Aloe ekstraktı 1 ml N10 inyeksiya Biofarma

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirBiogen stimullaşdırıcı
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ALOE EKSTRAKTI duru dərialtı inyeksiya üçün məhlul EXTRACTUM ALOES fluidum Beynəlxalq patentləşdirilməmiş adı: Extractum Aloes Fluidum

Tərkibi

Təsiredici maddə: duru aloe vera ekstraktı 0,5 mq – 3,2 mq/ml (sulu ekstrakt 1,6 mkq). Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Açıq sarıdan qırmızı-qəhvəyi rəngə qədər, zəif meyvə qoxulu mayedir.

Farmakoterapevtik qrupu

Biogen stimullaşdırıcı. ATC kodu: D03AX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat biogen stimullaşdırıcıdır. Adaptogen və ümumi tonuslandirici təsir göstərir.Əsasən toxuma keçiriciliyinin artması ilə toxumalarda maddələr mübadiləsini aktivləşdirir; toxumalarda regenerativ prosesləri stimullaşdırır. Qranulositlərin mühafizə funksiyasını stimullaşdırır, iştahanı yaxşılaşdırır. Farmakokinetikası Preparatın farmokokinetiksı tədqiq edilməmişdir

İstifadəsinə göstərişlər

Oftalmologiyada: blefarit, konyunktivit, keratit; şüşəvarı cismin bulanması, miopik xorioretinit, irit, retinit piqmenti, göz damar traktının iltihabı, görmə sinirinin atrofiyası, inkişaf edən yaxın- dangörmə, traxoma. Qastroenterologiyada: qastrit, qastroduodenit, enterokolit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xolesistit. Həmçinin, tətbiq olunur: bronxial astma, vərəm, sətəlcəm; nevroloji və sinir xəstəlikləri; yara toxumasında dəyişiklik, trofik xora, qadın sonsuzluğu və kişi impotensiyası.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. Böyrək çatışmazlığı. Ürək-damar catışmazlığı. Arterial hipertenziya. Metrorragiya. Hemorroy. Sistit. Mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri (ishal). Qanhayxırma, xolestaz, hamiləlik dövrü, qaraciyər çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağrı hissinin qarşısını almaq məqsədilə inyeksiya yeridilən nahiyəyə 0,5 ml 2%-li novokain məhlulu yeritmək olar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hemopoezi və dəmir preparatlarının sorulmasını stimullaşdıran vasitələrin təsirini gücləndirir. Tiazid diuretikləri, ilgək diuretikləri, biyan preparatları ilə eyni vaxtda istifadə edildikdə, kalium çatışmazlığına səbəb olur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsini hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və diqqət tələb edən mexanizmlərlə işləyərkən ehtiyatlı olmaz lazımdır.

İstifadə qaydası və dozası

Dərialtı inyeksiya. Çöküntü olduqda ampulu açmazdan əvvəl suspenziya əmələ gələnə qədər çalxalamaq lazımdır. Böyüklər 1 ml (maksimal sutkalıq doza 3-4 ml). Müalicə kursu 30-50 inyeksiya təşkil edir. 2 və ya 3 aylıq fasilədən sonra təkrar müalicə kursu aparıla bilər. 5-12 yaşlı uşaqlar üçün gündə 0,5 ml. Müalicə kursu – 30 inyeksiyaya qədər. Ağciyər vərəmində preparatın qəbulu 0,2 ml-dən başlayıb, tədricən doza artırılır ( preparata qarşı yaxşı dözümlülük zamanı – 3-4 ml inyeksiyaya qədər). Müalicə kursu 30-50 gündür. Bronxial astma zamanı gündə 1-1,5 ml 10-15 gün, sonra 2 gün ərzində 1 dəfə; Müalicə kursu 30-35 inyeksiya.

Əlavə təsirləri

Allergik reaksiyalar (qaşınma), yeridilən nahiyədə ağrı, arterial təzyiqin yüksəlməsi, hipertermiya, hipoqlikemiya, həzm prosesinin pisləşməsi, diareya.

Buraxılış forması

1 ml məhlul, ampulda. 10 ampul, iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biofarm” SC. Ünvan Gürcüstan Respublikası, Tibilsi, 0160, Qotua 3. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Aloe ekstraktı 1 ml N10 inyeksiya Biofarma” üçün ilk rəyi siz yazın.