Pikovit 4 yaş+ N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Polivitamin vasitə + minerallar |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,97 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PİKOVİT pastillər PIKOVIT Beynəlxalq potentləşdirilməmiş adı: Multivitamins + Minerals
Tərkibi
1 pastilin tərkibində vardır: Təsiredici maddələr: Retinol palmitat konsentratı (vitamin А), sintetik, yağ forması (1,7 MME/q) 0,35 mq Xolekalsiferol konsentratı yağ forması (vitamin D ) (1 MME/q) 0,08 mq3 Askorbin turşusu (vitamin С) 10,00 mq Tiamin mononitrat (vitamin В ) 0,25 mq1 Riboflavin (vitamin В ) 0,30 mq2 Piridoksin hidroxlorid (vitamin В ) 0,30 mq6 Sianokobalamin 0,1% mannitolda (vitamin В ) 0,20 mq12 Nikotinamid (vitamin PP) 3,00 mq Kalsium pantotenat (vitamin B ) 1,20 mq5 Fol turşusu 0,04 mq Kalsium hidrofosfat 43,00 mq (kalsiuma ekvivalent) (12,5 mq) (forfora ekvivalent) (10,00 mq) Köməkçi maddələr: laktoza monohidrat, portağal yağı 05073 aromatizatoru, polisorbat 80, qliserol, genəgərçək yağı (təbii), limon turşusu, sorbitol (E420), duru qlükoza (quru maddə), maqnezium stearat, kapol 600 farma, duru parafin, povidon, köpükəleyhinə maddə 1510 (E900), saxaroza. 1 qırmızı rəngli pastilin tərkibində al-qırmızı rəngləyici (Ponceau 4R) (E124), titan dioksid (E171) vardır. 1 sarı rəngli pastilin tərkibində narıncı rəngləyici (E110), sarı xinolin rəngləyici (E104), titan dioksid (E171) vardır. 1 narıncı rəngli pastilin tərkibində narıncı rəngləyici (E110), titan dioksid (E171) vardır. 1 yaşıl rəngli pastilin tərkibində əlavə indiqokarmin rəngləyici (E132), sarı xinolin rəngləyici (E104), titan dioksid (E171) vardır.
Təsviri
Girdə, iki tərəfdən qabarıq qırmızı, sarı, yaşıl və narinci rəngli pastillərdir.
Farmakoterapevtik qrupu
Polivitamin vasitə + minerallar. ATC kodu: A11AA03 Farmakoloji xassələri Farmakodinamikası Tərkibində metabolik proseslərin mühüm faktorları olan vitamin və mineralların kompleksidir. Vitamin А müxtəlif maddələrin sintezində (zülalların, lipidlərin, mukopolisaxaridlərin) iştirak edir və dərinin, selikli qişaların, həmçinin görmə orqanlarının normal funksiyasını təmin edir. Vitamin D orqanizmdə kalsium və fosfor balansının saxlanmasında mühüm rol oynayır. Onun3 çatışmazlığı zamanı sümük toxumasında kalsiumun miqdarı azalır (osteoporoz). Vitamin В ürək fəaliyyətini normallaşdırır, sinir sisteminin normal fəaliyyətinə səbəb olur.1 Vitamin В toxumaların, o cümlədən dəri hüceyrələrinin regenerasiya proseslərinə kömək edir.2 Vitamin В sümüklərin, dişlərin, dişətinin quruluşunun və funksiyalarının saxlanmasına səbəb6 olur; eritropoezə təsir göstərir, sinir sisteminin normal fəaliyyətinə səbəb olur. Vitamin В eritropoezdə iştirak edir, sinir sisteminin normal fəaliyyət göstərməsinə səbəb olur.12 В qrupu vitaminləri orqanizmdə maddələr mübadiləsini tənzimləyən müxtəlif fermentlərin əmələ gəlməsində iştirak edir. Vitamin В asetilləşmə və oksidləşmə proseslərində mühüm rol oynayan A kofermentinin5 tərkibinə daxildir. Toxumalarda metabolik prosesləri aktivləşdirir, miokardın yığılma funksiyasının enerji təminatını yaxşılaşdırır, regenerasiya proseslərinin gedişini yaxşılaşdırır. Vitamin С bir sıra bioloji aktiv maddələrin oksidləşməsində, birləşdirici toxumada mübadilənin, karbohidrat mübadiləsinin tənzimlənməsində, qanın laxtalanmasında və toxumaların regenerasiyasında iştirak edir, steroid hormonların əmələ gəlməsini stimullaşdırır, kapillyarların keçiriciliyini normallaşdırır. Vitamin С orqanizmin infeksiyalara qarşı davamlılığını yüksəldir, iltihabi reaksiyaları zəiflədir. Nikotinamid toxumalarda mtabolik prosesləri aktivləşdirir, regenerasiya prosesinin meddətini yaxşılaşdırır, steroid harmonlarının sintezində iştirak edir. Fol turşusu eritropoezi stimullaşdırır. Kalsium sümük toxumasının formalaşmasında, qanın laxtalanmasında, sinir impulslarının ötürülməsində, skelet əzələlərinin və saya əzələlərin yığılmasında, ürəyin normal işində iştirak edir. О, həmçinin dəmirin absorbsiyasına səbəb olur. Fosfor, kalsiumla yanaşı sümüklərin və dişlərin formalaşmasında, həmçinin enerji mübadilə proseslərində iştirak edir. Farmakokinetikası Pikovit pastilləri haqqında farmakokinetik məlumat yoxdur. Preparatın mürəkkəb tərkibi və vitamin və mineralların ümumiyyətlə, qida rasionunda olması səbəbindən, Pikovit pastillərinin dozalarında olan vitaminləri öyrənmək mümkün deyil. Suda həll olan vitaminlər (B vitaminləri, C vitamini və nikotinamid) gündəlik tələbatı ödəmək üçün lazım olan miqdarda çox yaxşı sorulur. Artıq miqdar sidiklə, bəzi hallarda isə nəcislə də xaric olur. Bu vitaminlər bədəndə məhdud miqdarda saxlanılır, buna görə də onların müntəzəm qəbulu toxumalarda kifayət qədər konsentrasiyanı qorumaq üçün lazımdır. Yağların iştirakı ilə, yağda həll olunan A və D vitaminləri, peroral qəbul edildikdə, nazik bağırsaqda yaxşı sorulur. Yüksək dozalarda istifadə edildikdə, bu vitaminlər qaraciyərdə yığılır və bu səbəbdən suda həll olunan vitaminlərdən daha zəhərlidir. Kalsium ionları aktiv nəqliyyat və passiv diffuziya yolu ilə nazik bağırsaqda sorulur. Kalsiumun 45%-i plazma zülallarına bağlıdır. Artıq kalsium əsasən sidik və nəcislə xaric olur. Fosfatlar mədə-bağırsaq traktından aktiv transport və passiv diffuziya nəticəsində sorulur; plazma, hüceyrə xaricindəki maye, hüceyrə membranları, kollagen və sümük toxumalarında paylanır. Fosfatların çoxu nazik bağırsaqda sorulur və əsasən sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Pikovit pastilləri normal qidalanmanı əvəz etmir. Pikovit pastilləri vitaminlərə tələbatın yüksəlməsi ilə müşayiət olunan hallarda profilaktik vasitə qismində istifadə olunur: – məktəb yaşlı uşaqlarda yorğunluq, – yüksəlmiş fiziki və sinir-psixi yüklənmə, – iştaha olmadığı zaman və qeyri-müntəzəm, keyfiyyətsiz və ya bir cür qidalanma rasionunda, – keçirilmiş xəstəliklərdən sonra sağalma dövründə, – orqanizmin infeksion və soyuqdəymə xəstəliklərinə qarşı müqavimətinin yüksəldilməsi üçün, – kimyəvi-terapevtik dərman vasitələrinin istifadəsi zamanı kompleks müalicənin tərkibində.
Əks göstərişlər
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. A və D hipervitaminozu. Xüsusi göstərişlər Sidiyin sarı rəngə boyanması mümkündür – bu, tamamilə zərərsizdir və Pikovitin tərkibində riboflavinin olması ilə izah olunur. Pikoviti tərkibində vitaminlər və minerallar olan digər preparatlarla qəbul etmək tövsiyə olunmur. Əgər uşaqda hər hansısa, xəstəlik varsa, istifadədən öncə həkimlə məsləhətləşin. Qliserolun yüksək dozaları baş ağrısı, mədə-bağırsaq traktında pozuntular (diareya) yarada bilər. Pikovit preparatının tərkibində azorəngləyici (E124) və (E110) vardır, hansılar ki, allergik reaksiyalar yarada bilər. Preparatın tərkibində 192 mq laktoza, 611 mq saxaroza, 160 mq qlükoza və 134,2 mq sorbitol vardır, buna görə də preparat nadir anadangəlmə qalaktoza və fruktoza keçirilməzliyi, laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı olan uşaqlara tövsiyə olunmur. Pikovit preparatının tərkibində sorbitol vardır. Tərkibində sorbit (və ya fruktoza) və sorbitin (və ya fruktozanın) olan preparatları qida ilə birgə qəbul edərkən additiv effektini nəzərə almaq lazımdır. Daxilə qəbul edilən dərman vasitələrinin tərkibində olan sorbit, digər birgə daxilə qəbul edilən preparatlarla birgə istifadə edilərkən biomənimsəməyə təsir edə bilər. Anadangəlmə fruktoza keçirməzliyi (AFK) olan uşaqlar bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pikovitin tərkibində kalsium vardır, ona görə də bağırsaqda tetrasiklin qrupu antibiotiklərinin, həmçinin flüorxinolon qrupu antimikrob vasitələrin sorulmasını ləngidir. Vitamin С sulfanilamid qrupu antimikrob vasitələrin müalicəvi təsirini və əlavə təsirlərini gücləndirir (o cümlədən sidikdə kristalların meydana çıxması). Tiazid qrupu sidikqovucuları ilə birlikdə istifadə zamanı hiperkalsiemiya ehtimalı artır. Uyuşmazlığı Tətbiq edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlar və süd verən uşaqlar vitaminlər və minerallar qəbul etməzdən öncə həkimlə məsləhətləşməlidir. Pikovit pastillərində vitamin dozaları uşaqlar üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur. Preparat uşaqların hərəkət funksiyasına təsir etmir.
İstifadə qaydası və dozası
4 yaşdan 6 yaşa qədər uşaqlara gündə 4-5 pastil qəbul etmək tövsiyə olunur. 7 yaşdan 14 yaşa qədər uşaqlara gündə 5-7 pastil qəbul etmək tövsiyə olunur. Pikovit pastilləri xoş dada malikdir və onları tam sorulana qədər ağızda saxlamaq lazımdır. Preparatın qəbul kursu 20-30 gündür. Təkrar qəbul kursu 1-3 aydan sonra və ya həkim tövsiyəsi ilə.
Doza həddinin aşılması
Tövsiyə olunan dozalarda qəbul zamanı, intoksikasiya halları olmur. Uzunmüddətli yüksək dozaların qəbulu A və D hipervitaminozuna səbəb ola bilər, amma doza həddinin aşılması riski az ehtimal ediləndir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür. Tövsiyə olunan gündəlik dozanı aşmayın, təsadüfən yüksək dozaların qəbulu zamanı dərhal həkimə müraciət edin.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25С-dən aşağı otaq temperaturda saxlamaq lazımdır. İşıqdan və rütubətdən qorumaq üçün orijinal qablamada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
Pastillər. 15 pastil PVX/PVDX/PVX və alüminium folqadan blisterdə. 2 blister istifadə üzrə təlimat ilə birgə karton qutuda yerləşdirilir.
Buraxılış forması
Reseptsiz buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya Smarjeska c. 6, 8501 Novo mesto, Slovenia Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi. Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.