Alte 125 ml sirop Polşa
| Təsiredici maddə | ALTHAEA OFFICINALIS |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Öskürək və soyuqdəymə əleyhinə preparat |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ALTE şərbət
ALTE
Tərkibi
Təsiredici maddə: 100 q dərman maddəsinin tərkibində 34,9 q müalicəvi gülxətmi kökünün 5%-li ekstraktı (Radix Althaeae) vardır.
Köməkçi maddələr: saxaroza, etanol 96%, benzoy turşusu.
Təsviri
Sarı rəngli qatı, şəffaf və ya yüngül opalassensiyaedici spesifik qoxulu və dadlı yapışqan mayedir,
Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə əleyhinə preparat.
ATC kodu: R05CA.
Farmakoloji xüsusiyyətləri
Gülxətmi şərbətinin yumşaldıcı, bürüyücü, iltihabəleyhinə, bəlğəmgətirici təsiri, hidrolizi zamanı qalakturon turşusu, qalaktoza, qlükoza, ramnoza və arabinoza əmələ gələn, müalicəvi gülxətmi kökündən alınan yüksək konsentrasiyada selikli maddələrin olması ilə əlaqədardır. Selikli maddələr iltihablaşmış və ya çox həssas səthləri qoruyucu təbəqə şəklində örtür, onların daha tez sağalmasına səbəb olur. Dərman maddəsi həmçinin öskürəkəleyhinə təsirə malikdir.
İstifadəsinə göstərişlər
Gülxətmi şərbətinin tərkibində olan, gülxətmi kökündən alınmış, yüksək səviyyədə selikli maddələrin hesabına iltihabəleyhinə, bürüyücü, yumşaldıcı və bəlğəmgətirici maddə kimi, yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan xəstəliklərində (quru öskürək; yaş öskürək, çətin xaric olunan bəlğəmlə; bronxit; traxeit; bronxial astma), həmçinin digər soyuqdəymə xəstəlikləri zamanı kompleks müalicənin tərkibində (boğazda və qırtlaqda ağrı, KRVİ, qrip və s.) istifadə edilir.
Əks göstərişlər
Dərman vasitələrinin komponentlərinə qarşı fərdi yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əks göstərişlər yoxdur.
İstifadə qaydası və dozası
3 yaşdan 6 yaşa qədər uşaqlar – gündə 2-3 dəfə 5 ml.
6 yaşdan 12 yaşa qədər uşaqlar – gündə 2-3 dəfə 5 ml.
12 yaşdan böyük uşaqlar və böyüklər – gündə 3-4 dəfə 10m.
Əlavə təsirləri
Bu vaxta qədər əlavə təsirlər müşahidə edilməyib. Lakin benzoy turşusuna qarşı yüksək həssaslıq olduqda dərman maddəsinin istifadəsi məsləhət deyil.
Doza həddinin aşılması
İndiyə qədər doza həddinin aşılması halları müşahidə edilməyib.
Buraxılış forması
125 q şərbət, tünd şüşə flakonlarda. 1 flakon, içlik vərəqə və ölçü qapağı ilə birlikdə karton qutuya qablaşdırılır.
125 q şərbət, tünd PET flakonlarda. 1 flakon, içlik vərəqə və ölçü qapağı ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“GEMİ” İstehsalat Əczaçılıq Müəssisəsi.
Mitskeviç küç. 36, 05-480 Karçev, Polşa.
e-mail: [email protected] , www.gemi.pl
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.