Amitriptilin 10 mq N50 tablet

Təsiredici maddə: AMITRIPTYLINE
Təsiredici maddəAMITRIPTYLINE
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirPsixoanaleptiklər. Antidepressantlar. Monoaminlərin geriyə tutulmasının qeyri-selektiv inhibitorları
İstehsal ölkəsiLatviya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,60 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AMİTRİPTİLİN QRİNDEKS 10 mq, 25 mq örtüklü tabletlər AMITRIPTYLINE GRINDEKS Beynəlxalq patentləşdirilməmiş adı: Amitriptyline

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 və ya 25 mq amitriptilin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, povidon (polivinilpirrolidon), silisium dioksid, maqnezium stearat. Amitriptilin Qrindeks 10 mq: mavi opadri II 85F20753 boya maddəsi (polivinil spirti, titan dioksid (E 171), makroqol PEG 3000, talk, indiqokarmin (E 132), Ponso 4 R (E 124), xinolin sarısı (E 104)), karnaub mumu. Amitriptilin Qrindeks 25 mq: sarı opadri II 85F22450 boya maddəsi (polivinil spirti, makroqol PEG 3000, xinolin sarısı (E 104), talk, titan dioksid (E 171), “günəş qürubu” sarısı (E 110), indiqokarmin (E 132)), karnaub mumu.

Təsviri

Amitriptilin Qrindeks 10 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, mavi rəngli örtüklü tabletlərdir. Bölünmə hissəsində ağ və ya ağımtıl sarımtıl çalarlıdır. Amitriptilin Qrindeks 25 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, sarı rəngli örtüklü tabletlərdir. Bölünmə hissəsində ağ və ya ağımtıl sarımtıl çalarlıdır.

Farmakoterapevtik qrupu

Psixoanaleptiklər. Antidepressantlar. Monoaminlərin geriyə tutulmasının qeyri-selektiv inhibitorları. ATC kodu: N06AA09.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Amitriptilin trisiklik antidepressant və ağrıkəsici vasitədir. Preparat əhəmiyyətli antixolinergik və sedativ xüsusiyyətlərə malikdir. Bu, öz növbəsində, sinir uclarında noradrenalinin və serotoninin geriyə tutulmasının və deməli, inaktivləşməsinin qarşısını alır. Qeyd olunan monoamin neyrotransmitterlərin geri tutulmasının qarşısının alınması, onların baş beyində təsirini gücləndirir. Bu, antidepressiv aktivliklə əlaqəlidir. Preparatın təsir mexanizmi həmçinin, ion kanallarının blokadaya alınmasının həm mərkəzi səviyyədə, həm də onurğa beyin səviyyəsində natrium, kalium və NMDA kanallarına təsirini əhatə edir. Məlumdur ki, noradrenalinin, natriumun və NMDA-nın təsiri – neyropatik ağrıların dəstəklənməsi, gərginliklə əlaqəli xroniki baş ağrılarının profilaktikası və miqrenin profilaktikası ilə əlaqəli mexanizmlərdir. Amitriptilinin ağrının azaldılmasına istiqamətlənmiş effekti, onun antidepressiv xüsusiyyətləri ilə əlaqəli deyil. Trisiklik antidepressantlar (TSA) muskarin və H1 histamin reseptorlarla müxtəlif dərəcəli oxşarlıq nümayiş etdirirlər. Klinik effektivliyi və təhlükəsizliyi Amitriptilinin effektivliyi və təhlükəsizliyi böyüklərdə aşağıda qeyd edilən göstərişlərdə istifadə zamanıı təsdiq edilmişdir: – ağır depressiv epizod; – neyropatik ağrı; – gərginliklə əlaqəli xroniki baş ağrılarının profilaktikası; – miqrenin profilaktikası. Amitriptilinin effektivliyi və təhlükəsizliyi 6 yaşdan yuxarı uşaqlarda gecə enurezinin müalicəsi zamanı təsdiq edilmişdir. Preparatın tövsiyə olunan dozaları “İstifadə qaydası və dozası” bölməsində göstərilmişdir. Ağır depressiyadan əziyyət çəkən pasiyentlərdə depressiyanın müalicəsi üçün yalnız stasionar şəraitdə preparat sutkada 200 mq-a qədər, bəzi hallarda sutkada 300 mq-a qədər dozalarda istifadə edilə bilər. Preparatın depressiyaəleyhinə və ağrıkəsici təsiri, bir qayda olaraq, 2-4 həftədən sonra başlayır; sedativ təsiri zəifləmir. Farmakokinetikası Absorbsiyası Preparatın tablet şəklində peroral istifadəsi, təxminən 4 saatdan sonra qan zərdabında maksimal səviyyənin əldə edilməsini müəyyən edir (T – 3,89±1,87 saat, diapazon 1,93-7,98 saat). Preparatımax 50 mq dozada peroral yolla istifadə etdikdən sonra, orta C göstəricisi 30,95±9,61 nq/ml təşkil edir;max diapazon 10,85-5,70 nq/ml (111,57±34,64 nmol/l, diapazon 39,06-164,52 nmol/l) təşkil edir. Preparatın orta mütləq peroral biomənimsənilməsi 53 % (F 0,527±0,123, diapazon 0,219-0,756)abs təşkil edir. Paylanması Vena daxilinə yeridildikdən sonra müəyyən edilmiş zahiri paylanma həcmi (V ) 1221±280 litr,d β diapazon 769-1702 l (16±3 l/kq) təşkil edir. Qan plazmasının zülalları ilə birləşməsi təxminən 95 % təşkil edir. Amitriptilin və onun əsas metaboliti olan nortriptilin plasentar baryerdən nüfuz edir. Körpələrini ana südü ilə qidalandıran analarda amitriptilinin və nortriptilinin az miqdarı orqanizmdən ana südünə daxil olur. Qadınlarda ana südündə/qan zərdabında konsentrasiya nisbəti, təxminən 1:1 təşkil edir. Sutka ərzində südəmər körpəyə hesablanmış effekt (amitriptilin + nortriptilin), ananın bədən kütləsi (mq/kq) ilə əlaqəli amitriptilinin müvafiq dozalarının təxminən 2 %-ni təşkil edir. Metabolizmi İn vitro şəraitdə amitriptilinin metabolizmi əsasən, demetilləşmə (CYP2C19, CYP3A4) və hidroksilləşmə (CYP2D6) və gələcəkdə qlükuron turşusu ilə konyuqasiya yolu ilə baş verir. Metabolizmdə iştirak edən digər fermentlər CYP1A2 və CYP2C9 izofermentlərdir. Bu zaman preparatın metabolizmi, genetik müəyyən edilmiş polimorfizmdən asılıdır. Preparatın əsas metaboliti ikincili amin olan nortriptilindir. Nortriptilin serotoninə nisbətən, noradrenalinin geri tutulmasının daha güclü inhibitorudur; öz növbəsində, amitriptilin hər iki neyromediatorun tutulmasını eyni dərəcədə tormozlayır. Digər metabolitlər, məsələn, sis- və trans-10-hidroksiamitriptilin və sis- və trans-10-hidroksiami-triptilin nortriptilinlə oxşar, lakin, əhəmiyyətli dərəcədə zəif profilə malikdirlər. Demetilnortriptilin və N- oksid amitriptilin qan plazmasında yalnız az miqdarda qeyd olunur; sonuncu metabolit demək olar ki, qeyri-aktivdir. Amitriptilinlə və nortriptilinlə müqayisədə, metabolitlərin hamısı daha aşağı antixolinergik aktivliyə malikdir. 10-hidroksinotriptilinin qan plazmasında ümumi konsentrasiyası üstünlük təşkil edir, lakin metabolitlərin əksəriyyəti konyuqasiyaya məruz qalmışdır. Xaricolması Peroral yolla istifadə edildikdən sonra, amitriptilinin yarımxaricolma dövrü (T β) təxminən 25 saat1/2 (24,65±6,11 saat, diapazon 16,49-40,36 saat) təşkil edir. Orta sistem klirens (Cls) 39,24±10,18 l/saatda, diapazon 24,53-53,73 l/saatda təşkil edir. Preparat əsasən, sidiklə xaric olunur. Amitriptilinin dəyişilməmiş şəkildə böyrəklər vasitəsi ilə xaricolması əhəmiyyət kəsb etmir (təxminən 2 %). Pasiyentlərin əksəriyyətində qan plazmasında amitriptilinin + nortriptilinin stabil ümumi səviyyələri 1 həftə müddətində əldə edilir və sutkada 3 dəfə adi tabletlərin istifadəsi ilə aparılan müalicədən sonra, qan plazmasında amitriptilinin və nortriptilinin stabil səviyyəsinə, sutka ərzində təxminən eyni payları daxildir. Yaşlı pasiyentlər Metabolizmin intensivliyinin daha aşağı olması nəticəsində, yaşlı pasiyentlərdə daha uzunmüddətli yarımxaricolma dövrü və daxili klirensin (Cl ) aşağı göstəriciləri müəyyən edilmişdir.o Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı qaraciyər metabolizmini məhdudlaşdıra bilər ki, bu da qan plazmasında preparatın miqdarının artmasına gətirib çıxarır və həmin pasiyentlər üçün preparatın dozalanmasını ehtiyatla seçmək lazımdır. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı preparatın kinetikasına təsir göstərmir. Polimorfizm Preparatın metabolizmi genetik polimorfizmdən (CYP2D6 və CYP2C19) asılıdır. Farmakokinetik/farmakodinamik nisbəti Müxtəlif pasiyentlər üçün amitriptilinin və nortriptilinin qan plazmasında konsentrasiyaları çox fərqlidir və terapevtik cavabla adi korrelyasiyası müəyyən edilməmişdir. Ağır depressiya zamanı qan plazmasında preparatın terapevtik konsentrasiyası təxminən 80-200 nq/ml (≈ 280-700 nmol/l) (amitriptilin + nortriptilin) təşkil edir. 300-400 nq/ml-dən yüksək səviyyələri ürək keçiriciliyinin pozulması, məsələn, QRS kompleksin genişlənməsi və ya atrioventrikulyar blokada riskinin yüksəlməsi ilə əlaqəlidir.

İstifadəsinə göstərişlər

Amitriptilin Qrindeks tabletləri aşağıdakı hallarda istifadə edilir: ➢ Böyüklərdə ağır depressiv epizodların müalicəsi; ➢ Böyüklərdə neyropatik ağrının müalicəsi; ➢ Böyüklərdə xroniki gərginlik tipli baş ağrısının profilaktikası (chronic tension type headache, XGBA); ➢ Böyüklərdə miqrenin profilaktik müalicəsi; ➢ Üzvi patologiya olmadıqda, 6 yaşdan yuxarı uşaqlarda gecə enurezinin müalicəsi, o cümlədən, spina bifida və onunla əlaqədar pozulmalar; spazmolitik preparatlar və vazopressinlə əlaqədar olan preparatlar daxil olmaqla, dərman istifadəsilə və onların istifadəsi olmadan bütün digər müalicə növlərinə reaksiya olmadıqda və istisna olduqda. Bu preparat, yalnız daimi enurezə nəzarət bilgisi olan tibb işçisi tərəfindən təyin edilə bilər.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Yaxınlarda keçirilmiş miokard infarktı. İstənilən növ blokada və ya ürək ritminin pozulması, eləcə də, koronar arteriyaların çatışmazlığı. MAO inhibitorları ilə(monoaminoksidaza inhibitorları) eyni vaxtda tətbiqi əks göstərişdir. Amitriptilinlə MAO inhibitorlarının eyni vaxtda təyin edilməsi serotonin sindromunun (oyanıqlıq, çaşqınlıq, tremor, mioklonus və hipertermiya daxil olmaqla, simptomların uyuşması mümkündür) inkişafına səbəb ola bilər. Amitriptilinlə müalicəyə MAO-nun geri dönməyən qeyri-selektiv inhibitorlarının qəbulu dayandırıldıqdan 14 gün sonra və geri dönən təsirə malik moklobemid preparatının qəbulundan ən azı 1 sutka keçdikdən sonra başlamaq olar. MAO inhibitorlarının istifadəsinə amitriptilinin qəbulu dayandırıldıqdan 14 gün sonra başlamaq olar. Qaraciyərin ağır xəstəlikləri. Porfiriya 6 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın yüksək dozalarından istifadə etdikdə, ürək ritminin pozulması və ağır arterial hipotenziya riskinin inkişaf etmə ehtimalı yüksəlir. Göstərilən vəziyyətlərin inkişaf etməsi, həmçinin artıq mövcud ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə, hətta adi dozalardan istifadə etdikdə belə mümkündür. QT intervalının uzanması Postmarketinq dövründə QT intervalının uzanması və aritmiya halları qeyd olunmuşdur. Əhəmiyyətli bradikardiya, dekompensasiya olunmuş ürək çatışmazlığı qeyd olunan və ya QT intervalının uzanmasına səbəb olan dərman preparatlarını amitriptilinlə eyni zamanda istifadə etdikdə ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur. Elektrolit disbalansı (hipokaliemiya, hiperkaliemiya, hipomaqneziemiya) proaritmiyaların inkişaf etmə riskinin yüksəlməsinə səbəb olan şərtlər kimi məlumdur. Tri-/tetrasiklik antidepressantlarla müalicə fonunda anestetiklərin istifadəsi, aritmiyaların və arterial hipotenziyanın meydana çıxma riskinin yüksəlməsinə səbəb ola bilər. Mümkün olduqda, cərrahi müdaxilədən bir neçə gün əvvəl, amitriptilinin istifadəsini dayandırmaq lazımdır; təxirəsalınmayan cərrahi müdaxilənin aparılması tələb olunduğu halda, anestezioloqu amitriptilinlə müalicə barədə məlumatlandırmaq mütləqdir. Ürək aritmiyalarının inkişaf etmə ehtimalını nəzərə alaraq, qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən və ya qalxanabənzər vəzinə təsir göstərən preparatlardan istifadə edən pasiyentlərə amitriptilini təyin etdikdə, xüsusilə diqqətli olmaq tələb olunur. Yaşlı pasiyentlər ortostatik hipotenziya riskinə xüsusilə məruz qalırlar. Qıcolmalar, sidik ifrazının ləngiməsi, prostat vəzinin hipertrofiyası, hipertireoz kimi pozğunluqlar müşahidə olunan pasiyentlərə, paranoidal simptomlar və ağır qaraciyər xəstəlikləri və ya ürək-damar sisteminin xəstəlikləri, pilorostenoz və paralitik ileus mövcud olduğu halda, göstərilən dərman preparatını ehtiyatla təyin etmək lazımdır. Gözün ön kamerasının kiçik dərinliyi və dar bucağı kimi nadir vəziyyətlər qeyd olunan pasiyentlərdə, göz bəbəklərinin dilatasiyası nəticəsində kəskin qlaukoma tutmaları provokasiya oluna bilər. Suisid/suisidal düşüncələr Depressiya suisidal düşüncələr, özünə zərər yetirmə və intihar (intiharla əlaqəli hallar) riskinin yüksəlməsi ilə əlaqəlidir. Əhəmiyyətli remissiya əldə olunana qədər, həmin risk mövcuddur. Müalicə başladıqdan sonra, vəziyyətin yaxşılaşması ilk bir neçə həftə müddətində və ya hətta daha uzun müddət ərzində müşahidə olunmaya bilər, bu səbəbdən, əhəmiyyətli remissiya əldə olunana qədər pasiyentlərin vəziyyətlərinin hərtərəfli müşahidəsini təmin etmək vacibdir. Ümumi klinik təcrübə onu təsdiq edir ki, sağalmanın erkən mərhələsində suisidal risk yüksələ bilər. Məlumdur ki, müalicəyə başlamazdan əvvəl anamnezlərində suisidal cəhdlər və ya nəzərə çarpan suisidal düşüncələr qeyd olunan pasiyentlərdə suisidal düşüncələrin və ya suisidin yüksək riski mövcuddur və bu səbəbdən, müalicə müddətində həmin pasiyentlərin vəziyyətlərini hərtərəfli müşahidə etmək lazımdır. Antidepressantlardan istifadə edən yetkin yaşlı pasiyentlərdə psixi pozğunluqların öyrənilməsi istiqamətində aparılan plasebo nəzarətli klinik tədqiqatların meta- analizində göstərilmişdir ki, plasebo ilə müqayisədə, antidepressantlardan istifadə edən 25 yaşdan kiçik pasiyentlərdə suisidal davranış riski yüksəlir. Preparatdan istifadə etdikdə, xüsusilə, müalicənin əvvəlində və doza dəyişdirildiyi halda, pasiyentləri, xüsusilə, yüksək risk qrupuna daxil olan pasiyentləri diqqətlə müşahidə etmək lazımdır. Pasiyentləri (və onların qəyyumlarını) xəbərdar etmək lazımdır ki, klinik pisləşmənin, suisidal davranışın və ya suisidal düşüncələrin və qeyri-adi davranış pozğunluqlarının vaxtında aşkar edilməsi məqsədi ilə, pasiyentin vəziyyətinə nəzarət etmək və yuxarıda qeyd olunan simptomlar meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək vacibdir. Maniakal depressiya müşahidə olunan pasiyentlərdə xəstəliyin maniakal mərhələsinə keçid baş verə bilər; pasiyentdə maniakal mərhələ qeyd olunduğu halda, amitriptilinin istifadəsini dayandırmaq tələb olunur. Digər psixotrop preparatlar kimi, amitriptilin orqanizmin insulinə və qlükozaya qarşı cavab reaksiyasını dəyişə bilər ki, bu da şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə diabetəleyhinə müalicənin korreksiyasını tələb edir; bundan əlavə, depressiv xəstəlik, pasiyentin orqanizmində qlükoza balansında baş verən dəyişikliklərlə meydana çıxa bilər. Antixolinergik və ya neyroleptik dərman preparatları ilə eyni zamanda təyin edildikdə, xüsusilə isti hava şəraitində, trisiklik antidepressantların istifadəsi fonunda hiperpireksiya halları barədə məlumatlar daxil olmuşdur. Uzunmüddətli müalicədən sonra terapiyanı qəflətən dayandırdıqda, baş ağrısı, halsızlıq, yuxusuzluq və qıcıqlanma şəklində ləğvetmə simptomları meydana çıxa bilər. Serotoninin geri tutulmasının selektiv inhibitorlarından (SGTSİ) istifadə edən pasiyentlərə amitriptilini ehtiyatla təyin etmək lazımdır. Gecə enurezi QT intervalının uzanması sindromunu istisna etmək məqsədi ilə, müalicəyə başlamazdan əvvəl, EKQ monitorinqi aparmaq tələb olunur. Enurezin müalicəsi aparıldıqda, amitriptilini antixolinergik preparatlarla birlikdə istifadə etmək olmaz. Həmçinin, digər qeyri-deprressiv pozğunluqların müalicəsi üçün istifadə edildikdə, müalicənin əvvəlində suisidal düşüncələr və davranış halları meydana çıxa bilər; enurezdən əziyyət çəkən pasiyentlərin müalicəsi aparıldıqda, depressiyalı pasiyentlərin müalicəsi üçün təsvir olunan ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Serotonin sindromu Amitriptilin buprenorfin ilə eyni vaxtda istifadə edildikdə potensial həyati təhlükə yaradan serotonin sindromu ilə nəticələnə bilər. Buprenorfinlə paralel müalicə zamanı, xüsusilə müalicənin başlağıc və doza artırılması hallarında pasiyenti diqqətlə müşahidə etmək tövsiyə olunur. Serotonin sindromundan şübhələnilən zaman, simmptomların şiddətindən asılı olaraq dozanın azaldılması və ya terapiyanın dayandırılması düşünülməlidir. Uşaqlar və yeniyetmələr Uşaqların və yeniyetmələrin inkişafı, cinsi yetişkənliyi, koqnitiv və davranış inkişafına təsiri və preparatın uzunmüddətli təhlükəsizliyi barədə heç bir məlumat əldə olunmamışdır. Amitriptilin Qrindeks preparatının tərkibində laktoza və al qırmızı (Ponso 4R) (E124) və ya sarı “günəş qürubu” (E110) rəngləyicilər vardır. Göstərilən preparatın tərkibində laktoza vardır. Laktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliklər qeyd olunan pasiyentlərdə göstərilən dərman preparatını istifadə etmək olmaz. Amitriptilin tabletlərinin tərkibinə allergik reaksiyaların meydana çıxmasına səbəb ola bilən köməkçi maddələr (10 mq örtüklü tabletlərin tərkibində – al qırmızı (Ponso 4R) (E124) və 25 mq örtüklü tabletlərdə – sarı “günəş qürubu” (E110)) daxildir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əks göstəriş olan kombinasiyalar MAO (monoaminooksidaza) fermentinin inhibitorları (qeyri-selektiv və həmçinin selektiv А (moklobemid) və В (selegilin)) – “serotonin sindromun” inkişaf etmə riski. Tövsiyə edilməyən kombinasiyalar Simpatomimetiklər: amitriptilin adrenalinin, efedrinin, izoprenalinin, noradrenalinin, fenilefrinin və fenilpropanolaminin (məsələn, yerli və ümumi anestetiklərin və nazal dekongestantların tərkibində olan) təsirini gücləndirə bilər. Adrenergik neyronların blokatorları: trisiklik antidepressantlar quanetidinin, betanidinin, rezerpinin, klonidinin və metildopanın antihipertenziv effektlərinin qarşısını ala bilər. Trisiklik antidepressantların istifadəsi ilə aparılan müalicə müddətində antihipertenziv müalicə sxemini təkrar nəzərdən keçirmək tövsiyə olunur. Antixolinergik preparatlar: trisiklik antidepressantlar bu dərman preparatlarının gözlərə, mərkəzi sinir sisteminə, bağırsağa və sidik kisəsinə effektlərini gücləndirə bilər; paralitik bağırsaq keçməməzliyi, hiperpireksiya və digər vəziyyətlərin yüksək riskini nəzərə alaraq, həmin preparatların eyni zamanda istifadəsindən çəkinmək lazımdır. QT intervalının uzanmasına səbəb olan dərman preparatları, o cümlədən aritmiyaəleyhinə preparatlar, məsələn, xinidin, antihistamin preparatlar, məsələn, astemizol və terfenadin, bəzi antipsixotik preparatlar (xüsusilə, pimozid və sertindol), sizaprid, halofantrin və sotalol kimi preparatlar trisiklik antidepressantlarla birlikdə istifadə edildikdə, mədəcik aritmiyalarının meydana çıxma ehtimalını yüksəldə bilər. Amitriptilini və metadonu eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək vacibdir, bu zaman, nəzərə almaq lazımdır ki, göstərilən kombinasiya QT intervalına əlavə təsir göstərə bilər və ciddi ürək-damar hadisələrinin meydana çıxma riskini yüksəldə bilər. Amitriptilini və hipokaliemiyanın meydana çıxmasına səbəb olan diuretikləri (məsələn, furosemidi) eyni zamanda istifadə etdikdə, həmçinin, ehtiyatlı olmaq lazımdır. Tioridazin: tioridazinin (CYP2D6 substratı) metabolizminin pozulmasını və bu səbəbdən, ürəklə əlaqəli əlavə effektlər riskinin yüksəlməsini nəzərə alaraq, tioridazinin və amitriptilinin eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Tramadol: tramadolun (CYP2D6 substratı) və trisiklik antidepressantların, məsələn, amitriptilinin eyni zamanda istifadəsi, qıcolmaların və serotonin sindromunun meydana çıxma riskini yüksəldir. Bundan əlavə, göstərilən kombinasiya tramadolun aktiv metabolitin əmələ gəlməsinə qədər metabolizmini ləngidə bilər və bununla, opiat toksikliyə potensial səbəb olan tramadolun konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Göbələkəleyhinə preparatlar, məsələn, flukonazol və terbinafin, qan zərdabında trisiklik antidepressantların konsentrasiyasının yüksəlməsinə və eyni zamanda toksikliyin meydana çıxmasına səbəb olur. Şüurun itməsi və torsade de pointes takikardiyası halları müşahidə olunmuşdur. İstifadə zamanı ehtiyat tələb edən kombinasiyalar MSS-nin depressnatları: amitriptilin alkoqolun, barbituratların və MSS-nin digər depressantlarının sakitləşdirici təsirini gücləndirə bilər. Digər dərman preparatlarının amitriptilinə təsiri Amitriptilin daxil olmaqla, trisiklik antidepressantlar, populyasiyada polimorfizmlə xarakterizə olunan qaraciyər P450 sitoxrom sisteminin əsasən, CYP2D6 və CYP2C19 izofermentləri vasitəsi ilə metabolizmə məruz qalırlar. Amitriptilinin metabolizmində iştirak edən digər izofermentlərə CYP3A4, CYP1A2 və CYP2C9 aiddir. CYP2D6 izofermentin inhibitorları Müxtəlif dərman preparatları, məsələn, neyroleptiklər, serotoninin geri tutulmasının inhibitorları, β- adrenoreseptorların blokatorları, eləcədə, aritmiyaəleyhinə preparatlar CYP2D6 izofermentin təsirini tormozlaya bilər. CYP2D6 izofermentin güclü inhibitorlarına bupropion, fluoksetin, paroksetin və xinidin aiddir. Bu dərman preparatları TSA metabolizminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə və qan plazmasında onların konsentrasiyalarının əhəmiyyətli yüksəlməsinə səbəb ola bilər. TSA-nı və CYP2D6 izofermentin inhibitorları kimi məlum olan digər dərman preparatlarını eyni zamanda istifadə etdikdə, qan plazmasında TSA səviyyələrinin monitorinqinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Amitriptilinin dozasının korreksiyası tələb oluna bilər. Sitoxrom P450 sisteminin digər inhibitorları Simetidin, metilfenidat və kalsium kanallarının blokatorlarına aid preparatlar (məsələn, diltiazem və verapamil) qan plazmasında trisiklik antidepressantların səviyyəsini yüksəldə bilər və bununla əlaqəli meydana çıxan toksikliyin artmasına səbəb ola bilər. Qeyd olunmuşdur ki, göbələkəleyhinə preparatlar, məsələn, flukonazol (CYP2C9 izofermentin inhibitoru) və terbinafin (CYP2D6 izofermentin inhibitoru) qan zərdabında amitriptilinin və nortriptilinin səviyyələrini yüksəldir. CYP3A4 və CYP1A2 izofermentləri amitriptilinin metabolizmində bir qədər az iştirak edirlər. Bununla belə, təsdiq olunmuşdur ki, fluvoksamin (CYP1A2 izofermentin güclü inhibitoru) qan plazmasında amitriptilinin səviyyəsini yüksəldir – bu səbəbdən, göstərilən kombinasiyanın istifadəsindən çəkinmək lazımdır. Amitriptilini və CYP3A4 izofermentin güclü inhibitorlarını, məsələn, ketokonazolu, itrakonazolu və ritonaviri eyni zamanda istifadə etdikdə, klinik əhəmiyyətli qarşılıqlı təsirlərin meydana çıxmasını gözləmək olar. Trisiklik antidepressantlar və neyroleptiklər bir-birinin metabolizmini qarşılıqlı inhibə edir; bu, qıcolma qıcıq qapısının aşağı düşməsinə və qıcolma tutmalarının meydana çıxmasına səbəb ola bilər. Ehtimal ki, bu dərman preparatının dozasının tənzimlənməsi tələb oluna bilər. Sitoxrom P450 sisteminin induktorları Peroral kontraseptivlər, rifampisin, fenitoin, barbituratlar, karbamazepin və dazıotu (Hypericum perforatum) trisiklik antidepressantların metabolizmini gücləndirə bilər və qan plazmasında trisiklik antidepressantların konsentrasiyasının aşağı düşməsinə və antidepressiv reaksiyanın zəifləməsinə gətirib çıxara bilər. Etanolun iştirakı ilə qan plazmasında sərbəst amitriptilinin və nortriptilinin konsentrasiyaları yüksəlir. Natrium valproat və valpromid qan plazmasında amitriptilinin konsentrasiyasını yüksəldə bilər. Klinik monitorinqin aparılması tövsiyə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamiləlik, laktasiya zamanı və ya hamiləlik planlaşdırdıqda, bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Həkim fayda/risk nisbətini diqqətlə qiymətləndirdikdən sonra preparatın qəbulunun vacib olduğunu vacib hesab etdiyi haldan başqa hamiləlik dövründə amitriptilinin istifadəsi əks göstərişdir. Hamiləliyin sonunda preparatın istifadə edilməsi zamanı yenidoğulmuşlarda, qıcıqlanma, hipertoniya, tremor, qeyri-müntəzəm tənəffüs, udqunmanın çətinləşməsi, yüksək səslə ağlamaq, sidiyin ləngiməsi və qəbizlik kimi antixolinergik simptomlar yarana bilər. Amitriptilin və onun metabolitləri ana südünə keçir. Ana südü ilə qidalanan körpələrdə risk istisna edilə bilməz. Həkim pasiyent və uşaq üçün fayda/risk nisbətini qiymətləndirdikdən sonra ana südü ilə qidalandırmanın başlanması/davam etdirilməsi/dayandırılması barədə qərar verməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat və yüksək diqqət və ya sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparatı həmişə həkim təyin etdiyi qaydada istifadə etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə müraciət etmək lazımdır. Dərmanların bütün dozalanma sxemi istənilən farmasevtik forma/dozalanma köməyilə realizə olunmur. Başlanğıc doza və sonradan dozanın artırılması üçün müvafiq dərman formasını/dozalanmanı seçmək lazımdır. Ağır depressiv epizodlar Böyüklər Məsləhət görülən doza sutkada 2 dəfə 25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən iki qəbula bölməklə, 150 mq-a qədər artıra bilər. 65 yaşdan yuxarı yaşlı şəxslər və ürək-damar xəstəlikləri olan pasiyentlər Başlanğıc doza sutkada 10-25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən iki qəbula bölməklə, 100 mq-a qədər artıra bilər. Pasiyent sutkada 100-150 mq doza qəbul etdiyi halda, həkimin xəstənin vəziyyətini tez-tez qiymətləndirilməsinin tələb edilməsi mümkündür. Uşaqlar və yeniyetmələr Depressiyanı müalicə etmək məqsədilə bu dərman vasitəsini uşaqlara və yeniyetmələrə vermək olmaz. Neyropatik ağrı, xroniki gərginlik baş ağrısının müalicəsinin profilaktikası və miqrenin müalicəsinin profilaktikası Həkim dozanı pasiyentin simptomlarına və müalicəyə qarşı reaksiyasına müvafiq seçməlidir. Böyüklər Məsləhət görülən başlanğıc doza axşam 10-25 mq-dır. Məsləhət görülən gündəlik doza 25-75 mq-dır. Pasiyentin dərman vasitəsinə reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra bilər. Alınan doza sutkada 1000 mq-ı aşdıqda, həkimin pasiyentin vəziyyətini tez-tez qiymətləndirilməsinin tələb olunması mümkündür. Həkim, dozanı sutkada 1 dəfə və ya 2 qəbula bölmək barədə göstəriş verməlidir. 65 yaşdan yuxarı yaşlı şəxslər və ürək-damar xəstəlikləri olan pasiyentlər Məsləhət görülən başlanğıc doza axşam 10-25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra bilər. Alınan doza sutkada 75 mq-ı aşdıqda, həkimin pasiyenti müayinə etməsinin tələb olunması mümkündür. Uşaqlar və yeniyetmələr Bu dərman vasitəsini uşaqlarda və yeniyetmələrdə neyropatik ağrının, xroniki gərginlik baş ağrısının müalicəsinin profilaktikası və miqrenin müalicəsinin profilaktikasında istifadə etmək olmaz. Gecə enurezi Uşaqlarda məsləhət görülən doza: 6 yaşa qədər: “Əks göstərişlər” bölməsinə bax; 6-10 yaşlı uşaqlar: sutkada 10-20 mq. Bu yaş qrupunda daha uyğun dərman formasından istifadə etmək lazımdır; 11 yaşdan yuxarı uşaqlar: sutkada 25-50 mq. Dozanı tədricən artırmaq lazımdır. Preparatı yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək lazımdır. Müalicəyə başlamazdan əvvəl həkim ürəkdöyünmənin dəyişməsi əlamətlərini yoxlamaq üçün pasiyentin ürəyini EKQ etməlidir. Həkimlə müzakirə etmədən müalicəni dayandırmaq olmaz. Xüsusi riskli pasiyentlər Qaraciyər xəstəlikləri olan və ya “ləng metabolizatorlar” adlandırılan şəxslər, adətən preparatın daha kiçik dozasını qəbul edirlər. Yeridilmə üsulu Tabletlər daxilə qəbul üçün nəzərədə tutulub. Tabletlər su ilə udulur. Müalicənin müddəti Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişdirmək və müalicəni dayandırmaq olmaz. Ağır depressiv epizodlar Depressiyanın müalicəsi üçün istifadə edilən digər dərman vasitələri kimi pasiyent hər hansı yaxşılaşma hiss edənə qədər bir neçə həftə tələb oluna bilər. Depressiyanın müalicəsi zamanı müalicənin müddəti fərdidir, adətən 6 aydır. Müalicənin müddəti həkim tərəfindən müəyyən edilir. Dərman vasitəsini həkim tövsiyə etdiyi qədər qəbul etmək lazımdır. Əsas xəstəlik uzun müddət ərzində saxlana bilər. Pasiyent müalicəni tez dayandırdığı halda onun simptomları qayıda bilər. Neyropatik ağrı, xroniki gərginlik baş ağrısının müalicənin profilaktikası və miqrenin müalicəsinin profilaktikası Pasiyentin sağlamlığının hər hansı yaxşılaşması üçün bir neçə həftə tələb oluna bilər. Pasiyent müalicənin müddəti barədə həkimlə məsləhətləşməli və həkim tövsiyə etdiyi qaydada istifadəsini davam etdirməlidir. Gecə enurezi 3 aylıq kurs istifadəsindən sonra müalicənin davam etdirilməsinə həkim verməlidir.

Əlavə təsirləri

Amitriptilin də digər trisiklik antidepressatların qəbulu zamanı yaranan əlavə təsirlərə analoji əlavə effektlərə səbəb olur. Əlavə təsirlərdən bəziləri, məsələn, başağrı, tremor, diqqət konsentrasiyasının pozulması, qəbizlik və libidonun azalması, depressiyanın simptomları ola bilər və adətən depressiv vəziyyət yaxşılaşdıqca, zəifləyir. Aşağıda sadalanan siyahıda şərti məlumatdan istifadə edilir. MedDRA üzrə orqanlar sisteminin təsnifatı və rastgəlmə tezliyi Çox tez-tez (≥ 1/10) Tez-tez (≥ 1/100 – < 1/10) Bəzən (≥ 1/1000 – < 1/100) Nadir hallarda (≥ 1/10000 – < 1/1000) Çox nadir hallarda (< 1/10000) Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Orqanlar sisteminin sinfi Rastgəlmə Əlavə təsirlər MedDRA tezliyi Qanda və limfa sistemində Nadir hallarda Sümük iliyinin funksiyasının zəifləməsi, baş verən pozğunluqlar aqranulositoz, leykopeniya, eozinofiliya, trombositopeniya. Metabolizmdə və Nadir hallarda İştahanın azalması qidalanmada baş verən Məlum deyil Anoreksiya, qanda şəkərin səviyyəsinin pozğunluqlar yüksəlməsi və ya enməsi Psixi pozğunluqlar Çox tez-tez Aqressiya Tez-tez Şüurun dumanlanması, libidonun azalması, oyanıqlıq Bəzən Hipomaniya,maniya, narahatlıq, yuxusuzluq, gecə kabusları Nadir hallarda Deliriya (yaşlı pasiyentlərdə), hallüsinasiya, suisidal fikirlər və ya davranış* Məlum deyil Paranoya Sinir sistemində baş verən Çox tez-tez Yuxululuq, tremor, başgicəllənmə, pozğunluqlar başağrı, nitqin pozulması (dizartriya) Tez-tez Konsentrasiya qabiliyyətinin pozulması, dad hissiyyatının dəyişməsi, paresteziya, ataksiya Bəzən Qıcolma Çox nadir Akatiziya, polineyropatiya hallarda Məlum deyil Ekstrapiramidal pozğunluqlar Göz xəstəlikləri Çox tez-tez Akkomodasiyanın pozulması Tez-tez Midriaz Çox nadir Kəskin qlaukoma hallarda Məlum deyil Gözlərdə quruluq Eşitmə orqanlarında və Bəzən Tinnit labirintdə baş verən pozğunluqlar Ürəyin funksiyasının Çox tez-tez Palpitasiya, taxikardiya pozulması Tez-tez Atrioventrikulyar blokada, His dəstəsinin ayaqcıqlarının blokodası Bəzən Kollaps vəziyyəti, ürək çatışmazlığının pisləşməsi Nadir hallarda Aritmiya Çox nadir Kardiomiopatiya, torsades de pointes hallarda Məlum deyil Hiperhəssas miokardit Damarlarda baş verən Çox tez-tez Ortostatik hipotenziya pozğunluqlar Bəzən Hipotenziya Məlum deyil Hipertermiya Tənəffüs sistemi, döş Çox tez-tez Burun tutulması qəfəsi və divararalı Çox nadir Ağciyərlərin allergik iltihabı, müvafiq orqanlarında baş verən hallarda olaraq, alveolların və ağciyər toxumasının pozğunluqlar (alveolit, Leffler sindromu) Mədə-bağırsaq sistemində Çox tez-tez Ağızda quruluq, qəbizlik, ürəkbulanma baş verən pozğunluqlar Bəzən Diareya, qusma, dilin ödemi Nadir hallarda Tüpürcək vəzinin ödemi, paralitik ileus Qaraciyərdə və/və ya öd Nadir hallarda Sarılıq axarlarında baş verən Bəzən Qaraciyər çatışmazlığı (məsələn, pozğunluqlar qaraciyərin xolestatik xəstəliyi) Məlum deyil Hepatit Dəridə və dərialtı Çox tez-tez Yüksək tərləmə toxumada baş verən Bəzən Səpgi, övrə, üzün ödemi pozğunluqlar Nadir hallarda Alopesiya, fotohəssaslıq Böyrəklərdə və Tez-tez Sidik ifrazının pozulması sidikçıxarıcı yollarda baş Bəzən Sidiyin ləngiməsi verən pozğunluqlar Reproduktiv sistemdə və Tez-tez Erektil disfunksiya süd vəzilərində baş verən Bəzən Qalaktoreya pozğunluqlar Nadir hallarda Ginekomastiya Ümumi və yeridilmə Tez-tez Yüksək yorğunluq, susuzluq hissi nahiyəsində baş verən Nadir hallarda Pireksiya pozğunluqlar Tədqiqatlar Çox tez-tez Bədən çəkisinin artması Tez-tez Patoloji elektrokardioqram: elektrokardioqramda QT intervalının uzanması, elektrokardioqramda QRS kompleksinin genişlənməsi, hiponatriemiya Bəzən Gözdaxili təzyiqin yüksəlməsi Nadir hallarda Bədən çəkisinin azalması, qaraciyər funksiyasının patoloji testi, qələvi fosfotazanın, transaminazaların səviyyəsinin artması *Amitriptilinin istifadəsi zamanı və ya onun istifadəsindən dərhal sonra suisidal fikirlər və suisidal davranış barədə alınan məlumatlar. Əsasən 50 və yuxarı yaşlı pasiyentlər üzərində epidemioloji tədqiqatlar, SGTSİ və TSA-nın istifadəsi zamanı sümüklərin yüksək sınma riskini göstərir. Bu riskin yüksəlməsinin təsir mexanizmi məlum deyil. Əlavə təsirlər barədə məlumatın verilməsi Pasiyentdə istənilən əlavə təsir, bu içlik vərəqədə qeyd edilməyən təsirlər daxil olmaqla, təzahür etdikdə, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsirlər barədə məlumatın verilməsi, bu dərman vasitəsinin təhlükəsizliyi barədə daha geniş məlumatın olmasının təmin edilməsinə kömək edir.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı pasiyent, hətta heç bir diskomfort və ya zəhərlənmə hiss etmədikdə belə, həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etməlidir. Pasiyent həkimə və ya xəstəxanaya gedərkən, dərmanın qablaşdırmasını özü ilə götürməlidir. Doza həddinin aşılmasının simptomlarına daxildir: Antixolinergik simptomlar: midriaz, taxikardiya, sidik ləngiməsi, quru selikli qişalar, bağırsaq hərkətliliyin azalması, qıcolmalar, qızdırma, tənəffüs derpressiyası, hipotermiya. Ürək simptomları: aritmiyalar( mədəcik taxikardiyası, torsade de pointes, mədəcik fibrilyasiyası), QT intervalının uzanması, ürək çatışmazlığı, hipotenziya, kardiogen şok, hiponatriemiya.

Buraxılış forması

10 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Grindeks” SC. Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Telefon: + 371 67083205. Faks: + 371 67083505. Elektron ünvan: [email protected] Mətnin düzəliş tarixi: Aprel 2020.

Müştəri rəyləri

Oxşar məhsullar