PLACENTA KOMPOZITUM № 1 (AMPULI) (IE ULAGAY ILAC SANAYII TURK AS IDOL ILAC DOLUM SAN VE TIC AS) (G

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Vazoprotektorlar

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,77 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PLASENTA KOMPOZİTUM əzələdaxili, dərialtı, dəridaxili, venadaxili PLACENTA COMPOSITUM inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 2,2 ml (= 2,2 q) həcmində 1 ampulun tərkibində vardır: Placenta suis D6 22 μl, Embryo suis D8 22 μl, Vena suis D8 22 μl, Arteria suis D10 22 μl, Funiculus umbilicalis suis D10 22 μl, Hypophysis suis D10 22 μl, Secale cornutum D4 22 μl, Acidum sarcolacticum D4 22 μl, Tabacum D10 22 μl, Strophanthus gratus D6 22 μl, Aesculus hippocastanum D4 22 μl, Melilotus officinalis D6 22 μl, Cuprum sulfuricum D6 22 μl, Natrium pyruvicum D8 22 μl, Barium carbonicum D13 22 μl, Plumbum jodatum D18 22 μl, Vipera berus D10 22 μl, Solanum nigrum D6 22 μl. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Vazoprotektorlar. ATC kodu: C05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Arterioskleroz, siqaret istifadəsi nəticəsində ayağın qanqrenoz vəziyyəti, trofiki yaralar, yataq yarası, dismenoreya, neyrodistoniya, düyünlü eritema, postensefalitik qalıq pozğunluqlar, obliterasiyaedici endarterit, endometrit, buynuz qişanın tutqunlaşması, daxili qulağın qan dövranı səbəbli pozğunluqları.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergik reaksiya. Qalxanvari vəzin xəstəlikləri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər sizdə qalıcı ayaq ağrıları, əsasən baldır nahiyəsində olan ağrılar və ya ayaq barmaqlarında olan rəng dəyişməsi müşahidə olunursa dərhal həkimə müraciət edin. Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminiz və müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Digər təyinat yoxdursa Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 1 ampul həftədə 1-3 dəfə. İstifadə qaydası Placenta comp., inyeksiya üçün məhlul ə.d., d.a., d.d., və ya v.d. yolla yeridilir. Şüşə ampulun açılma qaydası Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu dərman vasitəsinin də ayrı-ayrı hallarda keçici allergik reaksiyalar kimi əlavə təsirləri ola bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.

Yararlılıq müddəti

5il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması

2,2 ml-lik ampulda. 5, 10, 50 və ya 100 ədəd 2,2 ml-lik ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsoqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“PLACENTA KOMPOZITUM № 1 (AMPULI) (IE ULAGAY ILAC SANAYII TURK AS IDOL ILAC DOLUM SAN VE TIC AS) (G” üçün ilk rəyi siz yazın.