Riboksin 200 mq N50 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ürək xəstəliklərinin müalicəsi üçün digər preparatlar |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,44 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Preparatın istifadəsindən öncə həkimlə məsləhətləşmək lazımdır. Dərman vasitəsini istifadə etməmişdən öncə içlik vərəqini diqqətlə oxuyun. Dərman vasitəsinin optimal nəticələrini əldə etmək üçün içlik vərəqinin bütün göstərişlərinə ciddi şəkildə əməl etmək lazımdır. İçlik vərəqini saxlayın. Çünki o, yenidən oxumaq üçün lazım ola bilər. Hər hansı bir sual yarandıqda, həkimə müraciət edin. Vəziyyətiniz ağırlaşarsa və ya keçirilmiş müalicədən sonra yaxşılaşma olmazsa həkimə müraciət edin. Bu dərman vasitəsi, yalnız Sizin üçün təyin edilib. Başqa şəxslərə verməyin. Onların xəstəliyinin simptomları sizin simptomlarla uyğun gəlsə belə bu onlara ziyan verə bilər. RİBOKSİN 200 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: İnosine Tərkibi : Təsiredici maddə: 1 tabletin təkibində 200 mq inozin (riboksin) vardır. Köməkçi maddələr:kartof nişastası, povidon, şəkər tozu, stearin turşusu, opadray II 85F32554 (qismən hidrolizəolunmuş polivinil spirti, talk, makroqol 3350, titan dioksid (E171), sarı dəmir oksidi (E 172), xinolin sarısı alüminium lakı (E 104)).
Təsviri
Hər iki tərəfi qabarıq sarı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürək xəstəliklərinin müalicəsi üçün digər preparatlar. ATC kodu: C01EB.
İstifadəsinə göstərişlər
Keçirilmiş miokard infarktından sonra urəyin işemik xəstəliyinin kompleks terapiyası, ürək qlikozidlərinin qəbulu ilə şərtlənən ürəyin ritm pozğunluqları. Qaraciyər xəstəliklərinin kompleks terapiyası ( alkoqol və ya dərman vasitələrilə törədilən hepatit, sirroz, qaraciyərin piy distrofiyası) və urokoproporfiriyada istifadə olunur.
Əks göstərişlər
-Podaqra; -böyrək çatışmazlığı; -inozin və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq; -II-III dərəcəli bradiaritmiyalar; -sinus düyününün zəifliyi sindromu; -WPW-sindromu (Volf-Parkinson-Uayt sindromu) , Morqan-Adams-Stoks simptomu; -18 yaşa qədər olan dövr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı zamanı həkim rəyinə görə gözlənilən müsbət effekt ola biləcək riski üstələyirsə preparatın qəbulu mümkündür. Müalicə müddətində qanda sidik turşusunun səviyyəsini mütəmadi olaraq yoxlamaq lazımdır. Tərkibində şəkər pudrası olduğu üçün şəkərli diabeti olan xəstələri nəzərə almaq lazımdır. Riboksin ürək fəaliyyəti pozğunluqlarının təcili bərpası üçün istifadə olunmur. Qaşınma və dəri hiperemiyası yaranarsa, preparatın qəbulunu dayandırmaq lazımdır. Fruktozaya qarşı nadir anadangəlmə dözümsüzlüyü və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasientlərə preparatın təyini əks göstərişdir. Digər dərman vasitələrilə qarşılıqlı təsiri İndi və ya yaxın vaxtlarda digər dərman vasitələri qəbul etmisinizsə həkimə məlumat verin. Eyni vaxtda qəbul zamanı anabolik steroidlərin və qeyri-steroid anabolik vasitələrin effektini gücləndirir. Teofillinin bronxolitik effektini və kofeinin psixostimuləedici təsirini zəiflədir. Alkaloidlərlə qəbul etmək olmaz, onlarla qarşılıqlı təsir zamanı alkaloid əsaslarının ayrılması və həll olmayan birləşmələrin əmələ gəlməsi baş verir. Tanninlə çöküntü əmələ gətirir. Turşular və spirt, ağır metal duzları ilə uyuşmur. B 6 vitamini (piridoksin hidroxlorid) ilə uyuşmur, belə ki, hər iki birləşmənin inaktivləşməsi baş verir. Beta-adrenoblokatorların qəbulu zamanı Riboksinin effekti azalmır. Ürək qlikozidlərilə birgə qəbul etdikdə aritmiyanın yaranmasının qarşısını ala bilər və inotrop təsiri gücləndirə bilər. Riboksin heparinin təsir müddətini artıraraq onun effektini gücləndirə bilər. Hipouremik vasitələrlə qəbul etdikdə onların effektini zəiflədir. Eyni vaxtda nitroqliserin, nifedipin, furosemid, spironolaktonla birgə qəbul etmək olar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, yaxud hamilə olduğunuzu və ya hamiləlik başlandığını güman edirsinizsə, bu barədə müalicə həkiminizə məlumat verin. Hamiləlik və laktasiya dövründə preparatın qəbulu haqqında kifayət qədər məlumat olmadığı üçün risk/fayda nisbətini nəzərə alaraq təyin etmək lazımdır. Pediatriyada istifadəsi 18 yaşa qədər uşaqlarda dərman vasitəsinin istifadəsi haqqında heç bir məlumat olmadığı üçün preparatın qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə Qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Sutkalıq doza 600-2400 mq təşkil edir. Müalicənin ilk günlərində sutkalıq doza 600-800 mq (200 mq-dan gündə 3-4 dəfə) olur. Preparat orqanizm tərəfindən yaxşı qəbul edilərsə, sutkalıq dozanı (2-3 günlük) 1200 mq-a, zəruri hallarda isə sutkada 2400 mq-a qədər qaldırırlar. Müalicə kursu 4 həftədən 1,5-3 aya qədərdir. Urokoproporfiriya zamanı sutkalıq doza 800 mq (sutkada 4 dəfə 1 tablet) təşkil edir, müalicə kursunun müddəti 1-3 aydır. Dərmanı qəbul etmək yaddan çıxarsa, növbəti qəbul vaxtı çatmamış tableti tez qəbul edin. Növbəti qəbul vaxtı çatıbsa, ötürülmüş dozanı qəbul etməyin. Ötürülmüş dozanı tamamlamaq üçün ikiqat doza qəbul etmək olmaz. Daha sonra preparat göstərilən dozada qəbul edilməlidir.
Əlavə təsirləri
İmmun sistemdə,dəri və dərialtı toxumada baş verən pozğunluqlar: allergik/anafilaktik reaksiyalar (o cümlədən qaşınma, dəri hiperemiyası, övrə, səpgi, anafilaktik şok). Maddələr mübadiləsi və metabolizmdə baş verən pozğunluqlar: hiperurekemiya, uzun müddət böyük dozalarda qəbul etdikdə podaqranın ağırlaşması ola bilər. Ürək qan-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, baş ağrısı, təngnəfəslik, başgicəllənmə, ürəkbulanma, qusma, tərləmə ilə müşayiət oluna bilən arterial hipotenziya. Digər: qanda sidik turşusunun səviyyəsinin qalxması, ümumi zəiflik. Əlavə təsirlər olduqda müalicə həkimini məlumatlandırın.Bu, ola biləcək bütün əlavə təsirlərə, eləcə də içlik vərəqədə yazılmayan effektlərə də aiddir.
Doza həddinin aşılması
Preparata qarşı dözümsüzlük yarandıqda istifadəni dayandırır və desensibilizədeici terapiya aparırlar. Podaqrası olan xəstələrdə qanda sidik turşusu səviyyəsinin artmasına görə xəstəlik ağırlaşa bilər, buna görə də preparatın qəbulunu dayandırmaq lazımdır. Müalicə simptomatikdir. Spesifik antidotu yoxdur.
Buraxılış forması
10 tablet, konturlu-yuvalı qablaşdırmada. 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yaralılıq müddəti 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılr.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov şəhəri, Çapayev küçəsi, 64. Tel.:/Faks: +375 (177) 73-56-12, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.