FLEBOSID 3ML N10 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirKapilyarqoruyucu maddələr, bioflavonoidlər, trokserutinin kombinasiyaları
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

31,01 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FLEBOZİD 150 mq/3 ml+1,5 mq/3 ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Troxerutin + Carbazochrome

Tərkibi

Təsiredici maddələr: 3 ml məhlulun tərkibində 150 mq trokserutin, 1,5 mq karbazoxrom vardır. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Narıncı rəngli, tərkibində görünən hissəciklər olmayan şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Kapilyarqoruyucu maddələr, bioflavonoidlər, trokserutinin kombinasiyaları. ATC kodu: C05CA54.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası FLEBOZİD iki aktiv komponentdən (trokserutin və karbazoxrom) ibarətdir. Trokserutin (trihidroksietilrutozidlər), həmçinin P vitamini kimi də tanınan bioflavonoid olub4 damarların rezistentliyini artırır və onların keçiriciliyini azaldır. Beləliklə həddən artıq maye komponentinin qandan toxumalara keçməsinin qarşısını alır (keçiricilik əleyhinə və ödeməleyhinə təsir). Bioflavonoidlərin təsir mexanizmi aşağıdakı müxtəlif faktorlarla izah olunur: − prekapilyar sfinkterlərə vazokonstriktiv təsir − adrenalinin təsirini gücləndirməsi − dolayı yolla askorbin turşusunu artırması − dolayı antioksidant effekt sayəsində adrenalinin və C vitamininin təsirini gücləndirməsi − histaminə antaqonist təsir − hialuronidazanı inhibə etməsi Müasir məlumatlara görə trokserutin neyrotransmitterlərin KOMT təsiri ilə katabolizmini inhibə edərək qanda adrenalinin daimiliyinə və konsentrasiyasına müsbət təsir göstərir. Beləliklə adrenalin periferik damardaraldıcı (əsasən arteriolalara və arterial kapilyarlara) təsir göstərir, prekapilyar sfinkterləri blokada edir. Bundan başqa, kapilyar keçiriciliyinə protektiv təsir göstərən və hialuronidazanı inhibə edən C vitamininin təsirini gücləndirir, hüceyrə membranlarında hialuron turşusunu (damar divarlarının möhkəmliyinə cavabdeh mukopolisaxarid) stabilləşdirir. Həmçinin histaminin azad olmasını inhibə edərək, kapilyarların rezistentliyini artırır. Karbazoxrom-ortoxinon adrenalinin oksidləşmə məhsulu olub, ikinci dərəcəli amin və orto- difenol qrupu olmadığı üçün simpatomimetik təsiri yoxdur. Qanaxma nahiyəsinin kiçik damarlarına yerli vazokonstriktiv təsiri qanaxmanın müddətini qısaldır. Bu zaman arterial təzyiqin artması və ürək fəaliyyətinə təsir müşahidə olunmur. Müəyyən edilib ki, karbazoxrom kapilyarların möhkəmliyinə və keçiriciliyinə, həmçinin damarların tonusuna və yığılma gücünə təsir göstərir. Trokserutin-karbazoxromun optimal kombinasiyası preparatın yüksək farmakoloji effektini təmin edir və bu da damar xəstəliklərinin müalicəsinin, həmçinin kapilyarların yüksək zəifliyi ilə əlaqəli qanaxma sindromlarının müalicəsinin məqsədəuyğun aparılmasına şərait yaradır. Farmakokinetikası Trokserutin daxilə qəbul etdikdən sonra həzm traktından tez sorulur. Qanda maksimal konsentrasiyanı (C ) 1 saata toplayır. Histohematik baryeri asan keçir. Qaraciyərdəmax metabolizmə uğrayır. Böyrəklər və ödlə (11% dəyişilməmiş şəkildə) xaric olur. Karbazoxrom tətbiq edildikdən 10 dəqiqə sonra qan plazmasında müşahidə edilir. T – 1,2±0,5 saat təşkilmax edir.

İstifadəsinə göstərişlər

Venoz çatışmazlıq, kapilyarların kövrək olması.

Əks göstərişlər

Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatdan istifadə etmək məsləhət görülmür. Hamiləliyi planlaşdıran və ya hamilə qadınlar, südəmər uşağı olan analar preparatı istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidirlər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Gündə 1-3 ampul əzələdaxili yeridilməlidir. Məhlulu tərkibində askorbin turşusu olan məhlullarla qarışdırmaq olmaz. 18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır.

Əlavə təsirləri

Yanlışlıqla dərialtı və ya dəridaxili yeridildikdə dəri qıcıqlanmaları (lokal və ümumi eritema) müşahidə oluna bilər. Allergik reaksiyalar ola bilər. İçlik vərəqədə göstərilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları müəyyən edilməyib.

Buraxılış forması

150 mq/3 ml+1,5 mq/3 ml inyeksiya üçün məhlul. 3 ml məhlul, kəhrəba rəngli I tip şüşə ampulda. 10 ampul içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qablaşmada göstərilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Kleva Pharmaceuticals S.A. 189, Parnithos Avenue, 13675 Acharnai Attiki, Yunanıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

ACARPIA Farmaceutici S.r.l. Viale L. Majno,18 – 20129 Milan, İtaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“FLEBOSID 3ML N10 AMP” üçün ilk rəyi siz yazın.