Siofor 500 mq N60 tablet

Dərman formasıTablet
Farmakoloji təsirQanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulinlər, biquanidlər istisna olmaqla)
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsindən istifadə etməzdən əvvəl bütün içlik vərəqini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik simptomları sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın. 10 yaşından başlayaraq uşaqlarda və böyüklərdə istifadə üçün Sİ̇OFOR 500 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin

Tərkibi

Təsiredici maddə: 1tabletin tərkibində 500 mq metformin hidroxlorid vardır ki, bu da 390 mq metforminə uyğundur. Köməkçi maddələr: hipromelloza, povidon K 25, maqnezium stearat (Avropa Farmakopeyası üzrə) (bitki mənşəli), makroqol 6000, titan dioksid (Е 171).

Təsviri

Ağ rəngli, dəyirmi, hər iki tərəfi qabarıq örtüklü tabletlərdir; sərt və şəffaf PVX plyonkadan və ona qaynaq edilərək yapışdırılmış bərk alüminium folqadan hazırlanmış blisterlər.

Farmakoterapevtik qrupu

Qanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulinlər, biquanidlər istisna olmaqla). ATC kodu: A10BA02.

Farmakoloji xüsusiyyətləri

Siofor 500 preparatının tərkibində şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitəsi olan metformin vardır. Metformin biquanidlər adlandırılan dərman maddələri qrupuna daxildir. İnsulin – mədəaltı vəzi tərəfindən sintez edilən hormondur və qanda olan qlükozanın (şəkərin) orqanizmin hüceyrələri tərəfindən tutulmasını təmin edir. Sizin orqanizminiz qlükozadan enerji əldə etmək üçün istifadə edir və ya onu gələcəkdə istifadə etmək üçün saxlayır. Əgər Siz şəkərli diabetdən əziyyət çəkirsinizsə, bu o deməkdir ki, ya Sizin mədəaltı vəziniz insulini kifayət miqdarda ifraz etmir, ya da Sizin orqanizminiz mədəaltı vəzinizin ifraz etdiyi insulini lazımi tərzdə istifadə edə bilmir. Nəticədə Sizin qanınızda qlükozanın səviyyəsi yüksəlir. Siofor 500 preparatı qanda qlükozanın miqdarını normaya maksimum dərəcədə yaxın olan səviyyəyə qədər azaltmağa kömək edir. Əgər Sizdə artıq çəki vardırsa, Siofor® 500 preparatının uzun müddətli istifadəsi Sizə şəkərli diabetlə bağlı ağırlaşmaların baş vermə riskini azaltmağa kömək edəcək. Siofor® 500 preparatının qəbulu zamanı çəki ya sabit qalır, ya da orta dərəcədə azalır.

İstifadəsinə göstərişlər

Siofor 500 preparatı aşağıdakı məqsədlər üçün istifadə edilir: 2-ci tip şəkərli diabetin manifest formasının (“insulindən asılı olmayan şəkərli diabet” də adlandırılır) inkişaf etmə riski yüksək olan diabetə meylli yetkin insanların, yəni qlükozaya qarşı tolerantlığı pozulmuş (IGT) və acqarına plazmada qlükozanın miqdarı pozulmuş (IFG) şəxslərin, eləcə də aşağıdakı şəxslərin müalicəsi üçün: <60 yaş, BKİ ≥30 kq/m , yaxın qohumlarında şəkərli diabet olan, triqliseridlərin səviyyəsi yüksək, YSLP xolesterinin səviyyəsi aşağı, arterial hipertoniyası olan, HbA1c ≥6,0%, daha əvvəl hamilələrin şəkərli diabeti olmuş şəxslər; qanda qlükozanın səviyyəsinə lazımi şəkildə nəzarət etmək üçün, xüsusən, artıq çəkiyə malik pasiyentlərdə 2-ci tip şəkərli diabetin müalicəsi üçün. 2-ci tip şəkərli diabeti olan yetkin insanlar Siofor 500 preparatını həm təklikdə, həm də şəkərli diabetin müalicəsi üçün digər dərmanlarla (daxilə qəbul etmək üçün preparatlarla və ya insulinlə) kombinasiyada qəbul edə bilərlər. 2-ci tip şəkərli diabeti olan 10 yaş və yuxarı uşaqlar, eləcə də yeniyetmələr Siofor 500 preparatını həm təklikdə, həm də insulinlə kombinasiyada qəbul edə bilərlər. Siofor 500 preparatı ilə müalicə hər zaman pəhrizin tənzimlənməsi və fiziki yüklənmələrlə müşayiət olunmalıdır.

Əks göstərişlər

Aşağıdakı hallarda Siofor 500 preparatını istifadə etmək olmaz: − metforminə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya olduqda. − böyrək funksiyalarının ağır dərəcəli pozulmaları zamanı; − əgər Sizdə qaraciyər xəstəlikləri varsa; − əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda “Laktoasidozun inkişaf riski” bölməsinə baxın) və ya ketoasidoz vardırsa. Ketoasidoz – qanda “keton cisimcikləri” adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. − əgər Siz, məsələn, davamlı və ya ağır ishal, ya da təkrarlanan çoxsaylı qusma nəticəsində həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Siz kəskin ürək çatışmazlığının müalicəsi üçün preparatlar qəbul edirsinizsə və ya bu yaxınlarda miokard infarktı keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları (məsələn, şok) və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Siz alkoqoldan sui-istifadə edirsinizsə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Siofor 500 preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkimə müraciət edin. Aşağıdakı hallarda mütləq müalicə həkiminizlə məsləhətləşin: Sizə müayinə, məsələn, tərkibində yod olan kontrast maddənin qana yeridilməsi ilə aparılan rentgenoloji müayinə və ya tomoqrafiya müayinəsi tələb olunursa Sizə geniş cərrahi əməliyyat tələb olunursa Bu cür müayinə və əməliyyat zamanı, habelə onlardan sonra müəyyən müddət ərzində Siz Siofor 500 preparatını qəbul etməməlisiniz. Müalicə həkiminiz Sizin Siofor 500 preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verməlidir. Müalicə həkiminizin göstərişlərinə dəqiqliklə əməl etməyiniz vacibdir. Laktoasidozun inkişaf etmə riski Siofor 500 preparatı, xüsusən böyrək funksiyaları pozulmuş şəxslərdə, çox nadir, lakin ciddi əlavə təsir olan laktoasidoza səbəb ola bilər. Həmçinin dekompensasiya olunmuş şəkərli diabeti olan şəxslərdə, ciddi yoluxucu xəstəliklər, uzun müddətli acqalma və ya alkoqol qəbulu, susuzlaşma (aşağıda baxın), qaraciyər xəstəlikləri, habelə orqanizmin bir hissəsinin oksigenlə kifayət qədər təmin olunmadığı istənilən hallarda (məsələn, ürəyin ağır dərəcəli kəskin xəstəliyi) laktoasidozun inkişaf etmə riski yüksəkdir. Əgər Sizdə yuxarıda sadalanan halların hər hansı biri vardırsa, prosedurun başlanmasından əvvəl müalicə həkiminizlə məsləhətləşməlisiniz. Susuzlaşma (orqanizm tərəfindən xeyli miqdarda mayenin itirilməsi) ilə əlaqəli ola bilən hallar mövcud olduqda, məsələn, şiddətli qusma, ishal, qızdırma, yüksək temperaturun təsiri altında olma zamanı və ya əgər Siz adi vaxtlara nisbətən daha az maye qəbul edirsinizsə, Siofor 500 preparatının qəbulunu müvəqqəti dayandırın. Məsləhət üçün həkimə müraciət edin. Laktoasidozun bəzi simptomları meydana çıxdıqda, Siofor 500 preparatının qəbulunu dayandırın və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin, belə ki, bu vəziyyət komaya gətirib çıxara bilər. Laktoasidozun simptomlarına aşağıdakılar aiddir: − Qusma − Qarında ağrı − Əzələ qıcolmaları − Ümumi əhvalın güclü yorğunluqla müşayiət olunan pozulması − Tənəffüsün çətinləşməsi − Bədən temperaturunun aşağı düşməsi və ürək yığılmalarının sayının azalması Laktoasidoz zamanı stasionar şəraitində təxirəsalınmaz tibbi yardım tələb olunur. Siofor 500 preparatı ilə müalicə zamanı müalicə həkiminiz böyrək funksiyalarınızı ildə bir dəfədən az olmayaraq, yaxud əgər yaşlısınızsa və/və ya böyrək funksiyalarınız pisləşmişdirsə, daha tez-tez yoxlamalıdır. Siofor 500 preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın səviyyəsinin həddən artıq aşağı səviyyəsi) səbəb olmur. Lakin əgər Siz Siofor 500 preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla (məsələn, sulfonil sidik cövhərinin törəmələri, insulin və ya meqlitinidlərlə) birlikdə qəbul edirsinizsə, hipoqlikemiyanın meydana çıxma riski mövcuddur. Əgər Sizdə hipoqlikemiyanın simptomları, məsələn, zəiflik, karlaşma hissi, tərləmə, ürəkdöyünmənin tezləşməsi, görmə pozuntuları və ya diqqət cəmlənməsi ilə bağlı problemlər meydana çıxarsa, tərkibində şəkər olan bir şey yeyin və ya için – adətən, bu, kömək edir. Siofor 500 preparatının digər dərman vasitələri ilə birlikdə qəbulu Əgər Sizdə, məsələn, rentgenoloji müayinə və tomoqrafiya müayinəsi üçün tərkibində yod olan kontrast maddələrin qana yeridilməsi tələb olunursa, müayinədən müəyyən müddət əvvəl Siofor® 500 preparatının qəbulunu dayandırmaq və müayinə müddəti ərzində onu qəbul etməmək lazımdır. Müalicə həkiminiz Sizin Siofor 500 preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verməlidir (yuxarıda baxın: “Müalicə həkimi ilə mütləq məsləhətləşin”). Əgər Siz hal-hazırda Siofor 500 preparatı ilə eyni zamanda hər hansı digər dərman vasitələrini qəbul/istifadə edirsinizsə, yaxın keçmişdə qəbul/istifadə etmisinizsə və ya qəbul/istifadə etmiş ola bilərsinizsə, bu haqda həkimə məlumat verin. Sizə qanda qlükozanın səviyyəsinə daha tez-tez nəzarət etmək və böyrək funksiyasını yoxlamaq və ya müalicə həkimi tərəfindən Siofor 500 preparatının dozasının korreksiyası tələb oluna bilər. Xüsusən, aşağıdakı preparatlar barədə məlumat vermək vacibdir: ► sidiyin yaranmasını sürətləndirən preparatlar (diuretiklər) ► ağrının və iltihabın müalicəsi üçün preparatlar (QSİƏP-lər və SOG-2-nin inhibitorları, məsələn, ibuprofen və selekoksib) ► yüksək arterial təzyiq zamanı istifadə edilən bəzi preparatlar (AÇF-nin inhibitorları və angiotenzin II reseptorlarının antaqonistləri) ► β -aqonistlər, məsələn, salbutamol və ya terbutalin (bronxial astmanın müalicəsi üçün istifadə2 edilirlər) ► kortikosteroidlər (müxtəlif xəstəliklərin, xüsusən, dərinin ağır dərəcəli iltihablarının və ya bronxial astmanın müalicəsi üçün istifadə edilirlər) ► şəkərli diabetin müalicəsi üçün istifadə edilən digər dərman preparatları ► qanda Siofor 500 preparatının konsentrasiyasını dəyişdirə bilən dərman vasitələri – xüsusən, əgər Sizdə böyrəklərin funksiyası azalmışdırsa (məsələn, verapamil, rifampisin, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol, krizotinib, olaparib). Hamiləlik və laktasiya dövrlərində istifadəsi Hamiləlik və ya laktasiya dövrlərində, habelə hamiləliyin ehtimal edilməsi və ya planlaşdırılması zamanı bu preparatı qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin. Hamiləlik Hamiləlik dövründə şəkərli diabetin müalicəsi insulinin köməyi ilə aparılmalıdır. Laktasiya dövrü Laktasiya dövründə bu preparatı qəbul etmək tövsiyə edilmir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Siofor 500 preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın səviyyəsinin həddən artıq aşağı səviyyəsi) səbəb olmur. Bu o deməkdir ki, preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir. Lakin əgər Siz Siofor 500 preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla (məsələn, sulfonil sidik cövhərinin törəmələri, insulin və ya meqlitinidlərlə) birlikdə qəbul edirsinizsə, xüsusilə ehtiyatlı olmalısınız. Hipoqlikemiyanın simptomlarına zəiflik, karlaşma hissi, həddən artıq tərləmə, ürək döyünmənin tezləşməsi, görmə qabiliyyətinin pozulması və ya diqqətin cəmlənməsinin pozulması aiddir. Əgər Sizdə bu cür simptomlar yaranırsa, nəqliyyat vasitələrini və mexanizmləri idarə etməkdən çəkinin.

İstifadə qaydası və dozası

Bu preparatı hər zaman müalicə həkiminizin və ya əczaçının tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Siofor 500 preparatının qəbulu sağlam həyat tərzinin faydasını əvəz edə bilməz. Həkimin pəhrizlə əlaqəli bütün göstərişlərinə əməl etməyə davam edin və fiziki hərəkətlərlə məşğul olun. Tövsiyə olunan doza Böyüklər üçün adi başlanğıc doza: Siofor 500 preparatının 1 ədəd örtüklü tableti gündə 2-3 dəfə (1000-1500 mq metformin hidroxloridə uyğundur) və ya 850 mq metformin hidroxlorid gündə 2-3 dəfə təşkil edir (Siofor 500 preparatının köməyi ilə bu cür dozalanmanı əldə etmək mümkün deyildir). Maksimal gündəlik doza Siofor 500 preparatının 2 ədəd örtüklü tabletinin gündə 3 dəfə qəbulundan ibarətdir (gündə 3000 mq metformin hidroxloridə uyğundur). Əgər Siz böyrək funksiyasının pozulmasından əziyyət çəkirsinizsə, müalicə həkiminiz dozanı azalda bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi 10 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün adi başlanğıc doza: Siofor 500 preparatının 1 ədəd örtüklü tableti (500 mq metformin hidroxloridə uyğundur) gündə 1 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 1 dəfə (Siofor 500 preparatının köməyi ilə bu cür dozalanmanı əldə etmək mümkün deyildir). Maksimal gündəlik doza Siofor 500 preparatının 2 ədəd örtüklü tabletinin gündə 2 dəfə qəbulundan ibarətdir (gündə 2000 mq metformin hidroxloridə uyğundur). 10 yaşdan 12 yaşadək uşaqlarda preparatı yalnız həkimin xüsusi göstərişi ilə istifadə etmək lazımdır, belə ki, bu yaş qrupunda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Əgər Siz həm də insulin qəbul edirsinizsə, Siofor 500 preparatı ilə müalicəyə həkiminizin göstərişlərinə uyğun olaraq başlamalısınız. Monoterapiya (prediabet) Prediabet zamanı müalicənin başlanğıcında gündə 1 ədəd örtüklü tablet (500 mq) qəbul etmək lazımdır; ehtiyac olduqda doza gündə iki dəfəyə qədər artırıla bilər (gündə iki dəfə 500 mq). Örtüklü tabletləri yemək zamanı və yeməkdən sonra qəbul etmək lazımdır. Doza tədricən artırıldıqda, mədə-bağırsaq traktı tərəfindən preparatın keçirilməsi yaxşılaşır. Müalicə həkimi qanda qlükozanın səviyyəsinin mütəmadi yoxlanmasına və risk amillərinə əsasən müalicənin davam etdirilməsinin məqsədəuyğunluğunu qiymətləndirməlidir. Müşahidə ► Müalicə həkiminiz qanda qlükozanın miqdarını müəyyən etmək üçün mütəmadi analizlər keçirməli və qanda qlükozanın səviyyəsinə uyğun olaraq Sı̇ofor 500 preparatının dozasını seçməlidir. Siz müntəzəm olaraq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Bu, uşaqlar və yeniyetmələr, eləcə də yaşlı insanlar üçün xüsusən vacibdir. ► Sı̇ofor 500 preparatı ilə müalicə zamanı müalicə həkiminiz böyrəklərinizin funksional vəziyyətini ildə bir dəfədən az olmayaraq, yaxud yaşlı pasiyentlərdə və / və ya böyrək funksiyaları pozulduğu halda daha tez-tez yoxlamalıdır. Sı̇ofor 500 örtüklü tabletləri necə qəbul edilməlidir? Tabletlər yemək zamanı və ya yeməkdən sonra qəbul edilir. Bu, həzmlə bağlı əlavə təsirlərin qarşısını almağa imkan verir. Tabletləri çeynəməyin və xırdalamayın. Tabletləri bir stəkan su ilə içərək udun. Əgər preparatı gündə 1 dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) qəbul edin. Əgər preparatı gündə iki dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər preparatı gündə üç dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində), günorta (nahar yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər bir müddət keçdikdən sonra Sizə elə gəlsə ki, Sı̇ofor 500 preparatının təsiri çox güclüdür və ya çox zəifdir, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Əgər Siz Sı̇ofor 500 preparatını lazım olduğundan daha artıq miqdarda qəbul etmisinizsə Əgər Siz Sı̇ofor 500 preparatını lazım olduğundan daha artıq miqdarda qəbul etmisinizsə, Sizdə laktoasidoz inkişaf edə bilər. Laktoasidozun simptomlarına qusma, qarında ağrı və əzələ qıcolmaları, ümumi sağlamlıq vəziyyətinin güclü yorğunluqla müşayiət olunan pozulması, eləcə də tənəffüsün çətinləşməsi aiddir. Əgər Sizdə bu simptomlar vardırsa, Sizə dərhal stasionarda müalicə tələb oluna bilər, belə ki, laktoasidoz komaya gətirib çıxara bilər. Siz dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etməlisiniz. Əgər Siz Sı̇ofor 500 preparatını qəbul etməyi unutmusunuzsa Unutduğunuz dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Preparatın növbəti dozasını lazımi vaxtda qəbul edin. Siofor 500 preparatının alkoqolla yanaşı qəbulu Siofor 500 preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, alkoqol, xüsusən qaraciyər funksiyaları pozulmuş və ya çox zəifləmiş pasiyentlərdə laktoasidoz riskini artıra bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Eyni xəbərdarlıq tərkibində alkoqol olan dərman vasitələrinə da aiddir. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı əlavə təsirlər mümkündür: Bilməyiniz lazım olan mühüm əlavə təsirlər və onlar baş verdikdə görülməli olan ehtiyat tədbirləri: Sı̇ofor 500 preparatı çox nadir hallarda baş verən (10 000 pasiyentdən 1-dən az müşahidə olunan), lakin çox ciddi əlavə təsirə – laktoasidoza səbəb ola bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın).Bu halda Sı̇ofor 500 preparatının qəbulunu dərhal dayandırmaq və həkimə, ya da yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır, çünki laktoasidoz komaya gətirib çıxara bilər. Digər mümkün əlavə təsirləri Çox tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-dən çox müşahidə oluna bilər) ► həzm pozuntuları, məsələn, əhvalın pisləşməsi (ürəkbulanma, qusma), ishal, qarında ağrı və iştahanın azalması. Çox zaman bu əlavə təsirlər Sı̇ofor 500 preparatı ilə müalicənin başlanğıcında meydana çıxır. Bu əlavə təsirləri zəiflətmək üçün preparatı bir neçə dəfəyə qəbul etmək, eləcə də onu yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul etmək olar. Əgər simptomlar keçib getmirsə, Sı̇ofor 500 preparatının qəbulunu dayandırın və müalicə həkiminə müraciət edin. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) ► dad qavrayışının pozulması Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) ► dəri reaksiyaları, məsələn, dərinin qızarması (eritema), qaşınma və ya qaşıntılı səpgi (övrə) ► qanda B vitamininin miqdarının azalması12 ► qaraciyərin funksional sınaqlarının göstəricilərinin pozulması və ya hepatit (qaraciyərin iltihabıdır, yorğunluq, iştahanın itməsi, dərinin və göz almalarının saralması (saralma olmaya da bilər) ilə müşayiət oluna bilər). Əgər Sizdə bu simptomlar vardırsa, Siofor 500 preparatının qəbulunu dayandırın və müalicə həkiminizə müraciət edin. Uşaqlarda və yeniyetmələrdə rast gəlinən əlavə yan təsirlər Preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi üzrə məhdud məlumatlara əsasən, onlarda meydana çıxan əlavə təsirlər xarakterinə və ağırlıq dərəcəsinə görə böyüklərdə müşahidə olunan əlavə təsirlərə bənzərdir. Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə məlumat verməklə siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Buraxılış forması

10 tabler, blisterdə. 3, 6 və ya 12 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün ölçülü qablaşmalar olmaya bilər. Saxlama şəraiti 25°С-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır. Bu dərman vasitəsini uşaqların əllərinin çatmadığı yerdə saxlamaq lazımdır. Əgər Sı̇ofor 500 preparatı uşağa təyin edilmişdirsə, onun valideynləri və ya uşağa qulluq edən şəxslər bu preparatın qəbuluna nəzarət etməlidirlər.

Yararlılıq müddəti

3 il. Bu preparatı blisterin və ya qutunun üzərində “son istifadə tarixi” sözlərindən sonra göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son günüdür. Dərman preparatlarını kanalizasiya xətlərinə və ya məişət tullantıları ilə birlikdə atmayın. İstifadə etmədiyiniz dərman preparatını necə utilizə etmək barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Berlin-Chemie AG Gliniker Veg 125 12489 Berlin Almaniya və ya Menarini – Von Heyden GmbH Leipziger Str. 7 – 13 D-01097 Drezden Almaniya

Qeydiyyat vəsiqəsinin sahibi

BERLIN-CHEMIE AG (MENARINI GROUP) Glienicker Weg 125 12489 Berlin Almaniya

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Siofor 500 mq N60 tablet” üçün ilk rəyi siz yazın.