ISLA MOOS 80 MG N30 PASTILKA

Dərman formasıSorma tablet
Farmakoloji təsirBoğaz xəstəliklərində istifadə olunan preparatlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İSLA-MOOS pastillər ISLA-MOOS Göstərilən dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır, ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Tərkibi

Təsiredici maddə: 1 pastilin tərkibində 80 mq island mamırının sulu ekstraktı (0,4 – 0,8:1) vardır. Köməkçi maddələr: akasiya (qummiarabik), saxaroza, yüngül parafin məhlulu, karamel E150c, təmizlənmiş su.

Təsviri

Yastı formalı, qəhvəyi rəngli pastillərdir. Pastillərdə hava qovuqlarının olmasına yol verilir.

Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərində istifadə olunan preparatlar. ATC kodu: R02A.

İstifadəsinə göstərişlər

Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli laringit (quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxitlərdə və bronxial astma zamanı meydana çıxan quru öskürəyin simptomatik müalicəsi – kompleks müalicənin tərkibində; səs tellərinin həddindən artıq yüklənməsi (müğənnilərdə, müəllimlərdə, lektorlarda). Ağız boşluğu və udlaq nahiyəsinin selikli qişalarında quruluq və qıcıqlanma (istilik dövründə evlərdə və kondisionerlə təchiz edilmiş otaqlarda mövcud olan quru, kifayət qədər nəmləndirilməmiş hava ilə nəfəs alma, burun ilə tənəffüs məhdud olan hallarda, eləcə də, idman yarışları zamanı).

Əks göstərişlər

Preparatın tərkibində olan istənilən inqrediyentə qarşı hiperhəssaslıq qeyd olunduqda, preparatı təyin etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İsla-Moos preparatının tərkibində olan bitki ekstraktları, bəzən göstərilən dərman preparatının rənginin və dadının dəyişməsinə səbəb ola bilərlər; bununla belə, həmin dəyişikliklər preparatın terapevtik effektinin dəyişməsinə heç bir təsir göstərmir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər İsla-Moos preparatından ehtiyatla istifadə etməlidirlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsirləri indiyə qədər məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Digər dərman preparatları kimi, hamiləlik və laktasiya dövründə İsla-Moos preparatını yalnız, əvvəlcədən həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.

İstifadə qaydası və dozası

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4 yaşdan 12 yaşa qədər uşaqlara – hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) – pastillər ağız boşluğunda tədricən əriməlidir. İsla-Moos dərman preparatının pasiyentlər tərəfindən yaxşı keçirilməsini nəzərə alaraq, preparatı heç bir təhlükə olmadan uzun müddət ərzində istifadə etmək olar. Bundan əlavə, hətta xəstəlik əlamətləri aradan qalxdıqdan sonra belə, davamlı terapevtik effektin əldə edilməsi məqsədi ilə İsla-Moos preparatını bir neçə gün ərzində istifadə etmək olar. Xəstəliyin davamlı simptomları 4-5 gün müddətində azalmadıqda və ya əksinə, pisləşdiyi halda, təngnəfəslik, qızdırma meydana çıxdıqda, eləcə də, irinli və qanlı bəlğəm qeyd olunduğu halda, dərhal həkimlə məsləhətləşmək lazımdır.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Buraxılış forması

10 pastil blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Engelhard Arzneimittel GmbH & Co. KG 61138 Niderdorfelden, Hersberqştrasse 3, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Engelhard Arzneimittel GmbH & Co. KG, Germany. 61138 Niderdorfelden, Hersberqştrasse 3, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ISLA MOOS 80 MG N30 PASTILKA” üçün ilk rəyi siz yazın.