NASTOYKA PROPOLISA 30 ML

Dərman formasıMəhlul
Farmakoloji təsirDigər antiseptik və dezinfeksiyaedici vasitələr.
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,68 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PROPOLİS TİNKTURASI yerli istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Propolis 3 q, etil spirti 80%.

Təsviri

Sarı-qəhvəyi rəngdən qırmızı-qəhvəyi rəngə qədər şəffaf, xarakterik qoxulu mayedir. Çöküntünün olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Digər antiseptik və dezinfeksiyaedici vasitələr. АТC kodu: D08AX.

İstifadəsinə göstərişlər

– Mikrotravmalar; – dəri örtüyünün və selikli qişaların səthi zədələnmələri; – tonzillit; – faringit; – xroniki irinli otit; – parodontun xəstəlikləri.

Əks göstərişlər

– Kəskin ekzema; – fərdi dözümsüzlük; – 18 yaşa qədər uşaqlar; – pollinozlar; – allergik reaksiyalar, o cümlədən, arıçılıq məhsullarına qarşı allergik reaksiyaların olması; – dərman vasitəsinin dərinin zədələnmiş və selikli qişaların qansızma olan nahiyələrində istifadəsi məsləhət görülmür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın ağız boşluğunda istifadəsindən sonra 15-30 dəqiqə müddətində qida və içki qəbul etmək məsləhət görülmür. Preparatın ağız boşluğunda istifadəsi zamanı xroniki alkoqolizm, epilepsiya, qaraciyər xəstəliklərindən əziyyət çəkən, hamiləlik və laktasiya dövründə nəzərə almaq lazımdır ki, dərman vasitəsinin tərkibində etanol (etil spirti) vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər antiseptik vasitələrlə və ya arıçılıq məhsulları ilə qarışdırmaq məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi sübut edilməyib. Preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın tərkibində etil spirti vardır. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Propolis tinkturası, yalnız yerli olaraq applikasiya, yaxalama, yuma, eləcə də, inhalyasiya formasında istifadə edilir. Dəri örtüyünün səthi zədələnmələri zamanı (mikrotravmalar) dərman vasitəsi durulaşdırılmamış şəkildə tampon vasitəsilə gündə 2-3 dəfə istifadə edilir. Applikasiyanın kursu 10-14 gündür. Otit zamanı tinktura ilə isladılmış tampon 1-2 dəqiqəlik xarici qulaq keçəcəyinə (onun təmizlənməsindən sonra) yeridilir və ya dərman vasitəsi 1-2 damcı gündə 3-4 dəfə damızdırılır. Faringit və tonzillit zamanı dərman vasitəsi boğazın və badamcıqların selikli qişasına 8-15 gün müddətində sutkada 2-3 dəfə sürtülür. Xroniki tonzillit zamanı dərman vasitəsindən inhalyasion məhlul hazırlamaq üçün də istifadə edilir, preparat su ilə 1:20 nisbətində qarışdırılır. 7-10 gün müddətində sutkada 1-2 inhalyasiya aparılır. Parodontun xəstəlikləri zamanı dərman vasitəsində isladılmış tampon (trunda) 5 dəqiqə müddətinə parodontal boşluğa yeridilir. Səthi zədələnmələr və selikli qişaların zədələnmələri zamanı ağız boşluğunun qarqara edilməsi üçün həll edilmə üsulu ilə hazırlanmış məhluldan istifadə edilir, 15 ml (1 xörək qaşığı) dərman vasitəsi 100 ml (1/2 stəkan) qaynanmış ilıq suda həll edilir. Qarqara 3-4 gün ərzində sutkada 4-5 dəfə aparılır.

Əlavə təsirləri

İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar, o cümlədən, allergik dermatit, hiperemiya, dəridə qaşınma, səpki, larinqospazm, təngnəfəslik, Kvinke ödemi. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: dəridə qaşınma, yanma, lokal ödem, qızartı, dəridə quruluq və çapıq. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ağız boşluğunda istifadəsi zamanı yanma hissi, ağızda quruluq, ürəkbulanma mümkündür. Yuxarıda qeyd edilən əlavə təsirlər yarandıqda, eləcə də, təlimatda göstərilməyən digər əlavə təsirlər baş verdikdə, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Preparatın səhvən daxilə qəbulu zamanı aşağıdakı simptomlar mümkündür: güclü yanma hissi, ağız boşluğunda quruluq, epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma. Müalicəsi Ağız boşluğunu və mədəni qaynanmış ilıq su ilə yumaq.

Buraxılış forması

30 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Oddan qorumaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, 222518, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“NASTOYKA PROPOLISA 30 ML” üçün ilk rəyi siz yazın.