Aminoselect 250 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Parenteral qidalanma üçün məhlul |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
22,33 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
AMİNOSELEKT 8 q/100 ml venadaxili infuziya üçün məhlul AMINOSELECT
Tərkibi
Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində vardır: L-alanin 7,5 q, L-arginin 6 q, L-fenilalanin 1 q, qlisin 9 q, L-izoleysin 9 q, L-histidin 2,4 q, L-leysin 11 q, L-lizin asetat 8,6 q (6,1 q L-lizin əsasına müvafiq olaraq), L-metionin 1 q, L-prolin 8 q, L-serin 5 q, L-treonin 4,5 q, L-triptofan 0,76 q, L-valin 8,4 q. Köməkçi maddələr: natrium edetat, natrium metabisulfit, inyeksiya üçün su. pH: 5,8-6,8 kristallik sirkə turşusuna əsasən standartlaşdırılmışdır. – Elektrolitlər (mEq/l): [CH3COO ]42. Ümumi aminturşular: 80 q/l. Ümumi azot: 12,18 q/l. Nəzəri osmotiklik: 733 mOsm/l.
Təsviri
Şəffaf rəngsiz və yaxud zəif sarıya çalan, spesifik qoxulu, içərisində gözlə görünən hissəciklər olmayan məhluldur.
Farmakoterapevtik qrupu
Parenteral qidalanma üçün məhlul. ATC kodu: B05BA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dərman vasitəsinin tərkibində olan əvəzolunan və əvəzolunmayan L-amin turşuları fizioloji birləşmələrdir. Qida ilə daxil olmuş amin turşuları kimi, parenteral yolla daxil olan amin turşuları plazmada sərbəst şəkildə mövcud olan ümumi amin turşuları kütləsi ilə qarışaraq zülalların sintezində və maddələr mübadiləsi proseslərində iştirak edirlər. Farmakokinetikası Parenteral yolla və qida ilə daxil olmuş amin turşularının farmakokinetik xüsusiyyətləri bənzərdir. Qida amin turşuları ilkin olaraq qaraciyər portal venasından keçəndən sonra sistemli qan dövranına daxil olur, lakin parenteral daxil edilən amin turşuları bilavasitə sistemli qan dövranına keçir. Damardaxili boşluqdan amin turşuları hüceyrəarası sahəyə paylanır və müxtəlif toxuma hüceyrələrinə daşınır. Qanda və toxumalarda sərbəst amin turşularının konsentrasiyası yaşdan, qidalanma xüsusiyyətlərindən və xəstənin klinik vəziyyətindən asılı olaraq endogen mexanizmlər vasitəsilə məhdud diapazon hüdudları çərçivəsində tənzimlənir. Amin turşuları məhlulları yavaş-yavaş yeridildikdə amin turşusu balansı pozmur. Yalnız kiçik hissəsi böyrəklər vasitəsilə xaric olunur.
İstifadəsinə göstərişlər
Beyin funksiyalarının pozulması (ensefalopatiya) ilə müşayiət olunan və ya olunmayan qaraciyər funksiyalarının ağır pozğunluqları (qaraciyər çatışmazlığı), qaraciyər koması.
Əks göstərişlər
Ağır böyrək çatışmazlığı, aminturşu metabolizminin anadangəlmə pozğunluqları, ağır və ya patoloji elektrolit və ya turşu/qələvi disbalansı, hipovolemiya, preparatın tərkibində olan komponentlərə qarşı hiperhəssaslıq, hamiləlik və laktasiya dövrü. Xüsusu göstərişlər və ehtiyat tədbirləri Preparat parenteral qidalanma üzrə təcrübəsi olan şəxslər tərəfindən yeridilməlidir. Preparatı uşaqlarda və böyrək çatışmazlığı olan xəstələrdə (nəzərdə saxlamaq lazımdır ki, bu xəstələrdə hiperqlikemiya olduqda həmişə qlükozuriya müşahidə edilmir) istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Böyrək, ağciyər xəstəliklərindən və ya ürək çatışmazlığından əziyyət çəkən xəstələrə preparatı təyin edərkən orqanizmdə artıq həcmdə mayenin yığılmasına yol verməmək üçün xüsusilə ehiyatlı olmaq lazımdır. Klinik və laborator göstəriciləri, o cümlədən, su-elektrolit və turşu-qələvi balansını müntəzəm olaraq nəzarətdə saxlamaq lazımdır. Normal göstəricilərdən əsaslı dərəcədə fərqlənən kənaraçıxmalar (uzunmüddətli nazoqastral aspirasiya, qusma, diareya) olduqda müvafiq terapevtik tədbirlər həyata keçirilməlidir. Hiperazotemiya (mənşəyindən asılı olmayaraq) zamanı aminturşu infuziyaları, yalnız xəstə tərəfindən qəbul edilən azotun ümumi miqdarı dəyərləndirildikdən sonra təyin edilə bilər. Böyrək disfunksiyaları zamanı azot balansı dəqiq müayinə edilməlidir. Hiperammonemiyanın həcmi, xüsusən uşaqlarda dəqiq təyin edilməlidir. Aminturşularla bərabər kalorili vasitələr (xüsusilə yüksək konsentrasiyalı qlükoza məhlullarının) istifadə edilməsi tələb olunursa, qanda və sidikdə qlükoza əmsalı vaxtaşırı olaraq müəyyən edilməlidir. Preparat diabetiklər və ya qlükozaya zəif tolerantlığa malik olan xəstələrə təyin edilərkən hiperqlikemiya riski dəyərləndirilməlidir. Qatı qlükoza məhlullarının istifadəsi zamanı təyinatın qəfil dayandırılmasının hiperinsulinemiyaya səbəb ola biləcəyini nəzərə almaq lazımdır. Parenteral qidalanma tədricən dayandırılmalıdır. Böyrək çatışmazlığı olan pasiyentlərdə, sidik cövhəri azotunun təkrari istifadəsinə şərait yaratmaq üçün, əvəzolunmayan azot yüklənməsi azaldılmalı və adekvat kaloridə minimal miqdarda əvəzolunmayan aminturşu qəbul edilməlidr. Uzunmüddətli (5 gündən çox) parenteral qidalanmaya məruz qalan pasiyentlərdə əvəz olunmayan yağ turşularının çatışmazlığı müşahidə oluna bilər. Ümümi kalorinin 4-10%-ni təşkil edən lipid emulsiyalarının (məsələn, linol turşusu) istifadəsi əvəz olunmayan yağ turşularının çatışmazlığının qarşısını ala bilər. Durğunluq ürək çatışmazlığı, kəskin böyrək çatışmazlığı və orqanizmdə natriumun yığılması ilə əlaqədar olan ödemlər zamanı tərkibində natrium olan məhlullar ehtiyatla və yalnız mütləq göstəriş olduqda istifadə edilməlidir. Asetat tərkibli məhlullar respirator və ya metabolik alkolozdan əziyyət çəkən pasiyentlərdə və bu ionun səviyyəsinin yüksək olduğu və ya orqanizmdən xaric olmasının azalması (məsələn, kəskin qaraciyər çatışmazlığında olduğu kimi) hallarında ehtiyatla istifadə edilməlidir. İnyeksiya nahiyəsi flebit və trombozun hər hansı bir əlamətinin meydana çıxmasını vaxtında aşkarlamaq məqsədilə tez-tez müayinə edilməlidir. Tərkibində natrium metabisulfit olan preparatlar həssas xəstələrdə anafilaktik şok və ya ağır astmatik tutmalar kimi allergik reaksiyaların baş verməsinə səbəb ola bilər. Böyrək funksiyalarının pozğunluqları olan xəstələrə aminturşu məhlullarının təyini elektrolit disbalansı ilə əlaqəli problemlər yarada bilər. Böyrək və qaraciyər funksiyalarının pozğunluqları və mədə-bağırsaq qanaxmaları zamanı aminturşuların təyini qanda azotun səviyyəsini artıra bilər. Aminturşuların karbohidratlarsız təyini orqanizmdə keton cisimciklərinin toplanmasına səbəb ola bilər. Qaraciyər çatışmazlığı olan pasiyentlərə aminturşuların təyini (əgər məhlul xüsusilə bu pasiyentlər üçün hazırlanmayıbsa) plazmada aminturşu disbalansının, metabolik alkalozun, hiperammonemiyanın və prerenal hiperazotemiyanın yaranmasına, huşun itməsinə və komaya səbəb ola bilər. İnfuziyanın sürətli yeridilməsi əlavə təsirlərin baş vermə riskini artıra bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tetrasiklinlərin antibiotik təsiri ilə əlaqədar olaraq onların aminturşularla paralel təyini bu tip məhlulların zülal saxlayıcı təsirini zəiflədə bilər. Amin turşusu məhlululun parenteral qidalanma üçün nəzərdə tutulmuş digər məhlullar ilə qarışdırılması məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın reproduktivliyə və dölə təsiri haqda məlumat yoxdur. Hamiləlik və laktasiya zamanı preparat yalnız həyati göstəriş olduqda təyin edilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Venadaxili infuziya. İlkin sutkalıq doza – 35-50 q aminturşu (təxminən 400-600 ml) 24 saat ərzində tərdicən maksimal dozaya – 80-120 q-a qədər (təxminən 1000-1500 ml) qaldırılmalıdır. Kurs müddəti müalicəyə uyğun olaraq parenteral qidalanmanın tələb olunduğu qədər davam edir. Əlavə olaraq ya infuziya üçün dəstin digər bölmələri vasitəsi ilə və ya digər vena ilə karbohidrat və elektrolitlərin yeridilməsi məsləhət görülə bilər. Digər dərman maddələrinin əlavə edilməsi zamanı uyğunsuzluq riskini minimuma endirmək məqsədi ilə çöküntü və ya bulanıqlığın olmasına qarşı məhlul yeridilmədən öncə və ya infuziya zamanı vaxtaşırı olaraq yoxlanılmalıdır. Məhlul yalnız tam şəffaf olduğu və görünən hissəciklərin olmadığı təqdirdə istifadə edilə bilər. Preparat orqanizmə birdəfəyə və arasıkəsilmədən yeridilməlidir. Dərmanın qalığı təkrar istifadə edilməməlidir.
Əlavə təsirləri
Əlavə təsirlər məhlulun xüsusiyyətləri və ya infuziyanın yeridilmə texnikası ilə əlaqədar olaraq yaranan yerli və ümumi reaksiyalar şəklində özünü büruzə verə bilər. Yerli reaksiyalar İnyeksiya nahiyəsində yanğı hissi, eritema, flebit və ya tromboz baş verə bilər. Ümumi reaksiyalar Geniş yayılmış eritema, hərarətin artması, ürəkbulanma. Metabolik, su-elektrolit, turşu/qələvi disbalansı (“Xüsusi xəbərdarlıqlar” bölməsinə bax) Əgər hər hansı bir əlavə təsir baş verərsə, preparatın qəbulu dayandırılmalı, pasiyent təkrar müayinə olunmalı və müvafiq terapevtik tədbirlər həyata keçirilməlidir. İçlik vərəqədə göstərilməyən hər hansı əlavə təsir meydana çıxarsa, pasiyent dərhal həkimə və ya farmasevtə məlumat verməlidir.
Doza həddinin aşılması
Dərmanın doza həddinin aşılması metabolik, su-elektrolit və turşu/qələvi disbalansının yaranmasına səbəb ola bilər. Belə olan halda pasiyent klinik müayinə edilməli və müvafiq terapevtik tədbirlər həyata keçirilməlidir.
Buraxılış forması
250 ml və ya 500 ml məhlul, flakonlarda. Flakonlar içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Göstərilən yararlılıq müddəti orijinal qablaşmada olan və müvafiq qaydada saxlanılan preparata aid edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Industria Farmaceutica GALENICA SENESE S.r.l. Via Cassia Nord, 351 – 53014 Monteroni d’Arbia (SI) – İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.