Adehep 400 mq N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Həzm sisteminə və maddələr mübadiləsinə təsir edən dərman vasitələri. Həzm sisteminə və maddələr mübadiləsinə təsir edən digər preparatlar. Amin turşuları və onların törəmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
45,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Beynəlxalq patentləşdirilməmiş adı: Ademetionine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq ademetionin (ademetionin 1,4-butandisulfonat şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, natrium nişasta qlikolyat, susuz kollidal silisium dioksid, maqnezium stearat. Örtük: sarı dəmir oksidi, qırmızı dəmir oksidi, metakril turşusu və etilakrilat sopolimeri (1:1), makroqol 6000, polisorbat 80, simetikon, natrium hidroksid, talk.
Təsviri
Oval formalı, hər iki tərəfi qabarıq, narıncı-çəhrayı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Həzm sisteminə və maddələr mübadiləsinə təsir edən dərman vasitələri. Həzm sisteminə və maddələr mübadiləsinə təsir edən digər preparatlar. Amin turşuları və onların törəmələri. ATC kodu: A16AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ademetionin (S-adenozil-L-metionin) demək olar ki, orqanizmin bütün toxumalarında və mayelərində mövcud olan amin turşusudur. Ademetionin insan və heyvan orqanizminin əsas bioloji proseslərində, əsasən koenzim və metil qrupunun donoru (transmetilləşmə reaksiyaları) kimi iştirak edir. Transmetilləşmə prosesi hüceyrə membranlarının plastikliyini təmin edən fosfolipidlərin ikiqat təbəqəsinin əmələ gəlməsində mühüm rol oynayır. Ademetionin hemato-ensefalik baryerini keçə bilər; mərkəzi sinir sistemində ademetioninin səbəb olduğu transmetilləşmə prosesi katexolaminlər (dofamin, noradrenaliin, adrenalin), serotonin, melatonin və histamin daxil olmaqla neyrotransmitterlərin yaranmasında əsas rol oynayır. Ademetionin həmçinin transsulfatlaşma prosesində yaranan kükürd tərkibli birləşmələrin (sistein, taurin, qlütation, koenzim A və s.) sələfidir. Ən aktiv antioksidant olan qlütation qaraciyərdə detoksikasiya proseslərində mühüm rol oynayır. Alkoqol istifadəsi və digər səbəblərdən yaranan qaraciyər xəstəlikləri olan pasiyentlərdə ademetionin istifadəsi qaraciyərdə qlütationun miqdarını artırır. Fol turşusu və B12 vitamini orqanizmdə ademetioninin maddələr mübadiləsində və ehtiyatının yığılmasında mühüm rol oynayır. Farmakokinetikası Sorulması Ademetioninin tablet formasının (400-1000 mq) birdəfəlik peroral qəbulu zamanı dərman vasitəsi qan plazmasında maksimal konsentrasiyaya 3-5 saatdan sonra çatır və dozadan asılıdr (diapazon 0,5-1 mq/l). Sonra ademetioninin qan plazmasında konsentrasiyası azalır və 24 saat ərzində əvvəlki vəziyyətə qayıdır. Dərman vasitəsinin qida qəbulları arasında daxilə qəbulu zamanı ademetioninin biomənimsənilməsi artır. Paylanması Preparatın 100 mq və 500 mq dozada qəbulu zamanı ademetioninin paylanma həcmi müvafiq olaraq 0,41 l/kq və 0,44 l/kq təşkil edir. Ademetioninin plazma zülallarına bağlanma dərəcəsi əhəmiyyətsizdir və ≤5% təşkil edir. Metabolizmi Ademetioninin əmələ gəlməsi, parçalanması və təkrar əmələ gəlməsi ademetionin sikli adlanır. Bu siklin birinci mərhələsində ademetioninasılı metilazalar ademetionini S-adenozilhomosisteinin istehsalı üçün substrat kimi istifadə edir. Bu isə sonra S-adenozilhomosisteinhidralaza vasitəsilə homosistein və adenozinə qədər hidroliz olunur. Homosistein öz növbəsində 5- metiltetrahidrofolatdan metal qrupunun ötürülməsi yolu ilə metioninə qədər əks transformasiyaya məruz qalır. Nəticədə metionin ademetioninə çevrilir, və bununla sikl başa çatır. Xaric olması Radioaktiv nişanlı (metil14C) ademetioninin sağlam könüllülərdə peroral qəbulu zamanı, preparatın qəbul edilmiş dozasının 15,5 ± 1,5% -i 48 saatdan sonra sidiklə, 23,5%± 3,5%-i isə 72 saat ərzində mədə-bağırsaq traktından xaric edilmişdir. Preparatın istifadə edilən dozasının təxminən 60% -i orqanizmdə (birləşmiş forması) saxlanılmışdır.
İstifadəsinə göstərişlər
˗ Müxtəlif etiologiyalı xroniki hepatit və qaraciyər sirrozu olan pasiyentlər daxil olmaqla böyüklərdə qaraciyərdaxili xolestaz, ˗ qadınlarda hamiləlik zamanı qaraciyərdaxili xolestaz, ˗ depressiv sindromlar.
Əks göstərişlər
˗ Təsiredici maddəyə və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq; ˗ metionin siklinə təsir göstərən genetik pozulmalar və/və ya homosisteinuriya və/və ya hiperhomosisteinemiya yaradan pozğunluqlar (məsələn, sistationin beta-sintetaza çatışmazlığı, B12 vitamin metabolizminin pozğunluğu).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiperammoniemiya ilə müşayiət olunan presirroz vəziyyəti və ya qaraciyər sirrozu olan pasiyentlərdə preparat peroral qəbul edildikdə qanda ammonyakın səviyyəsinin yoxlanılması lazımdır. B vitamini və fol turşusu çatışmazlığı zamanı, qan plazmasında ademetioninin konsentrasiyası12 azala bilər, bu səbəbdən risk qrupuna daxil olan pasiyentlərdə, o cümlədən, anemiya, qaraciyər xəstəliyi, hamiləlik zamanı və ya B vitamini və fol turşusu defisitinin potensial riski olan12 pasiyenlərdə digər xəstəliklər və ya pəhriz ilə əlaqəli çatışmazlıq (məsələn, vegetarianlar), qan plazmasında vitaminlərin səviyyəsinin müntəzəm monitorinqi aparılmalıdır. Çatışmazlıq aşkar edildikdə, ademetioninin istifadəsinə başlamazdan əvvəl və ya ademetionin ilə müalicə zamanı B12 vitamini və/və ya fol turşusunun qəbulu məsləhət görülür. Dərman vasitəsini bipolyar pozğunluğu olan pasiyentlərə təyin etmək məsləhət deyil. Ademetionin qəbul edən pasiyentlərdə depressiyanın hipomaniyaya və ya maniyaya keçməsi barədə məlumatlar vardır. Ademetionini klopiraminlə eyni zaman qəbul edən bir pasiyentdə serotonin sindromu halı qeydə alınmışdır. Bu səbəbdən serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ), trisiklik antidepressantlar (klomipramin kimi), həmçinin bitki mənşəli və triptofan tərkibli preparatlarla ademetionini ehtiyatla təyin etmək lazımdır; potensial qarşılıqlı təsir riski vardır. Depressiyanın müalicəsində ademetioninin effektivliyi 3-6 həftə davam edən qısamüddətli klinik tədqiqatlarda qiymətləndirilmişdir. Depressiyanın daha uzunmüddətli müalicəsində ademetioninin istifadəsinin effektivliyinə dair məlumatlar mövcud deyil. Depressiyanın bir çox müalicə üsulları olduğundan pasiyentlərə optimal müalicənin seçimi üçün həkimlə məsləhətləşmək tövsiyə olunur. Pasiyentlər ademetionin ilə müalicə zamanı xəstəliyin simptomlarının ağırlığı azalmadıqda və ya depressiya əlamətləri pisləşdikdə, həkimləri ilə əlaqə saxlamağın zəruriliyi barədə xəbərdar olmalıdırlar. Depressiya olan pasiyentlərdə intiharlar və intihar cəhdləri riski artır, bu səbəbdən bu cür pasiyentlər diqqətlə nəzarət edilməlidir və depressiya simptomlarının müalicəsinin effektivliyinin monitorinqi məqsədi ilə ademetionin ilə müalicə zamanı onlara psixiatrik yardım göstərilməlidir. Ademetionin istifadə edən pasiyentlərdə keçici narahatlıq və ya narahatlıq pozğunluğunun kəskinləşməsi halları müşahidə edilmişdir, bu halların əksəriyyətində preparat ilə müalicənin dayandırılmasına ehtiyac olmamışdır (bəzi hallarda doza azaldıqda və ya müalicə dayandırıldıqda narahatlıq keçib getmişdir). Laboratoriya göstəricilərinə təsiri Ademetionin homosisteinin immunoloji analizinin nəticəsinə təsir göstərir, bu isə plazmada homosisteinin yanlış yüksək səviyyəsinə səbəb ola bilər. Ademetionin qəbul edən pasiyentlər üçün homosisteinin səviyyəsini təyin etmək üçün qeyri-immunoloji analiz metodundan istifadə etmək məsləhət görülür. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan pasiyentlərdə ademetioninin istifadəsi ilə bağlı klinik məlumatlar məhduddur, bu səbəbdən bu qrup pasiyentlərdə preparat ehtiyatla istifadə olunmalıdır. Qaraciyər çatışmazlığı Sağlam könüllülərdə ademetioninin farmakokinetik parametrləri xroniki qaraciyər xəstəliyi olan pasiyentlərdə olduğu kimi idi. Suisid/suisidal fikirlər Depressiya intihar düşüncələri, özünə zərər vermə və suisid (intihar cəhdləri) riskini artırır. Bu risk sabit remissiya əldə olunana qədər davam edir. Müalicənin ilk bir neçə həftəsində və ya daha çox müddətdə pasiyentlərdə yaxşılaşma müşahidə olunmaya bilər, bu səbəbdən pasiyentlərin vəziyyəti yaxşılaşana qədər onların monitorinqi təmin edilməlidir. Ademetioninin istifadə edildiyi digər psixi pozğunluqlarda da intihar davranışı riski arta bilər. Bundan əlavə, bu pozğunluqlar böyük depressiv pozğunluqla əlaqəli ola bilər. Bu səbəbdən digər psixi pozğunluqları olan pasiyentlərdə ademetionin istifadəsi zamanı, əsas depressiv pozğunluğu olan pasiyentlərdə olduğu kimi eyni ehtiyat tədbirləri görülməlidir. Köməkçi maddələr Preparatın 1 tabletinin tərkibində 1 mmol-dan az olmayan (23 mq) natrium vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ademetionini klopiraminlə eyni zaman qəbul edən bir pasiyentdə serotonin sindrom halı qeydə alınmışdır, bu səbəbə görə serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ), trisiklik antidepressantlar (klomipramin kimi), həmçinin bitki mənşəli və triptofan tərkibli preparatlarla ademetionini ehtiyatla təyin etmək lazımdır; bu zaman dərman qarşılıqlı təsirinin potensial riski mövcuddur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Ademetioninin hamiləliyin III trimestrində terapevtik dozalarda istifadəsi zamanı hər-hansı əlavə təsirlər qeyd olunmamışdır. Ademetionin hamiləliyin I və II trimestrlərində yalnız həkimin ana üçün fayda / döl üçün risk nisbətinin qiymətləndirilməsindən sonra istifadə oluna bilər. Laktasiya Ana südü ilə qidalandırma dövründə ademetionin yalnız o halda istifadə olunur ki, ana üçün müalicənin ehtimal olunan faydası körpə üçün potensial riskdən üstün olsun. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə başgicəllənmə yarana bilər. Belə hallarda göstərilən fəaliyyət növlərində reaksiyanın sürətinə təsir göstərə bilən simptomlar tam itənə qədər nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Dozalanma Müalicəyə birbaşa ademetioninin peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbulundan başlamaq olar. Eləcə də müalicəni, dərman vasitəsinin sonradan peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbuluna keçidlə ademetoininin parenteral (Adehep inyeksiya məhlulu hazırlamaq üçün liofilizat) yeridilməsindən başlamaq olar. Başlanğıc terapiya Ademetioninin məsləhət görülən dozası bədən çəkisinə görə sutkada 10-25 mq/kq təşkil edir. Dərman vasitəsinin başlanğıc dozası sutkada 800 mq (2 tablet) təşkil edir, ümumi sutkalıq doza 1600 mq-ı (4 tablet) aşmamalıdır. Dəstəkləyici terapiya Ademetoininin məsləhət görülən sutkalıq dozası 800-1600 mq (2-4 tablet) təşkil edir. Xüsusi pasiyentlər qrupları Yaşlı pasiyentlər Yaşlı və gənc psiyentlər arasında preparatla müalicəyə cavab fərqlərini qiymətləndirmək mümkün deyil (klinik tədqiqatlarda kifayət qədər 65 yaşdan yuxarı pasiyent iştirak etməmişdir). Klinik təcrübədə mövcud məlumatlara görə, yaşlılarda preparatla müalicəyə cavab gənc pasiyentlərdən fərqlənmir. Yaşlılarda preparatın dozası ehtiyatla seçilməlidir. Bu kateqoriya pasiyentlərdə müalicəyə preparatın tövsiyə olunan minimal dozası ilə başlanılmalı və qaraciyər, böyrək və ya ürək funksiyalarının pozğunluğu hallarının yüksək riski, yanaşı xəstəliklər və digər dərman vasitələrinin eyni vaxtda istifadəsi nəzərə alınmalıdır. Uşaqlar Uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. İstifadə qaydası Tabletlər daxilə, bütöv şəkildə, çeynəmədən qəbul edilir. Tabletlər xüsusi örtüyə malikdir ki, bu da, yalnız bağırsaqda həll olur, bu səbəbə görə ademetioninin təsiredici maddəsi onikibarmaq bağırsaqda azad olur. Dərman vasitəsinin sorulmasını artırmaq və tam terapevtik effekt almaq üçün tabletləri qida qəbulları arasında istifadə etmək lazımdır. Tabletləri blisterdən bilavasitə istifadədən əvvəl çıxarmaq lazımdır. Tabletlərin rəngi narınc- çəhrayıdan fərqli (blisterdə deşik olduğuna görə) olduqda, onları istifadə etmək olmaz.
Əlavə təsirləri
Sui istifadə və ya dərman asılılığı barədə məlumat verilməmişdir. Ademetioninin istifadəsi zamanı, xüsusilə dərman vasitəsinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə, nadir hallarda yuxu-ayıqlığın sirkad ritminin pozulması qed edilə bilər. Bəzi pasiyentlərdə dərman vasitəsinin qəbulu zamanı qıcqırma və epiqastral nahiyədə ağırlıq hissi qeyd edilmişdir (Təsiredici maddənin öz stabilliyini saxlaması üçün pH mühitinin əhəmiyyətini nəzərə almaq lazımdır). Depressiv sindromlu pasiyentlərdə suisidal fikirlər/hərəkətlərə cəhdin yaranması halları barədə məlumat verilmişdir. Klinik tədqiqatlarda dərman vasitəsinin qəbulu ilə əlaqədar pasiyentlərdə daha tez-tez başağrı, diareya və ürəkbulanma kimi əlavə təsirlər qeyd edilmişdir. Klinik tədqiqatlardan və spontan hesabatlardan əldə olunan əlavə təsirlər MedDRA sisteminin orqan siniflərinə uyğun olaraq aşağıda verilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq sistemində baş verən pozuntular Tez-tez – abdominal ağrı, diareya, ürəkbulanma; bəzən – ağızda quruluq, dispepsiya, meteorizm, mədə-bağırsaq ağrısı, mədə-bağırsaq pozğunluğu, mədə-bağırsaq qanaxması, qusma, ezofagit; nadir hallarda -köp. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular Tez-tez – asteniya; bəzən – ödem, qızdırma, titrətmə*; nadir hallarda – ümumi halsızlıq. İmmun sistemdə baş verən pozuntular Bəzən – hiperhəssaslıq reaksiyaları*, anafilaktoid reaksiyalar* və ya anafilaktik reaksiyalar (xüsusən, dərinin qızarması, təngənəfəslik, bronxospazm, bel ağrısı, döş qəfəsi nahiyəsində diskomfort, qan təzyiqində dəyişikliklər (arterial hipotenziya, arterial hipertenziya) və ya ürək vurğularının tezliyində dəyişikliklər (taxikardiya, bradikardiya))*. İnfeksiyalar və parazitar xəstəliklər Bəzən – sidik yollarının infeksiyaları. Skelet-əzələ sistemində və birləşdirici toxumalarda baş verən pozuntular Bəzən – artralgiya, əzələ spazmları. Sinir sistemində baş verən pozuntular Tez-tez – baş ağrısı; bəzən – başgicəllənmə, paresteziya, disqevziya*. Psixikada baş verən pozuntular Tez-tez – narahatlıq pozğunluğu, yuxusuzluq; nadir hallarda – ajitasiya, qarışıqlıq. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular Bəzən – qırtlağın ödemi*. Dəridə və dərialtı toxumalarda baş verən pozuntular Tez-tez – qaşınma; bəzən – həddindən artıq tərləmə, angioödem*, dəri allergik reaksiyaları (məsələn, səpgi, qaşınma, övrə, eritema)*. Qaraciyərdə və öd yollarında baş verən pozuntular Nadir hallarda – qaraciyər sancısı; məlum deyil – qaraciyər sirrozu. Damarlarda baş verən pozuntular Bəzən – qanaxını, arterial hipotenziya, flebit. Ürəkdə baş verən pozuntular: məlum deyil-ürək-damar pozuntusu. *Spontan məlumatlarda qeyd edilən əlavə təsirlər (klinik tədqiqatlarda qeyd edilməmişdir) və “bəzən” kateqoriyasına aiddir. Əlavə təsirlərin bildirilməsi Preparatın qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş verdikdə, Milli Farmakonəzarət sisteminə uyğun olaraq məlumat verilməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı yerli toksiklolji mərkəzlə əlaqə saxlamaq, pasiyenti müşahidə etmək və simptomatik terapiya aparmaq məsləhət görülür.
Buraxılış forması
10 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul, Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.