Ametazon 30 q krem

Təsiredici maddə: MOMETASONE
Təsiredici maddəMOMETASONE
Dərman formasıKrem
Farmakoloji təsirYerli istifadə üçün qlükokortikosteroid
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AMETAZON 0,1% yerli istifadə üçün krem

AMETAZON
Beynəlxalq patentləşdirilməmiş adı : Mometasone

Tərkibi:

Təsiredici maddə: 1 q kremin tərkibində 1mq mometazon furoat vardır.
Köməkçi maddələr: heksilenqlikol, ağ arı mumu, ağ vazelin, propilenqlikol stearat, fosfat turşusu, təmizlənmiş su, titan dioksid, stearil spirti və stearat 20, alüminium nişasta oktenil suksinat.

Təsviri

Ağ rəngli kremdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlükokortikosteroid.
ATC kodu: D07AC13.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Mometazon furoat iltihab və qaşınmaəleyhinə, antiekssudativ təsirə malik sintetik qlükokortikosteroiddir. Qlükokortikosteroidlər lipokortin adlanan zülalların sintezini gücləndirərək fosfolipaza A2-ni inaktivləşdirir. Lipokortin iltihab mediatorlarları olan prostaqlandinlərin və leykotriyenlərin sələfi araxidon turşusunun sintezini pozur və bu iltihab meditorlarının biosintezini nəzarət altında saxlayır.

Farmakokinetikası

Mometazon furoatın dəridən absorbsiyası bir çox amillərdən, əsasən də preparatın tərkibinə daxil olan köməkçi maddələrdən və dərinin bütövlüyündən asılıdır. 0,1% mometazon furoat kreminin yerli istifadəsindən sonra qan dövranına absorbsiyası minimaldır. Belə ki, 0,1% kreminin yerli istifadəsindən 8 saat sonra qan dövranına təsiredici maddənin absorbsiyası 0,4% təşkil edir. Eyni minimal absorbsiya kortikosteroidlərin losyon formasının istifadəsi zamanı baş verir. Dəridə iltihabı proses zamanı kremin absorbsiyası artır. Aparılan tədqiqatlar göstərmişdir ki, psoriaz zamanı başın və bədənin dəri nahiyəsinə mometazon furoatın 0,1% losyon formasının 7 gün ərzində gündə 2 dəfə istifadəsi qanda kortizolun səviyyəsini dəyişmir yaxud bu dəyişikliklər cüzi miqdarda müşahidə olunur. Mometazon furoat dəridən absorbsiya olunduqdan sonra sistem kortikosteroidlər kimi farmakokinetik dəyişikliklərə uğrayır. Əsəsən qaraciyərdə metabolizmə uğrayır və böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur.

İstifadəsinə göstərişlər

− Psoriaz
− Atopik dermatit
− Kortikosteroidlərlə müalicəyə müsbət cavab verən bütün dermatozlar

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq.
Akne vulqaris, perioral dermatit, perianal ve genital qaşıntı, körpə bez dermatiti, bakterial (impetiqo), viral (herpes simpleks, herpes zooster, su çiçəyi) ve funqal (kandida və ya dermatofit) infeksiyalar, varisella, tuberkuloz, sifilis və ya peyvənd sonrası reaksiyalarda əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Mometazon furoat yalnız dermatologiyada istifadə olunur, oftalmologiyada istifadə olunmur. İstifadə zamanı preparata qarşı həssaslıq yaranarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Yerli istifadə zamanı qlükokortikoidlərin qan dövranına absorbsiyası nəticəsində, yaxud istifadəsi dayandırıldıqdan sonra, hipotalamo-hipofizar sistemində və böyrəküstü vəzin fəaliyyətində geriyə dönən pozğunluqlar yarana bilər.
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı qan dövranına absorbsiya nəticəsində Kuşinq sindromu, hiperqlikemiya, qlükozuriya yarana bilər.
Qlükokortikosteroidlərin dərinin geniş hissələrinə uzunmüddətli və okklüzion sarğı altında istifadəsi zamanı xəstələrdə hipotalamo-hipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti daima nəzarət altında saxlanılmalıdır. Bu məqsədlə, AKTH stimulyasiya testi aparılmalıdır, qanda kortizolun səhər səviyyəsi, sidikdə azad kortizolun miqdarı təyin olunmalıdır. Əgər, hipotalamo-hipofizar sistemdə pozğunluqlar müşahidə olunarsa, preparatın istifadə arasındakı vaxt artırlmalıdır, yaxud preparatın istifadəsi dayandırılmalıdır. Qlükokortikosteroidlərin yerli istifadəsi dayandırıldıqdan dərhal sonra hipotalamo-hipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti bərpa olunur. Nadir hallarda qlükokortikosteroid çatışmazlığı yarana bilər ki, bu zaman sistem təsirli qlükokortikosteroidlərin əlavə istifadəsi tələb olunur.
Preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
Dəridə qıcıqlanma yaranarsa, mometazon furoatın istifadəsi dayandırılır və uyğun müalicə təyin olunur. Dəridə yanaşı infeksion proses inkişaf edərsə, bu zaman antibakterial, göbələkəleyhinə vasitələrdən istifadə olunur. Əgər qısa müddət ərzində infeksion proses aradan qaldırılmırsa, o zaman mometazon furoatın istifadəsi proses tamamilə aradan qaldırılana kimi dayandırılır. Mometazon furoatın istifadəsindən 2 həftə sonra klinik effektivlik müşahidə olunmursa, diaqnoz yenidən qiymətləndirilməlidir.
Pediatriyada istifadəsi: 2 yaşına kimi uşaqlarda mometazon furoatın istifadəsi həkimin nəzarəti altında aparılır. Uşaqlarda dəri səthi sahəsinin bədən kütləsinə nisbəti daha yüksək olduğundan hipotalamo-hipofizar sistem və böyrəküstü vəzi qlükokortikosteroidlərin istifadəsinə daha həssasdırlar. Buna görə də, uşaqlarda dəri səthinin 20% artıq hissəsinə qlükokortikoidlərin istifadəsi yaxud preparatın dayandırılması zamanı Kuşinq sindromu və hipotalamo-hipofizar sistemin pozğunluqları daha tez yaranır. Uşaqlarda qlükokortikostroidlərin istifadəsi zamanı dəridə atrofik dəyişikliklər yarana bilər. Mometazon furoat bez dermatitin müalicəsi zamanı istifadə olunmur.

Xəstələr üçün məlumat:

Xəstələr yerli qlükokortikosteroidlərin istifadəsindən əvvəl aşağıdakı məlumatla və preparatın istifadə qaydaları ilə tanış olmalıdırlar:
• Dərman preparatı həkimin təyinatına uyğun istifadə olunmalıdır. Yalnız yerli istifadə olunur. Gözə istifadə olunmur.
• Təyin olunan göstərişlərdən kənar digər pozğunluqlar zamanı istifadə olunmur.
• Həkimin təyinatı olmadan preparatın yerli istifadəsi zamanı okklüzion sarğı yaxud digər sarğılardan istifadə etmək olmaz.
• Yerli əlavə reaksiyalar müşahidə olunarsa həkimə müraciət edin.
• Uşaqlarda bez dermatinin müalicəsində istifadə olunmur.
• Həkim təyinatı olmadan preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
• Digər kortikosteroidlər kimi preparatın istifadəsindən 2 həftə sonra yaxşılaşma müşahidə olunmursa həkimə müraciət edin.
• Həkim məsləhəti olmadan digər kortikosteroid tərkibli dərman preparatları ilə yanaşı istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik və laktasiya dövründə preparatdan böyük dozalarda və uzun müddət istifadə etmək olmaz. Hamiləlik dövründə mometazon furoat ana üçün gözlənilən fayda, döl üçün gözlənilən potensial riskdən daha vacib olan hallarda istifadə olunur.
Laktasiya dövründə, qlükokortikosteroidlərin sistem istifadəsi zamanı qlükokortikosteroidlər ana südündə aşkar olunur və nəticə olaraq endogen kortikosteroidlərin sintezi pozulur. Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı ana südündə aşkar olunması haqqında kifayət qədər məlumat yoxdur, buna görə də laktasiya dövründə mometazon furoat ehtiyatla təyin olunur.

Nəqliyyat vasitələrinə və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

AMETAZON krem gündə 1 dəfə dərinin zədələnmiş səthinə nazik qatla sürtülür.
AMETAZON krem 2 yaşdan yuxarı uşaqlarda eyni dozalanmada istifadə olunur. Uşaqlarda 5 gündən artıq istifadə tövsiyə olunmur.

Əlavə təsirləri

Preparat nadir hallarda (xəstələrin 1%-də) dəridə səpgilər, ödem, maserasiya, allergik və psevdoallergik reaksiyalar (allergik vaskulit), göynəmə, hipopiqmentasiya, ikincili infeksiyalaşma, paresteziya, abses, dəridə quruluq, qaşınma və dərinin atrofiyasını törədə bilər.
BU HALLAR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!

Doza həddinin aşılması

Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

30 q krem, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Bilim İlaç San. ve Tic. A.Ş., Türkiyə.
Gebze Organize Sanayi Bölgesi (GOSB) 1900 Sokak No:1904, Gebze-Kocaeli, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Bilim İlaç San. ve Tic. A.Ş., Türkiyə.
Kaptanpaşa Mah., Zincirlikuyu Cad. No:184 Beyoğlu-İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ametazon 30 q krem” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar