Sitramon N6 tablet Borimed
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Digər analgetiklər və antipiretiklər. Asetilsalisil turşusu, kombinasiyaları, psixoleptiklər istisna olmaqla |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,20 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı həkim tərəfindən Sizə təyin olunmuşdur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomların olmasına belə baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Əlavə təsirlərdən hər-hansı biri ciddiləşərsə və ya bu içlik-vərəqədə qeyd olunmayan istənilən digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. SİTRAMON-BORİMED tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 220 mq asetilsalisil turşusu, 200 mq parasetamol, 27 mq kofein vardır. Köməkçi maddələr: kakao tozu, limon turşusu monohidrat, kartof nişastası, talk, stearin turşusu.
Təsviri
Yastı səthli, iti qıraqlı və xətli, kakao ətirli, açıq-qonur rəngli ağ xallı tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər analgetiklər və antipiretiklər. Asetilsalisil turşusu, kombinasiyaları, psixoleptiklər istisna olmaqla. ATC kodu: N02BA51.
İstifadəsinə göstərişlər
Sitramon-Borimed preparatı kəskin başağrısı tutmalarının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Aşağıdakı hallarda Sitramon-Borimed preparatını istifadə etmək olmaz: – asetilsalisil turşusuna (aspirin), parasetamola, kofeinə və ya “Tərkibi” bölməsində göstərilmiş Sitramon-Borimed preparatının hər hansı digər inqrediyentlərinə qarşı allergiya (hiperhəssaslıq) olduqda. Allergik reaksiya simptomlarına astmanı, ağciyər obstruksiyası sindromunu və ya tənəffüsün çətinləşməsini; dəri üzərində səpgiləri və övrəni; üz nahiyəsinin və dilin ödemini; zökəmi aid etmək olar. Əlavə suallar meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır; – hal-hazırda və ya əvvəllər ağrı simptomlarının, iltihabın və ya qızdırmanın aradan qaldırılması üçün istifadə olunan dərman preparatlarına, məsələn, diklofenaka və ya ibuprofenə qarşı allergik reaksiya müşahidə olunduqda; – mədə və ya bağırsaq xorası və ya anamnezdə peptik xora olduqda; – nəcisdə qanın meydana çıxması və ya nəcisin qara rəngə boyanması (mədə-bağırsaq qanaxmasının və ya perforasiyanın simptomları); – hemofiliyadan və ya digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə; – ürəkdə, qaraciyərdə və ya böyrəklərdə ciddi problemlər olduqda; – həftədə 15 mq-dan artıq dozada metotreksatın istifadəsi tələb olunduqda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – hamiləlik dövrünün son 3 ayı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – 18 yaşa qədər uşaqlarda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda göstərilən səbəblər olduqda, Sitramon-Borimed preparatı pasiyentin istifadəsi üçün uyğun deyil. Aşağıdakı vəziyyətlərdə göstərilən dərman preparatını istifadə etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır: – əvvəllər miqren diaqnozu təsdiq olunmadığı halda, çünki müalicəyə başlamazdan əvvəl, beyinlə və ya sinir sistemi ilə əlaqəli potensial ciddi xəstəlikləri istisna etmək lazımdır; – adi miqrendən fərqli başağrısı müşahidə olunduqda və ya yataq rejiminin tətbiq olunmasını tələb edən şiddətli miqren meydana çıxdıqda və ya başağrısı ilə və ya miqrenlə əlaqəli qusma baş verdikdə; – başın travmasından sonra və ya artıq fiziki yüklənmədən, öskürəkdən və ya əyilmələrdən sonra meydana çıxan baş ağrılarında; – xroniki baş ağrıları (bir ayda 15 gün və daha çox müddət ərzində və davametmə müddəti 3 aydan artıq olduqda) və ya 50 yaşdan yuxarı pasiyentlərdə ilk dəfə baş ağrıları meydana çıxdıqda; – eritrositləri zədələyən və müəyyən məhsulların, bəzi iltihabəleyhinə dərman vasitələri (məsələn, asetilsalisil turşusu (aspirin)) kimi preparatların təsiri nəticəsində anemiyanın, sarılığın və ya dalağın böyüməsinin meydana çıxmasına səbəb olan, qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı adlandırılan anadangəlmə xəstəliyin və ya digər xəstəliklərin əlamətləri müşahidə olunduqda; – əvvəllər mədə xorası, qanaxmalar və ya nəcisin qara rəngə boyanması kimi mədə-bağırsaq problemləri müşahidə olunduqda. Əvvəllər ağrıkəsici vasitələrdən və ya iltihabəleyhinə dərman preparatlarından istifadə etdikdən sonra, mədədə diskomfort və ya qıcqırma hissi olduqda; – menstrual dövr istisna olmaqla (məsələn, qeyri-adi ağır dərəcəli və uzunmüddətli menstrual dövr), pasiyent qanaxmalardan və ya qeyri-adi vaginal qanaxmalardan əziyyət çəkdiyi hallarda; – bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qaldıqda (o cümlədən, stomatoloji cərrahi müdaxilələr kimi, əhəmiyyət kəsb etməyən əməliyyatlar) və ya ən yaxın 7 gün ərzində operativ müdaxilə planlaşdırıldıqda; – bronxial astma, pollinoz, burun polipləri, xroniki respirator xəstəlik mövcud olduqda və ya allergik simptomlar (məsələn, dəri reaksiyası, qaşınma, övrə) meydana çıxdıqda; – podaqra, diabet, hipertireoz, aritmiyalar, nəzarətolunmayan hipertenziya, böyrək və qaraciyər funksiyalarının pozulması olduğu halda; – alkoqolun istifadəsi ilə problemlər olduqda; – pasiyent tərkibində asetilsalisil turşusu (aspirin) və ya parasetamol olan dərman preparatlarından və ya digər dərman preparatlarından artıq istifadə etdikdə, çünki, bu preparatlardan bəziləri Sitramon-Borimed preparatının effektivliyinə təsir göstərə bilər və əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər; – susuzlaşmanın baş vermə riski mövcuddur (məsələn, qusmadan, diareyadan və ya ciddi əməliyyatdan əvvəl və ya sonra); – 18 yaşa qədər uşaqlar. Asetilsalisil turşusu (aspirin) uşaqlar və ya yeniyetmələr tərəfindən qəbul edildiyi halda, asetilsalisil turşusunun istifadəsi və Reye sindromunun meydana çıxması arasında əlaqənin olması ehtimalı vardır. Reye sindromu, beyinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan və ölümlə nəticələnə bilən nadir xəstəlikdir. Bu səbəbdən, Sitramon-Borimed preparatı həkim tərəfindən fərdi olaraq təyin olunmadığı halda, göstərilən preparatı 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə etmək olmaz. Digər ehtiyat tədbirləri Baş ağrısının aradan qaldırılması üçün istənilən növ ağrıkəsici vasitələrin istifadəsi zamanı olduğu kimi, 3 aydan artıq müddət ərzində xroniki baş ağrıları ilə (bir ay ərzində 15 gün və daha çox) üst-üstə düşən Sitramon-Borimed preparatının həddindən artıq tez-tez istifadə edilməsi (göstərilən dərman preparatı üçün bir ay ərzində 10 gündən artıq), baş ağrılarını və ya miqreni şiddətləndirə bilər. Bunun səbəb ola bilməsi ehtimal edildikdə, həkimlə məsləhətləşmək lazımdır. Problemin həll olunması üçün, Sitramon-Borimed preparatının istifadəsinin dayandırılması tələb oluna bilər. Sitramon-Borimed preparatının qəbulu infeksion xəstəliyin simptomlarını (məsələn, baş ağrısını, yüksək bədən temperaturunu) zəiflədə bilər və bu səbəbdən, xəstəliyin diaqnostikasını çətinləşdirə bilər. Pasiyent özünü pis hiss etdikdə, həkimə müraciət etmək lazımdır və həkimi Sitramon-Borimed preparatının istifadəsi barədə məlumatlandırmaq lazımdır. Sitramon-Borimed preparatının istifadəsi, laborator sınaqların nəticələrinə təsir göstərə bilər. Qanın, sidiyin müayinəsi və ya digər laborator tədqiqat aparıldıqda, Sitramon-Borimed preparatının istifadəsi barədə məlumat vermək lazımdır. Uşaqlarda istifadəsi Uşaqlarda dərman preparatının istifadəsi əks göstərişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda istifadə edilən və ya bir müddət əvvəl istifadə edilən digər dərman preparatları barədə, o cümlədən aptekdən reseptsiz buraxılan dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Xüsusilə, aşağıdakı dərman preparatlarının istifadəsi barədə həkimə məlumat vermək lazımdır: – tərkibində parasetamol, asetilsalisil turşusu (aspirin) olan istənilən dərman preparatı və ya hər hansı digər ağrıkəsici/qızdırmasalıcı dərman preparatı; – peroral antikoaqulyantlar (məsələn, varfarin), heparin, trombolitik preparatlar (məsələn, streptokinaza) və ya digər antitrombositlər (tiklopidin, klopidoqrel, silostazol) kimi, qan laxtalanmasının aradan qaldırılması üçün istifadə olunan dərman preparatları (“antikoaqulyantlar”); – kortikosteroidlər (iltihabi proseslərin zəiflədilməsi üçün istifadə olunan preparatlar); – barbituratlar və benzodiazepinlər (həyəcanlılıq simptomlarının və yuxusuzluğun müalicəsi üçün istifadə olunan preparatlar); – litium, serotoninin geriyə tutulmasının selektiv inhibitorları və ya fluvoksamin (depressiyanın müalicəsi üçün istifadə olunan preparatlar); – sulfonilkarbamid və insulin (diabetin müalicəsi üçün istifadə olunan preparatlar); – metotreksat (xərçəngin bəzi növlərinin, artritin və ya psoriazın müalicəsi üçün istifadə olunan preparatlar); – infeksiyaların müalicəsi üçün istifadə olunan bəzi dərman preparatları (məsələn, rifampisin, izoniazid, xloramfenikol, siprofloksasin və ya pipemidin turşusu); – levotiroksin (hipotireozun müalicəsi üçün istifadə olunan preparat); – metoklopramid (ürəkbulanmasının və qusmanın müalicəsi üçün istifadə olunan preparat); – epilepsiyanın müalicəsi üçün istifadə olunan dərman preparatları; – yüksək qan təzyiqinin və ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan dərman preparatları; – diuretiklər (sidik hasilatının artırılması və artıq mayenin hasilatının azaldırması üçün istifadə olunan preparatlar); – podaqranın müalicəsi üçün istifadə olunan dərman preparatları; – oral kontraseptivlər; – zidovudin (İİV infeksiyasının müalicəsi üçün istifadə olunan preparat); – propantelin kimi, mədənin ləng boşalmasının müalicəsi üçün istifadə olunan dərman preparatları; – klozapin (şizofreniyanın müalicəsi üçün istifadə olunan preparat); – simpatomimetiklər (aşağı qan təzyiqinin yüksəldilməsi və ya burun tutulmasının müalicəsi üçün istifadə olunan preparatlar); – allergiyaəleyhinə preparatlar (allergiyanın qarşısının alınması və ya aradan qaldırılması üçün istifadə olunan preparatlar); – teofillin (astmanın müalicəsi üçün istifadə olunan preparat); – terbinafin (göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan preparat); – simetidin (qıcqırmanın və peptik xoraların müalicəsi üçün istifadə olunan preparat); – disulfiram (alkoqoldan asılılığın müalicəsi üçün istifadə olunan preparat); – nikotin (siqaret çəkmənin dayandırılması üçün istifadə olunan preparat); – xolestiramin (yüksək xolesterin səviyyəsinin müalicəsi üçün istifadə olunan preparat).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qadın hamilə olması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmalıdır və Sitramon-Borimed preparatını qəbul etməməlidir. Hamiləlik dövrünün son 3 ayı ərzində Sitramon-Borimed preparatından istifadə etməmək xüsusilə vacibdir, çünki preparat gələcəkdə dünyaya gələcək körpəyə zərər yetirə bilər və ya doğuşun gedişində problemlərin meydana çıxmasına səbəb ola bilər. Körpə üçün zərərli olduğunu nəzərə alaraq, laktasiya dövründə Sitramon-Borimed preparatını istifadə etmək olmaz. Hər hansı dərman preparatlarını qəbul etməzdən əvvəl həkimlə, provizorla və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Sitramon-Borimed preparatı qadınlarda reproduktiv funksiyanın pisləşməsinə səbəb ola bilən dərman preparatları qrupuna (qeyri-steroid iltihabəleyhinə preparatlar) aiddir. Dərman preparatının istifadəsi dayandırıldıqdan sonra bu effekt geri dönəndir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlum olduğu kimi, Sitramon-Borimed preparatının istifadəsi, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin, başgicəllənmə və ya yuxuyameyillilik kimi əlavə effektlər meydana çıxdıqda, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz. Bu əlavə effektlərin meydana çıxması barədə, həkimi, mümkün qədər tez məlumatlandırmaq lazımdır.
İstifadə qaydası və dozası
Sitramon-Borimed preparatını hər zaman, bu içlik-vərəqədə göstərildiyi kimi və ya həkim təyin etdiyi kimi dəqiq qəbul etmək lazımdır. Dərman preparatının qəbulu ilə əlaqəli hər hansı suallar və ya şübhələr meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Böyüklər (18 yaş və daha yuxarı) Baş ağrılarının müalicəsi Başağrısı zamanı 1 tablet preparatı bir dolu stəkan su ilə birlikdə qəbul etmək lazımdır. Zərurət yarandıqda, 4-6 saatdan sonra daha 1 tablet qəbul etmək olar. Şiddətli baş ağrısı zamanı, 2 tablet preparatı bir dolu stəkan su ilə birlikdə qəbul etmək lazımdır. Zərurət yarandıqda, 4-6 saatdan sonra daha 2 tablet qəbul etmək olar. Baş ağrısının müalicəsi üçün Sitramon-Borimed preparatını həkim məsləhəti olmadan, 4 gündən artıq qəbul etmək olmaz. Uşaqlar və yeniyetmələr Sitramon-Borimed preparatını 18 yaşa qədər uşaqlara və yeniyetmələrə təyin etmək olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozalanmaya dair xüsusi tövsiyələr yoxdur. Bədən kütləsi aşağı olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlər Mövcud böyrək və ya qaraciyər xəstəlikləri barədə həkimi məlumatlarndırmaq lazımdır. Həkim dozalanma intervalını və ya müalicənin davametmə müddətini tənzimləyə bilər. Ağır dərəcəli qaraciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkən pasiyentlərə Sitramon-Borimed preparatını təyin etmək olmaz. Sitramon-Borimed preparatının qida və içkilərlə birlikdə istifadəsi Alkoqol Dərman preparatından istifadə etdikdə, alkoqollu içkilərin istifadəsindən çəkinmək lazımdır, çünki parasetamolun, asetilsalisil turşusunun və alkoqollu içkilərin eyni zamanda istifadəsi hepatotoksik effektlərin və mədə-bağırsaq qanaxmasının inkişaf etmə riskini yüksəldir. Kofein Kofeinin artıq miqdarı əsəbiliyə, qıcıqlanmaya, yuxusuzluğa, bəzən isə ürək döyüntülərinin tezləşməsinə səbəb ola bilər; bu səbəbdən, preparatın tərkibində kofeinin olmasını nəzərə alaraq, dərman preparatının istifadə müddəti ərzində, kofein tərkibli dərman preparatlarının, ərzaqların və ya içkilərin istifadəsini məhdudlaşdırmaq lazımdır. Sitramon-Borimed preparatının qəbulunun ötürülməsi Sitramon-Borimed preparatının qəbulu ötürüldükdə, tələb olunan dozanı mümkün qədər tez qəbul etmək lazımdır, lakin, ötürülən dozanı bərpa etmək məqsədi ilə, preparatı ikiqat dozada qəbul etmək olmaz. 24 saat müddətində 6 tabletdən artıq qəbul etmək olmaz. Bu dərman preparatının istifadəsi barədə əlavə suallar meydana çıxdıqda, həkimə, provizora və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, Sitramon-Borimed preparatı əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin, bu təsirlər hər xəstədə müşahidə olunmur. Aşağıda göstərilən ciddi əlavə təsirlərdən hər hansı meydana çıxdığı halda, Sitramon-Borimed preparatının istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. – üz nahiyəsinin, dodaqların, dilin və ya boğazın ödemi ilə müşayiət olunan allergik reaksiya. Bu hal, udma qabiliyyətinin çətinləşməsinə, təngnəfəsliyə, tənəffüsün çətinləşməsinə və döş nahiyəsində sıxılma hissinin (astma əlamətləri) meydana çıxmasına səbəb ola bilər. Həmçinin, səpgilər və qaşınma müşahidə oluna bilər, pasiyent huşsuzluq vəziyyətinə düşə bilər; – dəri üzərində səpgilər (övrə, qaşınma daxil olmaqla), dərinin qızarması, dodaq, göz və ya ağız nahiyəsində qovuqcuqların əmələ gəlməsi, dərinin qabıqlanması, xoralar, ağız boşluğunda xoralar müşahidə oluna bilər; – mədə və ya bağırsaq qanaxmaları, mədə nahiyəsində şiddətli ağrı, qanlı nəcis və ya nəcisin qara rəngə boyanması və ya qanla qusma ilə müşayiət olunan mədə və ya bağırsaq xoraları. Bütün ağrıkəsici və qızdırmasalıcı dərman preparatlarının istifadəsi zamanı olduğu kimi, bu hal müalicənin istənilən anı gözlənilmədən meydana çıxa bilər və ölümə səbəb ola bilər. Bu əlavə təsir xüsusilə yaşlı pasiyentlər üçün təhlükəlidir; – dərinin və ya gözlərin saralması (qaraciyər çatışmazlığı əlamətləri); – bayılmadan əvvəlki vəziyyət və ya başgicəllənmə (qan təzyiqinin aşağı düşməsi əlamətləri); – aritmiyalar. Klinik sınaqlar aparıldıqda, aşkar olunan əlavə təsirlər aşağıda göstərilmişdir. Bu əlavə təsirlərdən hər hansı biri meyddana çıxdıqda, həkimə məlumat vermək lazımdır. Tez-tez müşahidə olunan əlavə təsirlər (10 pasiyentdən 1-də meydana çıxa bilər): – əsəbilik, başgicəllənmə; – ürəkbulanma, qarın nahiyəsində diskomfort. Bəzən müşahidə olunan əlavə təsirlər (100 pasiyentdən 1-də meydana çıxa bilər): – yuxusuzluq, əsmə, keyləşmə, baş ağrısı; – qulaqlarda cingilti; – ağızda quruluq, diareya, qusma; – yorğunluq, inamsızlıq hissi; – ürək yığılmalarının tezliyinin artması. Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 pasiyentdən 1-də meydana çıxa bilər): – boğaz ağrısı, udma qabiliyyətinin çətinləşməsi, ağızətrafı nahiyədə keyləşmə və sancma hissi, ağız suyu ifrazının artması; – iştahanın aşağı düşməsi, dadbilmə qabiliyyətinin dəyişməsi; – narahatlıq, eyforiya vəziyyəti, həyəcanlılıq vəziyyəti; – diqqətin pozulması, yaddaşın itməsi, koordinasiyanın pozulması; – yanaqlar və alın nahiyəsində ağrı hissi; – gözlərdə ağrı, görmə qabiliyyətinin pozulması; – istilik axınları, periferik qan damarlarında problemlər (məsələn, əllərdə və ya ayaqlarda); – burun qanaxmaları, ləng və seyrək tənəffüs, zökəm; – gəyirmə, meteorizm; – tər ifrazının həddindən artıq yüksəlməsi, qaşınma, qaşınan səpgilər, dərinin həssaslığının yüksəlməsi; – əzələlərin, sümüklərin və ya oynaqların gərginləşməsi; boyun nahiyəsində ağrılar, bel nahiyəsində ağrılar, əzələ spazmları; – zəiflik, döş nahiyəsində diskomfort. Aşağıda göstərilən əlavə təsirlər, dərman preparatını satışa çıxarıldıqdan sonra qeydə alınmışdırlar. Ümumilikdə, postmarketinq tədqiqatları aparıldıqda, əlavə təsirlərin inkişaf etmə tezliyini dəqiq müəyyən etmək mümkün deyil və bu səbəbdən, bu tezlik “məlum deyil” kimi, qiymətləndirilir: – oyanıqlıq vəziyyəti, adi vəziyyətlə müqayisədə, əhvalın pisləşməsi; – yuxuya meyllilik, miqren; – dərinin qızarması, səpgilər. Çox nadir hallarda ciddi dəri reaksiyaları barədə məlumatlar daxil olmuşdur; – ürək çırpınması, təngnəfəslik, tənəffüsün qəflətən çətinləşməsi və xırıltı və öskürəklə müşayiət olunan döş nahiyəsində sıxılma hissi (astma); – qarın nahiyəsində ağrı, qida qəbulundan sonra mədədə diskomfort; – qaraciyər fermentlərinin artması. Əlavə təsirlər barədə məlumatın verilməsi Yuxarıda təsvir olunan simptomlar və ya bu içlik-vərəqədə təsvir olunmayan simptomlar meydana çıxdıqda, mütləq həkimə məlumat vermək lazımdır!
Doza həddinin aşılması
Preparatın tərkibində asetilsalisil turşusu (aspirin), parasetamol və kofein vardır. Dərman preparatını tövsiyə olunan dozadan artıq qəbul etmək və Sitramon-Borimed preparatından istifadə etdikdə, tərkiblərində bu aktiv farmasevtik substansiyalardan hər hansı biri olan dərman preparatlarından və ya ağrının, iltihabın aradan qaldırılması üçün istifadə olunan preparatlardan və ya qızdırmasalıcı dərman preparatlarından (qeyri-steroid iltihabəleyhinə preparatlar) istifadə etmək olmaz. Dərman preparatının yüksək dozasının qəbul edilməsinə şübhə olduqda, həkimə, əczaçıya və ya yaxınlıqda yerləşən xəstəxanaya müraciət etmək lazımdır. Bu vəziyyətdə, parasetamolun doza həddinin aşılması nəticəsində qaraciyərin geri dönməyən zədələnməsinin potensial riskini nəzərə alaraq, təcili tibbi yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Doza həddinin aşılması ilkin olaraq nəzərəçarpacaq simptomların baş verməsinə səbəb olmaya bilər, bu səbəbdən simptomların meydana çıxamsını gözləmək lazım deyil. Doza həddinin aşılması simptomlarının əlamətləri aşağıda göstərilir. Asetilsalisil turşusunun (aspirinin) istifadəsi zamanı doza həddi aşıldıqda başgicəllənmə, qulaqlarda cingilti, karlıq, tər ifrazının yüksəlməsi, hiperventilyasiya, qızdırma, ürəkbulanma, qusma, baş ağrısı, şüurun dumanlanması və ya narahatlıq, ürək və tənəffüs çatışmazlığı müşahidə oluna bilər. Parasetamolun istifadəsi zamanı doza həddi aşıldıqda, ilk olaraq, ürəkbulanma, qusma, iştahanın olmaması, solğunluq, yuxuyameyillilik, tər ifrazının yüksəlməsi və daha sonra qarın nahiyəsində ağrı müşahidə oluna bilər. Kofeinin istifadəsi zamanı doza həddi aşıldıqda, həyəcan hissi, əsəbilik, narahatlıq, yuxusuzluq, oyanıqlıq, əzələlərin dartınması, şüurun dumanlanması, qıcolmalar, hiperqlikemiya, taxikardiya və ya ürək aritmiyası müşahidə oluna bilər. Hətta bu simptomlar aradan qalxdıqda belə dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
6 tablet, konturlu-yuvasız qablaşdırmada. Konturlu-yuvasız qablaşdırmalar içlik vərəqə ilə birlikdə, qutusuz dəst qablaşdırmalara yerləşdirilir. İçlik vərəqələrin sayı qablaşdırmaların sayına müvafiq olmalıdır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375(177)735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.