Ambroksol 30 mq N20 tablet

Təsiredici maddə: AMBROXOL
Təsiredici maddəAMBROXOL
Dərman formasıTablet
Farmakoloji təsirÖskürək zamanı və soyuqdəymə xəstəliklərində istifadə olunan dərman vasitələri. Mukolitik vasitələr.
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,44 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AMBROXOL Beynəlxalq patentləşdirilməmiş adı: Аmbroxol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, kalsium stearat, susuz kolloidal silisium dioksid.

Təsviri

Ağ və ya sarımtıl çalarlı ağ rəngdə, yastı silindrik, kənarları kəsik, üzərində bölmə xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Öskürək zamanı və soyuqdəymə xəstəliklərində istifadə olunan dərman vasitələri. Mukolitik vasitələr. АТC kodu: R05СВ06.

İstifadəsinə göstərişlər

Bəlğəmin yaranmasının pozulması və xaric olması ilə əlaqədar kəskin və xroniki bronx-ağciyər xəstəliklərində sekretolitik terapiya.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Aktiv inqrediyentin yüksək dozası ilə əlaqədar, 30 mq ambroksal tabletlərini 6 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Multiformalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, yayılmış kəskin ekzantematoz pustulyoz kimi ağır dəri reaksiyalarının inkişafının mümkünlüyü barədə məlumat vardır. Bu səbəbə görə dərinin və selikli qişaların zədələnməsi baş verdikdə, dərhal həkimə müraciət etmək lazımdır, Ambroksol ilə müalicəni isə ehtiyat tədbiri kimi dayandırmaq lazımdır. Böyrək funksiyasının pozulması və ya ağır qaraciyər xəstəlikləri zamanı dərman vasitəsi, yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilə bilər. Qaraciyərdə metabolizmə uğrayan və böyrəklər vasitəsilə xaric olan istənilən dərman vasitəsində olduğu kimi, böyrək funksiyasının ağır pozulması zamanı qaraciyərdə yaranan ambroksolun metabolitlərinin toplanması ehtimal edilir. Bronxların hərəki funksiyası pozulmuş və artıq miqdarda ifrazat yaranan pasiyentlərdə (məsələn, ilkin siliar diskineziya sindromu kimi) tənəffüs yollarında bəlğəmin toplanması mümkünlüyündən Ambroksolu ehtiyatla istifadə etmək lazımdır. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Öskürəyin azalması fonunda öskürəkəleyhinə dərman vasitələrilə eyni vaxtda istifadəsi bəlğəmin xaric olmasının çətinləşməsinə səbəb olur, bu səbəbə görə Ambroksolu bəlğəmin xaric olmasını çətinləşdirən öskürkəleyhinə vasitələrlə kombinasiyada istifadə etmək olmaz. Bu kombinasiya, yalnız fayda/risk nisbəti diqqətlə qiymtləndirildikdən sonra istifadə edilə bilər. Preparat amoksisillinin, sefuroksimin, eritromisinin və doksisiklinin bronxial ifrazata nüfuz etməsini artırır, bunun klinik əhəmiyyəti müəyyən edilməyib. Dərman vasitəsinin tərkibində laktoza vardır, bu səbəbə görə onu qalaktozaya qarşı dözümsüzlüyü kimi nadir irsi xəstıliyi, Lapp laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ambroksolun hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi barədə adekvat və nəzarətolunan klinik tədqiqatlar aparılmayıb. gedişinə, embrionun/dölün inkişafına, doğuşa birbaşa və ya dolayı mənfi təsir aşkar edilməmişdir. Geniş klinik təcrübə 28-həftəlik hamiləlikdən sonra dölə hər hansı xoşagəlməz təsirin olduğunu göstərməmişdir. Buna baxmayaraq, dərman preparatlarının hamiləlik dövründə istifadəsinə münasibətdə adi ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Ambroksolun istifadəsi, xüsusilə hamiləliyin I trimestrində məsləhət görülmür. edilməsə də, laktasiya dövründə ambroksolun istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

məlum deyil. Müvafiq tədqiqatlar aparılmamışdır.

İstifadə qaydası və dozası

Qida qəbulundan asılı olmayaraq, kifayət qədər maye (məsələn, su, çay və ya meyvə şirəsi) ilə daxilə qəbul edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr İlk 2-3 gün ərzində sutkada 3 dəfə 1 tablet (30 mq) təyin edilir. Daha sonra gündə 2 dəfə 1 tablet (30 mq). Böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə terapevtik effektivliyi yüksəltmək üçün dozanı sutkada 2 dəfə 2 tabletə qədər artırmaq olar (bu, gündə 120 mq ambroksol hidroxloridə ekvivalentdir). 6-12 yaşlı uşaqlar Sutkada 2-3 dəfə ½ tablet (15 mq) təyin edilir. Müalicənin müddəti həkim tərəfindən fərdi təyin edilir və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Preparatın bir və ya bir neçə qəbulu ötürüldükdə, növbəti qəbul zamanı yüksək doza qəbul etmək olmaz, preparatın qəbulu məsləhət görülən sxem üzrə davam etdirilməlidir. Dozalanma rejiminə əməl etmədikdə, müalicənin effektivliyinin azalması mümkündür. Preparatı həkim məsləhəti olmadan 4-5 gündən artıq qəbul etmək olmaz.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – hiperhəssaslıq reaksiyaları; məlum deyil – anafilaktik reaksiyalar, o cümlədən, anafilaktik şok, angionevrotik ödem, qaşınma. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: məlum deyil – təngnəfəslik (hiperhəssaslıq reaksiyası kimi). Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma, bəzən – qusma, diareya, dispepsiya, qarın nahiyəsində ağrı; çox nadir hallarda – ağız suyu ifrazı. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – dəri səpgisi, ğvrə; məlum deyil – ağır dəri reaksiyaları (multiformalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, yayılmış kəskin ekzantematoz pustulyoz daxil olmaqla). Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: çox nadir hallarda – dizuriya. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən pozğunluqlar: bəzən – qızdırma, selikli qişalar tərəfindən baş verən pozğunluqlar. Qeyd edilən əlavə təsirlərin, eləcə də, içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərin yarandığı zaman həkimə mürəciət etmək vacibdir.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılmasının spesifik simptomları məlum deyil. Təsadüfən doza həddinin aşılması və ya həkim tərəfindən baş verən səhv zamanı, dərman vasitəsinin məsləhət görülən dozada qəbulu zamanı baş verən əlavə təsirlərə müvafiq təsirlərin yaranması müşahidə edilmişdir. Müalicə Simptomatikdir.

Buraxılış forması

10 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ambroksol 30 mq N20 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar