinin zədələnmiş nahiyəsini sürtmək və ona dəsmalla toxunmaq olmaz.

Əlavə təsirləri

Əlavə təsirlər orqanlar sistemi və tezliyi üzrə təsnif edilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı sadalanan kimi müəyyən edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000). Dəridə və dərialtı toxumada baş verən pozuntular Bəzən-preparatın istifadə nahiyəsində qısamüddətli yanma, sancma, azacıq quruluq və ya qabıqlanma, qaşınma. Nadir hallarda-qızartı; istifadəsindən sonra asiklovirə nisbətən köməkçi maddələrə qarşı reaksiya ilə əlaqədar olan kontakt dermatit. İmmun sistemdə baş verən pozuntular Çox nadir hallarda-dərhal yaranan yüksək həssaslıq reaksiyaları, o cümlədən, angionevrotik ödem, övrə. Pasiyentdə içlik vərəqədə qeyd edilən və ya dərinləşən əlavə təsirlər qeyd edildikdə və ya təlumatda göstərilməyən istənilən digər arzuolunmaz effekt təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Minimal sistem təsirinə görə, Asiklovir məlhəminin istehlakçı qablaşmasının tam tutumunun daxilə qəbulu və ya yerli istifadəsi zamanı əlavə təsirlərin yaranması gözlənilmir. Doza həddinin aşılmasına şübhə olduqda, həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

Xaricə istifadə üçün 5%-li məlhəm. 10 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: 8 800 201 98 88. Tel.:/Faks: + 7 (843) 571-85-58. е-mail: [email protected] Qeydiyyat vəsoqəsinin sahibi/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: 8 800 201 98 88. Tel.:/Faks: + 7 (843) 571-85-58. е-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Asiklovir 5% 10 q məlhəm Tatximfarm” üçün ilk rəyi siz yazın.