Allerdermin 30 q gel

Dərman formasıGel
Farmakoloji təsirDermatoloji vasitələr; Tərkibində antihistamin, anestetik və digər maddələr olan qaşınmaəleyhinə dermatoloji vasitələr; Digər qaşınmaəleyhinə vasitələr ATK kod: D04AB01
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ALLEDERMİN xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilmiş adı: Mepyramine maleate + Lidocaine hydrochloride + Dexpanthenol

Tərkibi

Təsiredici maddələr: 1 q gelin tərkibində 15 mq mepiramin maleat, 15 mq lidokain hidroxlorid, 50 mq dekspantenol vardır. Köməkci maddələr: benzalkonium xlorid, karbomer 980 NF, dinatrium EDTA, kristallik mentol, natrium hidroksid, təmizlənmiş su.

Təsviri

Şəffaf homogen geldir.

Farmakoterapevtik qrupu

Dermatoloji vasitələr; Tərkibində antihistamin, anestetik və digər maddələr olan qaşınmaəleyhinə dermatoloji vasitələr; Digər qaşınmaəleyhinə vasitələr ATK kod: D04AB01.

Farmakoloji xüsusiyyətləri

rahat yayılır və ləkə izi qoymur. Farmakodinamikası Dərinin üzərinə tətbiq edildikdən sonra tərkibindəki mepiraminin sayəsində Alledermin geli antihistamin, antiallergik və iltihabəleyhinə, lidokainin sayəsində – anestetik, dekspantenolun sayəsində – epitelizəedici və çapıqlaşdırıcı təsir göstərir. Farmakokinetikası Sorulması: Alledermin hidrogel xüsusiyyətlərinə malikdir, onun tərkibində olan komponentlər hidrogel əsasında yaxşı həll olduğundan dəriyə asan nüfuz edirlər. Dərialtı qatlara nüfuz etməsi haqqında məlumat yoxdur. Yayılması: Məlumat yoxdur. Metabolizm: Məlumat yoxdur. Xaric olunması: Məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Dəridə qaşınma, övrə, həşərat sancmasında dərinin qıcıqlanması, günəş yanığı və birinci dərəcəli yanıqlar.

Əks göstərişlər

Gelin tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

çoxlu miqdarda su ilə yuyulması tövsiyə edilir. Gelin 7 günlük istifadəsindən sonra simptomlar azalmazsa və ya əksinə, artarsa həkimə müraciət etmək lazımdır. infeksion xəstəliklər zamanı istifadə olunmamalıdır. Gelin tərkibinə 1 mmol natrium vardır (23 mq-dan az miqdarda), yeridilmə üsulu nəzərə alındıqda bunun insan orqanizmi üçün hər hansı mənfi təsiri gözlənilmir. Gelin tərkibində olan benzalkonium xlorid həssas şəxslərdə dəridə qıcıqlanmaya və yerli reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

gelinin digər dərmanlar ilə uyuşmazlığının araşdırılması məqsədəuyğun sayılmır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınların iştirakı ilə keçirilmiş yaxşı nəzarət edilən müvafiq klinik tədqiqatlar aparılmadığından insanda hamiləlik dövründə potensial risk məlum deyil. Alledermin geli hamilə qadınlarda yalnız mütləq zərurət olduqda və həkim tövsiyəsi ilə istifadə edilməlidir. Laktasiya Gelin təsiredici maddələrinin insanda ana südünə nüfuz etməsi haqqında məlumat yoxdur. Laktasiya dövründə Alledermin gelinin istifadəsi mütləq zərurət olarsa, həkim, fayda-zərər nisbətinin qiymətləndirilməsindən sonra gelin istifadəsinin və ya ana südü ilə qidalandırmanın mümkün olub- olmadığına dair qərar verməlidir. İnsanın nəsilvermə qabiliyyətinə təsir: Heç bir məlumat yoxdur. Xüsusi pasiyent qrupları Böyrək və ya qaraciyər funksiyasının pozulmaları: Hər hansı bir məhdudiyyət haqqında məluamt yoxdur. Pediatrik xəstələr: 2 yaşa qədər uşaqlarda Alledermin geli yalnız həkim göstərişi ilə istifadə edilə bilər. Yaşlı xəstələr: Xüsusi göstəriş yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

edilməlidir. Alledermin geli 7 gündən artıq istifadə olunmamalıdır.

Əlavə təsirləri

Qeydə allınmış əlavə təsirlər aşağıdakı rastgəlmə tezliyinə görə təsnif edilir: Çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən, <1/10-ə qədər); bəzən (≥1/1 000-dən, <1/100-ə qədər); nadir (≥1/10 000, <1/1 000); çox nadir (<1/10 000); məlum deyil (müvafiq məlumat olmadığından qiymətləndirilə bilməz). Dəri və dərialtı toxumalar tərəfindən: Çox nadir hallarda – dəri səpgiləri və qaşınma. Məlum deyil – Üz, dodaq, dil və ya boğazda şişkinlik, baş ağrısı, başgicəllənmə, ürəkdöyünmə, hipotenziya, ürəkbulanma, qusma, ishal, qızarıqlıq, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahsızlıq, yüksək tempratur. Mövcud təlimatda qeyd olunmayan əlavə təsirlər müşahidə olunduqda bu haqda mütləq şəkildə həkimə və ya əczaçıya xəbər verilməlidir.

Doza həddinin aşılması

Bu vaxta qədər Alledermin gelinin doza həddinin aşılması barədə heç bir məlumat olmayıb. edilməlidir.

Buraxılış forması

30 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra dərmanı istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Bilim İlaç Sanayii ve Ticaret A.Ş., Türkiyə. Gebze Organize Sanayi Bölgesi 1900 Sok. No. 1904 Gebze/Kocaeli, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Bilim İlaç Sanayii ve Ticaret A.Ş., Türkiyə. Kaptanpaşa Mah., Zincirlikuyu Cad. No:184 Beyoğlu-İstanbul/Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Allerdermin 30 q gel” üçün ilk rəyi siz yazın.