MAGNE B6 10 ML 10 AMP.
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Mineral əlavələr. Maqnezium əsasında vasitələr |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAQNE В6 100 mq/10 mq, daxilə qəbul etmək üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: magnesium lactate + magnesium pidolate/pyridoxine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ampulda (10 ml) 186 mq maqnezium laktat dihidrat, 936 mq maqnezium pidolat (maqneziumun (Mg2+) ümumi miqdarı 100 мг (4,11 mmol) təşkil edir), 10 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr: natrium disulfit (E223), natrium saxarinat (E954), albalı-karamel aromatizatoru, təmizlənmiş su. Albalı-karamelli aromatizatorun tərkibi: moruq, portağal, kakao, qara qarağat alkoqolyatları və spitli tinkturaları, qəhvə, Tonk paxlası, hemantus və çəmənotu ekstraktları, vanilin, etilvanilin, maltol (E 636), piperonal, oksifenilon, asetilmetilkarbinol, diasetil, izoamil asetat, qamma-nonalakton, iononlar, metilizoyevgenol, benzoy aldehidi, karamel (E150), propilenqlikol (E1520).
Təsviri
Karamel dadlı qəhvəyi rəngli şəffaf mayedir. Farmakoterapetik qrupu Mineral əlavələr. Maqnezium əsasında vasitələr. ATC kodu: А12CC.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Fizioloji xüsusiyyətləri Maqnezium daha çox hüceyrədaxili kationdur. Neyronların qıcıqlanmasını və qıcıqlanmanın neyro-əzələ ötürülməsini zəiflədir, bir çox fermentativ proseslərdə iştirak edir. Maqnezium orqan və toxumaların əhəmiyyətli elementidir: sümük toxumasında maqneziumun miqdarı insan orqanizmində olan maqneziumun ümumi miqdarının 50%-ni təşkil edir. Klinik əhəmiyyəti Maqneziumun qan zərdabında səviyyəsi: 12-17 mq/l (1 – 1,4 mEkv/l və ya 0,5 – 0,7 mmol/l): orta dərəcəli maqnezium çatışmazlığını əks etdirir 12 mq/l-dən aşağı (1 mEkv/l və ya 0,5 mmol/l): ağır dərəcəli maqnezium çatışmazlığını göstərir. Maqnezium çatışmazlığının növləri: – birincili – maqnezium metabolizminin anadangəlmə anomaliyası nəticəsində yaranır, – ikincili – aşağıda göstərilən səbəblər nəticəsində yaranır: • maqneziumun orqanizmə qeyri-kafi dərəcədə daxil olması (qidalanmanın ağır dərəcədə pozulması, alkoqolizm, tam parenteral qidalanma, • mədə-bağırsaqda absorbsiyanın pozulmaları (xroniki ishal, mədə-bağırsaq fistulu, hipoparatiroidizm), • böyrəklər səviyyəsində həddən artıq itkilər (kanalcıqların xəstəliyi, yüksək dərəcəli poliuriya, diuretiklərin sui-istifadəsi, xroniki pielonefrit, birincili hiperaldosteronizm, sisplatin ilə müalicə). Piridoksin (B6 vitamini) orqanizmin müxtəlif metabolik proseslərində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Piridoksinin bioloji xüsusiyyətlərini, orqanizmdə piridoksalkinaza fermentinin iştirakı ilə əmələ gələn piridoksal-5-fosfat təmin edir. B6 vitamini maqneziumun mədə-bağırsaq traktından sorulmasını və onun hüceyrələrə keçməsini yaxşılaşdırır ki, bu da qeyd olunan iki maddənin kombinasiyasının effektivliyinə səbəb olur. Farmakokinetikası Maqnezium duzlarının madə-bağırsaqda absorbsiyası qismən passiv mexanizm vasitəsi ilə həyata keçrilir. Həmin mexanizmdə duzun həll olma dərəcəsi əsas rol oynayır. Absorbsiyanın dərəcəsi 50%-ə qədərdi. Xaric olma ilk növbədə sidik ilə həyata keçirilir.
İstifadəsinə göstərişlər
Mmüəyyən edilmiş maqnezium çatışmazlığı. Bir aylıq müalicədən sonra yaxşılaşma qeyd olunmadığı halda müalicənin davam etdirilməsi məqsədəuyğun deyil.
Əks göstərişlər
Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərilmişdir: – tərkib hissələrinin birinə qarşı yüksək həssaslıq – ağır dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 30 ml/dəq-dən aşağı) – levodopa ilə yanaşı qəbulu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyat tədbirləri Yanaşı kalsium çatışmazlığı qeyd olunduğu halda maqnezium çatışmazlığı ilk növbədə, yəni kalsium preparatların qəbulundan əvvəl, aradan qaldırılmalıdır. Ağır dərəcəli maqnezium çatışmazlığı və sorulmanın pozulmaları zamanı müalicə maqnezium preparatlarının venadaxili yeridilməsi ilə aparılmalıdır. Qeyd olunan dərman preparatı daxilə qəbul üçün nəzərdə tutlmuşdur! O, İNYEKSİYA ŞƏKİLİNDƏ YERİDİLƏ BİLMƏZ! Orta dərəcəli böyrək çatışmazlığı zamanı hipermaqniyemiya ilə bağlı riskin qarşısını almaq məqsədi ilə ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Tərkibində saxaroza olduğu üçün preparat fruktozaya qarşı dözümsüzlük, qlükozanın və ya qalaktozanın absorbsiyasının pozulması sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı zamanı əks göstərilmişdir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ürəyin işemik xəstəliyi zamanı preparat ehtiyat ilə istifadə edilir. Ağır qaraciyər zədələnmələr zamanı piridoksin yüksək dozalarda onun funksiyalarının pisləşməsinə səbəb ola bilər. Piridoksinin uzun müddət (bir neçə ay və ya bəzi hallarda bir neçə ilə müddətində) yüksək dozalarda (˃ 200 mq/gün) istifadəsi zamanı keyimə və vestibulyar pozulmalar, ətrafların distal hissələrinin tremoru və tədricən inkişaf edən sensor ataksiya (hərəkət koordinasiyasının pozulmaları) kimi simptomlar ilə müşayiət olunan sensor neyropatiya inkişaf edə bilər. Qeyd olunan pozulmalar, adətən, dönən olur və B6 vitamininin yüksək dozalarının qəbulunun dayandırılmasından sonra keçir. Ampulların tərkibində sulfit vardır hansı ki, risk qrupunda olan xəstələrdə allergik tipli reaksiyaların inkişafına və ya onların pisləşməsinə səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Siz, müntəzəm olaraq qəbul etdiyiniz bütün dərman vasitələri haqqında həkiminizə mütləq məlumat verməlisiniz. Maqnezium, tövsiyə edilməyən kombinasiyalar Fosfor və ya kalsium duzları Bu preparatlar maqneziumun bağırsaqdan sorulmasını ləngidir. Nəzərə alınmalı kombinasiyalar Peroral tetrasiklinlər, bisfosfonatlar, üskükotu qlikozidləri və natrium flüorid Bu preparatlarla maqneziumun daxilə qəbulları arasında ən azı 3 saat fasilə vermək lazımdır, çünki onların mədə-bağırsaq traktında sorulması zəifləyir. Peroral trombolitik vasitələr Maqnezium onların təsirini zəiflədir. Maqnezium dəmirin mənimsənilmə dərəcəsini azaldır. B6 vitamini, tövsiyə edilməyən kombinasiyalar Levodopa Levodopa ilə yanaşı istifadəsi zamanı levodopanın effektləri azalır və ya tam itir, bu səbəbə görə kombinasiya əks göstərişdir. B6 vitamini, nəzərə alınmalı kombinasiyalar Hormonal kontraseptivlər Hormonal kontraseptivlər ilə yanaşı istifadəsi zamanı piridoksinin qan plazmasında konsentrasiyasının yüksəlməsi mümkündür. Diuretiklər Yanaşı istifadəsi zamanı diuretiklərin təsirini gücləndirir. İzonikotinhidrazid, penisillamin, sikloserin İzonikotinhidrazid, penisillamin, sikloserin ilə yanaşı istifadəsi zamanı piridoksinin effektivliyinin azalması mümkündür. Fenitoin, fenobarbital Fenitoin, fenobarbital ilə yanaşı istifadəsi zamanı fenitoinin və fenobarbitalın qan plazmasında konsentrasiyasının azalması mümkündür. Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi Bu dərman vasitəsi, ehtiyac olduğu halda, hamiləliyin istənilən müddətində istifadə edilə bilər. Preparat ilə müalicə müddətində Siz hamilə olduğunuzu aşkarladığınız halda həkimə müraciət edin. Həkim, müalicənin davam etdirilməsi Sizin üçün məqsədəuyğun olduğunu müəyyən edəcək. Laktasiya dövrü Preparatın tərkibində olan maqnezium və B6 vitamininin istifadəsi laktasiya dövrü ilə uyğun hesab edilir. Bu məsələyə dair məlumatlar B6 vitamininin maksimal gündəlik dozası ilə məhdudlaşdırılmışdır. Laktasiya dövründə B6 vitamininin tövsiyə edilən dozası gündə 20 mq-a qədər təşkil edir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi tövsiyələr yoxdur. İstifadə qaydası və dozaları Bu dərman preparatı yalnız daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Bu preparat İNYEKSİYA YOLU İLƏ YERİDİLƏ BİLMƏZ! Ampulların tərkibindəkini yarım stəkan suda həll etmək lazımdır. Böyüklər: gündə 3-4 ampul, 2-3 qəbula bölünür, qida qəbulu zamanı. Çəkisi 10 kq-dan yuxarı olan uşaqlar (1 yaş və daha böyük uşaqlar): 10-30 mq/kq/gün (0,4 – 1,2 mmol/kq/gün), yəni gündə 1-4 ampul, 2-3 qəbula bölünür, qida qəbulu zamanı. Maqne B6 preparatının qəbulunu yaddan çıxartdığınız halda ötürülən dozanı bərpa etmək məqsədi ilə preparatın ikiqat dozasını qəbul etməyin! Maqneziumun qanda səviyyəsinin tənzimlənməsindən sonra müalicə dayandırılmalıdır. AMPULLAR ÖZLƏRİ SINANDIR, KƏSİLMƏNİ TƏLƏB ETMİR! Ampulu açmaq üçün onun ucundan tutub (əvvəlcədən bir tikə parça ilə örtmək olar) dərhal sındırın. Şəkildə göstərilən təlimata riayət edin. 1. Ampulu şəkildə göstərildiyi kimi tutun və onun bir tərəfini (ampulun hər iki tərəfi eynidir) sındırın 2. Sonra ampulu 180 çevirin və onun ikinci tərəfini sındırıb ampulun tərkibində olan mayeni su ilə dolu stəkana boşaldın.
Əlavə təsirləri
Bütün dərman vasitələri olduğu kimi, bu preparat bir sıra şəxslərdə müxtəlif dərəcəli xoşagəlməz halların inkişafına səbəb ola bilər. – ishal – abdominal ağrılar – dəri reaksiyaları (övrə, qaşınma, ekzema, eritema) – allergik reaksiyalar, angioödem. Preparatın bu buraxılış formasının (daxilə qəbul etmək üçün məhlul) tərkibində disulfit (E223) olduğu üçün allergik reaksiyaların (anafilaktik reaksiyalara qədər) və bronxospazmın inkişafı riski mövcuddur. Arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi Sizdə hər hansı bir arzuolunmaz reaksiya, hətta içlik vərəqədə qeyd olunmayan arzuolunmaz reaksiya, inkişaf etdiyi halda həkiminizə müraciət edin. Siz arzuolunmaz reaksiyalara dair məlumatı, dərman vasitələrinin qeyri-effektivliyinə dair məlumatlar daxil olmaqla, həmçinin, dərman vasitələrinə qarşı arzuolunmaz reaksiyalar (təsirlər) üzrə məlumat bazasına da bildirə bilərsiz. Arzuolunmaz reaksiyalar haqqında məlumat verdikdə Siz, preparatın təhlükəsizliyinə dair daha çox məlumatın əldə edilməsinə kömək edirsir.
Doza həddinin aşılması
Maqneziumun peroral dozasının həddinin aşılması, böyrəklər normal fəaliyyət göstərdiyi halda, adətən, toksiki reaksiyaların inkişafına səbəb olmur. Lakin, maqnezium ilə zəhərlənmə böyrək çatışmazlığı zamanı inkişaf edə bilər. Toksiki effektlər maqneziumun qanda səviyyəsindən asılıdır, simptomları isə aşağıdakılardır: – arterial təzyiqin enməsi, – ürəkbulanma, qusma – MSS-in tormozlanması, reflekslərin pozulması, – EKQ dəyişiklikləri, – tənəffüs pozulması, koma, ürək fəaliyyətinin dayanması və tənəffüs iflici, – anurik sindrom. Yüksək dozanın qəbulu zamanı – anurik sindromunun inkişafı riski. Müalicə: rehidratasiya, sürətləndirilmiş diurez. Böyrək çatışmazlığı zamanı hemodializ və ya peritoneal dializ aparılmalıdır.
Buraxılış forması
10 ml məhlul, hər iki tərəfində iki və ya bir bölmə xətti olan, III tip sarı şüşə ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25℃-dən yuxarı olmayan temperaturda, işıq düşməyən yerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Reseptsiz buraxılır.
İstehsalçı
Cooperation Pharmaceutique Francaise, France. Ünvan Place Lucien Auvert 77020 MELUN, France (Fransa).
Qeydiyyat vəsiqəsinin sahibi
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.