Ademta 400 mq N5 Inyeksiya
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Həzm sisteminə və metabolizmə təsir edən vasitələr. Həzm sisteminə və metabolizmə təsir edən digər preparatlar. Amin turşuları və onların törəmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
49,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Beynəlxalq patentləşdirilməmiş adı: Ademetionine
Tərkibi
Təsiredici maddə: 1 flakonda 400 mq ademetionin (ademetionin 1,4-butandisulfonat şəklində). Köməkçi maddə: mannitol. Həlledici: L-lizin monohidroxlorid, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Toz Ağ rəngli tozdur. Həlledici Şəffaf rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Həzm sisteminə və metabolizmə təsir edən vasitələr. Həzm sisteminə və metabolizmə təsir edən digər preparatlar. Amin turşuları və onların törəmələri. ATC kodu: A16AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ademetionin (S-adenosil-L-metionin) orqanizmin demək olar ki, bütün toxumalarında və mayelərində mövcud olan amin turşudur. Ademetionin insan və heyvan orqanizmində əsas bioloji proseslərdə iştirak edir, əsasən, koferment və metil qrupunun donoru kimi (transmetilləşdirilmə reaksiyaları) iştirak edir. Transmetilləşdirilmə prosesi hüceyrə membranlarının ikiqat fosfolipid təbəqəsinin formalaşmasında əhəmiyyətli rol oynayır ki, bu da hüceyrə membranlarının plastikliyini təmin edir. Ademetionin hematoensefalik baryerini keçir; mərkəzi sinir sistemində ademetionin tərəfindən vasitəçiliyi olan transmetilləşdirilmə prosesi, katexolaminlər (dofamin, noradrenalin, adrenalin), serotonin, melatonin və histamin daxil olunmaqla, neyrotransmitterlərin formalaşmasında əsas rol oynayır. Ademetionin həmçinin transsulfurasiya prosesində əmələ gələn kükürdtərkibli birləşmələrin (sistein, taurin, qlutation, koferment A və s.) sələfidir. Ən aktiv antioksidant olan qlutation qaraciyərdə detoksikasiya proseslərində önəmli rol oynayır. Spirtli içkilərin qəbulu ilə bağlı və digər səbəblərlə əlaqəli qaraciyər xəstəliyi olan xəstələrdə ademetionin istifadə edildikdə, qaraciyərdə qlutation miqdarı artır. Orqanizmdə ademetioninin metabolizmində və ehtiyatlarının doldurulmasında fol turşusu və B vitamini12 əhəmiyyətli rol oynayır. Farmakokinetikası Sorulması Venadaxili yeridilməsindən sonra ademetioninin farmakokinetik profili toxumalarda sürətli paylanma mərhələsi və eliminasiya mərhələsi (yarım xaricolma dövrü təxminən 1,5 saatdır) ilə bieksponensialdır. Əzələdaxili yeridilməsindən sonra dərman praktiki olaraq tam sistem qan dövranına (96%) daxil olur, qan plazmasında ademetioninin maksimal konsentrasiyası təxminən 45 dəqiqədən sonra əldə edilir. Paylanması 100 mq və 500 mq dozada dərman vasitəsini qəbul edərkən ademetioninin paylanma həcmi müvafiq olaraq 0,41 l/kq və 0,44 l/kq təşkil etmişdir. Ademetioninin qan plazma zülalları ilə bağlanma dərəcəsi cüzidir və 5% və ya daha az təşkil edir. Metabolizmi Ademetioninin sintez, utilizasiya və resintez reaksiyaları ademetionin sikli adlanır. Bu siklin birinci mərhələsində ademetionin substrat kimi istifadə olunur və ademetionin-asılı metilazanın təsiri altında ondan S-adenozilqomosistein yaranır. Sonradan S-adenozilqomosistein S-adenozilqomosistein-hidrolazin təsiri altında homosistein və adenozinə qədər hidrolizə olunur. Sonra homosistein 5- metiltetrahidrofolatdan metil qrupunun köçürülməsi nəticəsində yenidən metioninə çevrilir. Bundan sonra metionindən ademetionin əmələ gəlir və sikl bitir. Xaric olması Radioaktiv nişanlı ademetionini (metil C) istifadə etməklə aparılan tədqiqatlarda sağlam könüllülərdə peroral qəbul zamanı sidiklə 48 saatdan sonra dərman vasitəsinin tətbiq edilmiş dozasının 15,5+1,5%- i xaric olunmuşdur, 72 saat ərzində mədə-bağırsaq traktından dərman vasitəsinin yeridilmiş dozasının 23,5+3,5%-i xaric olunmuşdur. Tətbiq olunan dozanın təxminən 60%-i orqanizmdə qalmışdır (inkorporasiya edilmiş forma).
İstifadəsinə göstərişlər
Böyüklərdə qaraciyərdaxili xolestaz, o cümlədən müxtəlif etiologiyalı xroniki hepatit və qaraciyər sirrozu olan xəstələrdə; hamiləlik dövründə qadınlarda qaraciyərdaxili xolestaz; depressiv sindromlar.
Əks göstərişlər
Təsiredici maddəyə qarşı və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; metionin siklinə təsir edən və/və ya homosistinuriya və/və ya hiperhomosisteinemiya ilə bağlı olan genetik pozulmalar (məsələn, sistationin-beta-sintetetaza çatışmazlığı, vitamin B metabolizmin12 pozulması). – 18 yaşa qədər uşaqlar
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat venadaxili çox asta-asta yeridilməlidir. Hiperammoniyemiya ilə qaraciyər sirrozu və ya presirrotik vəziyyəti olan xəstələrdə ademetioninin peroral qəbulu zamanı qanda ammonyak səviyyəsini yoxlamaq lazımdır. B vitamini və fol turşusunun çatışmazlığı zamanı qan plazmasında ademetioninin konsentrasiyası azala12 bilər, buna görə də risk qrupundan olan xəstələrdə, o cümlədən anemiya, qaraciyər xəstəlikləri olan pasiyentlər, hamiləlik dövründə və ya digər xəstəliklərlə və ya pəhriz ilə bağlı (məsələn, vegetarianlar) B vitamininin və fol turşusunun çatışmazlığı olan xəstələrdə qan plazmasında vitaminlərin səviyyəsinin12 müntəzəm monitorinqi aparılmalıdır. Defisit təyin edilərkən ademetionindən istifadəyə başlamazdan əvvəl və ya ademetionin müalicəsi ilə eyni vaxtda vitamin B və/və ya fol turşusu ilə müalicə məsləhət görülür. Yuxarıda qeyd olunan tədqiqatların12 aparılması mümkün olmadığı hallarda risk qrupundan olan pasiyentlərdə preparatların tibbi istifadəsi üzrə müvafiq təlimatlarda əks olunan tövsiyələrə uyğun olaraq vitamin B və/və ya fol turşusundan12 (folatlardan) istifadə etmək tövsiyə olunur. Bipolyar pozğunluqları olan xəstələrdə dərman vasitəsindən istifadə tövsiyə edilmir. Ademetionin ilə müalicə alan xəstələrdə depressiyadan hipomaniyaya və ya maniyaya keçid halları bildirilmişdir. Klomipramin ilə birlikdə ademetionin qəbul edən bir xəstədə serotonin sindromunun inkişafı barədə bir hadisə barədə məlumat verilmişdir. Ademetionin ilə birgə serotoninin geriyə udulmasının selektiv inhibitorlarını (SGUSI), trisiklik antidepresanları (klomipramin kimi), o cümlədən triptofan tərkibli bitki mənşəli preparatları istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır; bu halda ehtimal olunur ki, dərman qarşılıqlı təsirinin potensial riski mövcuddur. Depressiyanı müalicə etdiyi zaman ademetioninin istifadəsinin effektivliyi 3-6 həftə davam edən qısamüddətli klinik tədqiqatlar zamanı qiymətləndirilmişdir. Depressiyanın müalicəsi zamanı ademetioninin istifadəsinin effektivliyi barədə məlumatlar daha uzun müddət ərzində mövcud deyildir. Depressiyanın müalicəsi üçün bir çox üsul var, buna görə xəstələr optimal müalicə seçmək üçün həkimlə məsləhətləşməlidirlər. Əgər ademetionindən müalicə zamanı xəstəliyin simptomlarının ağırlığı azalmırsa və ya depressiya simptomlarının ağırlaşması qeyd edilirsə, xəstələr müalicə edən həkimə müraciət etmək zərurəti barədə məlumatlandırılmalıdır. Depressiya olan xəstələrdə intihar və intihar cəhdlərinin artması riski var, buna görə də bu xəstələr ciddi nəzarət altında olmalıdırlar və depressiya simptomlarının müalicəsinin effektivliyinin monitorinqi üçün onlara ademetionindən müalicə zamanı psixiatrik yardım göstərməlidir. Ademetioninin istifadəsi zamanı pasiyentlərdə tranzitor həyəcanının yaranması və ya həyacan pozuqluğunun kəskinləşməsi halları qeydə alınırdı, bu zaman əksər hallarda dərman vasitəsi ilə terapiyanın dayandırılmasına ehtiyac yaranmışdır (bəzi hallarda dozanın azaldılması və ya müalicənin dayandırılması zamanı narahatlıq ləğv olunub). Laborator müayinələrin nəticələrinə təsiri Ademetionin qan plazmasında homosisteinin konsentrasiyasının immunoferment analizi üsulu ilə müəyyənləşdirilməsində laborator müayinələrin nəticələrinə təsir göstərə bilər, bu zaman bu göstəricinin yanlış yüksək dəyərləri qeyd olunur. Buna görə də, ademetionin ilə müalicə alan xəstələrdə qan plazmasında homosistein səviyyəsini müəyyən etmək üçün immunoloji analiz metodlarından istifadə edilməsi tövsiyə edilmir. Qaraciyər çatışmazlığı Xroniki qaraciyər xəstəliyi olan xəstələrdə və sağlam könüllülərdə ademetioninin farmakokinetik parametrləri oxşardır. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə ademetioninin istifadəsi ilə bağlı klinik məlumatlar məhduddur, buna görə də xəstələrin bu kateqoriyasında dərman vasitəsini istifadə edərkən ehtiyatlı olmaq məsləhət görülür. İntihar/intihar fikirləri Depressiya zamanı intihar düşüncələrinin, özünə zərərvermə və intihar etməyənin (intihar cəhdlərinin) baş verməsi riski artır. Bu risk stabil remissiyaya çatana qədər davam edir. Nəzərə alaraq ki, xəstələrin vəziyyətinin yaxşılaşdırılması müalicənin ilk bir neçə həftəsi ərzində və ya daha çox qeyd edilməyə bilər, onların vəziyyətinin yaxşılaşdırılmasınadək xəstələrin hərtərəfli müşahidəsini təmin etmək lazımdır. Ademetioninin istifadə olunduğu digər psixi pozğunluqlar zamanı intihar davranışının yaranması riski də arta bilər. Bundan əlavə, bu pozğunluqlar böyük depressiv pozğunluqla bağlı ola bilər. Buna görə də, digər psixi pozğunluqları olan xəstələrdə ademetionindən istifadə edərkən, böyük depressiv pozğunluğu olan xəstələrdə olduğu kimi eyni ehtiyat tədbirlərinə riayət edilməlidir. Köməkçi maddələr Preparatın tərkibindəki həlledicinin 1 ampulunda 57,5 mq natrium vardır, bu da ÜST-nin böyüklər üçün tövsiyə etdiyi 2q natriumun maksimum gündəlik qəbulun 2,9%-ə bərabərdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ademetionini klomipramin ilə birlikdə alan bir xəstədə serotonin sindromunun inkişafı halları müşahidə edilmişdir. Buna görə də ademetionini SGUSI ilə, trisiklik antidepresanlarla (klomipramin kimi), o cümlədən triptofan tərkibli bitki mənşəli preparatlarla birgə istifadə etdikdə ehtiyatlı olmaq tövsiyə olunur; güman edilir ki, belə hallarda dərman qarşılıqlı təsirlərinin potensial riski mövcuddur. Uyğunsuzluq Preparat tərkibində kalsium ionları olan məhlullarla və ya qələvi məhlullarla qarışdırılmamalıdır. Hamiləlik və laktasiya zamanı istifadəsi Hamiləlik Hamiləliyin III trimestrində qadınlarda ademetionini istifadə edərkən arzuolunmaz reaksiyalar müşahidə edilməmişdir. Hamiləliyin I və II trimestrində qadınlarda dərman vasitəsi yalnız hamilə qadına fayda/döl üçün risk nisbətinin həkim tərəfindən hərtərəfli qiymətləndirilməsindən sonra istifadə edilməlidir. Laktasiya Ademetionin yalnız qadınlar üçün gözlənilən fayda körpə üçün potensial riskdən üstün olduğu hallarda laktasiya zamanı istifadə edilməlidir. Nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ademetioninin istifadəsi zamanı bəzi xəstələrdə başgicəllənmə müşahidə edilmişdir. Belə hallarda, xəstələr yuxarıda göstərilən fəaliyyətlərin həyata keçirilməsi qabiliyyətinə təsir göstərə biləcək simptomlar tamamilə yox olana qədər nəqliyyat vasitələrini və mexanizmləri idarə etməməlidirlər.
İstifadə qaydası və dozası
Dozalanması Müalicə ademetionin parenteral tətbiqi ilə başlana bilər (Ademta inyeksiya üçün məhlulun hazırlanması üçün liofilizat) sonra isə dərman vasitəsinin peroral qəbuluna keçmək olar (Ademta, bağırsaqlarda həll olunan pərdə ilə örtülmüş tablet) və ya dərhal ademetionin peroral qəbulundan başlamaq olar (Ademta, bağırsaqlarda həll olunan pərdə ilə örtülmüş tablet). Peroral qəbul etdikdə, dərman vasitəsinin gündəlik dozasını 2-3 qəbuluna bölmək olar. Başlanğıc müalicə Venadaxili və ya əzələdaxili yeridilməsi Ademetioninin tövsiyə olunan dozası sutkada 5-12 mq/kq bədən çəkisinə təşkil edir. Adətən başlanğıc doza sutkada 400 mq təşkil edir, gündəlik doza 800 mq-dən çox olmamalıdır. İlkin mərhələdə parenteral terapiyanın davametmə müddəti depressiv sindromların müalicəsində 15-20 gün və qaraciyər xəstəliklərinin müalicəsində 14 gündür. Dəstəkləyici müalicə Peroral qəbul (bağırsaqlarda həll olunan pərdə ilə örtülmüş Ademta tabletləri). Ademetioninin tövsiyə olunan gündəlik dozası 800-1600 mq təşkil edir. Müalicənin davametmə müddəti xəstəliyin gedişatının ağırlığından asılıdır və həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Xüsusi xəstə qrupları Yaşlı xəstələr Yaşlı xəstələrdə və daha gənc xəstələrdə dərman vasitəsindən müalicəyə cavab fərqini qiymətləndirmək mümkün deyil (klinik tədqiqatlarda 65 yaş və 65 yaşdan yuxarı olan xəstələr kifayət qədər iştirak etməmişdir). Hal-hazırda mövcud olan məlumatlara görə, yaşlı xəstələrdə preparatdan müalicəyə cavabın klinik tətbiqin təcrübəsi daha gənc yaşda olan xəstələrdən fərqlənmir. Yaşlı xəstələrdə dozanı seçərkən ehtiyatlı olmaq lazımdır. Bu kateqoriyadan olan xəstələrdə preparatdan müalicə minimal tövsiyə olunmuş dozanı istifadə etməklə başlanmalıdır, həmçinin qaraciyər, böyrək və ya ürək funksiyasının pozulmasının yüksək tezliyini, yanaşı xəstəliklərin mövcudluğunu və digər dərman vasitələrinin eyni vaxtda istifadəsini nəzərə almaq lazımdır. Uşaqlar Uşaqlarda preparatdan istifadənin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb. İstifadə üsulu Preparat venadaxili və ya əzələdaxili yeritmə üçün nəzərdə tutulmuşdur. Liofilizat xüsusi həlledicidə (komplektə daxil olur) istifadədən bilavasitə əvvəl həll olunmalıdır. Sonradan hazırlanmış məhlulun lazımı miqdarı 250 ml fizioloji məhlulda və ya dekstrozanın (qlükozanın) 5% -li məhlulunda həll edilir və 1-2 saat ərzində ləng venadaxili infuziya şəklində yeridilir. İstifadə edilməmiş məhlul atılmalıdır. Liofilləşdirilmiş toz ağdan fərqli bir rəngə malik olduqda (şüşə çatlaması və ya istilik təsiri nəticəsində) dərman istifadə edilməməlidir.
Əlavə təsirləri
Ademetioninin istifadəsinin klinik tədqiqatlarında 2000-ə yaxın xəstə iştirak etmişdir. Dərman vasitəsinin istifadəsi ilə bağlı ən tez-tez baş ağrısı, ishal və ürəkbulanma kimi arzuolunmaz reaksiyalar müşahidə edilmişdir. Nadir hallarda depressiv sindromlu xəstələrdə intihar düşüncələrinin ortaya çıxması/intihar cəhdlərinin baş verdiyi barədə məlumat verilmişdir. Klinik tədqiqatlarda (1922 xəstə) və spontan məlumatlarda qeyd olunan arzuolunmaz reaksiyalar MedDRA üzrə sistem- orqan siniflərinə uyğun olaraq aşağıda verilmişdir. Arzuolunmaz reaksiyaların tezliyi üzrə parametrləri aşağıdakı kimi müəyyən edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir hallarda (≥1/10000, lakin <1/1000); çox nadir hallarda (<1/10000); tezliyi məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyil). Mədə-bağırsaq traktına: tez-tez – qarında ağrı, ishal, ürəkbulanma; bəzən- ağızda quruluq, dispepsiya, meteorizm, mədə-bağırsaq ağrısı, mədə – bağırsaq pozğunluğu, mədə-bağırsaq qanaxması, qusma, esofagit; nadir hallarda – qarında köp. Ümumi pozğunluqlar və istifadə nahiyəsində pozulmalar: tez-tez asteniya; bəzən – ödem, bədən temperaturunun artması, titrətmə*, yeridilən nahiyədə reaksiyalar*, yeridilən nahiyədə nekroz*; nadir hallarda – ümumi halsızlıq. İmmun sistemə: bəzən – həssaslıq reaksiyaları*, anafilaktoid reaksiyalar* və ya anafilaktik reaksiyalar (xüsusilə dəri hiperemiyası, təngnəfəslik, bronxospazm, beldə ağrı, döş qəfəsində narahatlıq, arterial təzyiqin dəyişiklikləri (arterial hipotenziya, arterial hipertenziya) və ya ürək yığılmalarının tezliyinin pozulması (taxikardiya, bradikardiya))*. Yoluxucu və parazitar xəstəlikləri: bəzən – sidikçıxarıcı yollarının infeksiyaları. Skelet-əzələ sisteminə və birləşdirici toxumaya: bəzən – artralgiya, əzələ spazmları. Sinir sisteminə: tez-tez – baş ağrısı; bəzən – başgicəllənmə, paresteziya, disgevziya*. Psixi pozğunluqlar: tez-tez – həyəcan pozğunluqları, yuxusuzluq; bəzən – ajitasiya, şüurun qarışıqlığı. Tənəffüs sisteminə, döş qəfəsinə və divararalıq orqanlarına: bəzən – qırtlağın ödemi*. Dəri və dərialtı toxumaların tərəfindən: tez-tez – qaşınma; bəzən – yüksək tərləmə, angionevrotik ödem*, dəri allergik reaksiyalar (məsələn, səpgi, qaşınma, övrə, eritema)*. Qaraciyərə və ödçıxarıcı yollarına: nadir hallarda – qaraciyər kolikası; tezliyi məlum deyil – qaraciyərin sirrozu. Qan damarlarına: bəzən – qanın başa doğru axması hissi, arterial hipotenziya, flebit. * Spontan məlumatlarda qeyd olunan arzuolunmaz reaksiyalar (klinik tədqiqatlarda qeydə alınmayıb) və “bəzən” kateqoriyasına aiddir, nəzərə alsaq ki, 95% ehtibarlı intervalının yuxarı həddi 3/x-dən çox deyil, burada x = 1922 (klinik tədqiqatlarda iştirak edən xəstələrin ümumi sayı). Şübhəli əlavə reaksiyalar barədə məlumat Qeydiyyatdan sonra dərman vasitəsinə qarşı şübhəli əlavə reaksiyalar barədə məlumat çox əhəmiyyətlidir. Pasiyentdə dərman vasitəsinə ciddi arzuolunmaz reaksiya aşkar etdikdə və ya bu bölmədə təsvir olunmayan yeni arzuolunmaz reaksiya yarandıqda, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumat verməyinizi xahiş edirik.
Doza həddinin aşılması
Ademetioninin doza həddinin aşılması halları barədə nadir hallarda bildirilmişdir. Dərman vasitəsinin doza həddinin aşılması halında həkim regional toksikoloji mərkəzlə əlaqə saxlamalıdır, belə hallarda xəstənin vəziyyətini nəzarət etməli və dəstəkləyici müalicə aparılmalıdır.
Buraxılış forması
Liofilizəolunmuş toz brombutilkauçuk tıxaclı və kombinəolunmuş Flip off tipli qapaqlı, həcmi 10 ml olan rəngsiz şüşə falkonda. 5 ml inyeksiya üçün məhlul (həlledici) şəffaf ampulda. 5 flakon və 5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazırlanmış məhlul 25ºС-dən yüksək olmayan temperaturda 6 saat ərzində və ya 2-8ºC temperaturda 24 saat ərzində stabildir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxilma şərti Resept əsasında buraxılır. Ticarət markasının və qeydiyyat sertifikatının sahibi Dr. Sertus İlaç Sanayi ve Ticaret Limited Şirketi, Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul.
İstehsalçı
Mefar İlaç Sanayii A.Ş.,Turkey. Ramazanoğlu Mah. Ensar Cad. №20 34906, Kurtköy, Pendik, İstanbul, Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.