Rosuvastatin Atb 20 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHipolipidemik dərman vasitələri. HMQ-KoA reduktazanın inhibitorları
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROZUVASTATİN ATB 10 mq, 20 mq, 40 mq örtüklü tabletlər ROSUVASTATIN ATB Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin

Tərkibi

Rozuvastatin Atb 10 mq Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq rozuvastatinə ekvivalent olan 10,4 mq rozuvastatin kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, kalsium karbonat, krospovidon A tipi, maqnezium stearat. Örtük: çəhrayı Opadray II 85F240097 (qismən hidroliz olunmuş polivinil spirti (E1203), titan dioksid (E171), makroqol/PEQ 4000 (E1521), talk (E553b), «günəş qürubu» sarısı boya maddəsi (E110), cazibədar qırmızı boya maddəsi (E129), indiqokarmin boya maddəsi (E132)). Rozuvastatin Atb 20 mq Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rozuvastatinə ekvivalent olan 20,8 mq rozuvastatin kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, kalsium karbonat, krospovidon A tipi, maqnezium stearat. Örtük: çəhrayı Opadray II 85F240097 (qismən hidroliz olunmuş polivinil spirti (E1203), titan dioksid (E171), makroqol/PEQ 4000 (E1521), talk (E553b), «günəş qürubu» sarısı boya maddəsi (E110), cazibədar qırmızı boya maddəsi (E129), indiqokarmin boya maddəsi (E132)). Rozuvastatin Atb 40 mq Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq rozuvastatinə ekvivalent olan 41,6 mq rozuvastatin kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, kalsium karbonat, krospovidon A tipi, maqnezium stearat. Örtük: ağ Opadray II 85F28751 (qismən hidroliz olunmuş polivinil spirti (E1203), titan dioksid (E171), makroqol/PEQ 4000 (E1521), talk (E553b)).

Təsviri

Rozuvastatin Atb 10 mq Çəhrayı rəngli, yumru formalı, iki tərəfi qabarıq, bir tərəfi “10” nişanəli və digər tərəfi hamar, diametri 7,0 ± 0,5 mm olan örtüklü tabletlərdir. Rozuvastatin Atb 20 mq Çəhrayı rəngli, yumru formalı, iki tərəfi qabarıq, bir tərəfi “20” nişanəli və digər tərəfi hamar, diametri 9,0 ± 0,5 mm olan örtüklü tabletlərdir. Rozuvastatin Atb 40 mq Ağ rəngli, yumru formalı, iki tərəfi qabarıq və diametri 9,0 ± 0,5 mm olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Hipolipidemik dərman vasitələri. HMQ-KoA reduktazanın inhibitorları. ATC kodu: C10AA07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Rozuvastatin 3-hidroksi-3-metilqlutaril-koenzim A-nı xolesterinin sələfi olan, mevalonata çevirən HMQ-Koa reduktaza fermentinin rəqabət zəminli selektiv inhibitorudur. Rozuvastatinin əsas təsir yeri, xolesterini aşağı salmaq üçün hədəf orqanı olan qaraciyərdir. Rozuvastatin hüceyrələrin səthində qaraciyər ASL reseptorlarının miqdarını artırır, ASL-in udulmasını və katabolizmini yüksəldir, bu da öz növbəsində ÇASL-ın qaraciyər sintezini inhibə edir, bununla da ÇASL və ASL-ın ümumi miqdarını aşağı salır. Rozuvastatin yüksək miqdarda ASL-xolesterini, ümumi xolesterini və triqliseridləri aşağı salır və YSL- xolesterinin miqdarını artırır. Həmçinin ApoB, YSL olmayan-XS, ÇASL-XS, ÇASL-TQ-ni aşağı salır və ApoА-I-i artırır (Cədvəl 1-ə bax). Rozuvastatin həmçinin ASL-XS/YSL-XS nisbətini, ümumi XS/YSL-XS, YSL olmayan-XS/YSL-XS və ApoB/ApoА-I nisbətlərini də aşağı salır. Cədvəl 1. Birincili hiperxolesterinemiyalı (IIа и IIb növü) pasiyentlərdə dozadan asılı effekt (ilkin nəticələrlə müqayisədə orta korreksiya olunmuş faiz dəyişiklikləri) Doza Miqdarı ASL-XS Ümumi- YSL-C TQ YSL ApoB ApoA-I XS olmaya n-XS Plasebo 13 -7 -5 3 -3 -7 -3 0 5 mq 17 -45 -33 13 -35 -44 -38 4 10 mq 17 -52 -36 14 -10 -48 -42 4 20 mq 17 -55 -40 8 -23 -51 -46 5 40 mq 18 -63 -46 10 -28 -60 -54 0 Terapevtik effekt müalicəyə başlandıqdan sonra 1 həftə ərzində əldə olunur, 2 həftədən sonra isə maksimal cavab reaksiyasının – 90%-ə çatır. Maksimal terapevtik effekt adətən 4-cü həftəyə əldə olunur və ondan sonra dəyişilməz qalır. Kliniki effekt Rozuvastatin irqindən, cinsiyyətindən və ya yaşından asılı olmayaraq hiperxolesterinemiyalı, hipertriqliseridemiya olan və ya olmayan böyüklərdə, həmçinin şəkərli diabet və ya irsi hiperxolesterinemiya olan pasiyentlərdə effektivdir. Farmakokinetikası Sorulması Rozuvastatin daxilə qəbuldan təxminən 5 saat sonra qan plazmasında maksimal qatılığa çatır. Mütləq biomənimsənilmə təxminən 20% təşkil edir. Paylanması Rozuvastatin xüsusi ilə xolesterin sintezinin və ASL-XS-nin metabolizminin əsas yeri olan qaraciyər tərəfindən udulur. Rozuvastatinin paylanma həcmi təxminən 134 l təşkil edir. Rozuvastatinin təxminən 90%-i plazma zülalları, əsasən albumin ilə birləşir. Metabolizmi Rozuvastatin məhdud (təxminən 10%) metabolizmə məruz qalır. İnsan hepatositlərinin istifadəsi ilə aparılan in vitro metabolizm sınaqları göstərir ki, rozuvastatin, P450 sitoxrom əsaslı metabolizm üçün zəif substratdır. Rozuvastatinin metabolizmində iştirak edən əsas izofermentlərdən biri CYP2C9-dur. CYP2C19, CYP3A4 və CYP2D6 fermentləri isə metabolizm prosesinə daha az cəlb olunur. Əsas müəyyən olunmuş metabolitlər N-desmetil və lakton metabolitlərdir. N-desmetil metaboliti rozuvastatindən 50% daha az aktivdir, halbu ki, lakton formaları kliniki cəhətdən qeyri- fəal hesab olunur. Rozuvastatin dövr edən HMQ-KoA-reduktaza inhibitorlarının fəallığının 90%- dən çoxunu təşkil edir. Xaric olunması Rozuvastatin dozasının təqribən 90%-i dəyişilməmiş şəkildə nəcislə (sorulan və sorulmayan rozuvastatin daxil olmaqla), qalan hissəsi isə sidiklə xaric olunur. Təqribən 5%-i sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Plazmada yarımparçalanma müddəti təxminən 19 saat təşkil edir. Dozanın artırılması zamanı yarımparçalanma müddəti dəyişmir. Orta plazma qatılığı təqribən 50 litr/saat təşkil edir (variasiya əmsalı 21.7%). Digər HMQ-KoA-reduktaza inhibitorlarında olduğu kimi, rozuvastatinin qaraciyər tərəfindən tutulma prosesində ОАТР-С membran daşıyıcısı iştirak edir. Bu daşıyıcı rozuvastatinin qaraciyər eliminasiyasında böyük rol oynayır. Xəttilik Rozuvastatinin sistem ekspozisiyası dozaya müvafiq olaraq artır. Preparatın gündə bir neçə dəfə qəbulu zamanı farmakokinetik parametrlər dəyişmir. Xüsusi qrup pasiyentlər Yaş və cinsiyyət Böyüklərdə yaş və cinsiyyət rozuvastatinin farmakokinetikasına heç bir əhəmiyyətli təsir göstərmir. Heteroziqot irsi hiperxolesterinemiya olan uşaqlarda və yeniyetmələrdə rozuvastatinin farmakokinetikası böyüklərin farmakokinetikası ilə oxşardır. Böyrək çatışmazlığı Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə rozuvastatinin və ya N-desmetil metabolitin plazma qatılığının həcmi əhəmiyyətli dərəcədə dəyişmir. Nəzərə çarpan böyrək çatışmazlığı olan pasiyentlərdə (KK<30 ml/dəq) sağlam böyüklərlə müqayisədə rozuvastatinin plazmada qatılığı 3 dəfə, N-desmetil metabolitin qatılığı isə 9 dəfə çoxdur. Hemodializdə olan pasiyentlərdə rozuvastatinin qan plazmasında olan qatılığı sağlam könüllülərlə müqayisədə 50% çox olmuşdur. Qaraciyər çatışmazlığı Müxtəlif ağırlıq dərəcəli qaraciyər funksiyalarının pozğunluğu olan pasiyentlərdə aparılan tədqiqatlarda Çayld-Pyu şkalası üzrə 7 və aşagı balı olan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının yüksəlməsi aşkar olunmayıb. Lakin, Çayld-Pyu şkalası üzrə 8 və 9 balı olan iki pasiyentdə, Çayld-Pyu şkalası üzrə daha az nəticələri olan pasiyentlərlə müqayisədə yarımparçalanma müddətinin 2 dəfə çox olduğu aşkarlanıb. Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı pasiyentlərdə istifadə təcrübəsi mövcud deyil. Genetik polimorfizm OATP1B1 və BCRP nəqliyyat zülalları HMQ-KoA-reduktaza inhibitorlarının, həmçinin rozuvastatinin sıxışdırılıb çıxarılmasında iştirak edir. SLCO1B1 (OATP1B1) və/və ya ABCG2 (BCRP) genetik polimorfizm olan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının artma riski mövcuddur. SLCO1B1 c.521CC və ABCG2 c.421AA fərdi polimorfizmləri SLCO1B1 c.521TT və ya ABCG2 c.421CC genotipləri ilə müqayisədə rozuvastatinin daha yüksək ekspozisiyası (AUC) ilə əlaqədardır. Bu spesifik genotipləşmə klinik praktikada müəyyənləşməyib, lakin əgər pasiyentdə polimorfizmin bu növlərinin olması məlum olarsa, rozuvastatinin daha aşağı gündəlik dozası məsləhət görülür. Pediatriya 10-17 və ya 6-17 yaşlı (cəmi 214 pasiyent) irsi heteroziqot hiperxolesterinemiya olan uşaqların iştirakı ilə keçirilən rozuvastatinin 2 farmakokinetik tədqiqatlarında uşaqlarda rozuvastatinin ekspozisiyasının böyük pasiyentlərlə müqayisədə eyni və ya aşağı olduğu göstərilib. Rozuvastatinin ekspozisiyası dozaya və 2 illik müddətə əsasən proqnozlaşdırıb.

İstifadəsinə göstərişlər

Hiperxolesterinemiya Birincili hiperxolesterinemiya (IIa tipi, irsi heteroziqot hiperxolesterinemiya daxil olmaqla) və ya qarışıq dislipidemiya (IIb tipi) olan böyüklər, yeniyetmələr və 6 yaşdan böyük uşaqlar və ya yaşlılarda, pəhriz və digər qeyri-farmakoloji müalicə üsulları (məsələn, idman məşqləri, çəkinin azaldılması) yetərsiz olduqda pəhrizə əlavə kimi. Homoziqot irsi hiperxolesterinemiyada pəhrizə və digər hipolipidemik müalicələrə əlavə kimi (məs. ASLP aferezi) və ya bu müalicə pasiyent üçün uyğun olmadığı hallarda. Ürək-damar xəstəliklərinin profilaktikası Digər risk faktorlarının korreksiyasına əlavə kimi ilkin ürək-damar xəstəliklərinin yaranma riski yüksək olan pasiyentlərdə əsas ürək-damar xəstəliklərinin profilaktikası.

Əks göstərişlər

– Rozuvastatinə və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq; – qan zərdabında transaminazaların fəallığının izah olunmayan davamlı artımı və transaminazaların fəallığının normanın yuxarı sərhədi (NYS) ilə müqayisədə 3 dəfədən çox olan hər hansı artımı daxil olmaqla qaraciyərin aktiv xəstəlikləri; – ağır böyrək çatışmazlığı (kreatinin klirensi <30 ml/dəq.); – miopatiya; – eyni zamanda siklosporinin qəbulu; – hamiləlik, laktasiya dövrü və kontrasepsiyanın müvafiq üsullarından istifadə etməyən reproduktiv yaşda olan qadınlar; Miopatiya/rabdomiolizin inkişafına zəmin yaradan faktorlara malik olan pasiyentlərdə 40 mq doza əks göstərişdir. Bu faktorlara aiddir: – orta ağırlıqlı böyrək çatışmazlığı (kreatinin klirensi <60 ml/dəq.); – hipotireoz; – irsi əzələ xəstəlikləri haqqında şəxsi və ya ailəvi anamnez; – digər HMQ-KoA-reduktaza inhibitorlarının və ya fibratların qəbulu ilə əlaqədar əzələ toksikliyi anamnezi; – alkoqolun həddindən artıq istifadəsi; – plazma qatılığının yüksəlməsinə gətirib çıxara bilən vəziyyətlər; – asiyalı pasiyentlərə; – fibratlarla eyni zamanda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrəklərə təsiri Rozuvastatini yüksək, əsasən də 40 mq dozada qəbul edən pasiyentlərdə strip-test vasitəsi ilə aşkar olunan proteinuriya, xüsusi ilə də kanalcıq mənşəli, əksər hallarda keçici və ya intermittəedici xarakter daşıyırdı. Bu proteinuriya kəskin böyrək xəstəliyinin və ya proqressivləşən böyrək xəstəliyinin inkişafının göstəricisi deyil. Postmarketinq dövründə böyrək funksiyalarının ciddi pozğunluqları, rozuvastatini 40 mq dozada qəbul edən pasiyentlərdə daha çox müşahidə olunub. Preparatı 40 mq dozada qəbul edən pasiyentlərdə standart müayinədən əlavə böyrək funksiyalarının qiymətləndirilməsi aparılmalıdır. Skelet əzələlərinə təsiri Rozuvastatini istənilən dozada, əsasən də 20 mq-dan yüksək dozada qəbul edən pasiyentlərdə skelet əzələləri tərəfindən mialgiya, miopatiya və nadir hallarda rabdomioliz kimi əlavə təsirlər müşahidə olunub. Çox nadir hallarda ezetimibi HMQ-KoA-reduktaza inhibitorları ilə eyni zamanda istifadə edən pasiyentlərdə rabdomioliz müşahidə olunub. Bu preparatların qarşılıqlı farmakodinamik təsirini istisna etmək olmaz və eyni zamanda istifadəsi zamanı diqqətli olmaq lazımdır. Digər HMQ-KoA-reduktaza inhibitorlarının istifadəsində olduğu kimi, postmarketinq dövründə rozuvastatini 40 mq dozada qəbul edən pasiyentlərdə rabdomiolizin inkişaf etmə tezliyi yüksək olub. Kreatinkinazanın qatılığının təyini Kreatinkinazanın (KK) qatılığının təyinini intensiv fiziki yüklənmədən sonra və ya KK qatılığının artmasının digər səbəbləri olduqda aparmaq məsləhət görülmür, belə ki, bu əldə edilən nəticələrin yanlış təfsirinə gətirib çıxara bilər. Əgər KK-nın ilkin qatılığı yüksək olarsa (>5xYNH), 5-7 gündən sonra təkrar təsdiqləyici analiz aparmaq lazımdır. Əgər təkrar analiz zamanı ilkin KK>5xYNH təsdiqlənərsə, müalicəni başlamaq məsləhət görülmür. Müalicədən əvvəl Digər HMQ-KoA-reduktaza inbitorları kimi Rozuvastatin Atb-ni miopatiya/rabdomiolizin inkişafı üçün risk faktorlarına malik olan pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Bu faktorlara aiddir: – böyrək çatışmazlığı; – hipotireoz; – irsi əzələ xəstəlikləri haqqında şəxsi və ya ailəvi anamnez; – digər HMQ-KoA-reduktaza inhibitorlarının və ya fibratların qəbulu ilə əlaqədar əzələ toksikliyi anamnezi; – anamnezdə şəxsi və ya ailəvi irsi əzələ pozğunluqları; – alkoqolun həddindən artıq istifadəsi; – yaş >70; – plazma qatılığının yüksəlməsinə gətirib çıxara bilən vəziyyətlər; – fibratlarla eyni zamanda istifadəsi. Bu pasiyentlərdə terapiyanın risk və mümkün fayda nisbətini nəzərdən keçirtmək və stasionar müşahidə altında saxlamaq məsləhət görülür. KK-nın ilkin qatılığı normal səviyyədən yüksək olduqda (>5xYNH) müalicəni başlamaq məsləhət görülmür. Müalicə zamanı Pasiyenti əzələ ağrıları, əzələ zəifliyi və ya spazmı, xüsusi ilə halsızlıq və hərarət ilə birlikdə qəfldən yarandığı zaman dərhal həkimə müraciət etməsi barədə məlumatlandırmaq lazımdır. Bu pasiyentlərdə KK-nın qatılığını müəyyən etmək lazımdır. Əgər KK-nın qatılığı yüksək olarsa (>5xYNH), və ya əzələ simptomları kəskin nəzərə çarparsa və gündəlik diskomfort (əgər hətta KK qatılığı≤5xYNH olarsa) yaradarsa, terapiyanı dayandırmaq məsləhət görülür. Simptomlar aradan qalxarsa və KK-nın qatılığı normaya qayıdarsa, Rozuvastatin Atb-nin və digər HMQ-KoA- reduktaza inhibitorlarının pasiyentlərə ciddi nəzarət altında ən aşağı dozada təkrar təyinini nəzərdən keçirtmək lazımdır. Simptomlar müşahidə olunmayan pasiyentlərdə KK qatılığının standart monitorinqi məqsədə uyğun deyildir. Rozuvastatin daxil olmaqla, digər statinlərlə müalicə zamanı və ya müalicədən sonra immun vasitəli nekrozlaşan miopatiyanın (İVNM) inkişafı haqqında nadir məlumatlar qeydə alınmışdır. İVNM proksimal əzələ zəifliyi və kreatinkinaza səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur, hansılar ki, statinlərlə müalicəni dayandırdıqdan sonra da davam edir. Miozit və miopatiyanın yaranma hallarının artması digər HMQ-KoA-reduktaza inhibitorlarını hemfibrozil daxil olmaqla fibroy turşusunun törəmələri, siklosporin, nikotin turşusu, azol qrupundan olan göbələk əleyhinə preparatlar, proteaza inhibitorları və makrolid antibiotiklər ilə eyni zamanda istifadə edən pasiyentlərdə qeydə alınmışdır. Hemfibrozil bəzi HMQ-KoA-reduktaza inhibitorları ilə eyni vaxtda istifadə zamanı miopatiyanın yaranma riskini artırır. Beləliklə, hemfibrozil və rozuvastatinin eyni zamanda istifadəsi məsləhət görülmür. Rozuvastatinin fibratlarla və ya nikotin turşusu ilə eyni vaxtda istifadəsi zamanı əlavə təsirlərin yaranma riskinin və lipid səviyyəsinin dəyişməsinin mümkün fayda nisbətini nəzərə almaq lazımdır. Fibratlarla müalicə zamanı rozuvastatinin 40 mq dozada istifadəsi əks göstərişdir. Rozuvastin və fuzid turşusunun eyni zamanda istifadəsi məsləhət görülmür. Rozuvastini fuzid turşusu ilə eyni zamanda qəbul edən pasiyentlərdə rabdomiolizin inkişafı haqqında məlumatlar qeydə alınımışdır. Rozuvastatinin miopatiyanın inkişafını sübut edən və ya rabdomiolizə münasibətdə ikinci olan (məsələn, sepsis, hipotenziya, cərrahi müdaxilə, travma, ağır metabolik, endokrin və ya elekrolit pozğunluqlar, idarə olunmayan qıcolmalar) böyrək çatışmazlığının inkişafına meyilli kəskin, ciddi pozğunluqlar olan pasiyentlərdə istifadəsi məsləhət görülmür. Qaraciyər pozğunluqları Digər HMQ-KoA-reduktaza inhibitorları kimi Rozuvastatin Atb həddindən artıq alkoqol qəbul edən və ya anamnezində qaraciyər xəstəliyi olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Müalicəyə başlamazdan əvvəl və müalicəyə başladıqdan 3 ay sonra qaraciyər funksiyalarının müayinəsini aparmaq məsləhət görülür. Əgər qan zərdabında transaminazaların qatılığı yuxarı norma həddindən 3 dəfə yüksək olarsa, Rozuvastatin Atb-nin qəbulunu dayandırmaq və ya preparatın qəbul dozasını azaltmaq lazımdır. Qaraciyərdə yaranan əlavə təsirlərin (əsasən, qan zərdabında transaminazaların qatılığının artması ilə əlaqəli olan) tezliyi preparatın 40 mq dozada qəbulu zamanı artır. Hipotireoz və ya nefrotik sindrom hesabına yaranan ikincili hiperxolesterinemiya olan pasiyentlərdə əsas xəstəliyin müalicəsi Rozuvastatin Atb ilə müalicədən əvvəl aparılmalıdır. İrqi mənsubiyyət Farmakokinetik tədqiqatlar qafqazlılarla müqayisədə asiya irqinin nümayəndələrində ekspozisiyanın artmasını göstərib. Proteaza inhibitorları Rozuvastatinin və müxtəlif proteaza inhibitorlarının ritonavirlə eyni vaxtda istifadəsi zamanı rozuvastatinin sistem qatılığının artması müşahidə olunur. Proteaza inhibitorları qəbul edən, HİV xəstəliyi olan pasiyentlərdə qanda lipidlərin qatılığının aşağı düşməsini və proteaza inhibitorları qəbul edən pasiyentlərdə müalicənin başlanğıcında və Rozuvastatin Atb-nin dozasının artırılmasını hərtərəfli qiymətləndirmək lazımdır. Rozuvastatin Atb-nin dozasının tənzimlənməsi olmadan HİV-proteaza inhibitorları ilə eyni zamanda istifadəsi məsləhət görülmür. İnterstisial ağciyər xəstəlikləri İstisna hallarda bəzi statinlərin istifadəsi zamanı, əsasən də uzunmüddətli müalicə zamanı interstisial ağciyər xəstəlikləri haqqında məlumatlar daxil olmuşdur. Həmçinin təngənəfəslik, quru öskürək və ümumi vəziyyətin pisləşməsi (zəiflik, bədən çəkisinin azalması və hərarət) müşahidə oluna bilər. İnterstisial ağciyər xəstəliklərinin inkişafına şübhə yarandıqda statinlərlə müalicəni dayandırmaq lazımdır. Şəkərli diabet Bəzi məlumatlara görə statinlər bir sinif kimi qanda qlükozanın səviyyəsini artırır. Şəkərli diabetin yaranma riski yüksək olan bəzi pasiyentlərdə müəyyən hiperqlikemiyaya gətirib çıxara bilər, belə halda müvafiq diabet müalicəsinin aparılması münasibdir. Lakin bu risk statinlər vasitəsi ilə damar riskinin azaldılması ilə kompensasiya olunur və statinlərlə müalicənin dayandırılmasına səbəb olmamalıdır. Hiperqlikemiyanın inkişaf riski (ac qarına qlükozanın qanda səviyyəsi 5,6-6,9 mmol/l, BÇİ>30 kq/m , triqliseridemiya, arterial hipertenziya) olan pasiyentlərdə ümummilli standartlara uyğun olaraq kliniki müşahidə aparmaq və qanın biokimyəvi analizini yoxlamaq lazımdır. Pediatriyada Böyümənin (boyun), çəkinin, BKİ (bədən kütlə indeksi) və cinsi inkişafın ikincili əlamətlərinin Tanner şkalası ilə xətti qiymətləndirilməsi rozuvastatin qəbul edən 6-17 yaşlı pasiyentlərdə ikiillik müddətlə məhdudlaşır. İkiillik tədqiqat müalicəsindən sonra boya, çəkiyə, BKİ və ya cinsi inkişafa heç bir təsiri müşahidə edilməmişdir. Rozuvastatini 52 həftə ərzində qəbul edən uşaqlar və yeniyetmələr arasında aparılmış kliniki tədqiqatlarda KK artması (>10xYNH), məşqdən və ya fiziki aktivliyin yüksəlməsindən sonra əzələ simptomları, böyüklər arasında aparılan kliniki tədqiqatlarla müqayisədə daha tez-tez müşahidə edilir. Rosuvastatin Atb-nin tərkibində olan bəzi maddələr haqqında vacib məlumat; Laktoza dözümsüzlüyü Qalaktozaya dözümsüzlük, ümumi laktaza çatışmazlığı və ya qlükoza-qalaktaza malabsorbsiyası kimi nadir irsi problemlər olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər. Rozuvastatin Atb 10 mq, 20 mq preparatının tərkibində allergik reaksiyalara səbəb ola bilən «günəş qürubu» sarısı boya maddəsi (E110) vardır. Rozuvastatin Atb 10 mq, 20 mq preparatının tərkibində cazibədar qırmızı (E129) boya maddəsi olduğunda görə allergik reaksiyalarə səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nəqliyyat zülallarının inhibitorları: rozuvastatin, OATP1B1 və BCRP daxil olmaqla, müxtəlif nəqliyyat zülallarının substratıdır. Bu nəqliyyat zülallarının inhibitorları olan dərman vasitələri ilə Rozuvastatin Atb-nin eyni zamanda qəbulu rozuvastatinin qan plazmasında qatılığının artmasına və miopatiya riskinin yüksəlməsinə gətirib çıxara bilər. Siklosporin: rozuvastatinin siklosporinlə eyni zamanda istifadəsi zamanı rozuvastatinin AUC göstəriciləri sağlam könüllülərlə müqayisədə 7 dəfə çox olmuşdur. Siklosporinlə yanaşı müalicə alan pasiyentlərə Rozuvastatin Atb-nin qəbulu əks göstərişdir. Eyni zamanda istifadəsi siklosporinin qan plazmasındakı qatılığına təsir göstərmir. Proteaza inhibitorları: qarşılıqlı təsir mexanizmi dəqiq məlum olmasa da, eyni zamanda proteaza inhibitorlarının istifadəsi rozuvastatinin qatılığının artmasına gətirib çıxara bilər. Məsələn, farmakokinetik tədqiqatlarda 10 mq rozuvastatinin və iki proteaza inhibitorlarının (300 mq atazanavir/100 mq ritonavir) eyni vaxtda kombinasiyası zamanı sağlam könüllülərdə rozuvastatinin AUC və C göstəricilərinin müvafiq olaraq təxminən üç və yeddi dəfə artması aşkar olunmuşdur.max Rozuvastatinin və bəzi proteaza inhibitorlarının kombinasiyasının eyni zamanda istifadəsi rozuvastatinin ekspozisiyasının gözlənilən artımına müvafiq olaraq dozalanma rejiminin dəyişilməsi haqqında qərar qəbul edilməsindən sonra mümkündür. Hemfibrozil və digər hipolipidemik vasitələr: rozuvastatinin və hemfibrozilin eyni zamanda istifadəsi rozuvastatinin AUC və C göstəricilərinin iki dəfə artması ilə nəticələnib.max Spesifik qarşılıqlı təsirin nəticələrinə əsaslanaraq, fenofibratla əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir gözlənilmir, farmakodinamik qarşılıqlı təsir mümkündür. Hemfibrozil, fenofibrat, digər fibratlar və nikotin turşusunun hipolipidemik dozaları (sutkada ≥1 q) ayrılıqda qəbul zamanı da miopatiyanın yaranmasına səbəb ola bildikləri üçün HMQ-KoA-reduktaza inhibitorları ilə eyni zamanda istifadəsi miopatiyanın yaranma riskini artırır. Rozuvastatin Atb-nin 40 mq dozada fibratlarla eyni vaxtda istifadəsi əks göstərişdir. Bu pasiyentlər 5 mq doza ilə başlamalıdırlar. Ezetemib: 10 mq rozuvastatinin və 10 mq ezetemibin eyni vaxtda istifadəsi hiperxolesterinemiyalı pasiyentlərdə rozuvastatinin AUC göstəricilərinin 1,2 dəfə artmasına səbəb olub. Rozuvastatin və ezetemib arasında əlavə təsirlərin inkişafına səbəb olan farmakodinamik qarşılıqlı təsirlər istisna edilə bilməz. Antasidlər: rozuvastatinin alüminium və maqnezium hidroksid tərkibli antasidlər ilə eyni zamanda istifadəsi rozuvastatinin plazma qatılığının təxminən 50% azalmasına gətirib çıxarır. Bu təsir rozuvastatinin qəbulundan 2 saat sonra antasidlərin istifadəsi zamanı azalır. Bu qarşılıqlı təsirin kliniki əhəmiyyəti tədqiq olunmamışdır. Eritromisin: rozuvastatin ilə eritromisinin eyni zamanda istifadəsi rozuvastatinin AUC və Сmax göstəricilərinin müvafiq olaraq, 20% və 30% azalmasına gətirib çıxarır. Bu qarşılıqlı təsir eritromisinin hesabına bağırsaqların yığılma qabiliyyətinin artması ilə əlaqədar yarana bilər. Sitoxrom P450 enzimləri: in vivo və in vitro tədqiqatları rozuvastatinin sitoxrom P450 enzimlərinin nə inhibitoru, nə də induktoru olmadığını göstərib. Bununla belə rozuvastatin bu izofermentlər üçün zəif substratdır. Belə ki, sitoxrom P450 metabolizmi ilə əlaqəli qarşılıqlı təsir gözlənilmir. Rozuvastatin və flükonazol (CYP2C9 və CYP3A4 inhibitoru) və ya ketokonazol (CYP2A6 və CYP3A4 inhibitoru) arasında kliniki əhəmiyyətli qarşılıqlı təsir müşahidə olunmayıb. K vitamininin antaqonistləri: digər HMQ-KoA-reduktaza inhibitorlarında olduğu kimi, eyni zamanda K vitamininin antaqonistləri (məsələn, varfarin və ya digər kumarin antikoaqulyantlar) ilə müalicə alan pasiyentlərdə Rozuvastatin Atb ilə müalicənin başlanması və ya dozasının artırılması beynəlxalq normallaşdırılmış nisbətin (BNN) artmasına səbəb ola bilər. Rozuvastatinin qəbulunun dayandırılması və ya dozasının azaldılması BNN-nin azalmasına gətirib çıxara bilər. Belə hallarda BNN-nin monitorinqinin aparılması məsləhətdir. Oral kontraseptivlər/əvəzləyici hormonal terapiya (ƏHT): rozuvastatin və oral kontraseptivlərin eyni zamanda istifadəsi etinilestradiol və norqestrel üçün AUC göstəricilərini müvafiq olaraq 26% və 34% artması ilə müşayiət olunub. Bu hormonların qan plazmasındakı qatılığının artmasını oral kontraseptivlərin dozasını seçərkən nəzərə almaq lazımdır. Rozuvastatinin və ƏHT-nin eyni zamanda istifadəsi haqqında farmakokinetik məlumatlar yoxdur, beləliklə analoji təsiri istisna etmək olmaz. Lakin, bu kombinasiya kliniki sınaqlarda geniş istifadə olunur və qadınlar tərəfindən yaxşı qəbul olunur. Digər dərman vasitələri Diqoksin: Spesifik qarşılıqlı təsirin nəticələrinə əsaslanaraq, diqoksinlə əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir gözlənilmir. Fuzid turşusu: rosuvastatin və fuzid turşusunun qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmamışdır. Rozuvastatin və fuzid turşusunun eyni zamanda istifadəsi zamanı digər statinlərlə olduğu kimi rabdomioliz daxil olmaqla əzələlərlə əlaqədar hallar müşahidə olunmuşdur. Buna görə də, rozuvastatin və fuzid turşusunun eyni zamanda istifadəsi məsləhət görülmür. İmkan daxilində rozuvastatinlə müalicəni dayandırmaq məsləhət görülür. Əgər bu qaçınılmazdırsa, pasiyenti nəzarət altında saxlamaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Rozuvastatin hamiləlik və laktasiya dövründə əks göstərişdir. Reproduktiv potensialı olan qadınlar müvafiq kontrasepsiya üsullarından istifadə etməlidirlər. Xolesterin və xolesterin biosintezinin digər məhsulları dölün inkişafı üçün vacib olduğundan, HMQ-KoA-reduktazanın inhibə olunmasının potensial riski hamilələrdə preparatın istifadəsinın faydalarını üstələyir. Əgər pasiyent bu preparatı qəbul edən zaman hamiləlik baş verərsə, müalicə dərhal dayandırılmalıdır. Rozuvastatin siçanlarda südlə xaric olunur. İnsanlarda südlə xaric olunması haqqında heç bir məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rozuvastatinin nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə olan təsiri barədə tədqiqat aparılmayıb. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə zamanı nəzərə almaq lazımdır ki, müalicə zamanı başgicəllənmə yarana bilər.

İstifadə qaydası və dozası

Rozuvastatin Atb günün istənilən vaxtı qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Müalicəyə başlamazdan əvvəl pasiyent standart xolesterinazaldıcı pəhrizə başlamalı və bu pəhrizi müalicə müddəti boyu davam etdirməlidir. Fərdi dozanın seçimi müvafiq olaraq ASLP-X-nin ilkin səviyyəsinə, terapiyanın məqsədinə və pasiyentin reaksiyasına əsasən aparılmalıdır. Hiperxolesterinemiyanın müalicəsi Preparatın məsləhət görülən başlanğıc dozası həm daha öncə statinlər qəbul etməyən pasiyentlər üçün və həmçinin digər HMQ-KoA-reduktaza inhibitorları ilə müalicə olunan pasientlər üçün gündə bir dəfə 5 mq və ya 10 mq təşkil edir. Başlanğıc dozanın seçimi zamanı pasiyentdə fərdi olaraq xolesterinin ilkin səviyyəsini və ürək-damar ağırlaşmalarının mümkün yaranma riskini, həmçinin əlavə təsirlərin potensial yaranma riskini nəzərə almaq lazımdır. Ehtiyac olarsa, 4 həftədən sonra dozanı növbəti dozaya qədər artırmaq olar. Ağır dərəcəli hiperxolesterinemiya və yüksək ürək-damar xəstəlikləri riski (əsasən irsi hiperxolesterinemiya) olan pasiyentlərdə preparatın 20 mq dozada qəbulu zamanı müalicədə arzu olunan nəticə əldə olunmadığına görə preparatın daha aşağı dozaları ilə müqayisədə 40 mq dozada qəbulu zamanı əlavə təsirlərin əmələ gəlmə tezliyinin yüksəlməsi ilə əlaqədar olaraq dozanın maksimal 40 mq dozaya qədər artırılması nəzərə alınmalı və bu pasiyentlər həkim nəzarəti altında olmalıdırlar. 40 mq dozanın təyini zamanı mütəxəssis nəzarəti məsləhət görülür. Ürək-damar xəstəliklərin profilaktikası Ürək-damar xəstəlikləri riskinin azalması üçün qəbul dozası gündə 20 mq təşkil edir. 6-17 yaşadək uşaqlar və yeniyetmələr (Tanner şkalası etap < II-V) İrsi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə adi başlanğıc doza gündə 5 mq təşkil edir. 6 yaşdan 9 yaşadək irsi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda adi başlanğıc doza gündə 5-10 mq təşkil edir. 10 mq-dan yuxarı dozaların təhlükəsizliyi və effektivliyi bu qrup əhalidə tədqiq olunmamışdır. 10 yaşdan 17 yaşadək irsi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda adi başlanğıc doza gündə 5- 20 mq təşkil edir. 20 mq-dan yuxarı dozaların təhlükəsizliyi və effektivliyi bu qrup əhalidə tədqiq olunmamışdır. Pediatrik müalicə tövsiyələrinə əsasən, titrlənmə pediatrik pasiyentlərdə indvidual cavab reaksiyalarına və tolerantlığa əsasən aparılmalıdır. Rozuvastatinlə müalicədən öncə uşaqlara və yeniyetmələrə standart, xolesterinazaldıcı pəhriz təyin edilməli və rozuvastatinlə müalicə müddətində bu pəhriz davam etdirilməlidir. İrsi homoziqot hiperxolesterinemiyalı uşaqlarda istifadə təcrübəsi 8 və 17 yaş arası çox az sayda uşaqlarla məhdudlaşır. 40 mq tabletlər uşaqlarda istifadə üçün uyğun deyildir. 6 yaşadək uşaqlar 6 yaşadək uşaqlarda kliniki istifadə təcrübəsi tədqiq edilməmişdir. Bu səbəbdən Rozuvastatin Atb- nin 6 yaşadək uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlı pasiyentlər >70 yaşlı pasiyentlər üçün məsləhət görülən başlanğıc doza 5 mq təşkil edir. Yaşdan asılı olaraq dozada digər dəyişikliklər tələb olunmur. Böyrək çatışmazlığı olan pasiyentlər Yüngül və ya orta ağırlıqlı böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Orta ağırlıqlı böyrək funksiyalarının pozğunluqları olan (kreatinin klirensi <60 ml/dəq.) pasiyentlərdə preparatın məsləhət görülən başlanğıc dozası 5 mq təşkil edir. Orta ağırlıqlı böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə preparatın 40 mq dozada istifadəsi əks göstərişdir. Ağır böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə Rozuvastatin Atb-nin bütün dozalarının istifadəsi əks göstərişdir. Qaraciyər funksiyalarının pozğunluqları olan pasiyentlər Çayld-Pyu şkalası üzrə 7 və aşagı balı olan pasiyentlərdə rozuvastatinin sistem qatılığının yüksəlməsi aşkar olunmayıb. Lakin, Çayld-Pyu şkalasına üzrə 8 və 9 balla qiymətləndirilən pasiyentlərdə sistem qatılığının yüksəlməsi aşkar olunub. Belə pasiyentlərdə böyrəklərin funksiyalarının qiymətləndirilməsi aparılmalıdır. Rozuvastatin aktiv fazada qaraciyər xəstəlikləri olan pasiyentlərə istifadəsi əks göstərişdir. İrqi mənsubiyyət Asiyalı pasiyentlərdə sistem ekspozisiyasının yüksəlməsi müşahidə olunmuşdur. Asiya mənşəli pasiyentlərdə məsləhət görülən başlanğıc doza 5 mq təşkil edir. 40 mq doza bu pasiyentlərdə əks göstərişdir. Genetik polimorfizm Rozuvastatinin sistem qatılığının yüksəlməsinə gətirib çıxara bilən genetik polimorfizmlərin spesifik növləri məlumdur. Müəyyən olunmuş spesifik polimorfizm olan pasiyentlərə rozuvastatinin daha aşağı gündəlik dozası məsləhət görülür. Miopatiyaya meyilli faktorlar olan pasiyentlər Miopatiyaya meyilli faktorlar olan pasiyentlərdə məsləhət görülən başlanğıc doza 5 mq təşkil edir. Bu pasiyentlərin bəzilərində 40 mq doza əks göstərişdir. Yanaşı terapiya Rozuvastatin müxtəlif nəqliyyat zülallarının (məsələn OATP1B1 və BCRP) substratıdır. Bu nəqliyyat zülalları ilə qarşılıqlı təsiri hesabına rozuvastatinin plazmadakı qatılığını yüksəldə bilən dərman vasitələri (məsələn, siklosporin və ritonavirin atazanovir, lopinavir və/və ya tipranavirlə kombinasiyası daxil olmaqla bəzi proteaza inhibitorları) ilə rozuvastatinin eyni vaxtda qəbulu zamanı miopatiyanın (rabdomioliz daxil olmaqla) yaranma riski artır. İmkan daxilində alternativ dərman vasitələrinin təyinini və ehtiyac olduqda müvəqqəti olaraq rozuvastatininlə müalicənin dayandırılmasını nəzərdən keçirmək lazımdır. Bu dərman vasitələrinin rozuvastatinlə eyni zamanda istifadəsi qaçınılmaz olduğu hallarda müştərək terapiyanın fayda və risk amilləri və rozuvastatinin dozasının tənzimlənməsi diqqətlə nəzərdən keçirilməldiir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sisteminin pozğunluqları Nadir hallarda: trombositopeniya. İmmun sistem Nadir hallarda: angionevrotik ödem daxil olmaqla hiperhəssaslıq reaksiyaları. Psixi pozğunluqlar Məlum deyil: depressiya. Endokrin sistemin pozğunluqları Çox rast gələn: şəkərli diabet. Sinir sistemi pozğunluqları Çox rast gələn: baş ağrısı, başgicəllənmə. Çox nadir hallarda: polineyropatiya, yaddaşın itməsi. Məlum deyil: periferik neyropatiya, yuxu pozğunluqları (yuxusuzluq və qarabasma daxil olmaqla) Tənəffüs sistemi və divararalığı orqanlarının pozğunluqları Məlum deyil: öskürək, dispnoe. Mədə-bağırsaq pozğunluqları Çox rast gələn: qəbizlik, ürəkbulanma, qarında ağrı. Nadir hallarda: pankreatit. Çox nadir hallarda: hepatit, sarılıq. Məlum deyil: ishal. Hepatobiliar sistem pozğunluqları Nadir hallarda: qaraciyər transaminazalarının artması. Çox nadir hallarda: sarılıq, hepatitlər. Dəri və dərialtı toxumaların pozğunluqları Az rast gələn: qaşınma, səpgi, övrə. Məlum deyil: Stivens-Conson sindromu. Dayaq-hərəkət aparatı və birləşdirici toxuma pozğunluqları Çox rast gələn: mialgiya. Nadir hallarda: miopatiya (miozit daxil olmaqla), rabdomioliz. Çox nadir hallarda: artralgiya. Məlum deyil: immun vasitəli nekrozlaşan miopatiya, vətərlərin zədələnməsi, bəzən qırılması. Sidikçıxarıcı sistem pozğunluqları Çox nadir hallarda: hematuriya. Cinsiyyət orqanları və süd vəzilərinin pozğunluqları Çox nadir hallarda: ginekomastiya. Ümümi pozğunluqlar Çox rast gələn: asteniya. Məlum deyil: ödem. Digər HMQ-KoA-reduktaza inhibitorlarında olduğu kimi, əlavə reaksiyaların yaranma tezliyi dozadan asılıdır. Böyrəklərə təsiri: rozuvastatin qəbul edən pasiyentlərdə strip-test vasitəsi ilə sidiyin analizi zamanı əsasən kanalcıq mənşəli proteinuriya aşkar olunub. Dayaq-hərəkət aparatına təsiri: rozuvastatinin bütün dozalarda, əsasən > 20 mq dozada qəbulu zamanı mialgiyanın, miopatiyanın (miozit daxil olmaqla) və nadir hallarda kəskin böyrək çatışmazlığının inkişafı ilə və ya inkişafı olmadan rabdomiolizin inkişafı barədə məlumatlar daxil olmuşdur. Rozuvastatin qəbul edən bəzi pasiyentlərdə dozadan asılı olaraq KK qatılığının artması aşkar olunmuşdur; əksər hallarda bu hal yüngül, simptomsuz və keçici xarakter daşımışdır. KK qatılığı yüksək olduqda (>5xYNH), rozuvastatinlə müalicəni dayandırmaq lazımdır. Qaraciyərə təsiri: digər HMQ-KoA-reduktaza inhibitorlarında olduğu kimi, rozuvastatin qəbul edən bəzi pasiyentlərdə dozadan asılı olaraq qaraciyər transaminazalarının artması aşkar olunmuşdur; əksər hallarda bu hal yüngül, simptomsuz və keçici xarakter daşımışdır.

Doza həddinin aşılması

Rozuvastatinlə doza həddinin aşılması zamanı spesifik müalicə mövcud deyildir. Doza həddinin aşılması zamanı simptomatik müalicə və həyati vacib orqanların və sistemlərin funksiyasının dəstəklənməsi istiqamətində tədbirlərin aparılması məsləhət görülür. Qaraciyər funksiyalarına və KK qatılığına nəzarət etmək lazımdır. Hemodializin faydalı olması ehtimalı azdır.

Buraxılış forması

Rozuvastatin Atb 10 mq, 20 mq, 40 mq örtüklü tabletlər 10 tablet OPA-Al-PVX/Al blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Rеsеpt əsasında buraxılır.

İstehsalçı

Antibiotice SA. 1, Valea Lupului, 707410 İasi, Rumıniya, AB. Azərbaycanda rəsmi distribyutor «TETRADA» MMC – dir. AZ1102, 20Yanvar küçəsi, 14; Bakı, Azərbaycan Теl.:(+994 12) 431-59-24, 431-05-41 Faks: (+994 12) 430-80-51. Е-mail: [email protected] www.tetrada-az.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rosuvastatin Atb 20 mq N30 tablet” üçün ilk rəyi siz yazın.