Aritmil 3 ml N5 inyeksiya
| Təsiredici maddə | AMIODARONE HCL |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | III sinif antiaritmik preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ARİTMİL inyeksiya üçün məhlul
ARYTMIL
Beynəlxalq patentləşdirilməmiş adı: Amiodarone
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq amiodaron hidroxlorid vardır.
Köməkçi madələr: polisorbat 80, benzil spirti, inyeksiya üçün su.
Təsviri
Yaşılımtıl çalarlı açıq-sarı rəngli şəffaf maye və ya hissəciklərdən azad açıq-sarı rəngli mayedir.
Farmakoterapevtik qrupu
III sinif antiaritmik preparatlar.
ATC kodu: С01BD01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
III sinif antiaritmik preparat. Antiaritmik təsiri əsasən kardiomiosit membranlarının kalium
kanallarının blokadası, həmçinin kalsium kanallarının blokadası, AV-düyündə keçiriciliyin ləngiməsi
və sinus düyününün avtomatizminin azalması hesabına təsir potensialının 3-cü fazasının artması ilə
bağlıdır. Əhəmiyyətsiz dərəcədə açıq və inaktivləşmiş natrium kanallarını blokadaya alır və sürətli
natrium axınının girişini ləngidir. Preparat qeyri-rəqabət zəminində əsasən miokardın α- və βadrenoreseptorlarını blokada edir ki, nəticədə sinoatrial, qulaqcıq (atrial) və AV-keçiriciliyi ləngidir
və bu zaman mədəcikdaxili keçiriciliyə təsir göstərmir. Amiodaron refrakter dövrü uzadır və
miokardın oyanıqlığını azaldır. Oyanmanın ötürülməsini ləngidir və əlavə qulaqcıq-mədəcik yolları
ilə refrakter dövrü uzadır. Amiodaronun antianginal təsiri ürəyin yığılma tezliyini azaltmaqla və
damarların ümumi periferik müqavimətini azaltmaqla miokardın oksigenə olan tələbatının azaltması
ilə əlaqədardır. Amiodaron əhəmiyyətli mənfi inotrop effekt törətmir.
Farmakokinetikası
Amiodaron böyük paylanma həcminə malikdir. İstifadə edildiyi ilk günlərdə praktiki olaraq bütün
toxumalarda toplanır, xüsusilə piy toxumalarında, qaraciyərdə, dalaqda, ağciyərlərdə. Qan
plazmasının zülalları ilə birləşmə yüksəkdir və >95% təşkil edir. Venadaxili yeridilmiş amiodaronun
qanda miqdarı toxumaların doyması və onun reseptorlarla birləşməsi nəticəsində sürətlə azalır.
Maksimum aktivliyə 15 dəqiqədən sonra çatır və 4 saat müddətində azalır. Plasentar baryeri keçir və
ana südünə nüfuz edir. Amiodaronun yarımxaricolma dövrü yüksək dəyişkənliklə fərqlənir və 20-100
gün təşkil edir. Qaraciyərdə metabolizmə uğrayır. Amiodaronun tərkibində yod vardır, ona görə də
qaraciyərdə metabolizm zamanı yodun ayrılması və onun sidiklə duzlar şəklində xaric olması baş
verir. Amiodaronun böyrək ekskresiyası cüzidir.
Amiodaronun və onun metabolitlərinin əsas hissəsi bağırsaqlarla xaric olur. Amiodaronla müalicəni
dayandırdıqdan sonra onun orqanizmdən xaric olması bir neçə ay davam edir, amma onun effektiv
təsiri bir neçə gün və ya hətta bir neçə həftə davam edir.
İstifadəsinə göstərişlər
• Amiodaronun peroral istifadəsi ilə müalicənin məqsədəuyğun olmadığı hallarda, xüsusilə aşağıdakı
vəziyyətlərdə, ürək ritminin ağır pozğunluqları:
− mədəciklərin yüksək tezliklə yığılması ilə qulaqcıq aritmiyası;
− Volf-Parkinson-Uayt sindromu ilə bağlı taxikardiya;
− əmək qabiliyyətinin itməsinə gətirib çıxaran sənədləşdirilmiş simptomatik mədəcik aritmiyası.
• Mədəciklərin xarici elektroimpuls terapiyaya rezistent olan fibrillyasiyası nəticəsində baş verən
ürək dayanması zamanı ürək-ağciyər reanimasiyası.
Əks göstərişlər
• Yoda və/və ya amiodarona və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq;
• sinus bradikardiyası, (< 50-55 vurğu/dəq), sinoatrial blokada, süni ritm aparıcısının olmadığı zaman
sinus düyününün zəifliyi sindromu (sinus düyününün dayanması təhlükəsi);
• süni ritm aparıcısı olmayan zaman keçiriciliyin ağır pozulmaları (II və III dərəcəli AV-blokada
bifassikulyar və ya trifassikulyar blokada);
• sirkulyator kollaps, ağır arterial hipotenziya, kardiomiopatiya, dekompensə olunmuş ürək
çatışmazlığı, ağır tənəffüs çatışmazlığı Aritmilin venadaxili bolyus inyeksiyası şəklində yeridilməsi
üçün əks göstərişdir (xəstənin vəziyyətinin kəskin pisləşməsi mümkündür);
• qalxanabənzər vəzinin funksional pozğunluqları (hipotireoz, hipertireoz). Müalicəyə başlayana
qədər bütün pasiyentlərdə qalxanabənzər vəzinin funksiyasını yoxlamaq lazımdır.
• «torsades de pointes» tipli polimorf mədəcik taxikardiyası törədə bilən preparatlarla eyni zamanda
istifadə:
– IА sinif antiaritmik preparatlar (xinidin, hidroxinidin, dizopiramid);
– III sinif antiaritmik preparatlar (sotalol, dofetilid, ibutilid);
– arsen birləşmələri, bepridil, sizaprid, difemanil, dolasetron (venadaxili), domperidon, dronedaron,
prukaloprid, eritromisin (venadaxili), mizolastin, moksifloksasin, levofloksasin, mekvitazin,
mizolastin, sitalopram, escitalopram, spiramisin (venadaxili), vinkamin (venadaxili), toremifen,
bəzi neyroleptiklər kimi digər preparatlar (ətraflı məlumat üçün bax: «Digər dərman vasitələri ilə
qarşılıqlı təsiri və qarşılıqlı təsirin digər növləri»).
– telaprevir;
– kobisistat.
Mədəciklərin xarici elektroimpuls terapiyaya rezistent olan fibrillyasiyasının tutması hallarında
kardiopulmonal reanimasiya zamanı yuxarıda göstərilən əks göstərişlər nəzərə alınmır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Venadaxili yeridilmə üçün Aritmil, yalnız stasionarın ixtisaslaşdırılmış şöbələrində pasiyentin
vəziyyətinin (EKQ, arterial təzyiq) daimi nəzarət altında antiaritmik effektin tez əldə edilməsi lazım
olan hallarda və ya onun peroral qəbulu mümkün olmadığı hallarda ağır ritm pozğunluqları zamanı
istifadə üçün nəzərdə tutulmuşdur.
İstifadə qaydasına aid qeydlər
Yeridilmə zamanının sürətindən asılı olaraq bəzən yarana biləcək hemodinamik effektlər nəzərə
alındıqda, preparatın infuziya şəklində yeridilməsi inyeksiya şəklində venadaxili yeridilməsindən
daha məqsədəuyğun hesab olunur. İnyeksiyanın həddindən artıq sürətli yeridilməsi və doza həddinin
aşılması sirkulyator kollapsa səbəb ola bilər (bradikardiyası olan pasientlərdə atropindən istifadə
edilir). Amiodaronun hətta çox yavaş venadaxili inyeksiyası belə ciddi arterial hipotenziya, kəskin
ürək-damar çatışmazlığı və ya ağır tənəffüs çatışmazlığı kimi hemodinamik pozğunluqlar törədə
bilər.
Amiodaronun şprislə venadaxili inyeksiya şəklində yeridilməsi yalnız digər terapevtik imkanların
olmaması zamanı və yalnız kardioreanimasiya şöbələrində daimi elektrokardioqrafik nəzarət altında
təxirəsalınmaz hallarda mümkündür (mədəciklərin xarici elektroimpuls terapiyasına rezistent
fibrillyasiyası nəticəsində törənən ürək dayanması zamanı ürək-damar reanimasiyası). Amiodaronla
müalicənin davam etdirilməsi lazım gələn hallarda onu venadaxili infuziya şəklində yeritmək
lazımdır.
Amiodaronu mümkün qədər həmişə mərkəzi venalara yeritmək lazımdır, belə ki, periferik venalara
infuziya, xüsusilə təkrar və uzunmüddətli infuziyalar yeridilmə yerində əlavə reaksiyaların inkişafına
səbəb ola bilər. Mərkəzi venoz kateterdən istifadə etmək tövsiyə olunur (onun olduğu və hazırlandığıı
şəraitdə), əks halda preparatı periferik venalara – mümkün olduqca böyük qan axını olan ən böyük
periferik venaya yeritmək tövsiyə olunur. Preparatı bir şprisdə və ya venadaxili yeridilmə üçün
sistemdə digər dərman vasitələri ilə qarışdırmaq olmaz!
Ürək effektləri və elektrolit balansının pozulması
Arterial hipotoniya, dekompensasiya edilmiş kardimiopatiya, ağır ürək çatışmazlığı olan pasientlərə
preparatın venadaxili infuziya yeridilməsi zamanı ehtiyatlı davranmaq zəruridir (bu vəziyyətlər
amiodaronun venadaxili yeridilmə formasına əks göstərişdir).
Amiodaron aşağı proaritmik effektə malikdir, hansı ki, əsasən mədəciklərin repolyarizasiyasını
uzadan preparatlarla birlikdə istifadə zamanı və ya elektrolit balansının pozulması zamanı (xüsusilə,
hipokaliemiya zamanı) özünü biruzə verir. Amiodaronla müalicə zamanı yeni aritmiyanın yaranması
və ya mövcud aritmiyanın kəskinləşməsi (bəzən ölümlə nəticələnən) mümkündür; hipokaliemiya
törədə bilən vəziyyətləri nəzərə almaq vacibdir. Hipokaliemiyanı və elektrolit balansının digər
pozulmalarını amiodaronun qəbulundan əvvəl korrektə etmək və EKQ-nin, qanda elektrolitlərin
miqdarının monitorinqini və preparatdan istifadə müddətində pasiyentin klinik monitorinqini
keçirmək lazımdır.
Ürək patologiyasının ağırlaşmasından asılı olub olmamasına baxmayaraq preparatın proaritmik
təsirini effektsizliyindən fərqləndirmək vacibdir.
Baxmayaraq ki, amiodaron QT-intervalının uzanmasına səbəb ola bilər, onun «torsades de pointes»
tipli paroksizmal mədəcik taxikardiyası törətmək qabiliyyəti yüksək deyildir. Ahıl yaşlı pasiyentlərə,
ürək qlikozidləri alan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır, belə ki bu zaman ağır
bradikardiyanın, idioventrikulyar ritmin baş verməsinin mümkünlüyü ilə keçiriciliyin ağır
pozulmasının inkişaf riski yüksək olur, xüsusilə yüksək dozalardan istifadə zamanı. Belə vəziyyətlər
yaranarsa, preparatla müalicəni dayandırmaq lazımdır, β-adrenomimetiklərin və ya qlükaqonun
istifadə edilməsi, lazım gələrsə – kardiostimulyasiya mümkündür. Amiodaronla müalicə fonunda
EKQ-də dəyişikliyin baş verməsi mümkündür: U dişciyinin meydana çıxması və T dişciyinin
deformasiyası ilə QT-intervalının uzanması (repolyarizasiyanın uzanması ilə bağlı). Bu dəyişikliklər
preparatın toksik təsirinin təzahürü deyildir.
Ağır bradikardiya (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə keçid edin)
Amiodaronun hepatit C-nin müalicəsi üçün eyni anda sofosbuvir və digər virus əleyhinə dərman
vasitəsi ilə (məs., deklatasvir, simeprevir və ya ledipasvir) kombinə edilmiş istifadəsi zamanı ağır
simptomatik və həyat üçün təhlükəli olan bradikardiya, mexanizmi bəlli olmayan ürək blokadası
halları qeydə alınmışdır. Bu səbəbdən, bu preparatların amiodaronla birlikdə yeridilməsi tövsiyə
edilmir. Əgər bu preparatların amiodaronla eyni zamanda istifadəsi qaçılmazdırsa, o zaman
sofosbuvirin digər virus əleyhinə preparatlarla kombinə edilmiş istifadəsindən əvvəl pasientin klinik
monitorinqini aparmaq zəruridir. Bradiaritmiya yaranma riskinin yüksək olduğu pasientlərin
sofosbuvirin istifadəsinə başladıqdan sonra ən azı 48 saat ərzində xüsusi stasionar şəraitdə klinik
monitorinqinin aparılması vacibdir.
Uzunmüddətli yarımxaricolma dövrünə malik olduğunu nəzərə alaraq, amiodaronun son bir neçə ay
qəbulunu dayandıran və sofosbuvirin ayrıca və ya digər virus əleyhinə preparatla qəbulunu başlamalı
olan pasientlərin monitorinqi aparılmalıdır. Hepatit C-nin müalicəsi üçün bu preparatları amiodaronla
qəbul edən və ya ürək döyüntüsünün tezliyini azaldan digər preparatlar qəbul etməyən pasientləri
bradikardiya və ürək blokadasının səbəb olduğu simptomlar barədə xəbərdar etmək və bu
simptomların yaranması zamanı təcili tibbi yardıma müraciət etməli olmalarıyla bağlı
məlumatlandırmaq lazımdır
Endokrin effektlər
Amiodaronun tərkibində yod vardır (200 mq preparatın tərkibində təqribən 75 mq yod vardır), ona
görə də o, qalxanabənzər vəzidə radioaktiv yodun toplanması testlərinin nəticələrinə təsir göstərə
bilər, lakin qalxanabənzər vəzinin funksional testlərinin nəticələrinin (fТ3, fТ4, TTH hormonların
səviyyəsi) izah edilməsinin mümkünlüyü qalır. Venadaxili amiodaronun istifadəsi
hipertireozun/hipotireozun inkişafına səbəb ola bilər, xüsusilə anamnezdə (o cümlədən ailəvi)
qalxanabənzər vəzinin disfunksiyası olan pasiyentlərdə və ya peroral amiodaron qəbul edən/əvvəllər
qəbul etmiş pasiyentlərdə. Amiodaron periferik toxumalarda tiroksinin (Т4) triyodtironinə (Т3)
çevrilməsini inhibə edir və klinik eutireoid pasiyentlərdə izoləolunmuş biokimyəvi dəyişikliklərə (fТ4
səviyyəsinin artması, qan zərdabında fT3-ün səviyyəsinin bir qədər azalması) gətirib çıxara bilər.
Əgər qalxanabənzər vəzinin xəstəliyinin heç bir klinik və sonradan laborator sübutuna ehtiyac
yoxdursa, belə hallarda amiodaronla müalicənin dayandırılmasına səbəb yoxdur. Təsdiq edilmiş
hipertireoz zamanı amiodaronla müalicəni dayandırmaq lazımdır. Hipotireozun təsdiq edilməsi
zamanı amiodaronu ləğv etmədən (onun istifadəsi zəruri olarsa) müvafiq hormonal əvəzedici müalicə
aparılması mümkündür. Amiodaronun və onun metabolitlərinin ləng xaric olmasına görə qan
plazmasında yodidin yüksək səviyyələri, qalxanabənzər vəzinin anormal testləri və disfunksiyası
amiodaronun ləğv edilməsindən sonra bir neçə həftə və hətta bir neçə ay ərzində saxlanıla bilər. Ona
görə də müalicə başlanana qədər və sonra vaxtaşırı olaraq qalxanabənzər vəzinin funksiyasının klinik
və laborator qiymətləndirilməsi aparılmalıdır, xüsusilə anamnezində düyünlü törəmələr, ur və ya
qalxanabənzər vəzinin digər disfunksiyası olan pasiyentlərdə.
Ağciyər effektləri
Təngnəfəsliyin və/və ya quru öskürəyin yaranması həm ayrılıqda, həm də ümumi vəziyyətin
pisləşməsi ilə birlikdə, ağciyər toksikliyinin yaranmasına, məs., interstisial pnevmonitin yaranmasının
göstəricisi ola bilər. Amiodaronun venadaxili istifadəsi zamanı interstisial pnevmopatiyanın
inkişafının bir neçə halı barədə məlumat verilmişdir. İnterstisial pnevmonit diaqnozuna şübhə
olduqda (ümumi vəziyyətin pisləşməsi ilə/pisləşməsi olmadan dispnoenin və/və ya quru öskürəyin
meydana çıxması) döş qəfəsi orqanlarının rentgen-nəzarətini aparmaq və preparatın ləğv edilməsi və
kortikosteroidlərin təyin edilməsinin məqsədəuyğunluğu məsələsini həll etmək lazımdır. Ağciyər
pozğunluqları, adətən, preparatın erkən ləğv edilməsi zamanı dönən xarakter daşıyır. Klinik
simptomlar, adətən, bir neçə həftə ərzində itir, sonra isə daha ləng sürətlə rentgenoloji mənzərənin və
ağciyərlərin funksiyasının (bir neçə ay ərzində) bərpa olunması baş verir. Amiodaronun ləğv
edilməsinə baxmayaraq, bəzi pasiyentlərin vəziyyəti pisləşə bilər. Ağciyər toksikliyinin ölümlə
nəticələnməsi halları barədə məlumat daxil olmuşdur. Amiodaronla müalicə zamanı tək-tək hallarda
bəzən ölümlə nəticələnən böyüklərdə, adətən, cərrahi əməliyyatdan bilavasitə sonrakı dövrdə kəskin
respirator distress-sindromun baş verməsi haqqında məlumat verilmişdir. Onun inkişafı ola bilsin ki,
oksigenin yüksək konsentrasiyası ilə qarşılıqlı təsir nəticəsində baş verir. Ağciyərlərin məcburi
ventilyasiyası zamanı belə pasiyentləri ciddi müşahidə altında saxlamaq tövsiyə edilir. Bronxial
astması olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır (bronxospazm riski).
Аnesteziya
Cərrahi əməliyyatdan əvvəl pasiyentin hazırda və/və ya əvvəllər amiodaron istifadə etdiyi barədə
anestezioloqu mütləq xəbərdar etmək lazımdır (respirator distress-sindrom təhlükəsi). Həmçinin
amiodaronla müalicə bradikardiya, arterial hipotenziya, ürəyin dəqiqəlik həcminin azalması və
keçiriciliyin pozulması kimi, ümumi və ya yerli anesteziya ilə bağlı hemodinamik əlavə təsirlərin
inkişaf riskini yüksəldə bilər.
Hepatobiliar effektlər
Amiodaronla müalicə zamanı qaraciyərin zədələnməsini erkən aşkar etmək üçün qaraciyərin
funksiyasına (qan zərdabında transaminazaların aktivliyinə) müntəzəm olaraq və ciddi nəzarət etmək
lazımdır, belə ki, preparatın venadaxili yeridilməsi zamanı ilk 24 saat ərzində bəzən ölümlə
nəticələnən ağır hepatosellülar çatışmazlığın baş verməsi mümkündür. Əgər transaminazaların
səviyyəsi normadan 3 dəfədən çox olarsa, amiodaronun dozasını azaltmaq və ya istifadəsini
dayandırmaq lazımdır. Qaraciyər catışmazlığı olan xəstələr ehtiyatla istifadə etməlidirlər.
Ağır dəri reaksiyaları
Həyat təhlükəsi yaradan bəzi dəri reaksiyalarının, hətta Stivens-Conson (SCS) sindromu, toksik
epidermal nekroliz (TEN) kimi ölümcül nəticələnən dəri reaksiyalarının yaranması ilə bağlı məlumat
daxil olmuşdur. (SCS)/(TEN) inkişafının göstəriciləri və ya hər hansı simptomları yarandıqda (məs.,
dəridə proqressivləşən sulu qabarcıqlı səpgilər və ya selikli qişanın zədələnməsi) amiodaronun
müalicəsi dayandırılmalıdır.
Oftalmoloji effektlər
Görmə aydınlığının pisləşməsi və ya görmə kəskinliyinin azalması kimi hallarda mütləq göz dibinin
müayinəsi də daxil olmaqla tam oftlalmoloji müayinə aparılmalıdır. Amiodaronun səbəb olduğu
optik neyropatiyanın və/və ya optik nevritin inkişafı amiodaronun ləğvini tələb edir, çünki davamlı
müalicə ilə onların tam korluğa qədər irəliləməsi riski var (“Əlavə təsirlər” bölməsinə baxın).
Dərman qarşılıqlı təsirləri (ətraflı məlumat üçün «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və
qarşılıqlı təsirin digər növləri» bölməsinə baxın)
Arzuolunmaz effektlərin qarşısını almaq üçün, amiodaronun klinik əhəmiyyətli qarşılıqlı təsirlərini
nəzərə alaraq, ciddi şəkildə yanaşı müalicə təyin etmək lazımdır.
Amiodaronun ürək yığılmalarının tezliyini azaldan β-blokatorlarla, kalsium kanallarının blokatorları
ilə (verapamil, diltiazem), bağırsağın hərəki fəaliyyətini stimullaşdıran və hipokaliemiya törədə bilən
işlədicilərlə, flüorxinolonlarla və İİV-proteazanın inhibitorları ilə birlikdə istifadəsi tövsiyə olunmur.
β-Blokatorlarla, verapamillə və diltiazemlə kombinasiyaları yalnız həyat üçün təhlükəli mədəcik
aritmiyalarını aradan qaldırmaq üçün və xarici elektroimpuls terapiyasına rezistent mədəcik
fibrillyasiyası nəticəsində ürək dayanması zamanı ürək-ağciyər reanimasiyası üçün nəzərdən
keçirmək lazımdır. Həmçinin amiodaronun flekainidlə birlikdə istifadəsi zamanı sonuncunun plazma
səviyyəsinin yüksəlməsini nəzərə alaraq, flekainidin dozasını müvafiq olaraq azaltmaq və pasiyentin
vəziyyətinin ciddi monitorinqini aparmaq lazımdır.
Amiodaronla müalicə zamanı qreypfrut şirəsi istifadə etmək tövsiyə olunmur (qanda amiodaronun
konsentrasiyasının yüksəlməsi riski).
Aritmil məhlulunun tərkibində benzil spirti vardı, bu da 3 yaşına qədər uşaqlarda toksiki və allergik
reaksiya törədə bilər. Preparatın şəkərli diabeti olan xəstələrdə istifadəsi zamanı bilmək lazımdır ki,
amiodaron ancaq 5%-li qlükoza məhlulu ilə yeridilir. Uzunmüddətli yarımxaricolma dövrünə malik
olduğu üçün venadaxili təkrar yeridilmə zamanı müalicənin dayandırılmasından sonra amiodaronun
müalicəvi konsentrasiyası qanda bir neçə həftə ərzində saxlanıla bilər. Sonradan amiodaronun
səviyyəsinin azalması nəticəsində aritmiyalar təkrarlana bilər. Müalicə dayandırıldıqda xəstənin
vəziyyəti müntəzəm yoxlanmalıdır.
Köməkçi maddələr
Aritmil məhlulu körpələrdə və 3 yaşa qədər uşaqlarda zəhərli və allergik reaksiyalara səbəb ola bilən
benzil spirtini ehtiva edir (“Uşaqlar” bölməsinə baxın).
Preparatı şəkərli diabetli xəstələrdə istifadə edərkən, amiodaronun yalnız 5% qlükoza məhlulunda
tətbiq olunduğunu nəzərə almaq lazımdır.
Uzun yarımxaricolma dövrünü nəzərə alaraq, təkrar venadaxili yeridilmə halında, amiodaronun
qanda terapevtik konsentrasiyası müalicə dayandırıldıqdan sonra bir neçə həftə ərzində saxlanıla
bilər. Amiodaronun səviyyəsinin azalmasından sonra aritmiya bərpa oluna bilər. Müalicəni
dayandırdıqdan sonra xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində aparılan tədqiqatlar amiodaronun hər hansı teratogen təsirini aşkar etməmişdir,
ona görə də insanlarda malformasiya təsiri gözlənilmir. Hamiləliyin birinci trimestrində istifadə
edildikdə, amiodaronun insanlarda mümkün teratogen və ya fetotoksik təsirlərini qiymətləndirmək
üçün kifayət qədər klinik məlumatlar yoxdur.
Dölün qalxanabənzər vəzi 14-cü həftədən yodu birləşdirməyə başladığı üçün bu vaxta qədər
amiodaron istifadə edildikdə, dölün qalxanabənzər vəzinə təsir gözlənilmir. Bu müddətdən sonra
amiodaron istifadə edərkən həddindən artıq yodun yüklənməsi döldə hipotiroidizmə səbəb ola bilər,
hansı ki, laboratoriya testləri ilə aşkar edilə bilər və ya hətta klinik olaraq zob kimi görünə bilər.
Amiodaronun dölün qalxanabənzər vəzinə təsirini nəzərə alaraq, bu preparatın qəbulunun faydaları
risklərdən çox olmadıqda, hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Amiodaron və onun metabolitləri əhəmiyyətli miqdarda ana südünə keçir. Körpədə hipotiroidizmin
inkişaf riskini nəzərə alaraq, amiodaron ilə müalicə zamanı ana südü ilə qidalanma əks göstərişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Amiodaronun yarımxaricolma dövrünün uzunmüddətli olması ilə əlaqədar olaraq, qarşılıqlı təsir
imkanı nəinki müalicə prosesində digər dərman vasitələri ilə birlikdə istifadə zamanı, həmçinin
amiodaronun ləğvindən sonra tətbiq olunan digər preparatlarla da mövcuddur.
Amiodaron CYP3A-nın inhibitorudur, ona görə də CYP3A-nın substratları, inhibitorları, induktorları
olan preparatlar və ya maddələr amiodaronla qarşılıqlı təsirdə ola bilər. Bu, xüsusilə istifadəsi ciddi
toksik effektlərin inkişaf riski ilə bağlı olan preparatlar, məsələn, digər antiaritmik vasitələr üçün çox
mühümdür.
Amiodaronun peroral antikoaqulyantlarla, diqoksinlə, fenitoinlə, QT-intervalını uzadan preparatlarla
qarşılıqlı təsiri daha böyük əhəmiyyət kəsb edir.
• Аntiaritmik preparatlar.
Bir neçə antiaritmik preparatın birlikdə istifadəsi zamanı miokardial depressiya güclənir.
Əksər antiaritmik preparatlar ürəyin avtomatizmini, keçiriciliyini və miokardın yığılmasını
zəiflədir. Müxtəlif siniflərə aid olan antiaritmik preparatların eyni vaxtda istifadəsi sayəsində
əlverişli terapevtik effekt əldə edilə bilər, lakin əksər hallarda belə bir kombinasiya ilə müalicə
klinik monitorinq və EKQ monitorinqini tələb edir. “Torsades de pointes” tipli mədəcik
taxikardiyasına səbəb ola bilən antiaritmik dərmanların (amiodaron, disopiramid, xinidin
birləşmələri, sotalol və başqaları) eyni vaxtda istifadəsi əks göstərişdir.
İstisna halları çıxmaqla, eyni sinifdən olan antiaritmik dərmanların eyni vaxtda istifadəsi tövsiyə
edilmir, çünki bu cür müalicə ürək-damar sisteminə mənfi təsirlərin riskini artırır.
Amiodaronun mənfi inotrop təsiri olan, bradikardiya və/və ya atrioventrikulyar keçiriciliyin
yavaşlamasına səbəb olan dərmanlarla eyni vaxtda istifadəsi diqqətli klinik monitorinq və EKQ
nəzarətini tələb edir.
• “Torsades de pointes” tipli paroksismal mədəcik taxikardiyasına səbəb ola bilən preparatlar.
Bu ciddi aritmiya növü antiaritmik təsirə malik olub-olmamasından asılı olmayaraq müəyyən
dərman vasitələri tərəfindən törədilə bilər. Onun inkişafına yol açan amillər hipokaliemiya
(“Hipokaliemiyaya səbəb ola bilən dərman vasitələri” bölməsinə baxın), bradikardiya (“Ürək
ritmini zəiflədən dərman vasitələri” bölməsinə baxın) və ya QT intervalının əvvəlcədən mövcud
olan anadangəlmə və ya qazanılmış uzanmasıdır.
“Torsades de pointes” tipli paroksismal taxikardiyaya səbəb ola bilən dərmanlara, xüsusən də IA,
III siniflərin antiaritmik dərmanları və bəzi neyroleptiklər daxildir. Dolasetron, eritromisin,
spiramisin və vinkamin üçün bu qarşılıqlı təsir yalnız onların venadaxili yeridilmə formalarından
istifadə edildikdə həyata keçirilir.
Hər biri “torsades de pointes” tipli mədəcik taxikardiyasının yaranmasına səbəb olan iki dərman
vasitəsinin eyni vaxtda istifadəsi əks göstərişdir.
Bununla belə, bu, tamamilə zəruri hesab edilən və yalnız digər “torsades de pointes” kimi mədəcik
taxikardiyasının yaranmasına səbəb olan dərmanlarla birlikdə istifadəsi tövsiyə edilməyən bu
dərman vasitələrinin bəzilərinə şamil edilmir: metadon, antiparazitar preparatlar (halofantrin,
lumefantrin, pentamidin), neyroleptiklər.
• Ürək ritmini zəiflədən preparatlar.
Bir çox dərman vasitələri bradikardiyaya səbəb ola bilər. Bu, xüsusilə IA sinif antiaritmik
dərmanlara, β-blokatorlara, III sinifə aid müəyyən antiaritmik dərman vasitələrinə, müəyyən
kalsium kanallarının blokatorlarına, üskükotu preparatlarına, pilokarpin və antixolinesteraz
maddələrinə aiddir.
• Peroral antikoaqulyantlar.
Amiodaron CYP2C9-u inhibə etməklə peroral antikoaqulyantların (o cümlədən, varfarinin) plazma
konsentrasiyasını yüksəldir. Peroral antikoaqulyantların təsirinin qanaxma riskinin yüksəlməsi ilə
müşayiət olunan güclənməsi qanda protrombinin səviyyəsinə daha tez-tez nəzarət edilməsini və
amiodaronla müalicə müddətində və həm də preparatın ləğv edilməsindən sonra 8 gün müddətində
antikoaqulyantların dozasına düzəliş edilməsini diktə edir.
• Fenitoin (fosfenitoin).
Doza həddinin aşılması simptomlarının (xüsusilə, nevroloji xarakterli) inkişafı ilə fenitoinin plazma
səviyyəsinin artması mümkündür (CYP2C9-un inhibə edilməsi hesabına). Doza həddinin aşılması
əlamətləri meydana çıxan zaman klinik monitorinq və fenitoinin dozasının azaldılması; imkan
daxilində qan plazmasında fenitoinin səviyyəsinin təyin edilməsi tövsiyə olunur.
• Ürək qlikozidləri (üskükotu preparatları).
Avtomatizmin (aydın ifadə olunmuş bradikardiya) və atrioventrikulyar keçiriciliyin pozulması
(sinergetik təsir) mümkündür; qan plazmasında diqoksinin konsentrasiyasının artması (onun
klirensinin azalması hesabına) və diqoksinin toksiklik riskinin yüksəlməsi mümkündür. Qlikozid
intoksikasiyasının erkən aşkar edilməsi üçün klinik elektrokardioqrafik və laborator nəzarət (mümkün
qədər qan plazmasında diqoksinin səviyyəsinin təyin edilməsi) lazımdır; diqoksinin dozasını iki dəfə
azaltmaq lazım gələ bilər.
Hər biri «torsades de pointes» tipli mədəcik taxikardiyası törədə bilən iki dərman vasitəsinin birlikdə
istifadə edilməsi, adətən, əks göstərişdir.
Lakin, metadon və bəzi antiparazitar preparatlar (halofantrin, lümefantrin, pentamidin) bu qaydadan
istisnalıq təşkil edir və yalnız «torsades de pointes» tipli mədəcik taxikardiyası törədə bilən digər
vasitələrlə birlikdə istifadəsi tövsiyə olunmur.
QT-intervalının uzanması və “piruet” (“torsades de pointes”) tipli polimorf paroksizmal
taxikardiyanın inkişaf riskinin yüksəlməsi ilə əlaqədar olaraq, aşağıdakı preparatlarla
kombinəolunmuş müalicə əks göstərişdir
• IА sinif antiaritmik preparatlar, məsələn, хinidin, hidroxinidin, prokainamid, dizopiramid;
• III sinif antiaritmik preparatlar, məsələn, dofetilid, ibutilid, sotalol, bretilium;
• Makrolid antibiotiklər (venadaxili istifadə üçün eritromisin, spiramisin), parenteral yeridilmə üçün
ko-trimoksazol, vinkamin (venadaxili), sizaprid, bepridil, arsen birləşmələri, difemanil, dolasetron
(vanadaxili) daxil olmaqla, antiaritmik aktivliyə malik olmayan digər preparatlar;
•Bəzi antipsixotik maddələr (хlorpromazin, siamemazin, levopromazin, tioridazin, triftorfenazin,
amisulpirid, sulpirid, tiaprid, veraliprid, droperidol, flufenazin, haloperidol, pimozid, pipamperon,
pipotiazin, sertindol, sultoprid, zuklopentiksol);
• litium preparatları və trisiklik antidepressantlar, məsələn, doksepin, maprotilin, amitriptilin;
• bəzi antihistamin preparatlar, məsələn, loratadin, terfenadin, astemizol, mizolastin;
• malyariya əleyhinə preparatlar, məsələn, xinin, mefloxin, xloroxin;
• moksifloksasin, sparfloksasin, toremifen.
Bu əsas göstərişlər amiodaronun mədəciklərin xarici elektroimpuls terapiyaya rezistent olan
fibrillyasiyası nəticəsində baş verən ürək dayanması zamanı ürək-ağciyər reanimasiyası üçün
istifadəsi hallarına aid deyildir.
Flüorxinolonlar
Amiodaronun flüorxinolonlarla birlikdə istifadəsi zamanı «torsades de pointes»-in inkişafı ilə/inkişafı
olmadan QT-intervalının uzanması halları barədə məlumat verilmişdir. Amiodaronun
flüorxinolonlarla birlikdə istifadəsindən qaçmaq lazımdır (moksifloksasinlə, sparfloksasinlə
kombinasiya əks göstərişdir, yuxarıya bax). Əgər belə kombinasiya qaçılmazdırsa, əvvəlcədən QT
intervalına ciddi nəzarət etmək və müalicə prosesində EKQ-yə daim nəzarət etmək lazımdır.
Aşağıdakı preparatlarla kombinəolunmuş müalicə tövsiyə olunmur
• Sotaloldan (istifadəsi əks göstəriş olan kombinasiya) və esmololdan (istifadəsi ehtiyatlılıq tələb
edən kombinasiya) başqa β-adrenoblokatorlar və kalsium kanallarının ÜYT-ni azaldan bəzi
inhibitorları (diltiazem, verapamil): mənfi xronotrop effektlərin potensiallaşması və keçiriciliyin
aydın ifadə olunmuş bradikardiyanın inkişafı ilə müşayiət olunan ləngiməsi, AV-blokada, mədəcik
aritmiyası riskinin, xüsusilə «torsades de pointes» riskinin yüksəlməsi mümkündür. Əgər belə
kombinasiya qaçılmazdırsa, əvvəlcədən QT intervalına ciddi nəzarət etmək və müalicə prosesində
EKQ-yə daim nəzarət etmək lazımdır;
• Hipokaliemiyaya gətirib çıxara bilən bununla da «torsades de pointes» riskini yüksəldən
stimullaşdırıcı işlədicilər; digər növ işlədicilərdən istifadə etmək lazımdır;
• İİV-proteazanın inhibitorları: amiodaron Р450 sitoxromun CYP3A4 və CYP2C8 izofermentləri
vasitəsilə metabolizə olunur, ona görə də bu fermentlərin inhibitorları ilə, xüsusilə də İİVproteazanın inhibitorları kimi CYP3A4-ün inhibitorları ilə qarşılıqlı təsiri mümkündür.
Kombinasiya amiodaronun metabolizminin tormozlanmasına, onun konsentrasiyasının
yüksəlməsinə və ciddi əlavə təsirlərin (məsələn, аritmiyanın) başvermə riskinin yüksəlməsinə
gətirib çıxara bilər. Belə kombinasiyadan qaçmaq lazımdır. Əgər belə kombinasiya zəruridirsə,
pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır;
• metadon: mədəcik aritmiyalarının, xüsusilə «torsades de pointes» tipli aritmiyaların başvermə
riskinin yüksəlməsi . EKQ-yə nəzarət etmək və klinik nəzarət aparmaq lazımdır.
Aşağıdakı preparatlarla kombinəolunmuş müalicə ehtiyatlı olmağı tələb edir
• Hipokaliemiya törədə bilən və bununla da «torsades de pointes» tipli paroksizmal taxikardiya
riskini yüksəldə bilən digər dərman vasitələri:
− diuretiklər, ayrılıqda və ya kombinasiyada;
− sistem qlükokortikoidlər və mineralokortikoidlər, tetrakozaktid;
− аmfoterisin B (venadaxili).
Hipokaliemiyanın baş verməsinin qarşısını almaq və lazım gələrsə, ona düzəliş etmək; qanda
elektrolitlərin səviyyəsinə, QT-intervalına və EKQ-də U dalğasının meydana çıxmasına nəzarət
etmək lazımdır. QT-intervalının 450 ms-ə qədər və ya başlanğıc qiymətinin 25%-dən çox olmayaraq
artması yolveriləndir.
«Torsades de pointes» tipli paroksizmal taxikardiya meydana çıxan zaman antiaritmik preparatlar
istifadə edilməməli, ürəyin yığılma tezliyinin azaldılmasına yönələn mədəcik kardiostimulyasiyası
aparılmalıdır, maqnezium preparatlarının venadaxili yeridilməsi mümkündür.
• Ümumi anesteziya və oksigen müalicəsinin yüksək dozaları
– Ümumi anesteziyanın aparılması zamanı pasiyentlərdə ağır fəsadların baş verməsi halları təsvir
edilmişdir: atropinlə qaydaya salına bilməyən bradikardiya, arterial hipotenziya, keçiriciliyin
pozulması, ürək atımının azalması;
– bəzən ölümlə nəticələnən nadir ağır respirator fəsadlar böyüklərdə kəskin respirator distresssindrom), adətən əməliyyatdan sonra erkən dövrdə müşahidə edilmişdir. Ola bilsin ki, bu, məcburi
ventilyasiya zamanı oksigenin yüksək konsentrasiyası ilə qarşılıqlı təsir nəticəsində baş verir Esmolol
Simpatik kompensator mexanizmlərin tormozlanması nəticəsində ürəyin avtomatizminin
keçiriciliyinin və yığılma qabiliyyətinin pozulması mümkündür. Pasiyentin vəziyyətinə klinik və
elektrokardioqrafik nəzarət lazımdır.
• Bradikardiya törədən digər preparatlar
Sotalol istisna olmaqla (əks göstəriş olan kombinasiya) yuxarıda qeyd edilən β-blokatorlardan,
kalsium kanallarının blokatorlarından, ürək qlikozidlərindən başqa, amiodaron klonidinlə,
quanfasinlə, xolinesterazanın inhibitorları ilə (donepezil, qalantamin, rivastiqmin, takrin,
ambemonium, piridostiqmin, neostiqmin), pilokarpinlə qarşılıqlı təsirə girərək, həddindən artıq
bradikardiyanın (additiv effektlər), ritmin mədəcik pozulmasının, xüsusilə «torsades de pointes» tipli
paroksizmal taxikardiyanın inkişaf riskini yüksəldir. Pasiyentin vəziyyətinə klinik və
elektrokardioqrafik nəzarət etmək tövsiyə olunur.
• Р-qlikoproteinin substratları, o cümlədən dabiqatran: amiodaron Р-qlikoproteinin inhibitoru
olduğundan, birlikdə istifadə zamanı qanda P-qlikoproteinin substratlarının konsentrasiyasının və
onların əlavə reaksiyalarının başvermə riskinin yüksəlməsi mümkündür. Qan plazmasında
dabiqatranın konsentrasiyasının yüksəlməsi ilə qanaxma riski yüksəlir, ona görə də klinik
monitorinq və dabiqatranın dozasına düzəliş edilməsi (150 mq/gündən yüksək olmayaraq)
lazımdır.
• Р4503А4 sitoxrom sistemi vasitəsilə metabolizə olunan preparatlar
Qaraciyərdə bu preparatların metabolizminin tormozlanması nəticəsində qan plazmasında onların
konsentrasiyasının yüksəlməsi və nəticədə onların farmakodinamik təsirlərinin və/və ya toksikliyinin
güclənməsi mümkündür ki, bu da dozanın azaldılmasını tələb edə bilər:
− siklosporin: qan plazmasında siklosporinin konsentrasiyasının 2 dəfə yüksəlməsi mümkündür; qan
plazmasında preparatın müalicəvi konsentrasiyasını saxlamaq üşün dozaya düzəliş edilməsi
lazımdır;
− fentanil: amiodaron fentanilin effektlərini gücləndirə və eyni zamanda onun toksiklik riskini
yüksəldə bilər;
− teofillin: qanda teofillinin konsentrasiyasının və nəticədə onun əlavə reaksiyalarının inkişaf
riskinin yüksəlməsi;
− bupivakain, levobupivakain, prilokain, ropivakain, lidokain: yerli anestetiklərin III sinif
antiaritmik preparatlarla (məsələn, amiodaronla) qarşılıqlı təsirinə dair xüsusi tədqiqatlar
aparılmamışdır, lakin belə kombinasiyanın istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur –
pasiyentin vəziyyətinə, EKQ-yə ciddi nəzarət etmək lazımdır, belə ki, miokardial depressiya riski
yüksəlir;
− makrolidlər (məsələn, klaritromisin, azitromisin, roksitromisin) mədəcik aritmiyasının, xüsusilə
«torsades de pointes» tipli mədəcik taxikardiyasının inkişafının yüksək riski; bu preparatların
birlikdə istifadəsi müddətində EKQ-yə nəzarət etmək, pasiyentin klinik monitorinqini aparmaq
lazımdır;
− оrlistat: qan plazmasında amiodaronun və onun aktiv metabolitlərinin səviyyəsinin azalması
mümkündür. Klinik nəzarət və EKQ-yə nəzarət etmək lazımdır; amiodaronun dozasına düzəliş
edilməsi lazım gələ bilər;
− CYPЗА4-ün köməyi ilə metabolizə olunan statinlər (o cümlədən simvastatin, atorvastatin,
lovastatin): rabdomioliz riskinin dozadan-asılı yüksəlməsi. Simvastatindən istifadə zamanı, onun
dozası gündə 20 mq-dan artıq olmamalıdır. Əgər preparatın bu dozada istifadəsi zamanı müalicəvi
effekt əldə edilməzsə, amiodaronla qarşılıqlı təsiri olmayan digər statin təyin etmək lazımdır;
− CYP3A4 vasitəsilə metabolizə olunan digər preparatla: takrolimus (nefrotoksiklik riski), sildenafil
(onun əlavə təsirlərinin güclənməsi riski), triazolam, midazolam (psixomotor effektlərin inkişaf
riski) dihidroerqotamin, erqotamin, kolxisin; dozaya düzəliş edilməsi lazımdır. H2-histamin
reseptorlarının antaqonistləri (simetidin), azol quruluşlu göbələk əleyhinə preparatlar
(ketokonazol, itrakonazol), telitromisin CYP3A-nı inhibə edir və qanda amiodaronun səviyyəsini
artırmaqla, ventrikulyar aritmiya riskini yüksəldə bilərlər.
• Klopidoqrel: klopidoqrel qaraciyərdə CYP3A4 vasitəsilə özünün aktiv formasına qədər metabolizə
olunduğundan, amiodaronun yanaşı istifadəsi trombositlərin aqreqasiyasının tormozlanmasının
qeyri-effektivliyinə gətirib çıxara bilər.
• Qreypfrut şirəsi sitoxrom Р4503А4-ü inhibə edir ki, bu da qan plazmasında amiodaronun
konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Amiodaronla müalicə zamanı onun
istifadəsindən çəkinmək lazımdır.
• Flekainid: sitoxrom CYP2D6-nın amiodaron tərəfindən inhibə olunması nəticəsində qan
plazmasında flekainidin səviyyəsinin artması mümkündür; dozaya düzəliş etmək lazımdır.
• Sitoxrom Р450-nin izofermentlərinin digər substratları ilə qarşılıqlı təsir: in vitro tədqiqatlarda qeyd
edilmişdir ki, amiodaron, onun əsas metabolitinin hesabına, həmçinin CYP1A2, CYP2C19 və
CYP2D6-nın inhibitorudur. Amiodaron qan plazmasında metabolizmi CYP1A2, CYP2C19 və
CYP2D6-dan asılı olan preparatların, məsələn, dekstrametorfanın, metoprololun konsentrasiyasını
yüksəldə bilər.
Uyuşmazlığı
Amiodaronu yalnız yalnız 5%-li qlükoza məhlulunda həll etdikdən sonra yeritmək olar. 0,9%-li
natrium xlorid məhlulunda həll edilməməlidir, belə ki, çöküntünün əmələ gəlməsi mümkündür!
Bir şprisdə və ya sistemdə digər dərman vasitələri ilə qarışdırmaq olmaz!
Amiodaronun infuziya üçün məhlulunu hazırlayan zaman tərkibində 2-dietilheksilftalat olmayan
alətlərdən və ləvazimatlardan (məsələn, PVX, polietilen, polipropilen, şüşə) istifadə etmək lazımdır,
belə ki, amiodaron 2-dietilheksilftalatı azad edə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Amiodaron dölün qalxanabənzər vəzisinə təsir göstərdiyi üçün, preparatın hamiləlik dövründə
istifadəsi əks göstərişdir. Müstəsna olaraq, o, hamiləlik dövründə o zaman istifadə edilə bilər ki, onun
istifadəsindən gözlənilən fayda onunla bağlı riskdən üstün olsun.
Amiodaron döş südünə əhəmiyyətli dərəcədə nüfuz edir, ona görə də preparatla müalicə dövründə
ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
mənfi təsir göstərə bilər, ona görə də müalicə müddətində nəqliyyat vasitələrindən istifadə etməkdən
və potensial təhlükəli fəaliyyətdən imtina etmək lazımdır.
İstifadə qaydası və dozası
Amiodaronun venadaxili yeridilməsi yalnız ürəyin fəaliyyətinin monitorinqi, defibrillyasiya və
kardiostimulyasiyası üçün nəzərdə tutulmuş avadanlıqlar mövcud olduqda həyata keçirilməlidir.
Venadaxili yeridilmə üçün doza və yeridilmə sayı hər bir pasiyentin vəziyyətindən və tələbatından
asılı olaraq fərdi qaydada müəyyən edilir.
Аritmili yalnız 5%-li qlükoza məhlulunda həll edərək yeritmək olar. 0,9%-li natrium xlorid məhlulu
ilə durulaşdırmaq olmaz, belə ki, çöküntünün əmələ gəlməsi mümkündür.
Preparatın farmakoloji xassələrinə əsaslanaraq, məhlulun konsentrasiyası 600 mq/l-dən aşağı
olmamalıdır, başqa sözlə, 2 ampul preparat 500 ml-dən çox olmayaraq 5%-li qlükoza məhlulunda
durulaşdırılmalıdır, çünki həlledicinin böyük həcmində amiodaron məhlulu qeyri-stabil olur.
Eyni infuzion sistemdə digər preparatlarla qarışdırmayın.
Preparatın peroral istifadəsi mümkün olmadığı hallarda ağır ritm pozğunluqları
Mədəciklərin xarici elektroimpuls terapiyaya rezistent olan fibrillyasiyası nəticəsində baş verən ürək
dayanması zamanı ürək-ağciyər reanimasiyasından başqa, preparatı yalnız mərkəzi venalara infuziya
yolu ilə yeritmək tövsiyə edilir.
Venadaxili infuziya
Yükləmə dozası adətən 5 mq/kq bədən kütləsinə təşkil edir. Bu dozanı 250 ml 5%-li qlükoza
məhlulunda həll edərək durulaşdırmaq və 20 dəqiqədən 2 saata qədər müddət ərzində yeritmək
lazımdır (yaxşı olar ki, infuzomatın köməyi ilə). Yeritməni 24 saat ərzində 2-3 dəfə təkrar etmək olar.
Gündəlik doza 1200 mq/gün-dən çox olmamalıdır. Preparatın müalicəvi təsiri yeridilmənin ilk
dəqiqələrində meydana çıxır və toxumaların doyması nəticəsində sürətlə aşağı düşür, ona görə də
dəstəkləyici infuziya tələb olunur.
Dəstəkləyici doza – bir neçə gün ərzində 5%-li qlükoza məhlulunda 10-20 mq/kq/gün (orta hesabla
600-800 mq/gün-dən 1200 mq/gün-ə qədər). İnfuziyanın birinci günündən etibarən tədricən
amiodaronun tablet dərman formasının gündə 600-800 mq-dan 1200 mq-a qədər dozada peroral
qəbuluna keçmək lazımdır.
İnfuziya sürətini müalicəyə klinik cavaba əsasən korrektə etmək lazımdır.
Mədəciklərin xarici elektroimpuls terapiyaya rezistent olan fibrillyasiyası nəticəsində baş verən ürək
dayanması zamanı ürək-ağciyər reanimasiyası
Yeridilmə qaydasına münasibətdə və bu göstərişlərin aid olduğu vəziyyətlərin nəzərə alınması ilə
mərkəzi venoz kateterdən istifadə edilməsi tövsiyə olunur (onun olduğu və hazırlandığı şəraitdə); əks
halda preparat mümkün qədər böyük qan axını olan ən böyük periferik venaya yeridilə bilər.
Venadaxili inyeksiya: başlanğıc doza 20 ml 5%-li qlükoza məhlulunda durulaşdırılmış 300 mq və ya
5 mq/kq bədən kütləsi təşkil edir, sürətlə yeritmək lazımdır. Əgər mədəciklərin fibrillyasiyası
saxlanılarsa, əlavə olaraq 150 mq amiodaronun (və ya 2,5 mq/kq bədən kütləsi) yeridilməsi
mümkündür.
Bir şprisdə digər preparatlarla qarışdırılmamalıdır!
Ahıl yaşlı pasiyentlər
Ən aşağı yükləmə və dəstəkləyici dozalardan istifadə etmək tövsiyə olunur.
Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dozanın korrektə edilməsi tələb olunmur (ağır
qaraciyər çatışmazlığı olan xəstələr istisna olmaqla).
Uşaqlar
Uşaqlar üçün amiodaronun təhlükəsizliyi və effektivliyi bu vaxta qədər qiymətləndirilməmişdir, ona
görə də onun uşaqlarda istifadəsi tövsiyə olunmur.
Amiodaron məhlulunun tərkibində benzil spirti vardır. Yenidoğulmuşlarda tərkibində bu
konservantın olduğu məhlulların venadaxili yeridilməsindən sonra ölümlə nəticələnən “təngnəfəslik
sindromu” (“qaspinq sindrom” – gasping syndrome) halları barədə məlumat verilmişdir. Bu
ağırlaşmanın simptomlarına ani təngnəfəslik, arterial hipotenziya, bradikardiya və ürək-damar
kollapsının inkişafı aiddir.
Əlavə təsirləri
Yerli reaksiyalar
• Yeridilmə yerində ağrı, eritema, ödem, nekroz, qansızma, infiltrasiya, iltihab, bərkimə, sellülit,
tromboflebit, flebit, infeksion fəsadlar, piqmentasiyanın dəyişməsi kimi reaksiyalar.
Qan və limfa sisteminə
• Amiodaron qəbul edən pasiyentlərdə sümük iliyinin qranulemasının inkişaf etməsi halları
olmuşdur. Bunun klinik əhəmiyyəti məlum deyildir.
Ürək-damar sisteminə
• bradikardiya, adətən, orta dərəcəli; bəzi hallarda – ifadə olunmuş bradikardiya, müstəsna hallarda
sinus düyününün müalicənin dayandırılmasını tələb edən dayanması, xüsusilə, sinus düyününün
disfunksiyası olan pasiyentlərdə və/və ya ahıl yaşlı pasiyentlərdə;
• aritmiyanın inkişafı və ya güclənməsi (o cümlədən «torsades de pointes» tipli), bəzən sonradan
ürəyin dayanması ilə, əsasən preparatla birlikdə ürəyin mədəciklərinin repolyarizasiya dövrünü
uzadan preparatların istifadəsi zamanı və ya elektrolit balansının pozulması zamanı;
• arterial təzyiqin, adətən, mötədil və keçici azalması. Preparatın doza həddinin aşılması zamanı və
ya həddindən artıq sürətli yeridilməsi zamanı ağır arterial hipotenziya və ya kollaps halları qeydə
alınmışdır.
• istilik hissi (qandolmalar).
Həzm traktına
• Ürəkbulanma
• Pankreatit/ Kəskin pankreatit
Hepatobiliar sistemə
• Müalicənin əvvəlində qan zərdabında transaminazaların adətən mötədil izolə olunmuş yüksəlməsi
(normadan 1,5-3 dəfə yüksək). Bu göstəricilərin normallaşması dozanın azaldılması və ya hətta
spontan şəkildə baş verir;
• kəskin qaraciyərin zədələnməsi, həmçinin bəzən ölümlə nəticələnən kəskin qaraciyər çatışmazlığı
(əksər hallarda amiodaronun venadaxili yeridilməsindən sonra ilk 24 saat ərzində baş verir), qan
zərdabında transaminazaların aktivliyinin yüksək səviyyəsi ilə və/və ya sarılıqla;
adətən, amiodaronun tablet dərman formasının uzunmüddətli istifadəsi zamanı (6 aydan çox
müddət ərzində) qaraciyərin xroniki zədələnməsi. Histoloji dəyişikliklər psevdoalkoqol hepatitin və
ya qaraciyər sirrozunun mənzərəsinə uyğun gəlir. Klinik və laborator əlamətlər aydın ifadə
edilmədiyindən (dəyişən hepatomeqaliya, qan zərdabında transaminazların səviyyəsinin normadan
1,5-5 dəfə çox artması), qaraciyər funksiyasının göstəricilərinin müntəzəm monitorinqi
aparılmalıdır. Dərmanla 6 aydan çox müalicədən sonra baş verən qan transaminazlarının
səviyyəsinin artması halında, hətta orta dərəcədə, qaraciyərin xroniki zədələnməsindən
şübhələnmək lazımdır. Klinik və laboratoriya göstəricilərinin kənaraçıxmaları, adətən, dərmanın
dayandırılmasından sonra geriləyir, baxmayaraq ki, bir neçə bildirilmiş hallarda bu dəyişikliklər
geri dönməyən hal almışdır.
İmmun sistemə
• Anafilaktik şok, angionevrotik ödem ola bilər.
Görmə orqanlarına
• Korluqla nəticələnə bilən optik neyropatiya/görmə sinirinin nevriti.
Sinir sisteminə
• Xoşxassəli kəllədaxili hipertenziya (beynin psevdoşişi), baş ağrısı.
• Psixi pozğunluqlar:
• Şüurun qaranlıqlaşması, yuxu pozğunluqları, hallüsinasiyalar.
Tənəffüs sisteminə
• İnterstisial pnevmonit və ya bəzi hallarda ölümcül nəticələnən fibroz;
• Bəzən ölümlə nəticələnən ağır respirator ağırlaşmalar (böyüklərdə kəskin respirator distresssindrom);
• bronxospazm və/və ya ağır tənəffüs çatışmazlığı olan xəstələrdə apnoe, hər şeydən əvvəl bronxial
astması olan xəstələrdə.
Dəri və dərialtı toxumaya
Tər ifrazının artması;
Ekzema;
Övrə; ağır gedişatlı, bəzən isə ölümlə nəticələnən toksik epidermal nekroliz (Layell sindromu),
Stivens-Conson sindromu, bullyoz dermatit, DRESS-sindromu kimi dəri reaksiyaları.
Endokrin sistemə
• Hərdən ölümlə nəticələn, hipertireoidizm;
• hipotireoidizm.
• Antidiuretik hormonun (SİADH) qeyri-adekvat ifrazı.
Reproduktiv sistemə və süd vəzlərinə:
•Libidonun zəifləməsi/itməsi.
Hərəki-dayaq sistemi və birləşdirici toxumalara
• Beldə ağrı.
Preparatın əlavə reaksiyaları, adətən, dozadan asılıdır, ona görə də arzuolunmaz təsirlərin başvermə
riskinin qarşısını almaq və ya minimuma endirmək üçün ehtiyatla minimal effektiv dəstəkləyici
dozanı təyin etmək lazımdır.
Doza həddinin aşılması
Venadaxili istifadə zamanı amiodaronun doza həddinin aşılması barədə məlumat yoxdur.
Amiodaronun tablet dərman formasının istifadəsi zamanı doza həddinin kəskin aşılması barədə
məlumat vardır. Sinus bradikardiyasının, ürəyin dayanmasının, mədəcik taxikardiyası tutmalarının,
«torsades de pointes» paroksizmal taxikardiyasının damar çatışmazlığının, qaraciyərin
zədələnməsinin bir neçə halı təsvir edilmişdir.
Müalicəsi: preparatın ləğvi, simptomatik müalicə. Bradikardiya baş verən zaman βadrenomimetiklər, atropin preparatları və ya qlükaqon, lazım gələrsə – kardiostimulyasiya istifadə
edilə bilər. «Torsades de pointes» tipli paroksizmal taxikardiya zamanı – ürək yığılmalarının
tezliyinin azaldılmasına yönələn venadaxili maqnezium duzlarının yeridilməsi, kardiostimulyasiya.
Amiodaronun farmakokinetik profilini nəzərə alaraq, pasiyentin vəziyyətinə (xüsusilə ürək
fəaliyyətinə) uzun müddət ərzində nəzarət etmək lazımdır.
Amiodaron və onun metabolitləri dializ zamanı orqanizmdən xaric olmur.
Buraxılış forması
3 ml, ampulda. №5 ampul, kasetdə. 1 kaset içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-ə qədər temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
EİM “Borşaqovskiy kimya-əczaçılıq müəssisəsi” İSC, Ukrayna.
Ukrayna, 03134, Kiyev şəh., Mira küç., 17.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.