GENTOS 20 ML DAMLA

Dərman formasıDamcı
Farmakoloji təsirDigər terapevtik məhsullar
İstehsal ölkəsiAvstriya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,84 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

GENTOS daxilə qəbul üçün damcı

Tərkibi

Təsiredici maddələr: 100 ml-nin tərkibində 7 ml Populus tremuloides D1, 10 ml Serenoa repens (Sabal serrulatum) D6, 10 ml Conium maculatum D6, 10 ml Kalium jodatum D12, 10 ml Ferrum picrinicum D12 vardır. Köməkçi maddələr: etanol, təmizlənmiş su. 1 ml = təxminən 25 damcı.

Təsviri

Sarımtıl rəngdən qəhvəyi-narıncı rəngə qədər şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Digər terapevtik məhsullar. ATC kodu: V03AX.

Farmakoloji xüsusiyyətləri

GENTOS – kompleks homeopatik vasitədir. Farmakodinamikası Homeopatiya mövcud problemləri tənzimləməyə yönəlmiş bir terapiya üsuludur. Tərkibində olan və bir birinin effektivliyini tamamlayan komponentlər təsir diapazonun genişlənməsinə səbəb olmaqla yanaşı, terapevtik təhlükəsizliyin artırılmasını və terapiyanın sadələşdirilməsini təmin edirlər. Farmakokinetikası Preparatın farmakokinetik xüsusiyyətləri barədə heç bir məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Prostat vəzinin kəskin və xroniki xəstəliklərinin yüngül formalarının kompleks müalicəsində (prostat vəzinin xoşxassəli hiperplaziyası, prostatit), qeyd olunan xəstəliklərin əlamətlərini yüngülləşdirmək üçün, sidik kisəsi xəstəliklərinin (sistit, sidik kisəsinin atoniyası) müalicəsi zamanı.

Əks göstərişlər

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar (kifayət qədər məlumat olmadığından).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində bitki mənşəli xammalı olduğundan qoxunun və dadın dəyişməsi, həmçinin az nəzərə çarpan bulanıqlıq müşahidə oluna bilər, bunlar preparatın keyfiyyətinə və effektivliyinə təsir göstərmir. Həkim məsləhəti olmadan qalxanabənzər vəzinin xəstəliklərində istifadə edilməməlidir. Hərarət yüksəldikdə və ya sidikdə qan aşkar etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Homeopatik preparatların qəbulu zamanı öz-özünə keçib gedən ilkin əlamətlər mümkündür. Preparatın bir dozasında (10 damcı) 160 mq etanol vardır. Bu dərman vasitəsinin 10 damcısındakı miqdar təxminən 4 ml pivəyə və ya 2 ml-dən az şəraba bərabərdir. Bu dərman vasitəsindəki az miqdarda alkoqolun nəzərəçarpan təsiri yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri qeydə alınmamışdır. Həyat tərzi, zərərli faktorlar, həmçinin stimulyatorlar və bahalı qida məhsulları homeopatik vasitənin effektivliyinə mənfi təsir göstərə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi barədə məlumatlar yoxdur. Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə edilmir. Fertilliyə təsiri barədə məlumatlar yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və yaxud çox cüzi təsir göstərir.

İstifadə qaydası və dozası

Daha yüksək effektivliyini təmin etmək üçün GENTOS® yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra qəbul edilməlidir. Doza Yaş Qəbul sayı və müalicənin müddəti Qəbul qaydası (birdəfəlik) Xroniki prostatit Böyüklər 10 damcı 3 ay müddətində gündə 3 dəfə. 1 xörək qaşığı suda həll edilməklə Provokasiyaedici faktorlarının təsiri yeməkdən 30 dəq.əvvəl və ya 1 saat zamanı isə 2 həftəlik profilaktik sonra ağızda müəyyən müddət kurslar aparılır. saxlamaqla qəbul edilməlidir Prostat vəzinin xoşxassəli hiperplaziyası ( adenoma) Böyüklər 10 damcı 3 ay müddətində gündə 3 dəfə. 1 xörək qaşığı suda həll edilməklə Sonralar dizuriyanın ifadə yeməkdən 30 dəq.əvvəl və ya 1 saat olunmasından asılı olaraq gündə 1-2 sonra ağızda müəyyən müddət dəfə qəbul olunmaqla saxlayıcı saxlamaqla qəbul edilməlidir terapiyaya keçilir. Sistit Böyüklər 10 damcı Kəskin sistit: 1-2 həftə müddətində 1 xörək qaşığı suda həll edilməklə gündə 3 dəfə. Xroniki sistit: 3 ay yeməkdən 30 dəq.əvvəl və ya 1 saat müddətində gündə 3 dəfə. Zərurət sonra ağızda müəyyən müddət olduqda gündə 1-2 dəfə qəbul saxlamaqla qəbul edilməlidir olunmaqla saxlayıcı terapiyaya keçilir. Sidik ifrazı pozğunluqları (sidik ifrazına tez-tez çağırışlar, sidik ifrazına gecə çağırışları, sidik kisəsinin natamam boşalması) Böyüklər 10 damcı Sidik ifrazının kəskin pozğunluqları: 1 xörək qaşığı suda həll edilməklə 2 həftə müddətində gündə 3 dəfə. yeməkdən 30 dəq.əvvəl və ya 1 saat Xroniki pozğunluqlar: 3 ay sonra ağızda müəyyən müddət müddətində gündə 3 dəfə. Zərurət saxlamaqla qəbul edilməlidir olduqda gündə 1-2 dəfə qəbul olunmaqla saxlayıcı terapiyaya keçilir. Müalicənin başlanğıcında hər 30 dəqiqədən bir (gün ərzində maksimum 8 dəfə) qəbul edilməsi məsləhət görülür. Yaxşılaşma başlayandan sonra qəbulu gün ərzində 3 dəfəyə endirilməlidir. Əgər 7 gündən sonra əlamətlər pisləşərsə və ya yaxşılaşma baş verməzsə, həkimə müraciət edin.

Əlavə təsirləri

Bu vaxta qədər məlum deyil.

Doza həddinin aşılması

Doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

Daxilə qəbul etmək üçün damcı. 20 ml, 50 ml və ya 100 ml məhlul, plastik damcıladıcısı (ASPE) və burulan plastik qapağı (YSPE) olan qəhvəyi rəngli şüşə flakonlarda.. Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

º 30 C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Richard Bittner AG. Ossiacherstraße 7, 9560 Feldkirchen, Avstriya. Tel.: +43/(0)4276-37888-0 Faks: +43/(0)4276-37131. E-Mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GENTOS 20 ML DAMLA” üçün ilk rəyi siz yazın.