IMPAZA N20 TB.

Dərman formasıTablet
Farmakoloji təsirErektil disfunksiyanın müalicəsi üçün preparat
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,68 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İMPAZA sorma üçün homeopatik tabletlər IMPAZA

Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 0,003q* endotelial No- sintazaya qarşı affin təmizlənmiş anticisim vardır. Köməkçi maddələr: laktoza monohidrat , mikrokristallik sellüloza , maqnezium stearat. -15 *laktoza monohidrat üzərinə tərkibində təsiredici maddənin aktiv forması 10 nq/q artıq olmadan su-spirt qarışığı şəklində yaxılır.

Təsviri

Ağ rəngdə və ya demək olar ki, ağ rəngli, yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, tabletlərdir. Üzərində xətt olan yastı tərəfində MATERIA MEDICA yazısı, digər yastı tərəfində isə IMPAZA yazısı vardır.

Farmakoterapevtik qrupu

Erektil disfunksiyanın müalicəsi üçün preparat. ATC kodu: G04BE.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Endotelial NO-sintazanın aktivliliyini yüksəldir, seksual stimullaşma zamanı endotelium tərəfindən azot oksidin (NO) yaranmasını bərpa edir, saya əzələlərdə siklik quanozin- monofosfatın (sQMF) miqdarını artırır və onların boşalmasına səbəb olur ki, bu da, məsaməli cisimlərdə qanın toplanmasının artmasına səbəb olur və ereksiyanın kifayət qədər gücünü və müddətini təmin edir. Preparat libidonu (cinsi meyilliyi) və cinsi aktla məmnunluğu artırır. Preparatın müntəzəm istifadəsi zərdabda testosteronun səviyyəsini artırır (zəif azalmış ilkin səviyyə olduqda). Farmakokinetikası Müasir fiziki-kimyəvi analizlərin (qaz-maye xromatoqrafiyası, yüksək effektiv maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) həssaslığı bioloji mayedə, orqanlarda və toxumalarda antitelin çox kiçik dozasının miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da, İmpaza preparatının farmakokinetikasının texniki cəhətdən öyrənilməsini imkansız edir.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli ereksiya pozulmaları (erektil disfunksiya). Kişilərdə klimakterik dövrdə vegetativ pozuntular (zəiflik, yorğunluq, fiziki aktivliyin zəifləməsi, libidonun zəifləməsi və s.)

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədərki dövr; laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktozanın malabsorbsiya sindromu və ya anadangəlmə laktaza çatışmazlığı olan pasiyentlərə preparatı təyin etmək məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ürəyin işemik xəstəliyi ilə (I-II funksional sinif gərginlik stenokardiyası) pasiyentlərdə nitratların qəbulu fonunda, eləcə də, beta-adrenoblokatorlarla, diuretiklərlə, angiotenzinçevirici fermentin (AÇF) inhibitorları və kalsium antaqonistləri ilə birlikdə İmpaza preparatının istifadəsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İmpaza preparatı qadınlarda istifadə üçün nəzərdə tutulmayıb. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri İmpaza preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməyib.

İstifadə qaydası və dozası

1 qəbul üçün 1 tablet (qida qəbul etmədən, ağızda tam sorulanadək saxlamalı). Müntəzəm qəbulu Cinsi potensiyanın stabilləşdirilməsi üçün (cinsi akt qabiliyyəti) 12 həftədən az olmayaraq, müalicəvi-profilaktik kurs məsləhət görülür. Erektil disfunksiyanın təzahüründən asılı olaraq qəbulun tezliyi dəyişə bilər: günaşırı 1 tabletdən gündə 2 dəfə 1 tabletə qədər, yaxşı olardı ki, axşam saatlarında. Ehtiyac olduqda kurs terapiyanı 3-6 aydan sonra təkrarlamaq olar. Periodik qəbulu Ereksiyanı epizodik stimullaşdırılması üçün preparat cinsi aktdan əvvəl 2 tablet qəbul edilir (nəzərdə tutulan yaxınlıqdan 1-2 saat əvvəl).

Əlavə təsirləri

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı dərman formasının tərkibində olan köməkçi maddələrlə əlaqədar dispepsik əlamətlər mümkündür.

Buraxılış forması

Sorma üçün homeopatik tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat “Materia Medika Holdinq” EİŞ” MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. “Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00. E-mail: [email protected] Ünvan Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54. Azərbaycan Respublikasında istehlakçıların iradlarını qəbul edən təşkilat/Ünvan Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC. Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Nobel prosp.15, kvartal 1212, ev 15 Tel.:+994124886892. Mob.:+994503685661. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“IMPAZA N20 TB.” üçün ilk rəyi siz yazın.