Afala 3 mq N100 tablet

Dərman formasıTablet
Farmakoloji təsirProstat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,21 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,003*q prostat-spesifik antigeninə qarşı affin təmizlənmiş antitellər vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat. -15 * Təsiredici maddənin aktiv formasının 10 nq/q miqdarından dan artıq olmayan sulu-spirtli qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.

Təsviri

Yastı silindrik formalı, xətti olan, iti kənarlı, ağ rəngdən demək olar ki, ağ rəngə qədər tabletlərdir. Tabletin xətti olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində

Farmakoterapevtik qrupu

Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün vasitə. ATC kodu: G04CX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Prostat vəzidə iltihaab təzahürünü və ödemi azaldır, onun funksional vəziyyətini normallaşdrır. Urodinamikanı yaxşılaşdırır, qalıq sidiyin həcmini azaldır, sidikçıxarıcı yolların aşağı şöbəsinin tonusunu normallaşdırır, dizurik pozuntuların azalmasına səbəb olur. Farmakokinetikası Müasir fiziki-kimyəvi analiz üsullarının (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiya, xromato-kütlə-spektrometriya) həssaslığı Afalanın təsiredici maddələrinin miqdarını bioloji mayelərdə, orqan və toxumalarda qiymətləndirməyə imkan vermir, bu da, texniki cəhətdən farmakokinetikanın öyrənilməsinə imkan vermir.

İstifadəsinə göstərişlər

Prostat vəzinin I və II mərhələsinin xoşxassəli hiperplaziyası. Kəskin və xroniki prostatın kompleks terapiyasının tərkibində iltihabəleyhinə və ağrıkəsici vasitə qismində təyin edilir. Dizurik pozuntular (gecə çağırışı, sidiyəgetmə zamanı çətinlik, aralıq nahiyəsində ağrı və ya daxil olmaqla, tez-tez sidiyəgetmə çağırışı), o cümlədən, prostat vəzinin I və II mərhələsinin xoşxassəli hiperplaziyasını müşayiət edən; kəskin və xroniki prostatit.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Effektivliyinə və təhlükəsizliyinə dair bu yaş qrupunda kifayət qədər məlumat olmadığı üçün 18 yaşa qədər pasiyentlərdə istifadəsi məsləhət görülmür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar onu anadangəlmə qalaktozemiyalı, qlükoza və ya qalaktoza malabsorbsiyası və ya anadangəlmə laktaza çatışmazlığı olan pasiyentlərə təyin etmək məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırkı dövrə qədər digər dərman vasitələrilə uyuşmazlığı halları qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pediatriyada istifadəsi Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri təsir etmir.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Bir qəbula 2 tablet təyin edilir (tam həll olanadək ağızda saxlanılır, lakin qida qəbulu zamanı deyil). Preparat gündə 2 dəfə səhər və axşam (yatmazdan əvvəl və sonra). Məsləhət görülən istifadə müddəti 16 həftədir. İfadəolunmuş ağrı zamanı və dizurik pozuntular zamanı terapiyanın ilk 2-3 həftəsində preparatın qəbulu sutkada 4 dəfə göstərişdir. Ehtiyaac olduqda, həkim məsləhətilə 1-4 aydan sonra təkraar müalicə kursunun aparılmaası mümkündür.

Əlavə təsirləri

Preparatın istənilən komponentinə qarşı yüksəlmiş fərdi həssaslıq reaksiyaları mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı preparatın tərkibindəki köməkçi maddələrlə əlaqədar dispeptik hallar mümkündür.

Buraxılış forması

Sorma tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 2 və ya 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifdəsi dövrü ərzində preparatı istehsalçı tərəfindən nəzərdə tutulmuş karton qutudakı konturlu- yuvalı qablaşmada saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“MATERİA MEDİKA HOLDİNQ” EİŞ MMC. Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54. Qeydiyyat vəsiqəsinin sahibi/İstehlakçılardan iradları qəbul edən təşkilat “MATERİA MEDİKA HOLDİNQ” EİŞ MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samotyoçnıy döngəsi, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. Qaynar xətt: +7 (495) 681-09-30, +7 (495) 681-93-00. E-mail: [email protected] Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat “MATERİA MEDİKA HOLDİNQ” EİŞ MMC-nin nümayəndiliyi Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai r., Nobel pr., ev 15, kvartal 1212. Tel.: +994 12 488-68-92. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Afala 3 mq N100 tablet” üçün ilk rəyi siz yazın.