Roxipime 1 q inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSistem istifadə üçün antibakterial vasitələr. Digər β-laktam antibakterial vasitələr. Dördüncü nəsl sefalosporinlər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,21 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROKSİPİM inyeksiya məhlulu hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Cefepime

Tərkibi

Təsiredici maddə: 1 flakonda 0,5 q, 1,0 q və ya 2,0 q sefepim (sefepim dihidroxlorid şəklində) vardır. Köməkçi maddələr:arginin. Həlledici: (həlledici ilə dəst şəklində olan buraxılış forması üçün) inyeksiya üçün su.

Təsviri

Ağ rəngdən solğun sarı rəngə qədər tozdur.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial vasitələr. Digər β-laktam antibakterial vasitələr. Dördüncü nəsl sefalosporinlər. ATC kodu: J01DE01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Roksipim preparatının təsiredici maddəsi sefepim, əzələdaxili və ya venadaxili yeridilmə üçün nəzərdə tutulan, geniş təsir spektrinə malik, dördüncü nəsil sefalosporin antibiotikidir. Təsir mexanizmi Sefepim hüceyrə divarının sintezini inhibə edərək bakterisid təsir göstərir. Sefepim müxtəlif qrammüsbət və qrammənfi bakteriyalara, o cümlədən, aminoqlikozidlərə və ya üçüncü nəsil sefalosporinlərə davamlı ştamların əksəriyyətinə qarşı aktivdir. Farmakodinamik effektləri Sefepim əksər β-laktamazaların hidrolizinə yüksək davamlıdır, xromosom genləri ilə kodlaşdırılan β-laktamazalara aşağı affinliyə (yaxınlıq) malikdir və qrammənfi bakteriya hüceyrələrinə sürətlə nüfuz edir. Bakterial hüceyrələr daxilində sefepimin molekulyar hədəfləri penisilini bağlayan zülallardır (PBZ). Escherichia coli və Enterobacter cloacae ilə aparılan tədqiqatlarda sefepim PBP3, PBP2, PBP1a və PBP1b qarşı yüksək affinliyə malik olmuşdur. PBP2-yə birləşmə digər parenteral sefalosporinlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək affinlik ilə baş vermişdir ki, bu da sefepimin antibakterial aktivliyini artıra bilər. Sefepimin PBP1a və PBP1b-yə orta dərəcəli affinliyi həmçinin onun ümumi antibakterial aktivliyinə səbəb ola bilər. Roksipim geniş spektrli mikroorqanizmlərə qarşı aktivdir. Bütün tədqiq edilmiş qrammüsbət və qrammənfi mikroorqanizmlərin izolyatlarının 80%-dən çoxu üçün sefepimin minimal bakterisid konsentrasiyanın minimal inhibəedici konsentrasiyaya (MBC/MIC) nisbəti ≤ 2-dir. Pseudomonas aeruginosa izolyatları üzərində in vitro tədqiqatlarda sefepimin aminoqlikozidlərlə sinergik təsiri aşkar edilmişdir. Müxtəlif ştamlar üçün rezistentliyin yayılması coğrafiyadan asılı olaraq və zaman ərzində dəyişə bilər. Bu səbəbdən, müalicəyə başlamazdan əvvəl rezistentlik haqqında yerli məlumatları nəzərə almaq tövsiyə olunur. Preparat aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir: Aerob qrammüsbət mikroorqanizmlər: Staphylococcus aureus (β-laktamaza istehsal edən ştammlar daxil olmaqla), Staphylococcus epidermidis (β-laktamaza istehsal edən ştamlar daxil olmaqla), Staphylococcus hominis, Staphylococcus saprophyticus daxil olmaqla, digər stafilokokk ştamları; Streptococcus pyogenes (qrup A streptokokklar), Streptococcus agalactiae (qrup B streptokoklar), Streptococcus pneumoniae (o cümlədən, penisillinə orta rezistentlik göstərən ştamlar – MİK 0,1-1 mkq/ml), digər β-hemolitik streptokoklar (C, G, F qrupları), Streptococcus bovis (qrup D), Viridans qrupu streptokokları. Qeyd: Enterococcus faecalis və metisillinə davamlı stafilokoklar kimi enterokokların bir çox ştamları sefepim də daxil olmaqla əksər sefalosporin antibiotiklərinə rezistentdir. Aerob qrammənfi mikroorqanizmlər: Acinetobacter calcoaceticus (anitratus, lwoffii yarımnövləri), Aeromonas hydrophila, Capnocytophaga sp., Citrobacter sp. (o cümlədən, Citrobacter diversus, Citrobacter freundii), Campylobacter jejuni, Enterobacter sp. (o cümlədən, Enterobacter cloacae, Enterobacter aerogenes, Enterobacter sakazakii), Escherichia coli, Gardnerella vaginalis, Haemophilus ducreyi, Haemophilus influenzae (β-laktamaza istehsal edən ştammlar daxil olmaqla), Haemophilus parainfluenzae, Hafnia alvei, Klebsiella sp. (Klebsiella pneumoniae, Klebsiella oxytoca, Klebsiella ozaenae daxil olmaqla), Legionella sp., Morganella morganii, Moraxella catarrhalis (Branhamella catarrhalis, o cümlədən, β-laktamaza istehsal edən ştamlar); Neisseria gonorrhoeae (β-laktamaza istehsal edən ştamlar daxil olmaqla), Neisseria meningitidis, Pantoea agglomerans (əvvəllər Enterobacter agglomerans kimi tanınan), Proteus sp. (o cümlədən, Proteus mirabilis, Proteus vulgaris), Providencia sp. (o cümlədən Providencia rettgeri, Providencia stuartii), Pseudomonas sp. (o cümlədən, Pseudomonas aeruginosa, Pseudomonas putida, Pseudomonas stutzeri), Salmonella sp., Serratia sp. (o cümlədən, Serratia marcescens, Serratia liquefaciens), Shigella sp., Yersinia enterocolitica. Qeyd: Sefepim Stenotrophomonas maltophilia (əvvəllər Xanthomonas maltophilia (Pseudomonas maltophilia) kimi tanınan) bir çox ştamlarına qarşı təsirsizdir. Anaerob mikroorqanizmlər: Bacteroides sp., Clostridium perfringens, Fusobacterium sp., Mobiluncus sp., Peptostreptococcus sp., Prevotella melaninogenica (əvvəllər Bacteroides melaninogenicus kimi tanınan), Veillonella sp. Qeyd: Sefepim Bacteroides fragilis və Clostridium difficile-ə qarşı aktiv deyil. Farmakokinetikası Böyüklər Paylanması Sağlam yetkin kişilərdə 0,5 q, 1 q və 2 q dozada 30 dəqiqəlik venadaxili və ya əzələdaxili yeridilməsindən sonra müxtəlif vaxtlarda sefepimin orta plazma konsentrasiyası aşağıdakı cədvəldə göstərilmişdir. Sağlam yetkin kişilərdə sefepimin qan plazmasında orta konsentrasiyaları (mkq/ml) Sefepimin dozası 0,5 saat 1 saat 2 saat 4 saat 8 saat 12 saat Venadaxili yeridilmə 0,5 q 38,2 21,6 11,6 5,0 1,4 0,2 1 q 78,7 44,5 24,3 10,5 2,4 0,6 2 q 163,1 85,8 44,8 19,2 3,9 1,1 Əzələdaxili yeridilmə 0,5 q 8,2 12,5 12,0 6,9 1,9 0,7 1 q 14,8 25,9 26,3 16,0 4,5 1,4 2 q 36,1 49,9 51,3 31,5 8,7 2,3 Absorbsiyası Sefepim əzələdaxili yeridilməsindən sonra tamamilə sorulur. Müxtəlif toxumalarda və mayelərdə sefepimin terapevtik konsentrasiyası aşağıdakı cədvəldə göstərilmişdir. Sağlam yetkin kişilərdə müxtəlif bədən mayelərində (mkq/ml) və toxumalarda (mkq/q) sefepimin orta konsentrasiyası Dozalanmadan sonra Orqanizmin mayeleri və orta nümunə götürməDoza (v/d) Orta konsentrasiya toxumaları vaxtı (saat). Sidik 0,5 q 0-4 292 1 q 0-4 926 2 q 0-4 3120 Öd 2 q 9,4 17,8 Peritoneal maye 2 q 4,4 18,3 Suluq mayesi 2 q 1,5 81,4 Bronxların selikli qişası 2 q 4,8 24,1 Bəlğəm 2 q 4,0 7,4 Prosatat vəzi 2 q 1,0 31,5 Appendiks 2 q 5,7 5,2 Öd kisəsi 2 q 8,9 11,9 Metabolizmi/xaric olması Sefepim sürətlə N-metilpirolidin oksidinə çevrilən N-metilpirolidinə qədər metabolizmə uğrayır. Sidikdə sefepimin dozasının təxminən 85%-i dəyişilməmiş, 1%-dən az N-metilpirolidin, 6,8%-i N- oksid və 2,5%-i sefepim epimeri şəklində aşkar olunur. Sefepimin zərdab zülallarına bağlanma dərəcəsi orta hesabla 16,4% təşkil edir və qan zərdabında preparatın konsentrasiyasından asılı deyil. 250 mq-dan 2 q-a qədər olan dozaların qəbulundan sonra sefepimin orqanizmdən yarımxaricolma dövrü (T1/2) orta hesabla təxminən 2 saat təşkil edir. 9 gün ərzində 8 saatlıq fasilələrlə 2 q-a qədər dozada sefepim qəbul edən sağlam könüllülərdə sefepimin orqanizmdə kumulyasiyası baş verməyib. Orta ümumi klirensi 120 ml / dəqiqə təşkil edir. Sefepim demək olar ki, tamamilə böyrəklər tərəfindən, əsasən yumaqcıq filtrasiyası yolu ilə xaric edilir (orta böyrək klirensi 110 ml/dəq). Xüsusi pasiyentlər qruplarında farmakokinetikası Mukovissidoz xəstəliyi olan pasiyentlər Mukovissidozu olan pasiyentlərdə kəskin ağciyər xəstəliyinin sefepimlə müalicəsi zamanı (n=24, orta yaş 15 yaş, yaş həddi 5-47 yaş) klinik əhəmiyyətli yaxşılaşma qeyd edilmişdir. Bu cür pasiyentlərdə antibiotik terapiyası bakterioloji eradikasiyanı təmin etməyə bilər. Mukovissidozu olan pasiyentlərdə sefepimin farmakokinetikasında klinik əhəmiyyətli dəyişikliklər müşahidə edilməmişdir. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Müxtəlif dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə orqanizmdən T artır, ümumi klirens ilə1/2 kreatinin klirensi arasında xətti əlaqə müşahidə olunur. Böyrək funksiyasının pozğunluğu halında, dozanın tənzimlənməsi tələb olunur. Dializ tələb edən böyrək funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə orta yarımxaricolma dövrü hemodializ üçün 13 saat, davamlı peritoneal dializ üçün isə 19 saat təşkil edir. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə sefepimin 1 q dozasının birdəfəlik qəbulu zamanı preparatın farmakokinetikası dəyişməyib. Bu qrup pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Yaşlı pasiyentlər 65 yaşdan yuxarı sağlam könüllülərə 1 q sefepimin birdəfəlik venadaxili yeridilməsindən sonra gənc pasiyentlərlə müqayisədə konsentrasiya-zaman əyrisi altındakı sahədə (AUC) artım və böyrək klirensində azalma müşahidə edilmişdir. Böyrək funksiyasının pozğunluğu olan yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tövsiyə olunur. Uşaqlar Sefepimin farmakokinetikası 2,1 aydan 11,2 yaşa qədər olan uşaqlarda 50 mq/kq bədən çəkisinə birdəfəlik və çoxsaylı venadaxili və ya əzələdaxili yeridilməsindən sonra, həmçinin sefepimin təkrar tətbiqindən sonra (hər 8 və ya 12 saatdan bir ən azı 48 saat ərzində) öyrənilmişdir. Birdəfəlik venadaxili yeridilməsindən sonra orta ümumi klirensi və paylanma həcmi müvafiq olaraq 3,3 ml/dəq/kq və 0,3 l/kq təşkil etmişdir. Orqanizmdən yarımxaricolma dövrü orta hesabla 1,7 saat təşkil etmişdir. Dəyişməmiş sefepimin böyrəklər tərəfindən xaric olması qəbul edilən dozanın orta hesabla 60,4%-ni, böyrək klirensi isə orta hesabla 2,0 ml/dəq/kq təşkil etmişdir. Təkrar venadaxili istifadəsindən sonra tarazlıq vəziyyətində qan plazmasında sefepimin konsentrasiyası, cüzi kumulyasiya istisna olmaqla, birdəfəlik qəbulundan sonrakı ilə fərqlənmir. Körpələrdə və uşaqlarda digər farmakokinetik parametrlər nə birdəfəlik, nə də təkrar qəbulu zamanı, eləcə də müxtəlif doza rejimlərində (8 və ya 12 saat) fərqlənmir. Pasiyentlərin yaşı və cinsi sefepimin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərmir. Əzələdaxili yeridilməsindən sonra tarazlıq vəziyyətində qan plazmasında sefepimin maksimal konsentrasiyası orta hesabla 68 mkq/ml təşkil etmişdir və orta hesabla 0,75 saat ərzində əldə olunmuşdur. Əzələdaxili yeridilməsindən 8 saat sonra tarazlıq vəziyyətində qan plazmasında sefepimin minimal konsentrasiyası orta hesabla 6 mkq/ml təşkil etmişdir. Əzələdaxili inyeksiyadan sonra sefepimin biomənimsənilməsi orta hesabla 82% təşkil etmişdir. Körpələrdə və uşaqlarda beyin-onurğa-beyin mayesində (CSF) və qan plazmasında sefepimin konsentrasiyası və CSF/plazma konsentrasiyasaların nisbəti (± orta kvadratik meyl) aşağıdakı cədvəldə təqdim olunub*. CSF/plazmaBeyin-onurğa-beyin Qan plazmasında konsentrasiyalarınınYeridilmədən sonra mayesində (CSF) N konsentrasiyası, nisbətimüddət, saat konsentrasiyası, mkq/ml mkq/ml 0,5 7 67,1 (51,2) 5,7 (7,3) 0,12 (0,14) 1 4 44,1 (7,8) 4,3 (1,5) 0,10 (0,04) 2 5 23,9 (12,9) 3,6 (2,0) 0,17 (0,09) 4 5 11,7 (15,7) 4,2 (1,1) 0,87 (0,56) 8 5 4,9 (5,9) 3,3 (2,8) 1,02 (0,64) * Pasiyentin yaşı 2,6 (3,0) il orta kvadratik meyl ilə 3,1 aydan 12 yaşa qədər olmuşdur. Mərkəzi sinir sisteminin infeksiyası şübhəsi olan pasiyentlərdə sefepimin dozası hər 8 saatdan bir 5-20 dəqiqə ərzində venadaxili olaraq 50 mq/kq bədən çəkisinə təşkil etmişdir. Plazma və CSF konsentrasiyası sefepim ilə müalicənin 2-ci və ya 3-cü günündə müəyyən edilmişdir.

İstifadəsinə göstərişlər

Böyüklər Preparat böyüklərdə sefepimə həssas mikroorqanizmlərin səbəb olduğu aşağıdakı infeksiyaların müalicəsi üçün göstərilir: – aşağı tənəffüs yollarının infeksiyaları (pnevmoniya və bronxit daxil olmaqla); – sidik yollarının ağırlaşmamış və ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla); – dəri və yumşaq toxumalarının infeksiyaları; – abdominal infeksiyalar (peritonit və öd yollarının infeksiyaları daxil olmaqla); – ginekoloji infeksiyalar; – yuxarıda göstərilən infeksiyalardan hər hansı birinin səbəb olduğu və ya səbəb olduğu ehtimal olunan bakteriemiya; – febril neytropeniya*; – intraabdominal əməliyyatlar zamanı cərrahi infeksiyaların profilaktikası. Uşaqlar Roksipim preparatı 2 aydan yuxarı uşaqlarda sefepimə həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsi üçün göstərilir: – pnevmoniya; – sidik yollarının ağırlaşmamış və ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla); – dəri və yumşaq toxumalarının infeksiyaları; – septisemiya; – febril neytropeniya*; – bakterial meningit. * Preparat febril neytropeniyası olan pasiyentlərin empirik müalicəsi üçün monoterapiya kimi istifadə olunur. Ağır infeksiyaların inkişaf riski yüksək olan pasiyentlərdə (məsələn, yaxınlarda sümük iliyi transplantasiyası, arterial hipotenziya, bədxassəli qan xəstəlikləri və ya ağır və ya uzunmüddətli neytropeniya) preparatla monoterapiya kifayət olmaya bilər. Belə pasiyentlərdə kompleks antibiotik terapiyası göstərilir. Həssaslıq tədqiqatının nəticələrinə qədər preparat ilə empirik müalicə başlanıla bilər, sonra lazım olduqda antibiotik seçiminə və müalicə rejiminə düzəlişlər edilə bilər. Roksipim preparatı infeksiyanın törədicisi müəyyən edilənə qədər monoterapiya kimi istifadə edilə bilər, çünki preparat qram-müsbət və qram-mənfi mikroorqanizmlərə qarşı geniş antibakterial təsir spektrinə malikdir. Qarışıq aerob və anaerob infeksiya riski olan pasiyentlərdə, xüsusən də sefepimə həssas olmayan mikroorqanizmlərin mümkün olması halında, patogen müəyyən edilənə qədər antianaerob preparatla eyni vaxtda terapiyaya başlamaq tövsiyə olunur. Patogen müəyyən edildikdən və sefepimə qarşı həssaslıq müəyyən edildikdən sonra müalicə analizlərin nəticələrinə uyğun aparılmalıdır.

Əks göstərişlər

Sefepimə və ya köməkçi maddələrdən hər hansı birinə və ya digər sefalosporinlərə və ya β-laktam antibiotiklərinə (məsələn, penisilinlər, monobaktamlar və karbapenemlər) qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hiperhəssaslıq reaksiyaları Digər β-laktam antibiotiklərin istifadəsi zamanı olduğu kimi ölümlə nəticələnən hallar daxil olmaqla ağır hiperhəssaslıq reaksiyaları bildirilmişdir. Preparatla müalicəyə başlamazdan əvvəl pasiyentlər anamnezlərində sefepim, β-laktamlar və ya digər dərman vasitələrinə qarşı mümkün hiperhəssaslıq reaksiyalarının mövcüdluğuna görə diqqətlə qiymətləndirilməlidir. Preparat anamnezində astma xəstəliyi olan və ya allergiyaya meylli pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Müalicənin başlanğıcında pasiyent ciddi nəzarət altında olmalıdır. Sefepimə qarşı allergik reaksiya baş verdikdə, preparatın qəbulu dərhal dayandırılmalı və müvafiq terapiya aparılmalıdır. Ağır hiperhəssaslıq reaksiyaları epinefrinin istifadəsini və əlavə dəstəkləyici müalicəni tələb edə bilər. Sefepimin antibakterial aktivliyi Preparatın istifadəsinə başlamazdan əvvəl patogeni və onun sefepimə qarşı həssaslığını müəyyən etmək lazımdır. Böyrək funksiyasının pozğunluğu Böyrək funksiyasının pozğunluğu (kreatinin klirensi ≤ 50 ml / dəq) və ya böyrək funksiyasının pozulmasına səbəb olan digər vəziyyətləri olan pasiyentlərdə, preparatın böyrəklər tərəfindən zəif xaric olmasını kompensasiya etmək üçün preparatın dozası tənzimlənməlidir. Böyrək funksiyasının pozğunluğu və ya böyrək funksiyasına təsir edən digər faktorları olan pasiyentlərdə adi doza rejiminin istifadəsi zamanı sefepimin səviyyəsi yüksək ola bilər və uzun müddət saxlanıla bilər, bu səbəbdən dəstəkləyici doza azaldılmalıdır. Optimal doza rejimini təyin edərkən böyrək funksiyasının pozğunluğunun dərəcəsi, infeksiyanın ağırlığı və infeksiyaya səbəb olan mikroorqanizmlərin həssaslığı nəzərə alınmalıdır. Sefepimin istifadəsi zamanı marketinqdən sonrakı təcrübədə aşağıdakı ağır əlavə təsirlər müşahidə edilmişdir: geridönən ensefalopatiya (şüurun pozulması, o cümlədən, qarışıqlıq, hallüsinasiyalar, stupor və koma), miokloniya, qıcolmalar (qeyri-konvulsiv epileptik status daxil olmaqla) və/və ya böyrək çatışmazlığı. Bu halların əksəriyyəti böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə sefepimin tövsiyə olunandan yüksək dozalarda istifadəsi zamanı müşahidə edilmişdir. Ümumiyyətlə, neyrotoksik simptomlar geridönəndir və sefepimin istifadəsi dayandırıldıqdan və/və ya hemodializdən sonra aradan qalxır. Bəzi hallarda ölümlə nəticələnən hallar qeydə alınmışdır. Clostridium difficile ilə əlaqəli diareya Demək olar ki, bütün geniş spektrli antibakterial preparatlar, o cümlədən, sefepim, yüngül ishaldan ölümlə nəticələnən kolitə qədər dəyişən, Clostridium difficile ilə əlaqəli diareyaya (CDAD) səbəb ola bilərlər. Beləliklə, antibakterial vasitələrin istifadəsindən sonra diareya yaranan pasiyentlərdə bu diaqnozu nəzərə almaq vacibdir. Pasiyentlərin CDAD inkişafı səbəbindən ciddi monitorinqi aparılmalıdır, çünki onun yaranma halları antibiotik terapiyasından iki ay sonra da müşahidə edilmişdir. CDAD-dan şübhə olduqda və ya diaqnoz təsdiqləndikdə, Clostridium difficile-ya qarşı təyin olunanlardan başqa antibiotiklər dayandırılmalıdır. Superinfeksiya Preparatın istifadəsi həssas olmayan mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Superinfeksiyanın inkişafı zamanı müvafiq tədbirlər görülməlidir. Roksipim preparatı ilə aminoqlikozidlər və ya güclü diuretiklər kimi potensial nefrotoksik təsiri olan preparatların istifadəsi zamanı böyrək funksiyasını diqqətlə izləmək lazımdır. Yaşlı pasiyentlər Böyüklər üçün adi tövsiyə olunan dozada 6400-dən çox yaşlı pasiyentlərin (65 yaşdan yuxarı 35% və 75 yaşdan yuxarı 16%) iştirak etdiyi klinik tədqiqatlarda sefepimin klinik effektivliyi və təhlükəsizliyi normal böyrək funksiyası olan yaşlı və ahıl yaşına aid olmayan böyüklərdə olanlarla müqayisə edilə bilər. Gənc pasiyentlərlə müqayisədə yarımxaricolma müddətində cüzi artım və böyrək klirensində azalma müşahidə edilmişdir. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsi tövsiyə olunur. Sefepim ilk növbədə böyrəklər tərəfindən xaric edildiyi üçün böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə toksik reaksiyaların riski artır. Yaşlı pasiyentlərdə böyrək funksiyasının azalması ehtimalı yüksək olduğundan, doza ehtiyatla seçilməli və böyrək funksiyasına nəzarət edilməlidir. Sefepimin adi dozalarının istifadəsi zamanı böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə ağır əlavə təsirlər müşahidə edilmişdir, məsələn, geridönən ensefalopatiya (şüurun pozulması, çaşqınlıq, hallüsinasiyalar, stupor və koma daxil olmaqla), miokloniya, qıcolmalar (qeyri-konvulsiv epileptik status daxil olmaqla) və/və ya böyrək çatışmazlığı. Laborator tədqiqatların nəticələrinə təsiri Gündə iki dəfə sefepim preparatını qəbul edən pasiyentlərdə hemoliz olmadan yanlış-müsbət Kumbs testi nəticələri müşahidə edilmişdir. Digər sefalosporinlərdə olduğu kimi, preparatla müalicə zamanı misin reduksiyasına əsaslanan üsullarla (Benedikt məhlulu, Felinq məhlulu və ya “Klinitest” tabletlərindən istifadə etməklə) aparılan qlükozurik testlərin yanlış müsbət nəticələri yarana bilər. Bu baxımdan, sidikdə qlükozanın təyini zamanı qlükozaoksidaza ferment testlərindən istifadə etmək tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmamışdır. Antikoaqulyantlar, trombolitiklər və antiaqreqantlarla eyni vaxtda istifadə edildikdə, qanaxmanın güclənməsi müşahidə edilə bilər. Probenesid sefepimin təsirini artıraraq və uzadaraq, böyrəklər vasitəsilə xaric olmasını ləngidir. Alkoqol ilə birlikdə istifadə edildikdə, sefepim ürəkbulanma və qusma ilə müşayiət olunan “antabus, disulfirama bənzər” reaksiyaya səbəb ola bilər. Preparatın istifadəsi sidikdə qlükoza təyin edilməsi zamanı yanlış müsbət nəticələrə səbəb ola bilər. Bu səbəbdən, sidikdə qlükozanı təyini üçün qlükozaoksidaza ferment testlərindən istifadə etmək tövsiyə olunur. Bakteriostatik antibakterial preparatlarla eyni vaxtda qəbulu beta-laktam antibiotiklərinin effektivliyini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Siçovullarda aparılan tədqiqatlarda fertilliyin pozulması müşahidə edilməmişdir. Sefepimin insanlarda fertilliyə təsiri barədə məlumat yoxdur. İnsanlar üçün potensial riski məlum deyil. Hamiləlik Hamilə qadınlarda adekvat və yaxşı nəzarət edilən tədqiqatlar aparılmayıb. Siçanlar, siçovullar və dovşanlar üzərində aparılan reproduktivlik tədqiqatlarında dölün inkişafına birbaşa və ya dolayı təsiri aşkar edilməmişdir. Sefepimin fertilliyə və dölün inkişafına, doğuşa və postnatal inkişafa təsirini öyrənən klinikaya qədər tədqiqatlar kifayət qədər deyil. Bu səbəbdən preparatın hamiləlik dövründə istifadəsi yalnız ciddi zərurət olduqda və terapevtik fayda potensial riskdən üstün olduqda tövsiyə olunur. Laktasiya Sefepim cüzi miqdarda ana südünə keçir. Preparat laktasiya zamanı ehtiyatla və yalnız ana üçün potensial fayda uşaq üçün mümkün riskdən üstün olduqda istifadə edilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Lakin sefepimin istifadəsi zamanı avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edən əlavə təsirlər (şüurun dəyişməsi vəziyyəti, başgicəllənmə, şüurun dumanlanması və ya hallüsinasiya kimi) yarana bilər.

İstifadə qaydası və dozası

Preparat venadaxili və ya əzələdaxili istifadə üçün nəzərdə tutulub. Doza və yeridilmə yolu infeksiyanın ağırlığından, böyrək funksiyasının və pasiyentin ümumi vəziyyətindən asılıdır. İstifadə qaydası Venadaxili yeridilmə Venadaxili yeridilmə yolu ağır və ya həyat üçün təhlükəli infeksiyaları, xüsusilə septik şokun inkişaf riski olan pasiyentlərdə istifadə olunur. Venadaxili inyeksiya üçün preparatın tozu aşağıdakı həlledicilərdən birində həll olunur (“Əzələdaxili və venadaxili yeridilmə üçün məhlulun hazırlanması” cədvəlinə baxın): ˗ inyeksiya üçün steril su; ˗ inyeksiya üçün 5% qlükoza məhlulu; ˗ inyeksiya üçün 0,9% natrium xlorid məhlulu. Preparatın hazırlanmış məhlulu 3-5 dəqiqə ərzində yavaş venadaxili inyeksiya vasitəsilə yeridilir. Venadaxili infuziya üçün preparatın hazırlanmış məhlulu (hazırlanması üçün yuxarıya baxın) infuziya üçün uyğun məhlulun flakonuna əlavə edilir və 30 dəqiqədən az olmayaraq müddət ərzində yeridilir. Preparatın 1-40 mq/ml konsentrasiyasında hazırlanmış məhlulu aşağıdakı məhlullarla uyğundur: ˗ inyeksiya üçün 0,9% natrium xlorid məhlulu; ˗ inyeksiya üçün 5% və ya 10% qlükoza məhlulu; ˗ inyeksiya üçün 1/6 M natrium laktat məhlulu; ˗ inyeksiya üçün 5% qlükoza məhlulu və inyeksiya üçün 0,9% natrium xlorid məhlulu; ˗ inyeksiya üçün Ringer laktat məhlulu və inyeksiya üçün 5% qlükoza məhlulu. Hazırlanmış məhlullar 15°C-25°C temperaturda 24 saat ərzində və ya soyuducuda (2°C-8°C) saxlandıqda 7 gün ərzində stabildir. Əzələdaxili yeridilmə Preparatın tozu aşağıdakı həlledicilərdən birində həll olunur (əlavə ediləcək həlledicilərin həcmləri üçün “Əzələdaxili və venadaxili yeridilmə üçün məhlulun hazırlanması” cədvəlinə baxın): ˗ inyeksiya üçün steril su; ˗ inyeksiya üçün 5% qlükoza məhlulu; ˗ inyeksiya üçün 0,9% natrium xlorid məhlulu; ˗ parabenlər və ya benzil spirti ilə inyeksiya üçün bakteriostatik su; ˗ inyeksiya üçün 0,5% və ya 1,0% lidokain hidroxlorid məhlulu*. Hazırlanmış məhlullar 15°C-25°C temperaturda 24 saat ərzində və ya soyuducuda (2°C-8°C) saxlandıqda 7 gün ərzində stabildir. Preparatın hazırlanmış məhlulunu əzələdaxili böyük əzələlərə (məsələn, sağrı əzələsinin xarici yuxarı kvadrantına) dərin yeridilir. 1 q-a qədər olan dozalar birdəfəlik inyeksiya şəklində tətbiq oluna bilər. Maksimal doza (2 q) müxtəlif nahiyələrə iki inyeksiyaya bölünərək yeridilməlidir. * Preparatın əzələdaxili yeridilməsi, adətən, ağrısız olduğundan əksər hallarda həlledici kimi lidokain hidroxlorid məhlulunun istifadəsi tələb olunmur. Cədvəl. Əzələdaxili və venadaxili yeridilmə üçün məhlulun hazırlanması Əlavə edilən Sefipimin təxmini həlledicinin Alınan təxmini Sefipimin dozası/flakon konsentrasiyası, həcmi, ml həcm, ml mq/ml Venadaxili 0,5 q 5 5,6 90 1 q 10 11,4 90 2 q 10 12,8 160 Əzələdaxili 0,5 q 1,5 2,2 230 1 q 3,0 4,4 230 Preparat eyni şprisdə və ya eyni infuziya flakonunda digər preparatlarla qarışdırılmamalıdır. Əksər beta-laktam antibiotiklərində olduğu kimi, fiziki və ya kimyəvi uyuşmazlığa görə Roksipimin məhlulu metronidazol, vankomisin, gentamisin, tobramisin sulfat və ya netilmisin sulfat məhluluna əlavə edilməməlidir. Sefepim ilə yanaşı müalicə göstərildikdə, bu preparatlar ayrılıqda yeridilməlidir. Preparatın istifadəsindən əvvəl, preparatın hazırlanmış məhlulunda mexaniki qarışıqların olmadığına əmin olmaq lazımdır. Xarici hissəciklərin mövcudluğunda preparat istifadə edilməməlidir. Mikrobioloji baxımdan preparat dərhal istifadə edilməlidir. Preparat hazırlandıqdan dərhal sonra istifadə edilmədikdə, məhlul nəzarətsiz və qeyri-steril şəraitdə hazırlandıqda, saxlama müddəti 2° C-8 ° C temperaturda 24 saatdan çox olmamalıdır. Digər sefalosporinlərdə olduğu kimi, preparatın hazırlanmış məhlulu sarı-qəhvəyi rəngə malik ola bilər, bu preparatın aktivliyinə və keyfiyyətinə təsir göstərmir. Dozalanma rejimi Normal böyrək funksiyası olan ˃ 40 kq ağırlığında böyüklər və uşaqlar Böyrək funksiyası normal olan, çəkisi ˃40 kq olan böyüklər və uşaqlar üçün tövsiyə olunan dozalanma rejimi* aşağıdakı cədvəldə göstərilmişdir. İnfeksiyanın növü və ağırlıq Yeridilmələr arasında Doza və yeridilmə yolu dərəcəsi interval Yüngül və orta dərəcəli sidik 0,5-1,0 q venadaxili və ya 12 saat yollarının infeksiyaları əzələdaxili Digər yüngül və orta dərəcəli 1,0 q venadaxili və ya 12 saat infeksiyalar əzələdaxili Ağır infeksiyalar 2 q venadaxili 12 saat Çox ağır və ya həyat üçün 2 q venadaxili 8 saat təhlükəli olan infeksiyalar * Adətən müalicənin müddəti 7-10 gündür, daha ağır infeksiyalar daha uzun müalicə tələb edə bilər. Febril neytropeniyanın empirik müalicəsi üçün adi müalicə müddəti ən azı 7 gün və ya neytropeniya aradan qalxana qədər təşkil edir. İntraabdoinal əməliyyatlar zamanı cərrahi infeksiyaların profilaktikası (böyüklər) Cərrahi əməliyyat başlamazdan 60 dəqiqə əvvəl, 2 q preparat 30 dəqiqə ərzində infuziya şəklində venadaxili yeridilir. İnfuziya bitdikdən dərhal sonra pasiyentə 0,5 q metronidazol venadaxili yeridilir. Metronidazol və sefepimin farmasevtik uyuşmazlığı səbəbindən onları eyni infuziya məhlulunda qarışdırmaq olmaz. Metronidazolun istifadəsindən əvvəl infuziya dəstini uyğun maye ilə yumaq tövsiyə olunur. Uzunmüddətli (12 saatdan çox) cərrahi əməliyyatlar zamanı preparatın ilk dozasından 12 saat sonra eyni dozada sefepim təkrar yeridilir, ardınca metronidazol yeridilir. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə, sefepimin dozası, preparatın böyrəklər tərəfindən xaric olmasının azalmış sürətini kompensasiya etmək üçün tənzimlənməlidir. Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə sefepimin tövsiyə olunan başlanğıc dozası normal böyrək funksiyası olan pasiyentlərdə olduğu kimi olmalıdır. Böyrək funksiyasının pozğunluğu olan böyüklər üçün tövsiyə olunan dəstəkləyici dozalar aşağıdakı cədvəldə verilmişdir. Kreatininin klirensi Tövsiyə olunan dəstəkləyici dozalar (ml/dəq) Adi doza, dozanın korreksiyası tələb olunmur > 50 Hər 8 saatdan Hər 12 saatdan bir Hər 12 saatdan Hər 12 saatdan bir 2 q 2 q bir 1 q bir 0,5 q Hər 12 saatdan Hər 24 saatdan bir Hər 24 saatdan Hər 24 saatdan 30-50 bir 2 q 2 q bir 1 q bir 0,5 q Hər 24 saatdan Hər 24 saatdan bir Hər 24 saatdan Hər 24 saatdan 11-29 bir 2 q 1 q bir 0,5 q bir 0,5 q Hər 24 saatdan Hər 24 saatdan bir Hər 24 saatdan Hər 24 saatdan ≤ 10 bir 1 q 0,5 q bir 0,25 q bir 0,25 q Hər 24 saatdan Hər 24 saatdan bir Hər 24 saatdan Hər 24 saatdan Hemodializ* bir 0,5 q 0,5 q bir 0,5 q bir 0,5 q * Hemodializdə olan pasiyentlərdə farmakokinetik tədqiqatlara əsasən, preparatın dozası azaldılmalıdır. Hemodializ keçirən pasiyentlərdə terapiyanın ilk günündə preparatın başlanğıc dozası 1 q, sonradan febril neytropeniya (gündəlik dəstəkləyici doza 1 q təşkil edir) istisna olmaqla, bütün digər infeksiyalar zamanı gündəlik dəstəkləyici doza 0,5 q təşkil edir. Hemodializ keçirilən gündə preparat dializ bitdikdən sonra yeridilir. Mümkün olduqda, preparat hər gün eyni vaxtda yeridilməlidir. Sabit vəziyyətdə zərdabda kreatinin konsentrasiyası məlum olduqda, kreatinin klirensi (CL ) aşağıdakı Kokroft-Qolt düsturu vasitəsilə hesablana bilər:cr Kişilər: bədən çəkisi (kq) х [140 – yaş] СL (ml/dəq) =cr 72 × zərdab kreatinini (mq/dl) Qadınlar: СL (ml/dəq) = СL (kişilər üçün) × 0,85cr cr Dializdə olan pasiyentlər Hemodializ zamanı preparatın qəbul edilən dozasının təxminən 68% -i 3 saat ərzində orqanizmdən xaric olunur. Daimi ambulator peritoneal dializ üçün preparat normal böyrək funksiyası olan pasiyentlər üçün tövsiyə olunan dozalarda, məsələn, infeksiyanın ağırlığından asılı olaraq 0,5 q, 1 q və ya 2 q, inyeksiyalar arasında 48 saatlıq intervalla istifadə edilə bilər. Qaraciyər çatışmazlığı olan pasiyentlər Dozanın tənzimlənməsi tələb olunmur. Normal böyrək funksiyası olan uşaqlar (2 aydan yuxarı) Pnevmoniya, sidik yollarının infeksiyaları, dəri və yumşaq toxumaların infeksiyaları Çəkisi ≤ 40 kq olan uşaqlar üçün tövsiyə olunan adi doza 10 gün ərzində hər 12 saatdan bir 50 mq/kq təşkil edir. Daha ağır infeksiyalar halında, inyeksiyalar arasındakı interval 8 saata qədər azaldıla bilər. Sepsis, bakterial meningit və febril neytropeniyanın empirik müalicəsi Çəkisi ≤ 40 kq olan uşaqlar üçün tövsiyə olunan adi doza 7-10 gün ərzində hər 8 saatda 50 mq/kq təşkil edir. 2 aydan kiçik uşaqlarda sefepimin istifadə təcrübəsi məhduddur. Sefepim 50 mq/kq ilə klinik təcrübəyə baxmayaraq, 2 aydan yuxarı uşaqlarda farmakokinetik tədqiqatların məlumatları göstərir ki, sefepim hər 12 və ya 8 saatdan bir 30 mq/kq dozada 1-2 aylıq uşaqlarda istifadə oluna bilər. 2 aydan yuxarı pasiyentlər üçün 50 mq/kq və 1-2 aylıq pasiyentlər üçün 30 mq/kq dozalar böyüklər üçün 2 q doza ilə müqayisə edilə bilər. Preparatın istifadəsi zamanı, bu yaş qrupundakı pasiyentlər diqqətlə izlənilməlidir. Çəkisi ˃ 40 kq olan uşaqlar üçün doza rejimi böyüklərdəki ilə oxşardır. Uşaqlar üçün doza böyüklər üçün tövsiyə olunan maksimal dozadan artıq olmamalıdır (hər 8 saatdan bir 2 q). Uşaqlarda sefepimin əzələdaxili yeridilməsi təcrübəsi məhduddur. Böyrək funksiyasının pozğunluğu olan uşaqlar Sefepim əsasən böyrəklər tərəfindən xaric edildiyi üçün böyrək funksiyasının pozğunluğu olan uşaqlarda preparatın dozası böyrək funksiyasının pozğunluğu olan böyüklər üçün tövsiyə olunan dəstəkliyici dozalarına uyğun olaraq inyeksiyalar arasındakı intervalları artırmaq və/və ya dozanı azaltmaqla tənzimlənməlidir. Qan zərdabında kreatinin məlum konsentrasiyasına əsasən, kreatinin klirensi aşağıdakı düsturlarla hesablanır: 0,55 х boy (sm) СL (ml/dəq/1,73 м ) =cr zərdab kreatinini (mq/100 ml) və ya 0,52 х boy (sm) – 3,6 СL (ml/dəq/1,73 м ) = zərdab kreatinini(mq/100 ml)cr Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə böyrək funksiyasının azalması ehtimalı yüksək olduğundan, doza ehtiyatla seçilməli və böyrək funksiyasına nəzarət edilməlidir. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsi tövsiyə olunur.

Əlavə təsirləri

Digər sefalosporinlərin istifadəsi zamanı aşağıdakı əlavə təsirlər bildirilmişdir: Stivens-Conson sindromu, multiformalı eritema, toksik epidermal nekroliz, toksik neyropatiya, aplastik anemiya, hemolitik anemiya, qanaxma və sidikdə qlükoza səviyyəsinin yanlış-müsbət nəticələri. Klinik tədqiqatlar Sefepimlə aparılan klinik tədqiqatlarda (n = 5598) ən çox görülən əlavə təsirlər mədə-bağırsaq və hiperhəssaslıq reaksiyaları olmuşdur. Başvermə tezliyi: < 0,05% Hiperhəssaslıq reaksiyaları Anafilaksiya. Mərkəzi sinir sisteminin pozğunluqları Qıcolmalar. Başvermə tezliyi: 0,05-0,1% Abdominal ağrı, qəbizlik, kandidoz. Mərkəzi sinir sisteminin pozğunluqları Başgicəllənmə, paresteziya, dadın pozulması. Digər reaksiyalar Damarların genişlənməsi, təngənəfəslik, cinsiyyət orqanlarının qaşınması, titrəmə, venadaxili infuziya zamanı yeridilmə nahiyəsində iltihab (0,1%). Başvermə tezliyi: > 0,1-1% Hiperhəssaslıq reaksiyaları Qaşınma, övrə. Mədə-bağırsaq traktının pozğunluqları Ürəkbulanma, qusma, ağız boşluğunun selikli qişasının kandidozu, kolit (psevdomembranoz kolit daxil olmaqla). Mərkəzi sinir sisteminin pozğunluqları Baş ağrısı. Digər reaksiyalar Qızdırma, vaginit, eritema. Başvermə tezliyi: > 1% Hiperhəssaslıq reaksiyaları Səpgi (1,8%). Mədə-bağırsaq traktının pozğunluqları İshal (1,2%). Digər reaksiyalar Venadaxili infuziya zamanı yeridilmə nahiyəsində reaksiyalar (5,2%), o cümlədən flebit (2,9%), əzələdaxili yeridilmə nahiyəsində iltihab və ağrı (2,6%). Postmarketinq dövründə istifadə təcrübəsi Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Hər bir qrup daxilində əlavə təsirlər ağırlığın azalması sırası ilə təqdim olunmuşdur. Yoluxucu və parazitar xəstəliklər Bəzən – ağız boşluğunun selikli qişasının kandidozu, vaginal infeksiyalar; nadir hallarda – kandidoz. Qan və limfa sisteminin pozğunluqları Tez-tez – anemiya, eozinofiliya; bəzən – trombositopeniya, leykopeniya, neytropeniya; bilinməyən tezlik – aplastik anemiya, hemolitik anemiya, aqranulositoz. İmmun sisteminin pozğunluqları Nadir hallarda – anafilaktik reaksiya, angionevrotik ödem; məlum deyil – anafilaktik şok. Psixi pozğunluqlar Məlum deyil – qarışıqlıq, hallüsinasiyalar. Sinir sisteminin pozğunluqları Bəzən – baş ağrısı; nadir hallarda – qıcolmalar, paresteziya, disqevziya, başgicəllənmə; məlum deyil – koma, stupor, ensefalopatiya, şüurun dəyişdirilmiş vəziyyəti, mioklonus. Damarların pozğunluqları Tez-tez – inyeksiya yerində flebit; nadir hallarda – vazodilatasiya; məlum deyil – hemorraqiya. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Nadir hallarda – dispnoe. Mədə-bağırsaq traktının pozğunluqları Tez-tez – diareya; bəzən – psevdomembranoz kolit, kolit, ürəkbulanma, qusma; nadir hallarda – qarında ağrı, qəbizlik; məlum deyil – mədə-bağırsaq pozğunluqları. Dəri və dərialtı toxumalarının pozğunluqları Tez-tez – səpgi; bəzən – eritema, övrə, qaşınma; məlum deyil – toksik epidermal nekroliz *, Stivens-Conson sindromu *, multiformalı eritema *. Böyrəklər və sidik yollarının pozğunluqları Məlum deyil – böyrək funksiyasının pozulması, toksik nefropatiya *. Cinsiyyət orqanlarının və süd vəzinın pozğunluqları Məlum deyil – cinsiyyət orqanları nahiyəsində qaşınma. İnyeksiya nahiyəsində və ümumi pozğunluqlar Tez-tez – inyeksiya nahiyəsində reaksiyalar, inyeksiya nahiyəsində ağrı, inyeksiya nahiyəsində iltihab; bəzən – pireksiya, infuziya nahiyində iltihab; nadir hallarda – titrətmə. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri Çox tez-tez – Kumbs testinin müsbət nəticəsi; tez-tez – qələvi fosfatazanın, alanin aminotransferazanın, aspartat aminotransferazanın səviyyəsinin artması, qanda bilirubinin səviyyəsinin artması, protrombin vaxtının uzanması, qismən tromboplastin vaxtının uzanması; bəzən – qanda sidik cövhərinin səviyyəsinin artması, qanda kreatinin səviyyəsinin artması; məlum deyil – sidikdə qlükoza səviyyəsinin təyini zamanı yanlış müsbət nəticə *. * Əlavə təsirlər adətən sefalosporin qrupunun digər birləşmələrinə aiddir. Uşaqlar Yenidoğulmuşlarda və uşaqlarda sefepimin təhlükəsizlik profili böyüklərdəki ilə oxşardır. Klinik tədqiqatlar zamanı ən çox bildirilən əlavə təsirlərə səpgilər aiddir. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Preparatın qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş verdikdə, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumat verilməlidir.

Doza həddinin aşılması

Tövsiyə edilən dozanı əhəmiyyətli dərəcədə aşan doza həddinin aşılması zamanı, xüsusilə böyrək funksiyası pozulmuş pasiyentlərdə, sefepimi orqanizmdən xaric etmək üçün hemodializ aparılır. Peritoneal dializ effektiv deyil. Doza həddinin təsadüfən aşılması böyrək funksiyası pozulmuş pasiyentlərdə yüksək dozaların istifadəsi zamanı müşahidə edilir. Simptomları Ensefalopatiya (şüurun dumanlanması, halüsinasiya, stupor, koma daxil olmaqla şüurun pozulması), miokloniya, qıcolma.

Buraxılış forması

Roksipim 0,5 q; 1,0 q; 2,0 q həlledici ilə dəst şəklində İnyeksiya məhlulu hazırlamaq üçün toz bromburilkauçuk tıxacla və flip-off tipli kombinəolunmuş qapaqla bağlanmış rəngsiz şüşə flakonda. 5 ml (0,5 q) və ya 10 ml (1,0 q və 2,0 q) həlledici (inyeksiya üçün su) ampulda. 1 flakon və 1 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Roksipim 0,5 q, 1,0 q və 2,0 q İnyeksiya məhlulu hazırlamaq üçün toz brombutilkauçuk tıxacla və flip-off tipli kombinəolunmuş qapaqla bağlanmış rəngsiz şüşə flakonda. 10 flakon konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazır məhlul 15-25ºС temperaturda 24 saat ərzində və ya 2-8ºС temperaturda 7 gün ərzində stabildir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

PharmaVision Sanayi ve Ticaret A.Ş.,Turkey. Davutpaşa Caddesi No.145, Topkapı, İstanbul, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

World Medicine İlaç San. ve Tic. A.Ş., Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Roxipime 1 q inyeksiya” üçün ilk rəyi siz yazın.