SERCUPTAL 100 MG N56 TAB
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin, • Əgər bu dərmandan istifadə müddətində bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa bu barədə həkiminizə və ya tibb bacısına məlumat verin. Bax: “Əlavə təsirləri”. SERKUPTAL 50 mq; 100 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sertraline
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 və ya 100 mq sertralinə ekvivalent miqdarda sertralin hidroxlorid vardır. Köməkçi maddələr:susuz kalsium hidrofosfat, mikrokristallik sellüloza, hidroksipropilsellüloza, natrium nişastaqlikolyatı, maqnezium stearat. Örtük: hipromelloza, titan dioksid (E171), makroqol 400, polisorbat 80.
Təsviri
Serkuptal 50 mq Hər iki tərəfi qabarıq, bir tərəfində sınma xətti olan, kapsul formalı, demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. Serkuptal 100 mq Hər iki tərəfi qabarıq, kapsul formalı, demək olar ki, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Sercuptalın təsiredici maddəsi sertralindir. Sertralin serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) adlanan dərman qrupuna aid olan maddələrdən biridir. Bu dərmanlar depressiyanın və /və ya həyəcan pozğunluğunun müalicəsi üçün istifadə olunur.
İstifadəsinə göstərişlər
Serkuptal aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilə bilər: – Böyük depressive epizodlar və onların residivinin profilaktikası (böyüklərdə). – Sosial həyəcan pozğunluğu (böyüklərdə). – Post-travmatik stress pozğunluğu (PTSP) (böyüklərdə). – Panik pozğunluq (böyüklərdə). – Obsessiv kompulsiv pozğunluq (OKP) (böyüklər və 6-17 yaşlı uşaqlar və yeniyetmələrdə). Depressiya, kədər hissi, düzgün yata bilməmək və ya əvvəllər olduğu kimi həyatdan zövq ala bilməmək kimi simptomlarla müşayiət olunan klinik xəstəlikdir. OKP və panik pozğunluqlar təkrarlanan ayinləri (məcburi) həyata keçirməyə məcbur edən davamlı fikirlər (obsesiv – beyindən çıxmayan ideyalar) tərəfindən daim narahat olmaq kimi simptomlarla bağlı xəstəliklərdir. PTSP, çox emosional bir travmadan sonra meydana gələ biləcək bir vəziyyətdir və depressiya və həyəcana bənzər bəzi simptomlara malikdir. Sosial həyəcan pozğunluğu (sosial fobiya) həyəcan- la bağlı bir xəstəlikdir. O, sosial vəziyyətlərdə güclü həyəcan və ya stress hissi ilə xarakterizə olunur (məsələn, tanış olmayan insanlarla danışmaq, insan qrupu ilə danışmaq, başqalarının yanında yemək-içmək və ya utanc verici davranacağınızdan narahat olmaq). Həkiminiz bu dərmanın xəstəliyinizi müalicə etmək üçün uyğun olduğuna qərar vermişdir. Serkuptal-ın Sizə niyə verildiyinə əmin deyilsinizsə, həkiminizdən soruşmalısınız.
Əks göstərişlər
Aşağıdakı hallarda Serkuptalın istifadəsi əks göstərişdir – Sertralinə və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə (bax: “Tər- kibi”) qarşı yüksək həssaslıq. – Əgər monoaminooksidazanın inhibitorları (selegilin, moklobemid kimi MAOİ) və ya MAOİ kimi dərmanlar (məsələn, linezolid kimi) qəbul edirsinizsə və ya qəbul etmisinizsə. Əgər Sertra- lin ilə müalicəni dayandırırsınızsa, MAOİ ilə müalicəyə başlamazdan əvvəl ən azı bir həftə göz- ləməlisiniz. MAOI ilə müalicəni dayandırdıqdan sonra, sertralin ilə müalicəyə başlamazdan əv- vəl ən azı 2 həftə gözləməlisiniz. – Pimozidlə (psixoz kimi psixi xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman preparatı) birlikdə istifadə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Serkuptal qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Dərmanlar hər zaman hər kəs üçün uyğun olmur. Sertralin qəbul etməzdən əvvəl, aşağıdakı vəziyyətlərdən hər hansı birindən əziyyət çəkirsinizsə və ya əziyyət çəkmisinizsə, bunu həki- minizə bildirin: – əgər Sizdə epilepsiya (tutma) və ya anamnezinizdə qıcolmalar varsa. Əgər Sizdə tutma (qıc- olma) varsa, dərhal həkiminizlə əlaqə saxlayın. – Əgər Siz maniakal-depressiv xəstəlikdən (bipolyar pozğunluq) və ya şizofreniyadan əziyyət çəkirsinizsə. Əgər Sizdə maniakal epizod varsa, dərhal həkiminizlə əlaqə saxlayın. – Özünüzə zərər vermək və ya özünüzü öldürmək düşüncələriniz varsa və ya əvvəllər olmuşdursa (aşağıda intihar və depressiyanızın və ya həyəcan pozğunluğunuzun pisləşməsi barədə düşüncə- lərə baxın). – Əgər Sizdə serotonin sindromu varsa. Nadir hallarda bu sindrom sertralin ilə eyni vaxtda mü- əyyən dərman qəbul edərkən baş verə bilər. (Simptomlar üçün “Əlavə təsirləri” bölməsinə ba- xın). Həkiminiz Sizə əvvəllər bundan əziyyət çəkib-çəkmədiyinizi söyləyəcəkdir. – Əgər qanınızda natriumun səviyyəsi azdırsa, belə ki, bu Serkuptal ilə müalicə nəticəsində baş verə bilər. Əgər hipertenziyaya görə müəyyən dərmanlar istifadə edirsinizsə, bu barədə də həki- minizə məlumat verməlisiniz, çünki bu dərmanlar qanda natriumun səviyyəsini dəyişdirə bilər. – Əgər yaşlı adamsınızsa, qanınızda natriumun səviyyəsinin aşağı olma riski daha çox ola bilər (yuxarıya bax). – Qaraciyər xəstəliyiniz varsa; həkiminiz Serkuptalın daha aşağı dozasını qəbul etməyinizə qərar verə bilər. – Əgər Sizdə diabet varsa; Serkuptal qanda qlükozanın səviyyəsini dəyişdirə bilər və şəkərli diabetə görə qəbul etdiyiniz dərmanların dozasına düzəliş edilməsi lazım gələ bilər. – Əgər qanaxma pozğunluğundan əziyyət çəkmisinizsə və ya qanın laxtalanma qabiliyyətini aşa- ğı salan və ya qanaxma riskini artıra bilən dərmanlar qəbul edirsinizsə (məsələn, asetilsalisil turşusu (aspirin) və ya varfarin). – Əgər Siz 18 yaşından aşağı uşaq və ya yeniyetmisinizsə. Serkuptal yalnız obsessiv kompulsiv pozğunluqdan (OKP) əziyyət çəkən 6-17 yaşlı uşaqların və yeniyetmələrin müalicəsində istifadə edilməlidir. Əgər Siz bu pozğunluğa görə müalicə alırsınızsa, həkiminiz sizi yaxından izləmək istəyəcək (aşağıda “Uşaqlar və yeniyetmələr”ə baxın). – Əgər Siz elektroşok müalicəsi (EŞM) alırsınızsa. – Müəyyən növ qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi) kimi göz problemləriniz varsa. – Əgər elektrokardioqramdan (EKQ) sonra Sizdə ürək ritminizin QT-intervalının uzanması kimi məlum olan pozğunluğunun olduğu deyilmişdirsə. Akatiziya/narahatlıq Sertralinin istifadəsi, əzabverici narahatlıqla və tez-tez oturmaq və ya dayana bilməmək (akatiziya) üzündən hərəkət etmək məcburiyyəti ilə bağlı olmuşdur. Bu, hər şeydən əvvəl, müalicənin ilk həftələrində baş verir. Dozanın artırılması zərərli ola bilər, əgər Sizdə belə simptomlar meydana çıxarsa, həkiminizlə danışmalısınız. Ləğvetmə reaksiyaları Müalicənin dayandırılması ilə əlaqəli əlavə təsirlər (ləğvetmə reaksiyaları) xüsusilə müalicənin birdən dayandırıldığı halda tez-tez baş verir (bax. “Serkuptalın qəbulunun dayandırılması zamanı meydana çıxan təsirlər” və “Əlavə təsirləri”). Ləğvetmə simptomları riski müalicənin davamet- mə müddətindən, dozadan və dozanın azaldılma sürətindən asılıdır. Adətən, bu cür simptomlar mülayim dərəcədən orta dərəcəyə qədər olur. Lakin, bəzi pasiyentlərdə onlar ciddi ola bilər. Onlar adətən müalicəni dayandırdıqdan sonra ilk bir neçə gün ərzində meydana çıxır. Ümumiyyətlə, bu cür simptomlar öz-özünə yox olur və 2 həftə ərzində aradan qalxır. Bəzi pasi- yentlərdə onlar daha uzun (2-3 ay və ya daha çox) müddət davam edə bilər. Sertralin ilə müalicə- ni dayandırdıqda, bir neçə həftə və ya ay ərzində dozanı tədricən azaltmaq tövsiyə olunur və hə- mişə həkiminizlə müalicəni dayandırmağın ən yaxşı yolunu müzakirə etməlisiniz. İntihar və depressiyanızın və ya həyəcan pozğunluğunun pisləşməsi barədə düşüncələr: əgər Sizdə depressiya və ya həyəcan pozğunluğu varsa, bəzən özünüzə zərər vermək və ya özünüzü öldürmək düşüncələri ola bilər. Onlar antidepressantlarla müalicəyə ilk başladıqda arta bilər, çünki bu dərmanların hamısının təsirinin meydana çıxması üçün vaxt lazımdır, adətən təxminən iki həftə, bəzən daha çox. Aşağıdakı kimi düşünmək ehtimalınız daha çox ola bilər: – əvvəllər özünüzü öldürmək və ya özünüzə zərər vermək barədə düşüncələriniz olmuşdursa. – Əgər cavan adamsınızsa. Klinik tədqiqatlardan əldə edilən məlumatlar, antidepressantlarla müalicə olunan psixiatrik vəziyyətləri olan 25 yaşdan kiçik pasiyentlərdə intihar davranışı ris- kinin artdığını göstərir. Hər an özünüzə zərər vermək və ya özünüzü öldürmək düşüncəniz varsa, həkiminizlə əlaqə saxlayın və ya dərhal xəstəxanaya müraciət edin. Qohumunuza və ya yaxın bir dostunuza depressiyaya düşdüyünüzü və ya həyəcan pozğunluğu- nuzun olduğunu söyləməyiniz faydalı ola bilər və onlardan bu kitabçanı oxumalarını xahiş edin. Siz onlardan xahiş edə bilərsiniz ki, əgər depressiyanızın və ya narahatlığınızın getdikcə pisləş- diyini düşünərlərsə və ya davranışınızdakı dəyişikliklərdən narahat olarlarsa, bunu Sizə söyləsinlər. Serkuptalın tərkibində natrium vardır Bu dərmanın bir tabletinin tərkibində 1 mmoldan az natrium vardır, yəni praktik olaraq “natriumsuzdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hr hansı digər dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Bəzi dərmanlar Serkuptalın effektivliyinə təsir edə bilər və ya Serkuptal özü eyni zamanda qəbul edilən digər dərmanların effektivliyini azalda bilər. Sertralinin aşağıdakı dərmanlarla birlikdə qəbul edilməsi ciddi əlavə təsirlərə səbəb ola bilər: – Monoaminooksidazanın inhibitorları (MAOI) adlanan dərmanlar, moklobemid (depressiyanı müalicə etmək üçün istifadə olunur) və selegilin (Parkinson xəstəliyini müalicə etmək üçün isti- fadə olunur) antibiotik linezolid və metilen göyü (qanda yüksək miqdarda methemoqlobinin müalicəsi üçün). Serkuptal-ı bu dərmanlarla birlikdə istifadə etməyin. – Psixoz kimi psixi pozğunluqların müalicəsi üçün istifadə olunan dərmanlar (pimozid). Serkuptal-ı pimozid ilə birlikdə istifadə etməyin. Aşağıdakı dərmanları qəbul edirsinizsə, həkiminizlə danışın. – Dazıotu (Hypericum perforatum) tərkibli dərman. Dazıotu preparatının təsiri 1-2 həftə davam edə bilər. – Tərkibində amin turşusu triptofan olan preparatlar. – Güclü ağrıların müalicəsi üçün dərmanlar (məsələn, tramadol). – Anesteziyada və ya xroniki ağrıları müalicə etmək üçün istifadə olunan dərmanlar (fentanil mivakurium və suksametonium). – Miqreni müalicə etmək üçün dərmanlar (məsələn, sumatriptan). – Qan durulaşdıran dərmanlar (varfarin). – Ağrıların / artritin müalicəsi üçün dərmanlar (ibuprofen, asetilsalisil turşusu (aspirin) kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP)). – Sedativ dərmanlar (diazepam). – Diueretiklər (sidikqovucu dərmanlar). – Epilepsiyanın müalicəsi üçün dərmanlar (fenitoin, karbamazepin, fenobarbital). – Şəkərli diabetin müalicəsi üçün dərmanlar (tolbutamid). – Mədə turşusunun həddindən artıq səviyyədə olması, xoralar və qıcqırma zamanı istifadə olunan dərmanlar (simetidin, omeprazol, lansoprazol, pantoprazol, rabeprazol). – Maniya və depressiyanı müalicə edən dərmanlar (litium). – Depressiyanı müalicə etmək üçün digər dərmanlar (amitriptilin, nortriptilin, nefazodon, fluoksetin, fluvoksamin). – Şizofreniyanın və digər psixi pozğunluqların müalicəsi üçün dərmanlar (perfenazin, levomepromazin və olanzapin kimi). – Yüksək qan təzyiqini, sinə ağrısını müalicə edən və ya ürəyin yığılma tezliyini və ritmini tənzimləyən dərmanlar (məsələn, verapamil, diltiazem, flekainid, propafenon). – Bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunan dərmanlar (məsələn, rifampisin, klaritromisin, telitromisin, eritromisin). – Göbələk infeksiyalarını müalicə etmək üçün istifadə olunan dərmanlar (ketokonazol, itrakona- zol, pozakonazol, vorikonazol, flukonazol kimi). – İİV / AİDS və Hepatit C-nin müalicəsində istifadə olunan dərmanlar (proteazanın ritonavir, telaprevir kimi inhibitorları). – Əməliyyatdan və ya kimyaterapiyadan sonra ürəkbulanma və qusmanın qarşısını almaq üçün istifadə olunan dərmanlar (aprepitant). – Ürəyin elektrik aktivliyində dəyişiklik riskini artırdığı bilinən dərmanlar (məsələn, bəzi antipsixotiklər və antibiotiklər).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamilə qadınlarda Sertralinin istifadəsinin təhlükəsizliyi tam müəyyən edilməmişdir. Hamiləlik dövründə Sertralin yalnız o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının döl üçün potensial riskindən üstün olduğunu hesab etsin. Mamoloqa və / və ya həkiminizə Serkuptalla müalicə aldığınız barədə mütləq məlumat verin. Hamiləlik dövründə, xüsusən hamiləliyin son 3 ayında istifadə edildikdə, Serkuptal kimi dərmanlar körpələrdə yenidoğulmuşun xroniki ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəs- təliyin başvermə riskini artıra bilər. Bu zaman körpə daha sürətlə nəfəs almağa məcbur olur və göyərmiş görünür. Bu simptomlar adətən körpənin doğulmasından sonra ilk 24 saat ərzində baş- layır. Körpənizdə bu baş verərsə, dərhal mamoloq ilə və / və ya həkiminizlə əlaqə saxlamalı- sınız. Yenidoğulmuş körpənizdə doğuşdan sonrakı ilk 24 saat ərzində başlayan digər vəziyyətlər də ola bilər. Simptomlara aşağıdakılar daxildir: – tənəffüslə bağlı problemlər; – göyərmiş və ya çox isti və ya soyuq dəri, – göyərmiş dodaqlar, – qusma və ya düzgün qidalanmama, – çox yorğun, yata bilməyən və ya çox ağlayan; – sərt və ya elastik əzələlər, – tremor, əsmə və ya tutmalar, – reflektor reaksiyaların güclənməsi, – qıcıqlanma, – qanda şəkərin səviyyəsinin aşağı olması. Əgər körpəniz doğulanda bu simptomlardan hər hansı biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, sizə məsləhət verə biləcək həkiminiz- lə və ya mamoloq ilə əlaqə saxlayın. Sertralinin insanda ana südünə keçdiyinə dair dəlillər vardır. Laktasiya dövründə Sertralin yalnız o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının südəmər uşaq üçün poten- sial riskindən üstün olduğunu hesab etsin. Heyvanlar üzərində aparılan tədqiqatlarda Sertralin kimi bəzi dərmanların spermanın keyfiyyə- tini aşağı sala bildiyi müəyyən edilmişdir. Nəzəri olaraq bu, fertilliyə təsir göstərə bilər, lakin insanda fertilliyə təsiri bu vaxta qədər müşahidə edilməmişdir. Uşaqlar və yeniyetmələrdə istifadəsi Obsessiv kompulsiv pozğunluq (OKP) olan pasiyentlər istisna olmaqla, 18 yaşdan kiçik uşaqlar və yeniyetmələrdə sertralin istifadə edilməməlidir. 18 yaşdan kiçik pasiyentlər bu sinif dərman- larla müalicə edildikdə intihar cəhdi, özlərinə zərər vermək və ya öldürmək düşüncələri (intihar düşüncələri) və düşmənçilik (əsasən aqressivlik, müxalif davranış və qəzəb) kimi əlavə təsirlərin başvermə riski yüksək olur. Buna baxmayaraq, əgər xəstənin maraqlarına uyğun gələrsə, həkim 18 yaşdan kiçik xəstəyə Serkuptal təyin etmək qərarı verə bilər. Həkiminiz Sizə Serkuptal təyin edibsə və Siz 18 yaşdan kiçiksinizsə və bunu həkiminizlə müzakirə etmək istəyirsinizsə, onunla əlaqə saxlayın. Bundan başqa, Serkuptal qəbul edərkən yuxarıda sadalanan simptomlardan hər hansı biri meydana çıxarsa və ya pisləşərsə, həkiminizə məlumat verməlisiniz. Bu yaş qrupunda böyümənin, yetkinləşmənin və öyrənmə (koqnitiv) və davranışın inkişafı baxımından Serkupta- lın uzunmüddətli təhlükəsizliyi hələ nümayiş etdirilməmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Sertralin kimi psixotrop dərmanlar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizm- ləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Ona görə, bu dərman vasitəsinin bu fəaliyyətləri həyata keçirmə qabiliyyətinizə necə təsir etdiyini bilməyincə, nəqliyyat vasitələrini və digər po- tensial təhlükəli mexanizmləri idarə etməməlisiniz.
İstifadə qaydası və dozası
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Tövsiyə olunan doza aşağıdakı kimidir. Böyüklər Depressiya və obsessiv kompulsiv pozğunluq (OKP): Depressiya və OKP üçün adi effektiv doza gündə 50 mq təşkil edir. Gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla və bir həftədən az olmayaraq intervallarla artırmaq olar. Maksimum tövsiyə olunan doza gündə 200 mq-dır. Panik pozğunluq, social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu: panik pozğun- luq,social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu zamanı müalicəyə 25 mq/gün doza ilə başlamaq və bir həftədən sonra 50 mq/gün-ə qədər artırmaq lazımdır. Sonra gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla artırmaq olar. Maksimum tövsiyə olunan doza gündə 200 mq-dır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Serkuptal yalnız 6-17 yaşlı OKP-dən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsində istifadə edilməlidir. Obsessiv kompulsiv pozğunluq: 6 yaşdan 12 yaşa qədər uşaqlar: tövsiyə olunan başlanğıc doza gündə 25 mq təşkil edir. Bir həftədən sonra həkiminiz bunu gündə 50 mq-a qədər artıra bilər. Maksimum doza gündə 200 mq təşkil edir. 13 yaşdan 17 yaşa qədər yeniyetmələr: tövsiyə olunan başlanğıc doza gündə 50 mq-dır. Maksimum doza gündə 200 mq təşkil edir. Əgər qaraciyər və ya böyrək probleminiz varsa, həkiminizə deyin və həkimin göstərişlərinə əməl edin. Ağır qaraciyər çatışmazlığı olduqda, preparatı istifadə etmək olmaz. Serkuptaldan istifadə müddətində alkoqol qəbulundan imtina etmək lazımdır. Sertralin qreypfrut şirəsi ilə birlikdə qəbul edilməməlidir, belə ki, bu, orqanizmdə sertralinin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. İstifadə qaydası Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Dərmanınızı gündə 1 dəfə səhər və ya axşam qəbul edin. Serkuptalın qida ilə, içkilərlə və alkoqolla birlikdə istifadəsi Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Serkuptalın qəbulu unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, buraxılmış dozanı qəbul etməyin. Növbəti dozanı öz vaxtında qəbul edin. Əgər Serkuptalın qəbulunu dayandırırsınızsa Həkimin sizə demədikcə Serkuptal qəbul etməyi dayandırmayın. Bu dərmanı qəbul etməyi da- yandırmazdan əvvəl həkiminiz bir neçə həftə ərzində Serkuptalın dozasını tədricən azaltmaq istəyəcəkdir. Əgər Siz qəflətən bu dərmanı qəbul etməyi dayandırsanız, başgicəllənmə, uyuşma, yuxu pozğunluğu, oyanıqlıq və ya narahatlıq, baş ağrısı, ürəkbulanma, qusma və titrəmə kimi əlavə təsirlər meydana çıxa bilər. Serkuptal qəbul etməyi dayandırarkən bu əlavə təsirlərdən və ya digər əlavə təsirlərdən hər hansı biri ilə qarşılaşırsınızsa, lütfən həkiminizlə danışın. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun. Həkiminiz, bu dərmanı nə qədər müddət ərzində qəbul etməli olduğunuzu sizə məsləhət görəcəkdir. Bu, xəstəliyinizin təbiətindən və müalicəyə nə dərəcədə cavab verməiyinizdən asılı olacaq. Simptomlarınızın yaxşılaşması üçün bir neçə həftə lazım gələ bilər. Depressiyanın müa- licəsini adətən yaxşılaşma baş verdikdən sonra daha 6 ay davam etdirmək lazımdır.
Əlavə təsirləri
Bütün dərmanlar kimi bu dərman da əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar hamı da baş vermir. Ürəkbulanma ən çox rast gələn əlavə təsirdir. Əlavə təsirlər dozadan asılıdır və müa- licənin davam etdirilməsi ilə tez-tez aradan qalxır və ya azalır. Aşağıdakı hallarda dərhal həkiminizə məlumat verin: bu dərmanı qəbul etdikdən sonra aşağıdakı simptomlardan hər hansı biri meydana çıxarsa, bu simptomlar ciddi ola bilər. – Əgər Sizdə qabarların yaranmasına (multiformalı eritema) səbəb olan güclü dəri səpgisi meyda- na çıxarsa (bu ağıza və dilə təsir edə bilər). Bunlar Stivens-Conson sindromu və ya toksik epider- mal nekroliz (TEN) kimi məlum olan vəziyyətin əlamətləri ola bilər. Bunlar baş verərsə, həkimi- niz müalicənizi dayandıracaq. – Qaşınan dəri səpgisi, tənəffüs problemləri, xırıltı, göz qapaqlarının, üz və ya dodaqların şişməsi kimi simptomları ehtiva edə bilən allergik reaksiya və ya allergiya. – Əgər Siz narahatlıq, şüurunuzda qarışıqlıq, ishal, yüksək temperatur və qan təzyiqi, həddindən artıq tərləmə və sürətli ürək döyüntüsü ilə qarşılaşırsınızsa. Bunlar serotonin sindromunun simptomlarıdır. Nadir hallarda bu sindrom sertralin ilə eyni vaxtda müəyyən dərman qəbul edərkən baş verə bilər. Həkiminiz müalicənizi dayandırmaq qərarı verə bilər. – Əgər dəriniz və gözləriniz saralmışdırsa, bu, qaraciyərin zədələnməsinin nəticəsi ola bilər. – Əgər Siz özünüzə zərər vermək və ya öldürmək düşüncələri ilə müşayiət olunan depressiv simptomlar hiss edirsinizsə (intihar düşüncələri). – Əgər Serkuptal qəbul etməyə başladıqdan sonra narahatlıq hiss etməyə başlamısınızsa və oturub dura bilmirsinizsə. Özünüzü narahat hiss etməyə başlasanız həkiminizə söyləməlisiniz. – Əgər Sizdə tutma (qıcolma) varsa. – Əgər Sizdə maniakal epizod varsa (bax: “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Aşağıdakı yan təsirlər böyüklər üzərində aparılan klinik tədqiqatlarda qeyd edilmişdir. Çox tez-tez (10 pasiyentin 1-dən çoxunda meydana çıxa bilər) Yuxusuzluq, başgicəllənmə, yuxululuq, başağrısı, diareya, xəstə hal, ürəkbulanma, ağızda quruluq, eyakulyasi-yanın pozulması, yorğunluq. Tez-tez (10 pasiyentin 1-ə qədərində meydana çıxa bilər) – Boğaz ağrısı, anoreksiya, iştahanın artması, – depressiya, özünü qəribə hiss etmək, gecə qarabasmaları, narahatlıq, həyəcan, əsəbilik, cinsi həvəsin azalması, dişlərin cilalanması, – keyləşmə və sancma hissi, titrəmə, əzələ gərginliyi, anormal dadbilmə, diqqətsizlik, – görmə pozğunluğu, qulaqlarda küy, – ürəkdöyünmə, istilik axını, əsnəmə, – qarın ağrısı, qusma, qəbizlik, narahat mədə, meteorizm, – səpgi, güclü tərləmə, əzələ ağrısı, erektil disfunksiya, sinə ağrısı, – oynaq ağrısı, – nasazlıq. Bəzən (100 pasiyentin 1-ə qədərində meydana çıxa bilər) – Yuxarı tənəffüs yollarının infeksiyası, burun axması, -yüksək həssaslıq, – qalxanabənzər vəzi hormonlarının səviyyəsinin aşağı olması, – hallüsinasiya, xoşbəxtlik hissi, qayğıkeşliyin olmaması, anormal düşünmək, aqressiya, – qıcolma, qeyri-iradi əzələ yığılması, koordinasiyanın pozulması, çox hərəkət etmək, amneziya, hissiyyatın azalması, nitqin pozulması, ayağa qalxarkən başgicəllənmə, bayılma, miqren, – göz bəbəyinin böyüməsi, – qulaq ağrısı, sürətli ürək döyüntüsü, yüksək qan təzyiqi, qızartı, – tənəffüsün çətinləşməsi, xırıltı, təngnəfəslik, burun qanaxması, – qida borusunun iltihabı, udma çətinliyi, babasil, ağızsuyu ifrazının artması, dildə pozğunluq, gəyirmə, – gözdə şişkinlik (ödem), dəridə tünd-qırmızı ləkələr, üzün ödemi, saç tökülməsi, soyuq tər, dəridə quruluq, qaşınan dəri səpgisi (övrə), qaşınma, – osteoartrit, əzələ zəifliyi, bel ağrısı, əzələlərin səyriməsi, – gecə vaxtı sidiyəgetmə, sidiyə gedə bilməmək, sidiyəgetmənin artması, sidiyəgetmənin tezliyi- nin artması, sidik ifraz ilə bağlı problemlər, sidikqaçırma, – Vaginal qanaxma, cinsi disfunksiya, qadın cinsi disfunksiyası, menstrual pozuntular, ayaqlarda şişkinlik, titrətmə, qızdırma, zəiflik, susuzluq, qaraciyər fermentlərinin səviyyəsinin artması, kilo itkisi, kilo vermək. Nadir (1000 pasiyentin 1-ə qədərində meydana çıxa bilər) – Bağırsaq problemləri, qulaq infeksiyası, xərçəng, şişkin vəzilər, xolesterinin yüksək səviyyəsi, qanda şəkərin səviyyəsinin azalması, – Stres və ya emosiyaların hesabına fiziki simptomlar, dərman vasitələrindən asılılıq, psixotik pozğunluq, paranoya, intihar düşüncələri, yuxuda gəzmə, vaxtından əvvəl eyakulyasiya, – ağır allergik reaksiya, – koma, anormal hərəkətlər, hərəkət etməkdə çətinlik, həssaslığın artması, hissi pozğunluqlar, – qlaukoma, gözyaşı pozğunluqları, görmə sahələrində ləkələr, ikili görmə, işığın yaratdığı göz ağrısı, gözdə qan, – qanda şəkərin səviyyəsinə nəzarətlə bağlı problemlər (diabet), – ürək tutması, ürək döyüntüsünün yavaşıması, ürəklə bağlı problemlər, əl və ayaqlarda qan dövranının pisləşməsi, boğazda sıxılma, sürətli tənəffüs, yavaş tənəffüs, danışmaqda çətinlik, hıçqırıq, – nəcisdə qan, ağızda yaralar, dildə xora, dişlərdə pozğunluqlar, dildə pozğunluqlar, ağızda xoralanma, qaraciyər funksiyasında dəyişikliklər, – qabarlarla müşayiət olunan dəri problemləri, follikulyar səpgi, saç strukturunda dəyişiklik, dəri qoxusunun dəyişməsi, sümük pozğunluğu, – sidiyəgetmənin azalması, sidik tərəddüdü, sidikdə qan, – həddindən artıq vaginal qanaxma, vaginanın quruluğu, penisin və pülüyün şişməsi və qızarma- sı, cinsiyyət üzvündən ifrazatın axması, uzun ereksiya, döş vəzilərindən ifrazatın axması. – yırtıq, dərmana dözümlülüyün azalması, yeriməkdə çətinliklər, anormal spermatozoidlər, qanda xolesterinin səviyyəsinin artması, travmalar, vazodilatasiya. Sertralin ilə müalicə zamanı və ya müalicənin dayandırılmasından qısa müddət sonra intihar düşüncəsi və intihar davranışları halları barədə məlumat verilmişdir (bax. “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Postmarketinq dövründə sertralinin istifadəsi ilə bağlı aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: – ağ qan hüceyrələrinin (leykositlərin) azalması, trombositlərin azalması, endokrin problemlər, hiperprolaktinemiya, antidiuretic hormonun qeyri-adekvat sekresiyası, qanda duzların səviyyəsinin aşağı olması, hiponatriemiya, qanda şəkərin səviyyəsinin yüksəlməsi, – qorxulu yuxugörmələr, intihar davranışı, – Əzələ hərəkətləri ilə bağlı problemlər (məsələn, həddindən artıq hərəkətlər, gərgin əzələlərin gərginləşməsi və yerimə zamanı çətinlik, spazmlar və əzələlərin qeyri-iradi hərəkətləri), qəfil güclü baş ağrısı (“dönər serebral damardaraldıcı sindrom” adlanan ciddi vəziyyətin əlaməti ola bilər)), – görmədə dəyişiklik, göz bəbəklərinin böyüməsi və müxtəlif ölçüdə olması, qanaxma problem- ləri (mədə qanaxması kimi), ağciyər toxumasının proqressivləşən çapıqlaşması (interstisial ağci- yər xəstəliyi), pankreatit, qaraciyərlə bağlı ciddi problemlər, hepatit, gözlərin saralması (sarılıq), – dərinin ödemi, kvinke ödemi, periferik ödem, dərinin günəşə reaksiyası, əzələ spazmı, sinənin böyüməsi, laxtalanma prob-lemləri, laborator analizlərin nəticələrin dəyişməsi, sidiyin saxlana bilməməsi. – yüngül başgicəllənmə, bayılma və ya sinədə discomfort, hansı ki, elektrik aktivliyində (elektro- qramda müşahidə olunan) və ya ürək ritmində dəyişikliklər. Uşaq və yeniyetmələrdə əlavə olaraq meydana çıxan əlavə təsirlər Uşaqlar və yeniyetmələr ilə aparılan klinik tədqiqatlarda meydana çıxan əlavə təsirlər bütövlükdə böyüklərdə müşahidə edilən əlavə təsirlərə bənzəyirdi (yuxarıya bax). Uşaqlarda və yeniyetmə- lərdə ən çox meydana çıxan əlavə təsirlər baş ağrısı, yuxusuzluq, ishal və xəsarət olmuşdur. Müalicəni dayandıran zaman meydana çıxa bilən simptomlar Bu dərmanın qəbulunu kəskin şəkildə dayandırsanız, başgicəllənmə, uyuşma, yuxu pozğunluğu, narahatlıq və ya həyəcan, baş ağrısı, ürəkbulanma, qusma və tremor kimi əlavə təsirlər meydana çıxa bilər (bax: “Serkuptalın qəbulu dayandırılarsa”). Bu tip dərman qəbul edən xəstələrdə sümük sınığı riskinin artması müşahidə edilmişdir. Əlavə təsirlər haqqında məlumatın verilməsi – Əgər Sizdə bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı bir əlavə təsir mey- dana çıxarsa, həkiminizlə və ya əczaçı ilə danışın. Əlavə təsirlər barədə həmçinin aşağıdakı əlaqə vasitəsilə birbaşa INFARMED, I.P vasitəsi ilə bildirə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə, Siz bu dərmanın təhlükəsizliyi haqqında daha çox məlumatın toplanmasına kömək et- miş olursunuz. INFARMED, I.P. Medicinal Products Risk Management Directorate Parque da Saúde de Lisboa, Av. Brasil 53 1749-004 Lisboa Tel: +351 21 798 73 73 Medicinal Product Line: 800222444 (free) Fax: + 351 21 798 73 97 Website: http://www.infarmed.pt/web/infarmed/submissaoram E- mail: [email protected]
Doza həddinin aşılması
Əgər Siz təsadüfən həddindən artıq dozada Serkuptal qəbul etsəniz, dərhal həkiminizlə əlaqə yaradın və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Qablaşdırmada dər- man qalıb-qalmamasından asılı olmayaraq etiketli dərman paketini özünüzlə götürün. Doza həddi aşılmasının simptomları arasında yuxululuq, ürəkbulanma və qusma, sürətli ürək- döyünmə, titrəmə, oyanıqlıq, başgicəllənmə və nadir hallarda şüurun itməsi ola bilər.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, original qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunma- sına kömək edəcəkdir.
Buraxılış forması
50 mq və ya 100 mq-lıq tabletlər. 14 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofarimex – Indústria Química e Farmacêutica, S.A. Av. das Indústrias, Alto do Colaride – Agualva 2735-213 Cacém Portugal (Portuqaliya). Marketinq icazəsinin sahibi Laboratórios Azevedos – Indústria Farmacêutica, S.A. Edifícios Azevedos – Estrada Nacional 117-Km2 Alfragide 2614-503 Amadora Portugal (Portuqaliya).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.