Anuzol N10 rektal şam Nijfarm
| Təsiredici maddə | BISMUTH TRIBROMOPHENATE (XEROFORM) + BELLADONNA EXTRACT + ZINC SULFATE HEPTAHYDRATE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Babasiləleyhinə vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,80 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ANUZOL rektal suppozitoriyalar
ANUSOL
Beynəlxalq patentləşdirilməmiş adı: Belladona yarpaqlarının ekstraktı + bismut tribromofenolat və bismut oksid kompleksi + sink sulfat
Tərkibi
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 20 mq xanımotu yarpaqlarının qatı ekstraktı (1,5%-0,3 mq hiossiamin hesabı ilə alkaloidlərin ümumi miqdarı), 100 mq tribromfenolyat bismuth və bismuth oksid kompleksi (kseroform), 50 mq sink sulfat heptahidrat vardır.
Köməkçi maddələr: qliserol, təmizlənmiş su, distilləedilmiş monoqliseridlər, bərk piy (Vitepsol (H 15, W 35 nişanlı), Supposir (NQ 15, NAS 50 nişanlı)).
Təsviri
Torpedoyabənzər formalı, yaşılımtıl-sarı və ya yaşılımtıl-qəhvəyi rəngli və ya açıq qəhvəyi rəngli, xarakterik qoxulu suppozitoriyalardır. Suppozitoriyanın səthində ağ rəngli ərpin və kəsildikdə, hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Babasiləleyhinə vasitə.
ATC kodu: C05AX03.
Farmakoloji təsiri
Babasiləleyhinə kombinəolunmuş vasitədir. Anuzol preparatı spazmolitik, iltihabəleyhinə, antiseptik, ağrıkəsici, yerli iltihabəleyhinə, büzücü və quruducu təsirə malikdir.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
Əks göstərişlər
Hiperhəssaslıq, dekompensasiya mərhələsində ürək çatışmazlığı, taxiaritmiya, miasteniya, bağırsağın atoniyası, bağlıbucaqlı qlaukoma, sidik axınının pozulması ilə prostat vəzinin hipertrofiyası, hamiləlik və laktasiya dövrü, 12 yaşadək uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Vegetativ neyropatiya, hipertireoz, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, mitral stenoz, böyrək xəstəlikləri, diafraqmanın qida borusu çıxıntısının yırtığı, reflyuks-ezofaqit, bədən hərarətinin yüksəlməsi (tər vəzilərinin aktivliyinin azalması nəticəsində qızdırmanın və istivurmanın inkişafı mümkündür).
Xanımotu alkaloidlərinin hematoensefalik baryerdən keçməsinin və MSS-ə təsir göstərən dərman vasitələrilə qarşılıqlı təsirinin mümkünlüyünü nəzərə almaq lazımdır. Terapevtik dozada xanımotu alkaloidləri MSS-ə mülayim stimuləedici təsir, yüksək dozalarda oyandırıcı təsir göstərir, toksiki dozalarda tormozlanma və komatoz vəziyyətlə əvəz edilən təşviş, hallüsinasiya mümkündür. Xanımotu ekstraktı suppozitoriyalarının və digər antixolinergik aktivliyə malik preparatlarla eyni vaxtda təyin edilməsindən çəkinmək lazımdır, belə ki, əlavə təsirlərin inkişafı ehtimalı yüksəkdir.
Xanımotu ekstraktı mədə-bağırsaq traktının hərəki funksiyasının zəifləməsi nəticəsində eyni vaxtda istifadə edilən preparatların və digər vasitələrin sorulma sürətinin azalmasına səbəb olur.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Trisiklik antidepressantlarla eyni vaxtda istifadəsi zamanı preparatın m-xolinoblokadaedici effektinin artması mümkündür (ağızda quruluq, akkomodasiyanın pozulması, taxikardiya, qəbizlik və s.).
Ürək yığılmalarının tezliyini artıran preparatlarla eyni vaxtda istifadəsi zamanı (o cümlədən, prokainamid) ifadəedilmiş taxikardiya mümkündür.
Monoaminooksidaza inhibitorları (MAO) əlavə effektlərin inkişaf riskini artırır və müsbət xrono- və batmotrop effekti gücləndirir; ürək qlikozidlərilə birgə istifadəsi zamanı müsbət batmotrop effektin güclənməsi mümkündür.
Xanımotu (belladona) preparatlarını etanolla (alkoqol) eyni vaxtda istifadəsi zamanı mərkəzi sinir sisteminin (MSS) tormozlayıcı təsirinin güclənməsi mümkündür.
Hamiləlik və südvermə dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə avtonəqliyyat idarə edərkən və yüksək diqqət, sürətli psixomotor reaksiya və yaxşı görmə tələb edən fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra sutkada 1-3 dəfə 1 suppozitoriya təyin edilir. Preparatın maksimal sutkalıq dozası 7 suppozitoriyadır.
Müalicə kursunun müddəti 10-14 gün təşkil edir.
Əlavə təsirləri
Ağız boşluğunun selikli qişasında quruluq, yanğı hissi, qəbizlik, diareya, taxikardiya, ürəkdöyünmə, midriaz, akkomodasiyanın parezi, başağrı, başgicəllənmə, yuxunun pozulması, yuxululuq, allergik reaksiyalar, arxa keçəcək nahiyəsində yanma hissi. Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Simptomları
Ürəkbulanma, qusma, psixomotor oyanıqlıq, qıcolma, sidik ləngiməsi, tər ifrazının azalması, hipertermiya.
Doza həddinin aşılması zamanı preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Müalicəsi
Simptomatikdir.
Buraxılış forması
Rektal suppozitoriyalar.
5 suppozitoriya, polietilenlə laminasiya edilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı / Qeydiyyat vəsiqəsinin sahibi / İradları qəbul edən təşkilat
«Nijfarm» SC, Rusiya.
603950, Nijniy Novqorod ş., Salqanskaya k. 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.