Anzibel bal-limon N20 sorma tablet

Dərman formasıSorma tablet
Farmakoloji təsirBoğaz xəstəliklərində istifadə olunan preparatlar. Antiseptiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ANZİBEL® sorma pastillər

ANZIBEL®

Tərkibi

Təsiredici maddələr: 1 pastilin tərkibində 5 mq xlorheksidin dihidroxlorid, 4 mq benzokain, 3 mq enoksolon vardır.
Köməkçi maddələr: sorbitol, kalium asesulfam, maqnezium stearat.
Bal və limon dadlı: bal aromatizatoru, limon aromatizatoru.
Mentol dadlı: mentol aromatizatoru.
Zəncəfil dadlı: zəncəfil tozu, titan dioksid, talk.

Təsviri

Anzibel® – dairəvi, ikitərəfli qabarıq pastillərdir, bir tərəfi hamar, digərində isə Nobel emblemi həkk olunmuşdur. Bal-limon dadlı pastillər açıq fil sümüyü rəngdə, mentol dadlı pastillər ağ rəngdə, zəncəfil dadlı pastillər ağ-krem rəngdədir.

Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərində istifadə olunan preparatlar. Antiseptiklər.
ATC kodu: R02AA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Anzibel® tərkibində olan aktiv maddələr bir-birini tamamlayır: xlorheksidinin antiseptik təsiri, enoksolonun iltihab əleyhinə təsiri və benzokainin yerli anestetik təsiri ağız boşluğu və udlağın selikli qişasında qıcıqlanma səbəbindən yaranan narahatlığı aradan götürür.
Xlorheksidin aerob və anaerob, qrammənfi və qrammüsbət bakteriyalara qarşı antiseptik təsirə malikdir. O, aşağı konsentrasiyada bakteriostatik, yüksək konsentrasiyada isə bakterisid təsir göstərir. Kation təbiəti ilə əlaqədar xlorheksidin törədici mikroorqanizmlərin hüceyrə səthinə sıx bağlanır və hüceyrə membranını zədələyərək onun keçiriciliyini artırır.
Benzokain mürəkkəb efir tipli yerli anestetikdir. Benzokain neyronların membranlarının natrium ionlarına qarşı keçiriciliyini azaldır, nəticədə sinir impulslarının stimulyasiyası və ötürülməsi blokada edilir.
Enoksolon selikli qişada yerli iltihab əleyhinə təsir göstərir. Enoksolonun kortikosteroidlərlə struktur oxaşarlığı onun iltihab əleyhinə və mineralokortikoid təsirini müəyyən edir, lakin qeyri-steroid strukturu qlükokortikoidlərə xas olan əlavə təsirlərə səbəb olmamasını izah edir.

Farmakokinetikası
Farmakokinetik tədqiqatlar göstərir ki, xlorheksidinin təxminən 30%-i ağız boşluğunda sorulur və sonradan tədricən ağız suyuna ifraz olunur. Xlorheksidin mədə-bağırsaq yolundan çox az sorulur və əsasən, nəcislə, daha az sidiklə xaric olunur.
Benzokain selikli qişalardan sistem qan dövranına çox az miqdarda sorulur. Benzokain, əsasən, plazma və daha az dərəcədə qaraciyər xolinesterazalarının təsiri ilə metabolizmə uğrayır, nəticədə efir komponenti hidroliz olunur, etanol və para-aminobenzoy turşusu ayrılır.
Peroral qəbulu zamanı enoksolon mədə-bağırsaq yolundan tədricən sorulur və sistem absorbsiyası çox zəifdir. Sorulmuş maddənin böyük hissəsi ödlə və sonradan nəcislə (xüsusilə qeyri-aktiv metabolitlər şəklində), az hissəsi sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

Anzibel® ağız boşluğu və udlaqda yüngül infeksion və iltihabi proseslərin yerli və müvəqqəti simptomatik müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Anzibel® pastillərinin tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tövsiyə olunandan yüksək dozada istifadə etməyin.
Yaşlı xəstələrdə, ağır xəstəliyi olanlarda və zəifləmiş şəxslərdə benzokainin sistem toksikliyinin baş verməsinə ciddi meyillilik vardır. Belə hallarda dərmanın daha aşağı dozalarına ehtiyac ola bilər.
Enoksolonun yüksək dozası ilə uzunmüddətli müalicə bədəndə natriumun toplanmasına, ödemə və yaşlı xəstələrdə hipertenziyaya səbəb ola bilər.
Digər efir tipli yerli anestetiklərə dözümsüzlük göstərən xəstələr (xüsusilə para-aminobenzoy turşusu, parabenlər və ya parafenilendiamin (saç boyası) törəmələri), həmçinin benzokainə də intolerant ola bilər.

Aşağıdakı vəziyyətlərdə risk-fayda nisbəti qiymətləndirilməlidir:
− Selikli qişanın ağır travması (anestetikin sorulmasını artırır).
− Kəsici dişlərin plombları; plombun səthi və kənarları nahamardırsa, xlorheksidinin təsiri ilə rənginin daimi dəyişməsi baş verə bilər.

Periodontiti olan xəstələrdə, xlorheksidin supragingival daşların əmələ gəlməsini artıra bilər.
Diş ərpinin toplanmasının və diş rənginin dəyişməsinin qarşısını almaq üçün ağız boşluğunun normal gigiyenasını təmin etmək lazımdır.
Pastilləri çeynəmək və udmaq olmaz, çünki onlar yalnız yerli təsir göstərir.

Uşaqlarda istifadəsi
Bu dərman vasitəsi uşaqlarda ehtiyatla istifadə olunmalıdır, çünki onlar benzokainin sistem toksikliyinə daha həssasdırlar (benzokain methemoqlobinemiyaya səbəb ola bilər).
6 yaşdan kiçik uşaqlarda tibbi nəzarət olmadan istifadə olunmamalıdır.

Köməkçi maddələr
Anzibel® pastillərinin tərkibində şirinləşdirici maddə olaraq sorbitol vardır. Fruktozaya irsi dözümsüzlüyü olan xəstələr bu preparatdan istifadə etməməlidirlər.
Sorbitol mədə-bağırsaq sistemində diskomforta və yüngül işlədici təsirə səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Anzibel® tərkibində antiseptik maddə olan digər preparatlar ilə birgə istifadə olunmamalıdır.
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, enoksolonun hidrokortizonla birgə istifadəsi zamanı dəridə sonuncunun aktivliyi artır.
Xolinesterazanın inhibitorları benzokainin və digər yerli anestetiklərin metabolizmini inhibə edərək sistem toksikliyin yaranma riskini artırır.
Benzokainin metabolitləri sulfanilamid preparatların antibakterial təsirinə antaqonist təsir göstərə bilərlər.
Bentiromid istifadəsi ilə mədəaltı vəzinin funksiyasını müəyyənləşdirən testin aparılmasından ən azı 3 gün əvvəl müalicənin dayandırılması tövsiyə olunur, çünki benzokain alınacaq nəticələrə təsir edə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Anzibel® pastillərin istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur və ya əhəmiyyətsizdir.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza
Bir pastili 2-3 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal gündəlik doza 8 pastil təşkil edir.

6-12 yaş arası uşaqlarda məsləhət görülən doza
Bir pastili 4-5 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal gündəlik doza 6 pastil təşkil edir.

Pastilləri çeynəməyin və ya bütöv udmayın. Pastillər ağız boşluğunda tədricən əriməlidirlər.
Simptomların ağırlaşması və ya iki gündən artıq davam etməsi halında həkim ilə məsləhətləşin.

Əlavə təsirləri

Xlorheksidin
Xlorheksidin ağız boşluğunda müxtəlif səthlərin (dişlər, dil, plomblar, diş protezləri və s.) piqmentasiyasına səbəb ola bilər. Bu, diş ərpi olan xəstələrdə özünü daha qabarıq şəkildə göstərə bilər. Dilin rənginin dəyişməsi özü keçib gedir və təhlükəli deyil. Dişlərin rənginin dəyişməsi daimi deyil və ağız boşluğunun oral gigiyenası ilə aradan qaldırıla bilər. Plombların rənginin dəyişməsi daimi ola bilər.
Dadın dəyişməsi və diş ərpinin artması xlorheksidin ağız boşluğu üçün məhlul istifadə edən xəstələrdə iki çox müşahidə edilən əlavə təsir olmuşdur.
Nadir hallarda deskvamativ zədələnmələrə görə ağız boşluğunun bəzən ağrılı və çox vaxt müvəqqəti olan qıcıqlanması (xüsusilə 10-18 yaşlı uşaqlarda) və dilin ucunun qıcıqlanması müşahidə olunmuşdur. Həmçinin, xlorheksidin ağız boşluğu gigiyenası üçün oral məhlul istifadəsi zamanı nadir hallarda allergik reaksiyalar baş vermişdir. Bu allergik reaksiyalar bəzi hallarda burun tutulması, qaşınma və dəri səpgisi ilə müşayiət olunmuşdur.

Benzokain
Benzokainlə əlaqəli əlavə təsirlər doza həddinin aşılması və ya sürətli absorbsiya, həmçinin xəstədə fərdi hiperhəssaslıq nəticəsində baş verə bilər və bunlara kontakt sensibilizasiya və angioödem daxildir (allergik reaksiya və ya kontakt dermatit nəticəsində). Bundan başqa, ağızda və ya onun ətrafında müalicədən əvvəl mövcud olmayan sancma, qaşınma, şişkinlik və ya qızartı müşahidə oluna bilər.

Enoksolon
Enoksolon yüksək dozalarda və davamlı müalicə zamanı ödem (maye toplanması nəticəsində şişkinlik) və hipertenziyaya səbəb ola bilər.
Təsvir edilən əlavə təsirlərin bu dərmanda istifadə olunan dozalarda baş verməsi gözlənilən deyil. Lakin hər hansı əlavə təsir baş verdiyi halda müalicənin dayandırılması və həkim və ya əczaçıya məlumat verilməsi tövsiyə olunur.

DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Tövsiyə olunan dozaya riayət olunduqda doza həddinin aşılması ehtimalı yoxdur.
Enoksolonla bağlı doza həddinin aşılması baş verərsə, natriumun toplanması və kalium itkisi, ödem, qan təzyiqinin yüksəlməsi və renin-angiotenzin-aldosteron sisteminin inhibə edilməsi müşahidə oluna bilər.
Xlorheksidinin doza həddinin aşılması, xüsusilə uşaqlarda, alkoqol intoksikasiyası simptomlarına səbəb olur (nitqin pozulması, uyuşma, yerişin pozulması).
Benzokainin sorulması çox az olsa da, həddindən artıq sistem absorbsiyası zamanı simptomlara bulanıq görmə və ya iki görmə, başgicəllənmə, qıcolma, qulaqlarda küy, oyanıqlıq və ardınca yuxululuq, tərləmənin artması, qan təzyiqinin enməsi, yavaş və ya qeyri-müntəzəm ürək döyüntüsü və ürək-damar sisteminin fəaliyyətinin zəifləməsi daxildir.
Xlorheksidinin doza həddinin aşılmasının müalicəsi əsasən simptomatikdir.
Müalicəyə oksigen təyini və ehtiyac olarsa tənəffüsün dəstəklənməsi, qan dövranının depressiyası zamanı damardaraldıcıların və venadaxili mayelərin köçürülməsi daxildir.
Əlavə olaraq, methemoqlobinemiya (nəfəs almaqda çətinlik, başgicəllənmə, zəiflik, yorğunluq, halsızlıq) da baş verə bilər və onun müalicəsinə metilen abısının təyini daxildir.

Buraxılış forması

Bal-limon, mentol və zəncəfil dadlı Anzibel® pastilləri, blisterlərdə.
1 pastil blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
10 pastil, blisterdə. 1, 2 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il (zəncəfil dadlı Anzibel®).
3 il (bal-limon, mentol dadlı Anzibel®).
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.

Lisenziya sahibi

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Anzibel bal-limon N20 sorma tablet” üçün ilk rəyi siz yazın.