Anfran 8 mq 4 ml N5 inyeksiya
| Təsiredici maddə | ONDANSETRON |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Qusmaəleyhinə və ürəkbulanmaəleyhinə dərman vasitələri. Serotonin (5HT3) antaqonistləri |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
24,68 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ANFRAN inyeksiya üçün məhlul
ANFRAN
Beynəlxalq patentləşdirilməmiş adı: Ondansetron hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq ondansetron hidroxlorid dihidrat vardır.
Köməkçi maddələr: limon turşusu monohidrat, natrium xlorid, natrium sitrat, inyeksiya üçün su.
Təsviri
Anfran inyeksiyası şəffaf, rəngsiz və steril məhluldur.
Farmakoterapevtik qrupu
Qusmaəleyhinə və ürəkbulanmaəleyhinə dərman vasitələri. Serotonin (5HT3) antaqonistləri.
ATC kodu: A04AA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Anfran 5HT3 reseptorlarının yüksək selektiv təsirli, güclü antaqonistidir. Onun ürəkbulanma və qusmanın qarşısını alan dəqiq təsir mexanizmi məlum deyil. Kimyaterapevtik maddələr və şüaterapiya 5HT3 reseptorları vasitəsilə vaqal afferent yolları aktivləşdirməklə qusma refleksinə təkan verən 5HT-nin nazik bağırsaqlarda azad olmasına səbəb ola bilər. Anfran bu refleksin başlanğıcını blokada edir.
Vaqal afferent stimulyasiyası, həmçinin, dördüncü mədəciyin dibində 5HT-nin azad olmasına səbəb ola bilər ki, bu da öz növbəsində qusmanın mərkəzi mexanizm olmasına apara bilər. Beləliklə, Anfranın sitotoksik kimyəvi terapiya və şüaterapiya nəticəsində baş verən ürəkbulanma və qusmanın qarşısını alması təsiri mərkəzi və periferik sinir sistemində lokalizasiya olunmuş neyronlar üzərindəki 5HT3 reseptorlarına qarşı antaqonizmin nəticəsidir.
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın qarşısını almasında fəaliyyət mexanizmi bəlli deyil, amma ola bilsin ki, burada da sitotoksik ürəkbulanma və qusma mexanizmi vardır. Anfran plazmada prolaktinin konsentrasiyasını dəyişdirmir.
Farmakokinetikası
Anfranın oral, əzələdaxili, yaxud venadaxili təyini zamanı terminal eliminasiya oxşar olub, yarımparçalanma dövrü 3 saatdır və davamlı paylanması təxminən 140 l-dir.
Anfranın əzələ və venadaxili təyinindən sonra ekvivalent sistemli ekspozisiya baş verir. Anfran zülallarla çox yüksək dərəcədə birləşmə əmələ gətirmir (70-76%). Anfran sistem sirkulyasiyasından çoxsaylı enzimlərin köməyilə qaraciyər tərəfindən metabolizmə məruz qalmaqla təmizlənir. Absorbsiya dozasının 5%-dən də az hissəsi sidiklə dəyişilməmiş halda ekskresiya olunur. CYP2D6 (debrizohin polimorfizmi) fermentinin olmaması Anfranın farmakokinetikasına təsir etmir. Anfranın farmakokinetik xüsusiyyətləri onun təkrar dozalarının tətbiqində dəyişilmir. Yaşlı sağlam könüllülər üzərində aparılan tədqiqatlar Anfranın biomənimsənilməsi və yarımparçalanma dövrünün azacıq, klinik əhəmiyyəti olmayan, yaşla əlaqədar artmasını göstərib.
Anfranın təyinində cinsi müxtəlifliklərin olması göstərilib ki, bu da qadınlarda oral doza qəbulundan sonra absorbsiyanın daha tez və geniş olması, sistem klirensin və paylanma həcminin azalmasından ibarətdir (çəkiyə müvafiq).
Klinik tədqiqatda 1-24 ay yaşlarında olan 51 pediatrik xəstəyə cərrahi əməliyyatdan öncə 0,1 və ya 0,2 mq/kq dozada Anfran təyin olunub. 1-4 aylarında olan xəstələrdə (bədən çəkisinə müvafiq normallaşmış) klirens 5-24 ayları olan xəstələrlə müqayisədə, təxminən 30% yavaş olub, amma 3-12 yaşlarında olan xəstələrlə müqayisə olunan olub. Yarımparçalanma dövrü 1-4 aylarında olan xəstə qrupunda 6,7 saat, eləcə də 5-24 ayları olan və 3-12 yaşlarında olan xəstələrlə müqayisədə 2,9 saat olub. 1-4 aylarında olan xəstələr üçün əməliyyatdan sonra baş verən ürəkbulanma və qusmanın müalicəsində doza tənzimlənməsinə ehtiyac yoxdur və Anfranın ancaq birdəfəlik venadaxili dozası məsləhət görülür. Farmakokinetik xüsusiyyətlərin müxtəliflikləri 1-4 aylarında olan xəstə qrupunda paylanmanın geniş həcmdə olması ilə hissəvi izah edilə bilər.
Ümumi anesteziya altında seçici cərrahi əməliyyata məruz qalan yaş intervalı 3-12 yaş olan xəstələr üzərində aparılan tədqiqatda 21 pediatrik xəstədə Anfranın klirensi və paylanma həcminin mütləq qiyməti böyüklərlə müqayisədə azaldılmış və venadaxilinə birdəfəlik doza kimi 2 mq (3-7 yaşlar üçün), yaxud 4 mq (4-8 yaşlar üçün) edilmişdir. Hər iki parametr 12 yaşına qədər çəki ilə bərabər xətti surətdə artıb və gənclərin göstəricisinə çatıb. Klirens və paylanma həcminin qiyməti bədən çəkisi tərəfindən normallaşdırıldıqda, bu parametrlərin qiyməti müxtəlif yaş qrupları arasında oxşar olub. Çəkiyə əsaslanan dozanın tətbiqi (0,1 mq/kq-dan maksimum 4 mq-a qədər) bu dəyişiklikləri kompensasiya edir və bu, pediatrik xəstələrdə sistem ekspozisiyanın normallaşmasında effektlidir.
Yaşı 6-48 ay arasında olan 74 xəstəyə kimyəvi terapiya nəticəsində baş verən ürəkbulanma və qusmanın müalicəsi üçün 0,15 mq/kq venadaxili hər 4 saatdan bir, gündə 3 doza olmaqla Anfran təyin olunmuş, eləcə də 1-24 aylar arasında yaşı olan 41 cərrahi xəstəyə birdəfəlik olaraq venadaxili 0,1 mq/kq, yaxud 0,2 mq/kq dozalarında Anfran təyin olunmuş xəstələrdə farmakokinetik analiz aparılıb. 1-48 ay arasında olan 0,15 mq/kq venadaxili hər 4 saatdan bir, gündə 3 doza olmaqla Anfran təyin olunmuş subyektlər üçün farmakokinetik parametrlərə əsaslanan dozalar sistem ekspozisiya ilə nəticələnəcək ki, bu da 5-24 aylar arasında olan pediatrik cərrahi subyektlərdə və eləcə də əvvəllər xərçəng üzrə aparılan pediatrik (4-18 yaşlar) tədqiqatlar və cərrahi subyektlərlə (3-12 yaşlar) oxşar dozalarda müqayisə olunandır.
Orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (Kreatinin klirensi 15-60 ml/dəq) sistem klirens və paylanma həcmi azalacaq və eliminasiya yarımömrünün (5,4 saat) minimal, klinik əhəmiyyəti olmayan artmasına səbəb olacaq. Müntəzəm hemodializə ehtiyacı olan kəskin böyrək çatışmazlıqlı xəstələr üzərində aparılan tədqiqatlar (dializlər arasında öyrənilib) göstərdi ki, Anfranın farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişməyir. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə Anfranın sistem klirensi eliminasiya yarımömrünün (15-32 saat) uzanması hesabına nəzərəçarpacaq dərəcədə azalır və sistemönü metabolizmin azalması səbəbindən oral biomənimsənilməsi 100%-ə çatır.
İstifadəsinə göstərişlər
Anfran inyeksiyası sitotoksik kimyaterapiya və radioterapiya nəticəsində baş verən ürəkbulanma və qusmanın müalicəsi üçün istifadə olunur.
Anfran inyeksiyası, həmçinin, əməliyyatdan sonra baş verə bilən ürəkbulanma və qusmanın qarşısının alınması və müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anfran inyeksiyası digər preparatlar kimi, eyni şprisdə və ya nəzərdə tutulmayan infuziya məhlulunda təyin olunmamalıdır. Anfran inyeksiyası ancaq məsləhət görülən infuziya məhlullarının tərkibində istifadə olunmalıdır.
Venadaxili məhlullarla uyuşması
Yaxşı farmakoloji təcrübəyə görə venadaxili məhlullar infuziyaya başlayarkən hazırlanmalıdır. Ancaq saxlanması mümkün olmayan Anfran inyeksiyasının aşağıda adları yazılmış venadaxili infuziya məhlullarla bir yerdə otaq temperaturunda (25°C), yaxud soyuducuda yeddi gün müddətində öz stabilliyini saxladığı göstərilib:
Venadaxili 0,9%-li natrium xlorid məhlulu
Venadaxili 5%-li qlükoza məhlulu
Venadaxili 10%-li mannitol məhlulu
Venadaxili Ringer məhlulu
Venadaxili 0,3%-li kalium xlorid və 0,9%-li natrium xlorid məhlulu
Venadaxili 0,3%-li kalium xlorid və 5%-li qlükoza məhlulu
Digər 5HT3 reseptorlarının selektiv antaqonistlərinə qarşı həssaslığı olan xəstələrdə bu preparata qarşı da həssaslığın olması haqda məlumatlar vardır.
Çox nadir hallarda Anfranın venadaxili inyeksiyasından, dominant hal kimi, EKQ-də ötüb keçən dəyişiklik, xüsusən də, QT intervalının uzanması müşahidə edilib. Anfran yoğun bağırsaq möhtəviyyatının pasajını ləngitdiyindən, yarımkəskin bağırsaq keçməzliyi əlamətləri olan xəstələrə təyini zamanı proses izlənməlidir.
Preklinik təhlükəsizliyi haqda məlumat: klonlaşdırılmış insan ürəyi kanalları üzərində aparılan tədqiqat göstərdi ki, Anfran HERG kalium kanallarını blokada etməklə ürəyin repolyarizasiyasına təsir etmək imkanına malikdir. Bu tapıntının klinik vacibliyi müəyyənləşdirilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Anfranın digər preparatlarla birgə təyini zamanı, adətən, onun bu preparatların metabolizmini artırması, yaxud ləngitməsi haqda məlumatlar yoxdur. Spesifik tədqiqatlar göstərdi ki, Anfran alkoqol, Temazepam, Tramadol və ya Propofol ilə birgə təyin edildikdə, onların arasında farmakoloji qarşılıqlı təsir yoxdur.
Anfran qaraciyərin çoxsaylı sitoxrom P450 enzimləri vasitəsilə metabolizmə uğrayır: CYP3A4, CYP2D6, CYP1A2. Anfran metabolizmində metabolizm enzimlərinin çoxsaylı olması nəticəsində, onlardan hər hansı birinin inhibisiyası, yaxud aktivliyinin azalması zamanı (məs., CYP2D6-nın genetik defisiti), digərləri, normada, bu defisiti kompensasiya edir və bu, Anfranın ümumilikdə, klirensi, yaxud dozasının dəyişdirilməsinə az təsir edir və ya əhəmiyyətli dəyişmir.
Fenitoin, Karbamazepin və Rifampisin
CYP3A4-nin güclü induktorları (məs., Fenitoin, Karbamazepin və Rifampisin) vasitəsilə müalicə alan xəstələrdə Anfranın oral klirensi artmış, qanda konsentrasiyası isə azalmışdır.
Tramadol
Azsaylı tədqiqatlardan alınan məlumatlar göstərir ki, Anfran Tramadolun analgetik effektini azalda bilər.
Digər dərman preparatları ilə uyuşması
Anfran infuziya qabı və ya şpris nasosu vasitəsilə 1 mq/saat venadaxilinə təyin edilə bilər.
Aşağıdakı dərmanlar Anfranla bərabər, Anfranın 16-160 mkq/ml konsentrasiyalarında (məs., 8 mq/500 ml, 8 mq/50 ml nisbətində) təyin edilə bilər:
Sisplatin 0,48 mq/ml-ə qədər (məs., 240 mq 500 ml-də) konsentrasiyalarında 1 saatdan çox – 8 saat ərzində;
5-Flüorourasil 0,8 mq/ml-ə qədər (məs., 2,4 q 3 l-də, yaxud 400 mq 500 ml-də) konsentrasiyalarında azı 20 ml/saat sürəti ilə (500 ml/24 saat). 5-Flüorourasilin daha yüksək konsentrasiyaları Anfranın çökməsinə səbəb ola bilər. 5-Flüorourasil infuziyasına, tərkibindəki inqredientlərdən başqa, 0,045%-li maqnezium xlorid əlavə oluna bilər.
Karboplatin 0,18-9,9 mq/ml intervalında (məs., 90 mq 500 ml-də, 990 mq 100 ml-də) konsentrasiyalarında 10 dəqiqədən çox – 1 saat ərzində; Etoposid 0,144-0,25 mq/ml intervalında (məs., 72 mq 500 ml-də, 250 mq 1 l-də) konsentrasiyalarında 30 dəqiqədən çox – 1 saat ərzində;
Seftazidim istehsalçı tərəfindən hazır buraxılan dozada – 250 mq-ı 2000 ml infuziya üçün suda həll edilmiş (məs., 2,5 ml 250 mq üçün, 10 ml 2 q Seftazidim üçün) və vena daxilinə bolyus doza olub, təxminən 5 dəqiqədən çox müddətə inyeksiya olunmalıdır.
Siklofosfamid istehsalçı tərəfindən hazır buraxılan dozada – 100 mq-dan 1 q-a qədər – infuziya üçün olan suda (100 mq Siklofosfamid – 5 ml su) həll edilmiş və vena daxilinə bolyus doza olub, təxminən 5 dəqiqədən çox müddətə inyeksiya olunmalıdır.
Doksorubisin istehsalçı tərəfindən hazır buraxılan dozada – 10-100 mq – infuziya üçün olan suda (10 mq Doksorubisin – 5 ml su) həll edilmiş və vena daxilinə bolyus doza olub, təxminən 5 dəqiqədən çox müddətə inyeksiya olunmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Anfranın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatların qiymətləndirilməsi embrion, döl, hamiləlik, pre- və postnatal inkişafa bilavasitə və ya bilvasitə zərərli təsiri olmasını göstərməmişdir. Ancaq heyvanlar üzərində aparılan tədqiqatlar insan hamiləliyi üçün həmişə informativ olmadığından, Anfranın bu hallarda tətbiqi məsləhət görülmür.
Tədqiqatlar göstərdi ki, Anfran laktasiyası olan heyvanların südünə keçir. Buna görə Anfran təyin olunmuş anaların öz uşaqlarını ana südü ilə qidalandırması məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Psixomotor testlərdə Anfranın sedativ təsiri aşkarlanmayıb.
İstifadə qaydası və dozası
Anfran oral tətbiq oluna bilir ki, bu da onun təyinatı və dozalanmasının asanlaşmasına imkan verir.
Ampulada buraxılan preparatı saxlamaq olmaz, ampula açılan kimi ya inyeksiya, ya da infuziya şəklində birdəfəlik istifadə olunmalıdır və qalan miqdar isə tullanmalıdır.
Anfran ampulaları avtoklav olunmur.
Kimyaterapiya və radioterapiya nəticəsində baş verən ürəkbulanma və qusma
Böyüklərdə
Xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya və radioloji terapiyada istifadə edilən preparatların dozası və kombinasiyasından asılı olaraq emetogen (qusmatörədici) təsir müxtəlif dərəcədə ola bilər.
Anfran inyeksiyasının doza intervalı gün ərzində 8-32 mq olub, aşağıda göstərildiyi kimi seçilir:
Emetogen təsirli kimyaterapiya və radioloji terapiyada
Venadaxili və ya əzələdaxili məsləhət görülən dozası müalicədən bilavasitə əvvəl asta sürətlə 8 mq Anfran yeridilməsidir.
İlk 24 saatdan sonra gecikmiş və ya uzanan qusmaların qarşısını almaq üçün oral təyini məsləhətdir.
Yüksək dərəcəli emetogen təsir göstərən kimyaterapiyada
Yüksək dərəcəli emetogen kimyəvi terapiya alan (məsələn, Sisplatin) xəstələrə Anfran müalicədən bilavasitə əvvəl birdəfəlik doza kimi 8 mq venadaxili və ya əzələdaxili təyin oluna bilər. Anfran 8 mq-dan çox, eləcə də 32 mq-a qədər təyin olunduqda, ancaq infuziya məhlulları ilə (məsələn, fizioloji məhlul və ya digər müvafiq infuzion məhlullar) 50-100 ml durulaşdırılaraq, 15 dəqiqədən tez olmayaraq vena daxilinə yeridilə bilər.
Alternativ olaraq, Anfran kimyəvi terapiyadan bilavasitə əvvəl birdəfəlik doza kimi 8 mq venadaxilinə asta sürətlə və ya əzələdaxili təyin oluna bilər və növbəti 8 mq dozada istifadəsi venadaxili və ya əzələdaxili təyini 2-4 saat fasilə ilə davam etdirilə bilər, yaxud 24 saata qədər 1 mq/saat tezliyi ilə sabit infuziya aparıla bilər. Doza rejiminin seçilməsi emetogen halın kəskinliyi ilə müəyyənləşdirilə bilər.
Yüksək dərəcəli emetogen təsir göstərən kimyəvi terapiya zamanı Anfranın təsirini gücləndirmək üçün müalicədən bilavasitə əvvəl əlavə olaraq, vena daxilinə birdəfəlik 20 mq Deksametazon natrium fosfat yeritmək olar.
Oral təyinat ilk 24 saatdan sonra gecikmiş və ya uzanan qusmaların qarşısını almaq üçün məsləhətdir.
Uşaqlar və yeniyetmələr (6 ay–17 yaş)
Bədən səthinin ölçüsü 0,6-1,2 m² olan uşaqlara Anfran bilavasitə kimyəvi terapiyadan əvvəl 5 mq/m² vena daxilinə birdəfəlik doza şəklində təyin olunur ki, bu da 12 saatdan sonra oral 4 mq doza ilə davam etdirilir. Oral olaraq 4 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər.
Bədən səthinin ölçüsü 1,2 m²-dən çox olan uşaqlara Anfran bilavasitə kimyəvi terapiyadan əvvəl vena daxilinə ilkin doza 8 mq təyin olunur ki, bu da 12 saatdan sonra oral 8 mq doza ilə davam etdirilir. Oral olaraq 8 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər.
Alternativ variant kimi, 6 aylıq və daha böyük uşaqlara bilavasitə kimyəvi terapiyadan əvvəl vena daxilinə birdəfəlik doza şəklində Anfran 0,15 mq/kq dozada (8 mq-dan çox olmamaqla) təyin olunur. Bu doza hər 4 saatdan bir 3 total doza kimi təkrarlana bilər. Oral olaraq 4 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər.
Böyüklərin dozasından çox istifadə olunmamalıdır.
Yaşlılarda
Anfran 65 yaşdan yuxarı yaşlarda da yaxşı qəbul olunur; dozaları, onların tezliyi və təyinatı yolunu tənzimləməyə ehtiyac yoxdur.
Əməliyyatdan sonra baş verən ürəkbulanma və qusma
Böyüklərdə
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası üçün Anfranın məsləhət görülən dozası anesteziyanın induksiyası zamanı vena daxilinə asta sürətlə, yaxud əzələ daxilinə 4 mq birdəfəlik inyeksiyasıdır.
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın müalicəsi üçün vena daxilinə asta sürətlə, yaxud əzələ daxilinə 4 mq birdəfəlik inyeksiyası məsləhət görülür.
Uşaqlarda
Ümumi anesteziya altında cərrahi əməliyyata məruz qalan pediatrik xəstələrdə əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi üçün Anfran anesteziyanın induksiyasından əvvəl və ya induksiya vaxtı, eləcə də əməliyyatdan sonra vena daxilinə asta sürətlə 0,1 mq/kq-dan maksimum 4 mq-a qədər təyin oluna bilər.
Yaşlılarda
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi üçün yaşlılarda məhdud sayda təcrübədən keçirilmişdir, amma kimyəvi terapiyaya məruz qalan yaşı 65-dən yuxarı olanlarda Anfran yaxşı qəbul olunur.
Böyrək çatışmazlığı olan xəstələrdə
Gündəlik dozaları, onların tezliyi və təyini yolunu tənzimləməyə ehtiyac yoxdur.
Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə
Orta ağırlıqda və ya kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə Anfranın klirensi əhəmiyyətli dərəcədə azalır və eliminasiya yarımömrü nəzərəçarpacaq uzanır. Belə xəstələrdə Anfranın total gündəlik dozası 8 mq-dan çox olmamalıdır.
Spartin və Debrizohin metabolizmi zəif olan xəstələrdə
Spartin və Debrizohin metabolizmi zəif olan xəstələrdə Anfranın eliminasiya yarımömrü dəyişilmir. Beləliklə, bu xəstələrdə Anfranın təkrar dozalarının tətbiq edilməsi nəticəsində preparatın ekspozisiya dozası digər insanlarla müqayisədə fərqli olmayacaq. Gündəlik doza və onun tezliyinin tənzimlənməsinə ehtiyac olmur.
Əlavə təsirləri
Aşağıda sadalanan əlavə təsirlər sistem üzvləri və rast gəlmə tezliyinə görədir. Rast gəlmə tezliyi belə müəyyən edilir: çox tez-tez (>1/10), tez-tez (>1/100, <1/10), bəzən (>1/1000, <1/100), nadir (>1/10 000, <1/1000), çox nadir (<1/10 000), ayrıca məlumatlar da daxil edilməklə.
İmmun sistemin patologiyaları
Nadir: bəzən kəskin, anafilaksiyanın da daxil olduğu, qəfil baş verən yüksək həssaslıq reaksiyaları.
Sinir sistemi patologiyaları
Çox tez-tez: baş ağrısı.
Bəzən: qıcolmalar, hərəki pozğunluqlar (okulomotor krizin də daxil olduğu ekstrapiramid reaksiyalar, distonik reaksiyalar və davamlı klinik fəsadları müəyyən edilməmiş diskineziyalar).
Nadir: Vena daxilinə tez inyeksiya olunduğu müddət ərzində başgicəllənmə.
Göz patologiyaları
Nadir: vena daxilinə inyeksiya olunduğu müddət ərzində müvəqqəti görmə narahatlığı (məs., tutqun görmə).
Çox nadir: vena daxilinə inyeksiya olunduğu müddət ərzində müvəqqəti korluq.
Korluq hallarının əksəriyyəti 20 dəqiqə müddətində keçib. Xəstələrin çoxu Sisplatin daxil olduğu kimyəvi terapiya alıb. Müvəqqəti korluğun bəzi hallarının qabıq mənşəli olması haqda məlumat vardır.
Kardioloji patologiyaları
Bəzən: aritmiyalar, ST seqmentinin depressiyası və ya döş qəfəsində onsuz baş verən ağrı, bradikardiya.
Damar patologiyaları
Tez-tez: istilik hissi.
Bəzən: hipotenziya.
Respirator sistem, döş qəfəsi və divararalığının patologiyaları
Bəzən: hıçqırıq.
Qastrointestinal patologiyalar
Tez-tez: qəbizlik.
Hepatobiliar patologiyalar
Bəzən: qaraciyərin funksional testlərinin nəticələrinin asimptomatik artması. Bu hallar, çox zaman, Sisplatin ilə kimyəvi terapiya alan xəstələrdə müşahidə edilib.
Ümumi patologiyalar və təyin olunmuş yerin vəziyyəti
Tez-tez: vena daxilinə inyeksiya olunan yerdə lokal reaksiya.
Doza həddinin aşılması
Anfranın doza həddinin aşılması barədə məlumatlar məhduddur. Əksər hallarda ortaya çıxan simptomlar artıq məlumat verilmiş məsləhət görülən dozalarda ortaya çıxan simptomlarla oxşardır. Anfranın spesifik antidotu yoxdur, buna görə doza həddinin aşılmasına şübhə olduqda, müvafiq simptomatik və dəstəkləyici terapiya aparılır.
Anfranın doza həddinin aşılmasına görə İpekakuana tətbiq edilməsi məsləhət görülmür, belə ki, Anfranın antiemetik təsirindən xəstələr bu preparata cavab reaksiyası vermir.
Buraxılış forması
2 ml (4 mq ondansetron hidroxlorid) və ya 4 ml (8 mq ondansetron hidroxlorid) inyeksiya məhlulu, kəhrəba şüşə ampullarda. 5 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı / Qeydiyyat vəsiqəsinin sahibi
PHARMATHEN Pharmaceuticals S.A.
6, Dervenakion Street, 15351 Pallini, Attikis, Yunanıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.